78
eləmirdilər. Talançıları, soyğunçuları, qatilləri cəzalandırmaq
üçün dar ağacları qurulmuşdu. Binalardakı güllə izləri burda
döyüş getdiyindən xəbər verirdi.
Qismətindən bəxtinə halal adamlar çıxmış, frau Şulte
də, mühafizəçi və qulluqçular da Nussimbaumlara sədaqətli
qalmışdılar, Abram onların bu sədaqətini dəyərləndirməyə
söz verdi, bankdan faizini alan kimi vədinə əməl elədi.
Leo evdəkilərə səfər boyu gördüklərini təsvirəgəlməz
nağıl kimi danışırdı, bəzən atası belə onun danışdıqlarından
heyrətə gəlir, gülə-gülə başını bulayırdı.
“Ay səni, Leo! Deyəsən, səndən bir şey çıxacaq!”
Cəmi bir ay sonra Bolqarıstan cəbhəsində məğlubiyyətə
düçar olan alman-türk ittifaqı qoşunlarını geri çəkməyə,
asayişi ingilislərin öhdəsinə verməyə məcbur oldu. Bununla
belə, şəhərdə sakitlik idi, yalnız Qarabağda və Gürcüstan
sərhədində narahatlıq vardı.
Abram Nussimbaum artıq sərmayə qoymaq üçün müna-
sib vaxtın gəlib çatdığı barədə düşünürdü, bir qədər tərəddüd
keçirirdi. Bir neçə ay sonra ingilis qoşunları ölkədən çıxıb
gedəndə tərəddüdü daha da artdı. Eşitdiyinə görə, Milli
Hökumətin cəmi otuz min əsgəri vardı, o da Qarabağ
səmtində ermənilərə qarşı döyüşürdü, bir qədəri də Gürcüs-
tan səmtindəydi. Şimal sərhədisə, tamam müdafiəsiz qalmış-
dı, görünür, hökumətdəkilər Rusiya bolşeviklərinin təcavüz
eləyəcəklərinə inanmırdılar. Amma Abram Basyanın şəxsində
bolşevik ideyasının nələrə qadir olduğunu dərk eləmişdi, bö-
yük dövlətlər tərəfindən ölkənin müstəqilliyinin tanınması
xəbəri belə, onu arxayınlaşdıra bilmədi. Həmin günlərdə na-
rahatlıq içində vurnuxur, çıxıb getmək barədə fikirlər yaxa-
sından əl çəkmirdi.
Fikrincə, bütün baş verənlər Leoya daha çox zərər vur-
muşdu: on beş yaşı vardı, hələ altıncı sinfə gedirdi, onun da,
az qala, yarısını müxtəlif səbəblər üzündən dərsə getməmişdi.
Düzdü, çox oxuyurdu, mütaliəyə marağı vardı, amma Abra-
79
ma görə sistemli təhsil almayan adam savad qazana bilməzdi.
İndi Türküstanı, Buxaranı, İranı gəzib, cürbəcür macəralarla
qarşılaşandan sonra Leonu oxumaq heç maraqlandırmırdı.
On beş yaşına qədəm qoymuş oğlanın xəyallarının dəniz kimi
çalxalandığı, təxəyyülünün coşub-daşdığı məqam idi.
Abram Nussimbaumsa vəziyyətə uyğunlaşmağı hər
şeydən vacib hesab eləyirdi. Bir halda ki, milli dövlətdə yaşa-
yacaqlar, özü də olmasa, oğlu türk dilini bilməlidi. Türk dili
tədris proqramına salındığına görə, Leo imtahan verməli
oldu, amma biliyi kifayət eləmədiyindən sinifdə qaldı. Ab-
ram oğlunu türk dili kursuna yazdırdı, oğlu bu dəfə də
ümidlərini doğrultmadı, bir neçə aydan sonra məlum oldu ki,
oğlan heç nə öyrənməyib.
Bolşeviklərin leqal fəaliyyətinə icazə verildiyi, ardınca
hökumət böhranı başlandığı günlərdəsə Abram Nussimba-
um qərara gəldi; bu şəhərdən gedəcək! Hələ Tiflisdə sığına-
caq tapıb hadisələri necə inkişaf eləyəcəyini gözləmək daha
məntiqliydi. Bu dəfə frau Şulteni Bakıda qoymayacaqdı,
əvvəlki səfəri müddətində onun Leodan ötrü nə qədər vacib
sima olduğunu dərk eləmişdi. Oğlunun macəraçı xasiyyətilə
yalnız dayəsi dil tapa bilirdi, frau Şulte olmasaydı, yəqin, Leo
evdən qaça, təhlükənin ortasına atıla bilərdi.
Ünsiyyətdə olduğu adamların hamısı, elə bil, tikan
üstündəydilər, hamısı şimaldan gözlənilən təhlükədən danı-
şır, başlarına nə gələcəyini əvvəlcədən dərk eləməyə çalışırdı-
lar. Artıq əmlakını dəyər-dəyməzə satanlar, Tiflis-Batum-İs-
tanbul yoluyla Avropaya üz tutanlar da vardı. Amma son
məqamacan Abram onu bu şəhərdə nəyin tutub saxladığını
bilmirdi.
***
Aprelin 28-də səhər qulluqçu Aram Nissumbaumu yuxu-
dan oyadıb hər an gözlədiyi o məşum xəbəri verdi:
“Ağa, ağa, qalxın, gecə qırmızılar şəhərə giriblər!..
80
Yarıçılpaq halda özünü pəncərəyə atıb bayıra baxdı.
Küçədən cır-cındır içində, qorxunc görkəmli, yorğun qoşun
dəstələri keçirdilər. Görünür, heç yerdə müqavimətlə qarşı-
laşmamışdılar, şəhərdə nə atışma səsi eşidilir, nə də yanğın
əlaməti görünürdü. Yalnız küçə boyu düzülən şəhər sakinləri
dilsiz nifrətlə cəbhədən qayıdan başıpozuq dəstələri xatırla-
dan kütləyə baxırdılar. Leonun küçəyə çıxacağından qorxub
cəld özünü qonaq otağına atdı. Yox, oğlu frau Şulte və qulluq-
çuyla birgə pəncərədən həmin mənzərəyə baxırdı, oğlanın
sifətində sarsıntı qarışıq maraq vardı.
Belə vaxtda evdən çıxmamaq daha sərfəliydi. Amma cəmi
bir gün sonra meşin gödəkcəli, kepkalı, belləri mauzerli
adamlar evinə soxulub salam-kalamsız elan elədilər:
“Abram Nussimbaum, Fövqəladə Komissiyasının qərarıyla
sən proletariatın qaniçəni kimi ölüm hökmünə layiq
görülmüsən, amma hökmün icrasını müəyyən müddətə
təxirə salırıq, nəzarətimiz altında öz kadrlarımız yetişənəcən
işini davam etdirəcəksən!”
Abram, əlbəttə ki, çək-çevir eləmədən razılaşdı. İndiki
məqamda sağ qalmaq üçün şeytana işləməyə belə hazır idi.
Elə həmin gün sərəncamına getdiyi yeni Direktorlar Şurası
onu şübhəylə qarşılasa da, məcburiyyət üzündən qəbul
eləməli oldu. Abramsa sevinirdi, onu da başqaları kimi
öldürmədilər, ya bir çoxları sayaq həbsxanaya salmadılar,
işləmək olar, sonrası taleyin işidi.
Fövqəladə Komissiyadan gələnlər “mərhəmət göstərib”
mənzildən ən zəruri əşyalarını götürməyə, birinci mərtəbədəki
kontorun iki otağında yerləşməyə icazə verdilər. Əlbəttə, belə
vəziyyətdə qulluqçu-filan lazım gəlmirdi. Abram yalnız oğlu-
na ana əvəzi olan frau Şulteni saxladı, yəqin bir qadına görə
onu “istismarçı”, “qaniçən” hesab eləməzdilər. Bir də ki, indi-
ki vəziyyətdə dayəni arvadı kimi də təqdim eləyə bilərdi.
Abram Nussimbaum yeni ağalarının kontoruna gedib-
gəlsə də, meşin gödəkcəlilərin güllələnmə barədə dediklərini
Dostları ilə paylaş: |