Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə48/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   44   45   46   47   48   49   50   51   ...   185

157

öz  həmtalelərindən  heç  nəylə  fərqlənmirdilər:  gonbul  yaşlı 

qadın, əlli yaşlarında çəlimsiz, xəstəhal kişi, on beş yaşlarında 

yeniyetmə;  qadın  iri  gövdəsinə  rəğmən  becid  hərəkətlərilə 

özünü ailə başçısı kimi aparır; kişi hey deyinir, arabir öskü-

rür, qadının verdiyi həbi içir, sevgiylə baxdığı oğluna uzağa 

getməməyi tapşırır; güləş sifətli, solğun bənizli, iri gözlü, ge-

niş  alınlı  yeniyetmə  hər  şeyə  maraqla  göz  qoyur,  atasını 

sakitləşdirmək  üçün  başını  tərpədir,  amma  o  uzanıb  huşa 

gedən kimi, kayutdan çıxıb qələbəliyə qarışır.

 “Sezar” ağır-ağır qərbə doğru irəliləyir, “Kleopatra” qədər 

əzəmətli və sürətli olmasa da, hər halda, varlıların da, orta-

babların da, kasıbların da günlərini yola verəcək şəraiti var. 

Leo dəhlizləri gəzir, göyərtəyə qalxıb artıq uzaqlarda qalan, 

möhtəşəm minarələri yüngül yaz dumanında güclə görünən 

şəhərə  baxır.  Şübhəsiz,  bir  neçə  həftə,  lap  bir  neçə  ayla  bu 

şəhəri tanımaq, dərk eləmək, sirlərini çözmək olmaz. Leo nə 

vaxtsa  geri  qayıdacaq,  “dünyanın  paytaxtı”nı  fəth  eləməyə 

gələcək.

O taleyindən məmnundu: zarafat deyil, on beş yaşını təzəcə 

keçib, amma nə qədər yerlər gəzib, hələ nə qədər yerlər də 

gəzəcək!


 Axşamlar Abram Nussimbaumla frau Şulte qayğılı-qayğılı 

dəfələrlə müzakirə elədikləri mövzuya bir də qayıdırdılar: 

 “Mənə elə gəlir, frau Şulte, – Abram dillənirdi, – İtaliyadan 

mümkün qədər tez getməliyik, çünki bu ölkəylə bizi heç nə 

bağlamır.  Dilini  bilmirik,  yerləşmək  imkanları  görmürəm, 

üstəlik, qalmağa həvəsimiz də yoxdu...”

 “Haqlısınız, – frau Şulte paroxodun restoranından gətirdiyi 

isti şorbanı Abramın qabağına qoyub dillənirdi. – Amma siz 

özünüzə ciddi fikir verməlisiniz, çünki Leonun taleyi sizdən 

asılıdı. Bir azca yeyin, sonra qəhvə gətirərəm”.

 “Məncə, Parisdə yaşamaq bizim üçün daha asan olacaq, – 

Abram ağır-ağır nəfəs alır, elə o cür də şorbanı qaşıqlayırdı. 

– Həm də baldızım ərilə orda yaşayır, hər halda, bizə bir yol 

göstərərlər”.




158

 “Bilirsiniz, bu tərəfə üz tutanların hamısı Parisdə qalmağa 

çalışır. İndi yəqin orada adam əlindən tərpənmək olmur”, – 

frau Şulte hələ də Berlinə getmək ümidini itirməmişdi.

  Leo  bir  neçə  kəlməylə  onların  söhbətinə  qarışır,  sonra 

yerinə  uzanıb  xəyal  dənizinə  baş  vururdu:  Avropanı  fəth 

eləməyə gedir; əlbəttə, bunu bacaracaq; amma əvvəlcə oxu-

maq, təhsil almaq lazımdı, bu da indi xoşagəlməz, əzablı şey-

di, uğurlara aparan yolun uzanmasına səbəb olacaq; amma 

Leo istəyinə çatacaq!

 Üçgünlük səfərdən sonra paroxod Aralıq dənizinin İtaliya 

sahilində Brindizi şəhərində lövbər saldı. Liman şəhərinin sa-

kit, kədərli görkəmi Leonun ürəyinə yatmadı: həyatın qayna-

madığı,  gurlamadığı  yerlərdə  çox  duruş  gətirə  bilmirdi. 

Xoşbəxtlikdən, atası da burda çox ləngimək istəmirdi, ancaq 

gecələmək, sonra yola çıxmaq, tezliklə Romaya çatıb Paris qa-

tarına bilet almaq fikrindəydi.

 Əlbəttə, liman şəhərindən paytaxta faytonla getmək ma-

raqlı olardı. Amma Tarantoda qatara minəcəkdilər. Leo xırda-

ca-xırdaca çisələyən yaz yağışı altında torpaq yolla irəliləyən 

ikiatlı faytonun pəncərəsindən bayıra baxır, yazın burda xey-

li gecikdiyi barədə düşünürdü. Faytonçu fransız dilində elə 

Leo qədər bilir, güclü italyan ləhcəsilə danışırdı.

 “Tarantoya nə vaxt çatırıq”, – Leo tələskən tərzdə soru-

şurdu.

 “Yolda çox vaxt itirməsək, hava qaralanacan çatdıraram”, 



– faytonçu atları muşqurqub qamçısını yelləyirdi.

 Amma yolda gecələməli oldular: Abram özünü halsız hiss 

eləyirdi, yatıb-dincəlməyə ehtiyacı olduğunu dedi. Kiçik yo-

lüstü müsafirxanada dayanıb, elə birinci qatdakı meyxanada-

ca axşam yeməyi yedilər. Bu darıxdırıcı əyalət həyatı Leonun 

xoşuna gəlmədi – tezliklə Romaya yetişməyə can atırdı.




159

***


 Tarantoya səhəri gün axşamüstü, Romayasa sonrakı gün, 

axşama yaxın çatdılar.

 Romada həyat qaynayırdı. Amma nə qədər qəribə olsa da, 

bu həyat Bakıdakı, Tiflisdəki, Batumdakı, Konstantinopolda-

kı... qədər ruhuna doğma deyildi, üstəlik, yad, naməlum, ür-

küdücüydü. Leo fikirləşirdi ki, bu adamlarla ünsiyyət yarat-

maq, dil tapmaq ondan ötrü çətin olacaq. Hə, atası haqlıdı, 

Romada çox ləngiməyə ehtiyac yoxdu.

  Şəhərin  mərkəzindəki,  dəmiryol  vağzalına  yaxın  oteldə 

yerləşənəcən Abram Nussimbaum şalvarının astarına bir də 

əl gəzdirməli oldu, sonuncu sikkələri çıxardı, kədərlə düşün-

dü ki, onun qiymətli kağızları indi kimsəyə lazım deyil, bəlkə 

də bundan sonra heç vaxt lazım olmayacaq. Zərgərin həmin 

sikkələrə verdiyi məbləğsə bilet puluna, Parisdə bir müddət 

yaşamalarına kömək eləyər.

 Amma Leo Romanın dəyərini dərhal dərk elədi: şübhəsiz, 

zəngin tarixə malik şəhərdi, qardaşları öz südüylə bəsləyən 

canavar, imperiya, sezarlar, fəthlər barədə oxuyub, möhtəşəm 

sarayları,  kilsələri,  meydanları,  körpüləri,  tarixi  abidələri 

bəyənir, eyni zamamda, bütün bunlar nədənsə onu həyəcan-

landırmır, vəcdə gətirmir. Əlbəttə, vaxtdan istifadə eləyib Ro-

manı gəzmək lazımdı, gəzib-görmək heç vaxt ziyanlı deyil. 

  Mehmanxanada  yerləşib  tələm-tələsik  yemək  yeyəndən 

sonra Leo özünü bayıra atdı. Həqiqətən, Roma da möhtəşəm 

şəhərdi, təkcə Kapitolini, Vatikanı, Müqəddəs Pavel kilsələrini 

görməklə bunu hiss eləmək olar. Roma legionları Şərqi fəth 

eləməyə burdan yollanıblar. Leo Şərqi qoşunla ələ keçirməyə 

istehzayla  yanaşırdı:  Şərqi  dərk  eləmək,  duymaq,  fikrən 

mənimsəmək lazımdı!

 Rusiyadan, Şimali Qafqazdan, Qafqazbərisindən Orta Asi-

yadan, dağılmaqda olan Osmanlı imperiyasından Qərbə üz 

tutanlar da yəqin ki, Romada çox dayanmırlar – mühacirlər 

az göyə dəyir, hamını Parisin cazibəsi çəkib aparır.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə