Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə45/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   41   42   43   44   45   46   47   48   ...   185

147

 Dinməzcə qucaqlaşdılar. Əhməd bəy köksünü ötürüb Bo-

ğazın  mənzərəsinə,  Süleymaniyyə  camesinin  minarəsinə 

baxdı:


 “Azadlıq nə qədər böyük nemətdi, – dedi. – Bunu insan 

azad olmayanda daha dərindən duyur”.

 Yusif Vəzir bu iradəli insanın belə tale qarşısında nə qədər 

əlacsız olduğunu sezib soruşdu:

 “Bakıya getmək fikriniz varmı, Əhməd bəy?”

 “Yox, – Əhməd bəy başını bulayıb Boğaza göz gəzdirdi. – 

Düzdü, Nərimanova məktub yazmışam, yəqin, müsbət cavab 

verəcək,  yeni  hökumətdə  vəzifə  tutmaq  da  təklif  eləyəcək, 

amma sovet fikir sistemini bölüşmürəm, həm də türklər üçün 

qurtuluş imkanı yalnız burdadı. Məni Malta əsarətindən qur-

tarmış  Ankara  qarşısında  namus  borcum  var,  o  borcumu 

verməliyəm”.

 “Zənnimdə yanılmadım, – Yusif Vəzir riqqətlə onu süzdü. 

– İngilis əsarətindən qurtulub fikir əsarətinə düşmək çox çətin 

olardı”.

 “Səfarət adına yardımlarına və məktublarına görə sənə də 

təşəkkür borcum var, – Əhməd bəy hüznlə gülümsədi. – Ağır 

günlərimdə imdadıma yetişdi”.

 “İmkanım çatanı elədim, əskikliyim oldusa, üzrlü sayın”, 

– Yusif Vəzir utancaq görkəmlə onu süzdü.

 “Varını verən utanmaz, dostum, – Əhməd bəy onun qo-

lundan yapışdı, – ümidvaram ki, görüşəcəyik”. 

 “Əlbəttə, mütləq baş çəkərəm”, – Yusif Vəzir söz verdi.

 ...Xeyli sonra Əhməd bəy Ağaoğlunu qiyafəsini dəyişib ta-

nınmaz hala düşmüş vəziyyətdə faytonla Anadoluya yola sa-

landa Zeynal bəyin gedişindən sonra ikinci dəfə ona qoşul-

madığına  görə  peşmanlıq  duydu.  Düzdü,  yazı-pozuyla 

məşğul idi, hələ nəyəsə ümid eləyirdi, yarı canı da Mirabdul-

lanın yanında qalmışdı, amma indiki məqamda məmləkətin 

taleyi Ankarada həll olunurdu.

  ...Elə  o  günlərdə  də  Şəfi  bəy  Rüstəmbəyovun  İstanbula 

gəldiyini eşitdi. Şəfi bəy Gürcüstan bolşeviklərin əlinə keçən-




148

dən  sonra  çətinlliklə  də  olsa,  özünü  Batuma  çatdırıb  yola 

düşən  gəmiyə  minə  bilmişdi.  Bununla  da,  deyəsən,  Milli 

hökumətin son müqavimət nöqtəsi də susdurulmuşdu.

 Şəfi bəyi qardaşları oğlu Şükür bəy və Hacı bəylə sığındıq-

ları kirayə mənzildə tapdı. Son illərin yaşantılarından sınıx-

mış,  qaraşın  sifətini  kədər  kölgəsi  basmışdı.  Yusif  Vəziri 

görəndə gözlərində iki damcı yaş gilələndi.

 “Təəssüf ki, qat-qat güclü düşmənin qarşısında tab gətirə 

bilmədik, – dedi, – Vətənimiz tapdaq altına düşdü...”

 “İstiqlalımızın ömrü çox az oldu... – Yusif Vəzir köksünü 

ötürdü. – Bundan sonra neyləmək fikrindəsən?”

 “Məmməd Əmin bəydən bir xəbər çıxanacan gözləməkdən 

başqa çıxış yolu yoxdu, – Şəfi bəy çarəsiz görünürdü. – Hələ 

ki,  burdakı  firqəçilərlə  əlaqə  yaratmaqla  məşğulam.  Nağı 

bəylə müəyyən işlər görmüşük”. 

 Əlbəttə, bu vəziyyətində belə beynindən keçdi ki, onlara 

qoşulub vəziyyətdən çıxış yolu tapmağa çalışsın. Amma bun-

dan ötrü yaşamaq imkanı olmalıydı, o imkansa yox idi.

  Şəfi  bəydən  qarmaqarışıq  duyğularla  ayrıldı;  hələ  ki, 

zülmətin içində iynə ulduzu boyda işıq belə görünmürdü... 

 ...Heç bir ay keçməmişdi ki, köhnə tanışı Behbud bəy Ca-

vanşirin  yeni  hökumətdə  sanballı  vəzifə  alıb  İstanbula 

gəldiyini  eşitdi.  Xalq  Komissarları  Sovetinin  sədri  Nəriman 

Nərimanovun tapşırığıyla Cənubi Qafqaz Soveti xarici ticarət 

təmsilçisi kimi neft-mədən avadanlığı almaq üçün Almaniya-

ya göndərilən Behbud bəy həyat yoldaşı Tamara xanım, qar-

daşları Surxay və Cümşüdlə birgə yolüstü İstanbulda dayan-

mış, Əhməd bəy Ağaoğlunun Şahzadəbaşındakı evində qo-

naq olmuşdular. Əhməd bəyin arvadı Sitarə xanım Behbud 

bəyin qohumuydu. Sabiq daxili işlər naziri ermənilərin qara 

siyahısında olduğuna görə, o evdə beş gün gizli yaşamışdı. 

Ancaq  xanımı  bu  həbs  həyatına  dözə  bilmədiyindən  “Pera 

Palas” mehmanxanasına yerləşmməyi qərara almışdılar.

 Bu xəbəri alanda həyəcanlandı, öləzimiş ümidləri bir də 

közərdi.  Hər  halda,  ideya  yoldaşı  olmuşdular,  Behbud  bəy 




149

indi  bolşeviklərə  qulluq  eləsə  də,  yəqin,  qəlbinin  qapılarını 

keçmiş mübarizə yoldaşlarının üzünə bağlamaz, ən azı, onlar 

barədə  hakimiyyətdəkilərə  tövsiyəsini  əsirgəməz.  Çox  şey 

istəmirdi  ki?  Vətəninə  qayıtmağa  icazə,  həyatını  təmin 

eləməyə adi iş istəyirdi.

  Behbud  bəyin  qərargahı  “Pera  Palas”ın  dörd  ən  yaxşı 

nömrəsini tuturdu. O nömrələrin birində özü arvadıyla, ikin-

cisində qardaşları, üçüncüsündə iki əməkdaşı yerləş mişdilər, 

dördüncü nömrədəsə nümayəndəliyin kontoru kimi istifadə 

olunurdu.  Yusif  Vəziri  kontor  nömrəsində  qəbul  eləyib  bir 

qədər gözlətdilər, nəhayət, Behbud bəy gəldi:

  “Yusif  Vəzir,  –  o  əvvəlki  şıq  görkəmilə  qapıdan  girib  əl 

uzatdı. – Mən hələ burda olduğunuzdan indi xəbər tutdum”.

 “Mən onsuz da çoxdan unudulmuşam”, – bu sözlər ağzın-

dan qəfil çıxdı.

 “Elə deməyin, – Behbud bəy masanın arxasında yerini ra-

hatlayıb etirazını bildirdi. – Aydın adamlara bütün hakimiy-

yətlərin ehtiyacı var”.

 “O ehtiyac gərək sağ vaxtında duyulsun, Behbud bəy, – 

Yusif Vəzir nə qədər təmkinli olmağa çalışırdısa, bacarmırdı. 

– Mən ötən ilin əvvəlindən taleyin ümidinə buraxıldım. İndi 

də Batumdakı sovet konsulluğuna məktub yazmışam ki, işlə 

təmin olunmağıma və Vətənə qayıtmağıma kömək eləsinlər, 

üç aydan artıqdı, heç bir xəbər yoxdu”.

 “Təəssüflənirəm, – Behbud bəy qətiyyətlə davam elədi, – 

bu məsələylə şəxsən özüm maraqlanaram, sizin kimi aydınla-

rımızın sayı o qədər deyil ki, taleyin ümidinə buraxaq”.

 “Ümidvaram ki, mənim vəziyyətimi başa düşəcəksiniz... 

– Yusif Vəzirin səsi titrədi. – Siz hökumət üzvü olmusunuz, 

mənim burda necə çətinliklər çəkdiyimdən xəbərdar olarsı-

nız...”


 “Əlbəttə, çətinliklər vardı, – Behbud bəy ehtiyatla danışır-

dı, – çox şeyləri həyata keçirmək mümkün olmadı...”

  Ortaya  sıxıntılı  sükut  çökdü.  Yusif  Vəzir  ayağa  qalxıb 

getməyə hazır vəziyyətdə gözlədi:




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə