173
küçələrində gəzdiklərini, bir-birinə necə böyük sevgiylə bax-
dıqlarını xəyalında canlandırırdı. Hələ bığının uclarını da
Əlipaşa kimi burub yuxarı qaldırmışdı, üstəlik, onun kimi şıq
geyinməyə çalışırdı.
Əlipaşagili bir də Kiyevdən qayıdanda, İstanbula yollan-
maq ərəfəsində gördü. Aradan xeyli keçsə də, həmin nəciblik,
gözəllik, elə bil, zərrə qədər də əskilməmişdi, amma artıq üç
uşaqları vardı. Hələ də eyni məhəllədə yaşayan Zeynal bəyin
dediyinə görə, bu cür sevgi hamıya qismət olmur, uşaqlarının
adını İslam, Əli və Tamara qoyublar, ailəliklə gəzməyi, dost-
tanışlarını qonaq eləməyi çox sevirlər.
Sonra da Əlipaşanın Gəncədə öldürüldüyünü təsadüfən
Xəlil bəydən eşitdi, daha doğrusu, Xəlil bəy Gəncə üsyanında
öldürülənlər arasında onun adını çəkəndə əvvəlcə fikir
vermədi, görünür, həmin məqamda fikri çox dağınıq idi.
Səfarətin işinə xitam verib yazı-pozuya qayıtdığı günlərdə o
söhbəti qəfildən xatırlayıb baş verənləri dərk elədi: müsəlman
oğlanla xristian qızın sevgisi, narahat illər, Cümhuriyyət uğ-
runda qurban verilən həyat – bundan gözəl mövzu nə ola
bilər! Əlbəttə, özü də Cümhuriyyət uğrunda mübarizənin
qurbanıydı, Əlipaşa kimi Gəncə körpüsündə həlak olmamış-
dısa, burda – Cümhuriyyətə xidmət üçün göndərildiyi yerdə
unudulmuş, taleyilə təkbətək qoyulmuşdu.
Qəhrəmanlarını özüylə “götürüb” saatlarla küçələrdə do-
laşır, Qızılbuynuza enib Boğazın mənzərəsinə tamaşa eləyir,
Bakının görüntülərini yaddaşının saxlancından tapıb üzə
çıxarır, Qamət Əfəndinin qəhvəxanasında oturub xatırladıq-
larını ipə-sapa düzür, axşamlar Xeyriyyə xanımın göndərdiyi
qəhvəni içəndən sonra masa arxasında əyləşirdi. Həmin
məqamlarda xəyalən getdiyi şəhərin neft qoxuyan havasını,
tozunu, küləyini canında hiss eləyir, məktəb yoldaşlarının
durğun fiqurlarını hərəkətə gətirir, illər arxasında qalmış
həyatı bütün çalarlarıyla canlandırmağa can atırdı. Məktəb
yoldaşları Rəcəb, Həsən və Mürsəl də onun hökmüylə
hadisələrə qarışır, kağıza köçürdüyü hekayətdə öz yerlərini
174
tuturdular. Gündən-günə irəli gedən, şaxələnən hekayət artıq
iradəsindən asılı deyildi, bəzən özünün də gözləmədiyi
məqamları ortaya çıxarırdı.
***
...Aşqabadı da tez-tez xatırlayırdı. Taleyi bu şəhərlə çox
bağlıydı.
Ağdamda bitkilərdən dərman nüsxəsi yazıb ailəsinin
güzəranını təmin eləyən atası Mirbaba üç dəfə evlənmişdi: bi-
rincini boşamış, ikinci rəhmətə getmişdi; üçüncü kərə də
bəxtinə çıxan, özü də seyid nəslindən olan arvadı Seyid
Əzizsə ona üç oğlan, dörd qız bəxş eləmişdi.
Yusif anadan olanda atası Mir Baba Aşqabaddaymış. Şuşa-
dan teleqram alır ki, bəs hicri təqvimilə 1321-ci il rəcəb ayının
20-də (1887-ci il sentyabrın 20-də) oğlun dünyaya gəlib. Elə o
günlərdə də qonağı olduğu dostunun qız övladı doğulub-
muş. Sevincək olub böyüyəndə onları evləndirməyi əhd
eləyiblər. Sonra Mir Baba Şuşaya məktub göndərir ki, uşağın
adını Mir Yusif qoyun. Atası İran təqviminə də baxmış,
rəcəbəl-əl-mərəccəb ayında doğulanların ömrünün çətin
keçəcəyini də öyrənmişdi. Bəlkə, elə bu səbəbdən də ortancıl
oğlunun taleyi sarıdan çox narahatlıq keçirirdi.
Sonra hamının “Kor Xəlifə” çağırdığı Molla Mehdinin
məktəbində oxumağa getdi. “O zaman məktəblərdə dərs fars
dilində keçilərdi, türkcə məktəb yox idi. – Sonralar yazacaqdı. –
Yazma çərəkə vasitəsilə əlifba öyrədildikdən sonra Quran, Sədi, Ha-
fiz, “Tarixi-Nadir”, “Cameyi-Abbas” oxudardılar, “məşq” yazdı-
rardılar... Şagird Quranı oxuyub bitirdikdə müəllim ona bərk bir
şapalaq çəkər, sonra əllərinin baş barmaqlarını iplə bağlayıb Qura-
nın üstünə qoyardı, yanına da bir şagird qoşub evlərinə xələt dalın-
ca göndərərdi...” Müəllim narazı qalandasa şagirdin ayaqlarını
falaqqaya saldırıb çubuqla döydürərdi.
Elə bu səbəbdən atası onu Ağdama aparıb təhsililə özü
məşğul olmaq qərarına gəlmişdi. Fars-türk lüğəti, çərəkə yaz-
175
mışdı, Mir Yusifə türk və fars dilləri öyrədirdi, üstəlik, rus
dilinin vacibliyini dərk eləyib, onu Muradbəyli məktəbinə də
göndərdi. Burada bir il охuyub еdadiyyə məktəbinə girmək
üçün Şuşaya qayıtdı, əvvəl Qara Hüsеynalının, Camal bəyin
хüsusi məktəblərində, sоnra Haşım bəy Vəzirоvun müdir ol-
duğu türk-rus məktəbində охudu.
Bir ildən sоnra böyük qardaşı Mir Əbülhəsənin охuduğu
Şuşa еdadiyyə məktəbinin birinci hazırlıq sinfinə getdi. Orda
fransız dilini “Firəng Əhməd” – Əhməd bəy Ağayеv, şəriət
dərsini Mirzə Sadıq, hazırlıq sinfində türk dilinisə Haşım bəy
Vəzirоv kеçirdi. Məktəbin dirеktоru, qalan müəllimlərisə rus
idilər. “Məktəbin formasını sevinclə geyindim, – xatirələrində
qeyd eləyəcəkdi. – Bu da bluz, kənarı sarı zehli şapkadan ibarət
idi: şapkamızın qabağında bürünc yarpaq arasında “ŞRU” (Şuşa
realnı məktəbi) hərfləri düzülmüşdü. O vaxt bu məktəbə girmək
türklər arasında böyük şərəf sayılırdı. Mən də şəxsən bu şərəfi du-
yur və saxlayırdım...”
Amma həyatında daha bir məktəb də vardı, o da anası Se-
yid Əzizin mehriydi. “Uzun qış gecələrində, – sonralar yaza-
caqdı, – biz anamın ətrafında toplanar, onun xalqa əzab verən xan-
ların zülmündən, kişilərin qadınlara qarşı qəddarlığından, qızların
qaçmaq adətindən, gəlinlərin öz ərlərinin caynağından qurtulub
dəyirman daşının və təndirin arxasında gizlənmələrindən bəhs
eləyən heyranedici nağıllarına və hekayələrinə qulaq asardıq...”
Anası məhəllədə hörmət-izzət sahibiydi, sözünün qaba-
ğında söz demirdilər. “Bir də görürdün, qışqırtı qopdu, – xatırla-
yırdı. – Anam məni götürüb haraya gedərdi. Nə görərdik: keçəl
Səməd əlində çomaq yaşlı qadının qabırğalarını sayır. Anam seyid
olduğu üçün qonşular ona hörmət bəslərdilər – biz gələn kimi qovğa
bitərdi...”
Atası hər həftə ev xərci üçün iki manat yarım, Mir
Əbülhəsəndən ötrüsə bir manat pul, bəzən də anasına “Se-
yid” təxəllüsüylə yazdığı şeirlər göndərirdi. Əbülhəsən o pul-
dan artıra-artıra özünə gözəl kitabxana düzəltmişdi. Mir Yu-