Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə49/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   45   46   47   48   49   50   51   52   ...   185

160

 Leo Via Veneto meydanında dümdüz cərgələrdə addımla-

yan  yaşıdlarını  görəndə  həyəcanlandı;  o  məhz  bu  qaynar, 

coşqun,  həyəcan  dolu  həyatı  arzulayırdı.  Artıq  gördüyü 

qorxunc dəstənin “faşist” adlandığını, bolşeviklərə qarşı ya-

radıldığını  öyrənmişdi.  Bolşeviklərsə  onları  evlərindən  qaç-

mağa məcbur eləmiş, var-yoxlarını əllərindən almış, sərgər-

dan həyat sürmələrinə səbəb olmuşdular, deməli, Nussimba-

umların, elə frau Şultenin də düşməniydilər. 

 Leonun ürəyindən onlara qoşulmaq, beləcə, mətin addım-

larla bolşeviklərin üstünə gedib, onları məğlubiyyətə düçar 

eləmək keçirdi... 

 Amma hələ görməli işləri vardı: Parisə yetişib oxumalı, Av-

ropanı fəth eləməli, sonra təzədən Şərqə üz tutmalıydı...

***

 Yox, Leo Parisi də bəyənmədi...



 Düzdü, Sena çayı, Yelisey çölü, Zəfər tağı, Luvr sarayı... 

bütün bunlar əzəmətliydi, amma, sən demə, atası haqlıymış, 

Parisdə yaşamaq ondan ötrü çətin olardı. Yarı-yarımçıq getdi-

yi gimnaziyada fransızcaya heç fikir verməmişdi. Bu, əlbəttə, 

birinci səbəb idi. Leonun fikrincə, ikinci səbəb də bu idi ki, 

Parisdə Şərq az hiss olunurdu, latın ruhunun təsiri hələ Şərqi 

dərindən  duymağa  imkan  vermirdi.  Konstantinopol  süqut 

dövrünü yaşasa da, orda həyat daha qaynar, daha maraqlıy-

dı. Burda – qalib dövlətin paytaxtındasa, hələ əsasən müha-

cirətin kübar və intellektual təbəqəsinə məxsus adamlar yı-

ğışmışdılar;  görünür,  aşağı  təbəqəyə  mənsub  olanlarda 

məğlub ölkənin paytaxtına – Berlində toplaşırdılar.

 Bununla belə, Leoda Avropaya qovuşmasıyla bağlı hiss in-

di-indi  yaranırdı.  İtaliyada  həmin  duyğunu  yaşamamışdı, 

sanki ora Şərqlə Qərb arasındakı neytral zonaydı, Parissə Av-

ropanın göbəyi, paytaxtıydı.

 Qohumlarının – xalası Tamara və onun əri Noam Ermo-

nun evini atasının hələ Bakıda yaşayanda, daha doğrusu, iki 




161

il əvvəl aldıqları məktubun üzərindəki ünvanla tapdılar. Ru-

siyada  doğulub-böyüyən  Naum  Erman  vaxtında,  imperiya 

dağılanda Qərbə üz tutmuş, Konstantinopolda hansı yollasa 

İtaliya vətəndaşlığı alıb Noam Ermona çevirmiş, amma İtali-

yada məskən salmadan da Parisdə yerləşmişdi. 

  Əlbəttə,  ermonlar  Abram  Nisumbaumun  və  oğlunun 

gözlənilmədən,  amma  sağ-salamat  gəlib  Parisə  çıxmalarına 

sevindilər.  İri  burunlu,  dodaqlarında  həmişə  sirli  təbəssüm 

oynayan  Noam  Leoda  qəribə  duyğu  oyatdı:  xalasının  ərilə 

Abram arasında heyrətamiz oxşarlıq vardı.

 Leo Tamaranı xatırlayırdı: ondan, az qala, on yaş böyük 

olan  qızın  Mogilyovdan  Bakıya  gəlib  evlərində  yaşaması 

uşaqlıq xatirələrinin bir parçasıydı. Anasının intiharına qədər 

Tamara  onların  ailəsinin  bir  üzvü  olmuşdu,  bəlkə  elə  buna 

görə  də  bu  gənc  qadını  xala  kimi  qəbul  eləməkdə  çətinlik 

çəkirdi.  Düz  on  il  əvvəl,  anası  intihar  eləyən  gün  qızın 

dəhşətdən gözlərinin necə böyüdüyünü, onu qucaqlayıb necə 

titrədiyini dumanlı da olsa, xatırlayırdı. 

 Bir də günəşli yaz günündə vağzaldan Tamaranı necə yola 

saldıqları yadındaydı, onda frau Şulte yenicə dayəsi olmuş-

du, üçü də on altı yaşlı gənc qızı qatarla Mogilyova yola salır-

dılar. Sonra yazdığına görə, ərilə də elə həmin qatarda tanış 

olmuş, iki ildən sonra da evlənmişdilər.

  Bertanın  faciəsini  xatırlayıb  kədərləndilər,  ruhuna  dua 

oxuyub  Leonun  gələcəyilə  bağlı  məsləhətləşmələrə  başla-

dılar.

 Şübhəsiz, qohumlarıyla görüşmək xoş duyğuydu, amma 



bütün bunlar Leonu az maraqlandırırdı; yeniyetməliklə gənc-

liyin hüdudlarında olan cismi genişliyə, azadlığa can atırdı. 

Hələ xalasının oğlu balacaydı, ona yoldaşlıq eləyə bilməzdi, 

bu da küçələri təkbaşına dolaşmaqda Leoya sərbəstlik duy-

ğusu verirdi. 

 Parisə çatıb xeyli dirçələn, üstəlik, səxavət kisəsinin ağzını 

açıb oğluna cibxərcliyi verən Abram Nussimbaum onun qəfil 



162

gedişlərindən ehtiyatlansa da artıq təhlükədən sovuşduqları-

nı  nəzərə  alıb  mane  olmurdu.  Leo  gimnaziyada  öyrəndiyi 

fransız  kəlmələrini  yadına  sala-sala  küçələri  dolaşır,  möh-

təşəm  saraylara,  kilsələrə,  meydanlara  tamaşa  eləyir,  Sena 

boyu bulvarda gəzişir, yanından ötüb-keçən adamlara, daha 

çox gənc qadınlara və qızlara baxırdı. Bəzən kimisə saxlayıb 

gedəcəyi yeri fransızca soruşmaq, sonra əllərini cibinə qoyub 

gözəl havadan vəcdə gələ-gələ sahildə dolaşmaq, parklarda 

oturub yaxınlıqdakı zərif qadın-qızlara göz qoymaq xoşuna 

gəlirdi.

 Axşamlarsa Leonun təhsili məsələsi söhbətin əsas mövzu-

suna çevrilirdi. Ermonlar Leonun Parisdə liseyə getməsinin 

əleyhinəydilər.

 “Bizim liseylərdə təhsilin səviyyəsi o qədər də yüksək de-

yil, – xalası öz fikrini söyləyirdi. – Əgər Leonun ciddi təhsil 

almağını düşünürsünüzsə, başqa yol fikirləşin”.

 “Əlbəttə, əlbəttə, – xalasının əri onun fikrilə dərhal razıla-

şırdı. – Mən də bu fikirdəyəm. Mən oğlumuzun harda təhsil 

alacağı barədə indidən götür-qoy eləməyə başlamışam”.

 “Leo fransız dilini o qədər də yaxşı mənimsəməyib, – Ab-

ram razılaşırdı, – mənə elə gəlir, çətin olacaq”.

 “Məncə, London daha münasibdi, – Tamara qətiyyətlə de-

yirdi, – ingilislər indi əbəs yerə dünyaya hökm eləmirlər, ha-

mısı təhsilin hesabınadı”.

 Bu müzakirələr bir neçə gün davam eləyib, ingilis təhsil 

sisteminin  üstünlükləri  barədə  fikirləri  möhkəmləndirdi, 

amma  sonra  bakılı  bir  milyonçunun  Londonda  təhsil  alan 

oğlu barədə şayiələr vəziyyəti dəyişdirdi: deyilənə görə, bu 

yaxınlarda Parisə köçən ata oğluyla çox fəxr eləyirmiş, amma 

oğlan,  nəhayət,  gəlib  Parisə  çıxanda  kişi  onu  tanıya  bilmir: 

doğma balası Yusif Coya çevrilibmiş, üstəlik, öz dilini, hətta, 

yaxşı bildiyi rus dilini də unudubmuş, indi ata onu Londona 

göndərməyinin  peşmançılığını  çəkir  –  uşaqlıqda  ağıl-dər-

rakəsilə seçilən oğlan səfeh məxluqu xatırladırmış.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə