Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə46/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   42   43   44   45   46   47   48   49   ...   185

150

 “Ümidvaram ki...”

  “Ən  qısa  müddətdə,  Avropaya  yola  düşənəcən  bu 

məsələnin  həllinə  çalışacağam,  –  Behbud  bəy  etiraz  qəbul 

eləməyən ədayla əlini qaldırdı. – Əmin ola bilərsiniz. Ünvanı-

nızı  qoyun,  başım  açılan  kimi  axtaracağam,  ətraflı  söhbət 

eləyərik”.

 Yusif Vəzir vizit kartını uzadıb nəzakətlə vidalaşdı.

 İki gündən sonra Behbud bəyin adamlarından biri onun 

yaşadığı ünvanı tapıb içində pul olan zərfi Xeyriyyə xanıma 

vermişdi. Zərfdə min frank vardı. Əlbəttə, bu vəziyyətində az 

məbləğ  deyildi:  ev  sahibəsinin  xəcalətindən  çıxa,  bir  qədər 

Mir Abdullaya göndərə, gündəlik ehtiyaclarını ödəyə, arada-

bir Qamət Əfəndinin qəhvəxanasında oturub içindəki sıxıntı-

nı dağıda bilərdi. Hər halda, düşdüyü çıxılmazlıqdan qurtul-

maq  üçün  ümid  işığı  görünmüşdü,  yəqin  əzablarının  sonu 

yetişəcəkdi.

  İki  həftədən  sonra  da  Behbud  bəy  Cavanşir  əməkdaşı 

vasitəsilə sevindirici xəbər göndərdi: Yusif Vəzirin xahişi Ba-

kıya çatdırılıb, yoldaş Kirov onun münasib işlə təmin olun-

ması barədə göstəriş verib, imkanlar götür-qoy edilir.

 Qəlbində ümid qığılcımları yandı: axır ki, əzablarına son 

qoyulacaqdı...

 Amma sevinmək qismətində yoxmuş...

 

***


 ...O günlərdə qocaman imperiya ilmə-ilmə sökülür, başlıca 

hadisələr paytaxtda yox, ölkənin yeni mərkəzində – Ankara-

da baş verirdi. İsmət Paşa İnönüdə yunanların dərsini vermiş, 

böyük  Millət  Məclisi  yeni  anayasa  qəbul  eləmiş,  Antepdə 

şiddətli döyüşlər olmuşdu. 

 Ankara Sovet Rusiyasıyla münasibətlərini qaydaya salma-

ğa, şimaldan gözlənən təhlükənin qarşısını almağa çalışırdı, 

martda Moskvada, sonra Gümrüdə, ruslarla sazişlər bağlan-

mış, artıq yunanların məğlubiyyəti qaçılmaz olmuşdu; yeni 



151

hakimiyyətin  nümayəndələri  də  Parisdə  ölkənin  bütövlüyü 

uğrunda çırpışırdılar.

  Elə  o  vaxt  da  Əli  bəy  Hüseynzadənin  maddi  köməyilə 

“Azərbaycan  ədəbiyyatına  bir  nəzər”  əsəri  işıq  üzü  gördü. 

Sıxıntılı günlərində qələmə aldığı, üzərində “Yusif bəy Vəzirоv. 



Azərbaycan Cümhuriyyətinin sabiq İstanbul еlçisi” yazılmış, hələ 

mətbəə qoxusunu saxlayan kitabı təskinlik kimi qəbul elədi. 

Həmin günlərdə Azərbaycan istiqlalının üç yaşı tamam olur-

du,  amma  o  istiqlalın  ömrü  cəmi  iyirmi  üç  ay  çəkmişdi. 

Nüsxələrdən birini “İstiqlaliyyətimiz uğrunda çalışan əziz yolda-

şım Ceyhun Hacıbəyova. Yusif Vəzirov. 28 may 1921-ci il” avtoq-

rafiyla zərfə qoyub Parisə, bir nüsxəsini də vəd elədiyi kimi, 

türk ədəbiyyatına göstərdiyi diqqətə görə təşəkkür sözlərilə 

Vyanaya, professor Fridrix fon Kraelitzə göndərdi...

 Kitabı dükanlarda əlli piyastra satılırdı. Hər halda, bu da 

kömək  idi,  ehtiyaclarının  bir  hissəsini  ödəməyə  kömək 

eləyirdi... 

  İyulun  axırında  Bakıdan  gözlənilməz  qonalarıı  gəldi. 

Mirzə Cəfər bəyin оğlu, atasının dostu Bəhram bəy Axundo-

vu  axırıncı  dəfə  Bakıda,  parlamentin  iclasında  görmüşdü. 

Hələ Yusif Vəzir balaca olanda o şəhər rеаl məкtəbini, sоnrа 

gimnаziyаnı bitirmiş, Frаnsаnın Lill Aкаdеmiyаsının qаrışıq 

еlmlər  fакültəsinin  аspirаnturаsınа  qəbul  оlunmuş,  sonra 

təhsilini  tibb  fаkültəsində  dаvаm  еtdirmişdi. Sonra  Хаrkоv 

univеrsitеtinin  tibb  fаkültəsində  imtahan  verib  bir  müddət 

“Səadət” məktəbində həкim işləmiş, Milli hökumət vaxtı par-

lamentin  üzvü  olmuşdu,  indisə  rеspubliка  Dövlət  Sığоrtа 

İdаrəsinin həkimiydi. Almaniyada təhsil alan tələbələr may 

ayında  Səməndər Axundzadə  və  İsgəndər  xan  Rzazadəni  i 

başqa  Bakıya  nümayəndə  göndərmişdilər  ki,  düşdükləri 

vəziyyəti hökumətə çatdırsınnlar. Onlar çətinliklə Bakıya ça-

tıb  hökumət  başçısına  hər  şeyi  izah  eləmişdilər.  Hökumət 

Bəhram  bəy  Axundovu  xaricdə  oxuyan  bütün  tələbələrin 

vəziyyətilə  tanış  olmaq  üçün  müvəkkil  təyin  eləmiş,  ona 




152

müəyyən miqdarda valyuta malları (xalça, kürü və s.) ayır-

mışdı ki, satıb pullarını tələbələrə versin. Bəhram bəy Axun-

dov nümayəndələrlə birgə Avropaya yola düşmüş, Batuma, 

ordan  İstanbula  gəlmiş,  özü  “Pera  Palas”,  nümayəndələrsə 

Sirkəçidəki “Rəşidiyyə” otelində yerləşmişdilər. 

 Bəhram bəy Yusif Vəzirlə dostunun oğlu, həm də köhnə 

tanış kimi görüşdü, Ünvanını əlaqələri sayəsində Maarif Ko-

missarlığında  işə  düzələn  Mirzə  Qədirdən  alıbmış.  Bəhram 

bəyin  dediyinə  görə,  Nərimanov  hökumət  başçısı  olandan 

sonra Rusiyaya, Osmanlıya və Avropa ölkələrinə göndərilən 

tələbələrin vəziyyətilə maraqlanıb, uzun yazışmalardan, razı-

laşdırmalardan sonra onu vəziyyətə aydınlıq gətirmək üçün 

onu Avropaya göndərmək qərarına gəlib. Bir müddət İstan-

bul  darülfünunda  oxuyan  tələbələrlə  məşğul  olacaq,  sonra 

Romaya, Parisə, Berlinə gedəcəkdi. Amma məsələnin çətinliyi 

Avropaya gedib çıxmaqla bağlıdı. Yəqin ki, müttəfiq qoşunlar 

komandanlığı  Bakıdakı  yeni  hökumətin  nümayəndəsinə 

asanlıqla icazə verməyəcək.

 Yeni hakimiyyətin gəlişindən bir ildən artıq keçmişdi, həbs 

olunanlar, güllənənlər, qətlə yetirilənlər barədə xəbərlər gəlib 

İstanbula da çatırdı. Təbii ki, hakimiyyət insanları öldürmək 

üçün yox, əmin-amanlığını təmin eləmək üçün idi. Bəhram 

bəy bütün bunları yaxşı bilir, Bakıda baş verənlərin üstündən 

sükutla keçməyə çalışırdı.

 “Heç bir dəyişiklik qurbansız ötüşmür, – o kənara baxa-

baxa  deyirdi,  –  ümidvaram  ki,  çox  keçməyəcək,  hər  şey  öz 

axarına  düşəcək.  Yoldaş  Nərimanov  bundan  ötrü  var 

qüvvəsilə çalışır”.

 “Amma elə şeylər var ki, Nərimanovun qüvvəsi daxilində 

deyil, – Yusif Vəzir ona qarşı mümkün qədər nəzakətli olma-

ğa çalışırdı, – hətta, o istəməsə belə, zərurətə çevrilir”.

  “Mirzə  Qədir  mənə  hər  şeyi  danışıb,  burda  nə  qədər 

çətinlik çəkdiyinizdən xəbərim var”, – Bəhram bəy söhbətin 

yönünü dəyişməyə can atırdı.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə