75
vaxtlarında qəlbimizdə ölürlər. Anası Leonun yaddaşında yad,
soyuq, naməlum dünyanın adamı, “ruhun əks-sədası” kimi
qalmışdı. “Anam məni, sadəcə, dünyaya gətirib... onun xidməti
mənim həyatımda yalnız bundan ibarətdi”, sonralar belə yaza-
caqdı. Amma oğlan bir şeyə – özündən sonra qoyub getdiyi
kitablara görə, onu hərdən minnətdarlıqla yada salırdı. O
kitablar məktəbdənkənar vaxtını doldurur, xəyallarının hü-
dudlarını genişləndirirdi. Mühafizəçilərin müşayiətilə evin
damına qalxıb saatlarla dənizin, İçərişəhərin, Şirvanşahlar
sarayının, Qız qalasının, məscidlərin, kilsələrin... mənzə-
rəsinə baxırdı.
“Bu gülməli deyil, faciəliydi, – Leo sonralar xatırlayırdı, –
həkimlərin və mühafizəçilərin dustağına çevrilmiş uşaq idim.
Mənə hətta evimizin pilləkənlərini qalxmağa da icazə vermirdilər,
xidmətçi məni sevgi və hörmətlə pilləkənlərlə qaldırardı... Mən ta-
nışlarla yox, müəllimlər, xidmətçilər, oyuncaqlarla əhatə olun-
muşdum...”
Şəhərin sükutu fevral günlərinin birində qəfildən pozul-
du. Bir səhər bayırdan güllə səsləri, insan fəryadları, at
kişnərtiləri eşidildi. Abram hamını birinci mərtəbəyə yığıb
qapını bağladı, mühafizəçilərilə bundan sonra neyləyəcək-
lərini götür-qoy eləməyə başladı. Onların dediklərinə görə,
Peterburqda çarı yıxmışdılar, müvəqqəti hökumət qurul-
muşdu, amma bolşeviklər silah gücünə onları da devirmək
istəyirdilər. Bakıda da daşnaklarla bolşeviklər birləşib öz
hökumətlərini qurmağa çalışırdılar. Belə çıxırdı ki, Basyanın
həyatını məhv eləyən ideya həyata keçməyə başlamışdı.
Bütün bunlarsa Leoya təsir eləmir, əksinə, əyləncəli
gəlirdi. O da frau Şulte kimi almanların qalib gəlib Bakını
tutmalarını arzulayırdı. “Mən qeyri-adi qalmaqal, küçə döyüş-
ləri, atışmalar, qarmaqarışıqlıq, bəzi xoş və maraqlı əhvalatlar ar-
zulayırdım. Xoş və maraqlı əhvalatlarsa gözləmədiyimiz tərəfdən
gəldi...” Sonralar belə yazacaqdı...
Bakı Soveti hakimiyyətinin yarandığı, şəhərdə siyasi
hərc-mərcliyin baş alıb getdiyi günlərdə Nussimbaumların
76
evində başlıca söhbət mövzularından biri Nargin adasında-
kı bir neçə min alman, avstriyalı və türk əsirin vəziyyətiydi.
Deyilənə görə, adada səkkiz minəcən əsir vardı, onların ya-
rısı türklər, qalanısa alman və avstriyalıydı. Şəhərdəki
xeyriyyə cəmiyyətləri əsirlərə yemək və geyimlə kömək
eləsələr də vəziyyət çox ağır idi. Qış aylarında baraklar qız-
dırılmır, su çatışmırdı, yatacaq yerlərsə boş taxtalardan
ibarətiydi. Onsuz da ağır vəziyyətdə yaşayan əsirlər sutə-
miz ləyən qurğunun xarab olması nəticəsində daha acına-
caqlı günlər keçirir, xəstəlikdən, barjlar su çatdıra bilmə-
diyinə görə susuzluqdan qırılırlar. Bakı Soveti əsirlərin və-
ziy yətini yoxlamaq üşün Nəriman Nərimanovun başçılığıy-
la komissiya yaratmışdı, o da adaya gedib ağlasığmaz
fəlakətlə qarşılaşmışdı. Deyilənə görə, səfalət o dərəcədə
dözülməz imiş ki, doktorun halı pisləşibmiş. Qayıdan kimi
Sovetdə qızğın nitq söyləyib, oranı “göz yaşı axıdan ada”
adlandırıb, insanlıq naminə əsirlərə təcili yardım göstərmək
təklifi irəli sürüb. Daşnaksütyun firqəsi təklifin əleyhinə çıx-
sa da, elə doktorun başçılığı altında yardım komitəsi yara-
dılıb. Komitə həm camaatdan əsirlərin nəfinə ərzaq yığır,
həm də imkanı olanlar əsirləri götürüb sağaldır, Zığdakı
pivə zavodunda yaradılan yeni düşərgəyə təhvil verir. Hacı
Zeynalabdin dəyirmanını xəstəxana üçün versə də, hələ
vəziyyət düzəlmirdi.
Bu xəbərləri eşidən Frau Şultenin həmin məqamda necə
əzab çəkdiyini Abram dərhal hiss eləmişdi. Buna görə, oğ-
lunun da israrlarını nəzərə alıb evinin zirzəmisini əsl hərbi
hospitala çevirdi. Biri qadın olan iyirmiyədək alman əsgər
zabiti bir ayacan müalicə olundular. Leo əsirlərə o qədər isi-
nişmişdi ki, onların düşərgəyə təhvil verilməsini belə
istəmirdi. Amma Abram özünə əlavə yük eləmək, başına iş
açmaq filrində deyildi. O sakitliyin uzun sürməyəcəyini bi-
lirdi. Şübhəsiz, hakimiyyətə yiyələnən Şura uzun müddət
duruş gətirə bilməyəcəkdi, ingilislər dənizdən yeni höku-
77
mətin üzərinə gəlirdi. Buna görə müvəqqəti də olsa, Bakı-
dan uzaqlaşmaq lazım idi. Tiflisə gedə bilməzdi, eyni çax-
naşmalar orda da baş verirdi. İrana üz tutmaq daha qorxu-
luydu – tanımadığı, etibar eləmədiyi ölkəydi. Gəmiylə Tür-
küstana getmək daha ağlabatan idi: fırtınanı nəzərə almasa,
dəniz yoluyla getməz xeyli təhlükəsiz görünürdü.
Əlbəttə, belə vaxtda frau Şulteni özüylə götürmək ağıl-
sızlıq olardı. Evi etibar elədiyi mühafizəçisinə, dayəyə və
qulluqçuya tapşırdı. Əsginasları, qiymətli kağızlarını,
sənədlərini şalvarının astarında gizlədib oğluyla yola çıxdı.
Bütün bunlar – atışma, hakimiyyət dəyişikliyi, ilk dəfə belə
uzun və təhlükəli səfərə çıxması Leoya hədsiz dərəcədə ma-
raqlı görünürdü.
***
...Atayla oğulun bu məcburi səfəri altı ayacan çəkdi. Tür-
küstanda, Buxarada da rahatlıq tapa bilmədilər. Karvanlara
qoşulub getdikləri yerlərdə aclıq, yoxsulluq hökm sürür,
güclülər gücsüzlərə zülm eləyirdi. Yolda xəbər tutdular ki,
ingilislər Bakıya giriblər, komissarları gəmiyə doldurub Qı-
zılsuya gətirib, Ağcaqum çölündə güllələyiblər. Abram
Nussambaum qətlə yetirilməkdən, qarətdən, zorakılıqdan
qaçmaq üçün özünü yazıq, kimsəsiz, məşhur şəxslərin qo-
humu, nüfuzlu xanların qonağı kimi qələmə verirdi. Leosa
ilk dəfə rastlaşdığı, ağlagəlməz dərəcədə rəngarəng, maraq-
lı aləmə iri gözlərini daha da geniş açıb baxırdı.
Aylar sonra Buxaradan, İran səhralarından, Mazandaran
dağlarından keçib Ənzəli limanında gəmi gözləyəndə Abram
Nussimbaum hələ də sağ qaldıqlarına inanmırdı, Leosa, elə
bil, bu ağlagəlməz səyahətin başa çatmağından məmnun de-
yildi. Mindikləri gəmi Bakı limanında lövbər salanda başqa
aləmə düşənə oxşayırdılar: qarışıqlıq içində qoyub getdikləri
şəhərdə Milli hökumət qurulmuşdu, hələ asayişi türk-alman
əsgərləri qorusalar da, hökumətin fəaliyyətinə müdaxilə
Dostları ilə paylaş: |