170
hər zaman əlinizdən tutacaq və tutmağa davam edəcəyik”. Lap bu
yaxınlardasa keçmiş sosialist İbrahim Əbilovu Ankara səfiri
təyin eləmişdi.
1922-ci ilin yanvarında Ankaraya Moskvadan da elçi
göndərildiyini eşitdi. Elçi də Qırmızı Ordu Baş Qərargahında
kəşfiyyat və siyasi nəzarətlə məşğul olan Qeydiyyat İdarəsinin
ilk rəisi polkovnik Semyon Aralov idi. Ankara da Bakıya yax-
şı tanıdığı Məmduh Şövkət Esendalı göndərmişdi. Deməli,
Osmanlının süqutu özünün son mərhələsinə yaxınlaşırdı.
Əlbəttə, həmin məqamlarda ən çox narahat olduğu Miri-
nin vəziyyətiydi. Bəhram bəy İzmirin azad olunması barədə
xəbərlərin camaatı küçələrə tökdüyü günlərin birində gəldi.
Dediyinə görə, səfəri çox əziyyətli keçmiş, Parisə ancaq payı-
zın ortalarında gedib çıxmışdı; Parisdə, Romada, Berlində,
Vyanada olmuş, hər yerdə tələbələrin acınacaqlı halını gör-
müşdü; dediyinə görə, İtaliyada 3, Fransada 27, Almaniyada
49, Avstriyada 1 tələbənin oxuduğunu təsbit eləmiş, İngiltə-
rəyə gedib çıxa bilməmişdi; 4 nəfər də İstanbul universi-
tetindəydi; indi Bakıya tələsir ki, bunlar barədə Nərimanova
məruzə eləsin, o binəvaların dövlət hesabına təhsil almalarına
nail olsun.
Bəhram bəy ehtiyatlı adam idi, Əlimərdan bəy və Ceyhun
bəylə görüşüb ağrımayan başına dəsmal bağlamaq
istəməmişdi; amma Mir Abdullanı və Aslanı görmüşdü,
dediyinə görə, Miri bir qədər solğun görünsə də, pis deyil,
dərslərinə davam eləyir; deyirdi, inşallah, bir neçə ay çəkməz
ki, yoldaş Nərimanov məsələnin həllinə nail olar, o cavanlar
asudə oxuyub məmləkətlərinə qayıdarlar.
“Bəs siz necə, Yusif bəy, – Bəhram bəy ehtiyatla soruşurdu,
– bundan sonra necə yaşamaq fikrindəsiniz?”
“Bu sual özümü də çox düşündürür, – Yusif Vəzir onun
fikrini öyrənmək istəyən kimi, gözlərinin içinə baxdı. –
Müraciətimə cavab vermədilər, Behbud bəy də qətlə yetirildi,
öz istəyimlə qayıtmağın hansı nəticələrə səbəb olacağınısa
bilmirəm. O biri yandan da qardaşımın halı məni çox üzür”.
171
“Nərimanov yoldaşa məktub yazsanız, elə bilirəm ki,
nəticəsi yaxşı olar”, – Bəhram bəy ümid vermək istədi.
“Bəlkə də, – Yusif Vəzir ayağa durub otaqda fikirli-fikirli
gəzindi, sonra pəncərə qarşısında dayanıb bayırdakı payız
mənzərəsinə baxdı. – Amma Nərimanov yoldaş hamını qoru-
maq iqtidarında deyil. Bir də ki, inanmıram, keçmişimi unut-
sunlar, müvəqqəti unutsalar da, nə vaxtsa yada düşəcək, olar-
olmaz şeylərlə rastlaşacağam”.
Sübhi qəhvə məcməyisini gətirdi. Xeyriyyə xanımın əlinin
məharəti dərhal özünü bildirdi.
“Heç Avropada da belə gözəl qəhvə dəmləmirlər”, –
Bəhram bəy kədərli söhbəti dəyişmək fürsəti tapıb fincanını
götürdü.
“Vətənə qayıtmaq gözəl duyğuydu, – Yusif Vəzir də gəlib
onunla üzbəüz oturdu, beynindən “Vətən düşmənlərin
əlində olsa belə” sözlərini keçirdi, amma dilinə başqa şey
gətirdi. – Sizi ən yaxın vaxtda yola düşən gəmiylə yola salma-
ğa çalışarıq”.
Bəhram bəyi yola salandan bir neçə gün sonra da Mir Ab-
dulladan məktub aldı. Yazırdı ki, diplomumu aldım, qayıt-
maq, ya burda qalmaq barədə düşünürəm; yazırdı ki, yeni
hökumətin nümayəndəsi bizə ümid verib, nəticəsinin necə
olacağını bilmirik; yazırdı ki, Aslanı ancaq yay tətilində bir
neçə günlüyə görə bilib, o qədər uzaq olmasa da, yolxərcinə
qənaət eləmək məcburiyyətindədilər; yazırdı ki, Əlimərdan
bəy hey bizimlə maraqlanır, mümkün olan köməyi eləyir,
amma onun özü də çətin günlər keçirir, ən çox maraqlanansa
Ceyhun bəydi, əlinə pul çatan kimi bizdən əsirgəmir. Axırda
yazmışdı ki, səndən və bacılarından ötrü çox darıxmışam...
***
Həyatda elə məqamlar gəlib çatır ki, sənə bircə nəfərdən başqa
kimsə lazım olmur, elə bil, dünyada ondan başqa bir canlı yoxdu...
Mirinin məktubu onu çıxılmazlığın lap ortasına saldı.
Təhsilini başa vursa da, hələ işə duzəlməmiş, yad məmləkətdə
172
naçar vəziyyətdə qalmışdı. Tutaq ki, özü Şura hökumətinin
icazəsilə məmləkətə qayıtdı, orda kimi var? Qardaşı Parisdə,
bacıları Aşqabadda, yaxın qohumlarının hərəsi bir yanda.
İbrahimxəlil xanın vəzirindən soyad götürmüş tayfa indi
pərən-pərən olmuşdu. Əvvəlcə Mir Əbülhəsəni, sonra atası-
nı, on iki il əvvəlsə anasını itirmişdilər, o vaxtdan ailənin bö-
yüyüydü, hamının qayğısına qalmağı özünə borc sayırdı.
Yaş da ki, otuz beşə çatmışdı. Əlbəttə, ürəyindən evlənmək,
ailə yiyəsi olmaq, sakit güzəran qurub yaşamaq keçirdi.
Amma nədənsə qarşısına Berta, Olya, Asiya çıxmış, hamısı da
nakam sevgiylə yaddaşını yandırıb həyatından yox olmuşdu-
lar. Məktəbi bitirəndən sonra yolu Peterburqa, Kiyevə düşdü,
rastına başqa qızlar çıxdı...
Şübhəsiz, indi yazdığı romanda intizarında olduğu o sev-
gini təsvir eləyəcəkdi. Bu cür sevginin şahidi olmuşdu: realnı
məktəbin birinci sinfində oxuyanda Hacı Hacıağa Dadaşovun
Krasnokrestovskaya küçəsindəki binasında bir otaq kirayə-
ləmişdi. Gəncliyin axarına düşüb evdə otura bilmir, tez-tez
gəzməyə çıxırdı. Onda bir neçə dəfə iki məhəllə o tərəfdə –
Pozenovskaya küçəsində faytondan düşən, ya da harasa
gedən cavan, yaraşıqlı kişi və onun yanındakı nərmənazik,
nəcib görkəmli, gözəl qadınla rastlaşırdı. Zəngin yaşadıqları,
bir-birinə sonsuz hörmət və sevgiylə yanaşdıqları ilk baxış-
dan sezilirdi. Öyrəndi ki, Əlipaşa Əliyev yetərincə imkanlı
adamdı, Tiflisdə olanda gürcü ailənin beş qızından ən
gözəlinə – Aleksandraya vurulub, nəcibliyi, nəzakəti, həqiqi
sevgisilə qızın da könlünə yol tapıb, beləcə, dini sədləri keçib
evləniblər. Elə o vaxt düşünmüşdü ki, gözəl hekayətdi – o
vaxtdan əsil-nəcabətli müsəlman oğlanın əsil-nəcabətli xristi-
an gözəlilə sevgi macərasını qələmə almaq istəyirdi. Əlbəttə,
oğlan elə onun özü kimi realnı məktəbdə, qızsa yaxınlıqdakı
Müqəddəs Nina məktəbində oxuya bilərdi, bütün çətinliklərə
sinə gərib vüsala qovuşardılar.
Sonra gəncliyin axarı düşüncələrini başqa səmtə yönəltdi.
Amma Əlipaşayla Aleksandranı tez-tez xatırlayır, İçərişəhərin
Dostları ilə paylaş: |