Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə29/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   25   26   27   28   29   30   31   32   ...   185

94

 “Ah, gözəl qəlbli Xeyriyyə xanım, – kədərli-kədərli gülüm-

sədi.  –  İkinci  aydı,  kirayə  pulunu  verə  bilmirəm,  bununla 

belə, mənə xidmət də eləyirsiniz...”

 “Həmişə belə keçməz, əfəndim, – ev sahibəsi qəhvə fin-

canlarını alçaq masanın üstünə qoya-qoya dilləndi. – Siz necə 

deyirdiniz: “Yaman günün ömrü az olar””.

 “Əlbəttə, əlbəttə,” – Cahangir bəy səsinə mümkün qədər 

çox nikbin çalar qatmağa çalışırdı...

 

***



 ...O günlərin ən sevindirici hadisəsi Miridən aldığı məktub 

oldu.  Yazırdı  ki,  Parisə  fevralın  on  birində  çatıblar.  Yol 

təəssüratları çox maraqlıydı, qardaşının vəcdlə dolu sətirlərini 

oxuyanda bərk təsirləndi. Mir Abdulla yazırdı, Lion vağzalın-

da Əlimərdan bəyin başçılığıyla bütün heyət onları təntənəylə 

qarşılayıb,  sevinc  içində  görüşüblər:  Əlimərdan  bəy  çıxış 

eləyib, deyib ki, siz dövlətinizin gələcəyisiniz, səylə oxuyun, 

millətinizə layiq övladlar olun; Miri salamını Əlimərdan bəyə 

də,  Ceyhun  bəyə  də  çatdırdığını  əlavə  eləmişdi.  Yazdığına 

görə,  “Belmona”  və  “Yena”  otellərində  yerləşiblər.  Heyətlə 

birgə  “Klaric”  otelində  yaşayan  Ceyhun  bəy  bir  neçə  aya 

heyətin  öz  işini  tamamlayacağını,  qayıdanda  İstanbulda 

onunla  görüşəcəyini  söyləmişdi.  Miri  yazırdı  ki,  hazırlıq 

səviyyəsinə görə, Paris Siyasi Tədqiqatlar İstitutunun üçüncu 

kursuna qəbul olunub, artıq dərslərə başlayıb, vəziyyəti yax-

şıdı; Aslan da Paris Universitetində kimyanı öyrənəcək. Fran-

sada iyirmi yeddi tələbə qalmış, digərləri Almaniyaya, İtali-

yaya,  Belçikaya,  İsveçrəyə,  Avstiyaya  göndərilmişdi;  amma 

Almaniyaya gedənlər iki ay Romada viza gözləməli, Bakının 

Berlinlə diplomatik əlaqəsi olmadığından problemi Gürcüs-

tan  nümayəndəliyinin  köməyilə  həll  eləməli  olmuşdular. 

Miri onu da yazmışdı ki, görüşəndə səni çox narahat gördüm, 

özünə fikir ver, xəstələnmə, məndən də fikir çəkmə, hələ ki, 

Ceyhun bəy burdadı, hamımıza həyan olur.




95

 Mirinin məktubu bir qədər qəlbini rahatlatdı, heç olmasa, 

bu  tərəfdən  qayğısı  azalmışdı. Amma  kuryer  hələ  də  gəlib 

çıxmırdı, bu da narahatlığını artırır, əsəbini dinclik tapmağa 

qoymurdu. Zeynal bəy maraqlı əhvalatlar danışıb kefini aç-

mağa  çalışır,  Cahangir  bəy  işlə  bağlı  sıxıntı  olmadığını 

dəqiqəbaşı  dilinə  gətirir,  Mirzə  Qədir  dünyanın  işlərinə  bir 

qədər  soyuqqanlı  baxmağın  zərurətindən  söz  açırdı. 

Əməkdaşların – Cəfərin, Qüdrətin, Möhsünün kiçik şirniyyat 

bükülüsüylə yoluxmaları onu lap kövrəltdi. Bu adamlar doğ-

rudan da fədakarlıq eləyir, çətinliklərə dözür, şikayətlənmədən 

tab gətirirdilər.

 Üstəlik, himnlə bağlı müsabiqədə Üzeyir bəy də iştirak 

eləyib qalib olmuş, on beş min manat mükafat almışdı. Seçdi-

yi  sözlər  Camo  bəy  Hacınskiyə  məxsus  idi,  deyilənə  görə, 

sözlə musiqi möhtəşəm səslənirmiş. Belə çıxırdı ki, salamatlıq 

olsa, himn yaxın günlərdə parlamentdə qəbul olunacaq. 

 Hər halda, qalxıb gəzməyi bir həftə çəkdi. Yazın özünü 

bütün gözəlliyilə bildirdiyi günlərdən biriydi. Günorta aza-

nından sonra baş çəkmiş Zeynal bəyin köməyilə qalxıb geyin-

di, Xeyriyyə xanımın israrla təklif elədiyi şorbadan bir neçə 

qaşıq  yedi,  sonra  həyətdə  gəzməyə  çıxdılar.  Amma  yazın 

cazibəsi  onları  Sultanəhməd  camesinə,  sonra  Aya  Sofyanın 

yanına, Topqapıdan ötüb Gülhanə bağınacan apardı. Elə bil, 

hardansa uzaq səfərdən qayıtmışdı, güclə xatırladığı yaddaş 

küçələrilə özünə dönürdü.

 “Məmmədağadan bir xəbər çıxmadı, – əsasını üzüaşağı 

enən  küçənin  daşlarına  vura-vura  köksünü  ötürdü.  –  Üç 

həftədən artıqdı ki, gedib”.

 “Qayıdar, inşallah, – Zeynal bəy onun fikrini yayındırmaq 

üçün ayaq saxlayıb ikiqatlı taxta binanı göstərdi. – Taxta usta-

larının işinə fikir verirsənmi? – Təklikdə həmişə rəsmiyyəti 

bir kənara qoyurdular, bu da hər ikisinə xoş gəlirdi. – Mən 

nədənsə Bakıda ağac memarlığı örnəyinə rast gəlmədim”.

 “Haqlısan, – binaya heyran-heyran baxıb başını tərpətdi, 

Bakıda daş tikililərə daha çox fikir veriblər, ancaq onlardan 




96

da  memarlıq  nümunələrini  barmaqla  saymaq  olar,  üstəlik, 

Şərqin ruhunu tapmaq çətindi”.

 ...Ölkədə baş verən hadisələr onu daim səfarətdə olmağa 

məcbur eləyirdi. Üç həftə əvvəl “Qaraqol” hərəkatına başçılıq 

eləyən Rauf Orbey və Qara Vasifin məclis binasındaca tutu-

lub on altı nəfər millət vəkiliylə birgə Maltaya sürgün olun-

ması ingilislərin millətçi hərəkatdan çəkindiklərinə işarəydi. 

Amma bu addım ingilislərdən ötrü əks nəticə verdi: məclisin 

səksən dörd millət vəkilinin Ankaraya qaçıb Mustafa Kamal 

Paşaya qoşulduqları barədə söz-söhbət gedirdi. Bundan son-

ra hadisələrin necə inkişaf eləyəcəyini kimsə bilmirdi.

  “Məncə,  Sultan  müttəfiqlərlə  oyununu  davam  etdirir,  – 

Cahangir bəy hökmünü verdi. – Necə olur olsun, məmləkətin 

qurtulmasına  çalışır,  bunun  naminə  taxt-tacından  da  əl 

çəkər”. 


 “Ola bilsin, haqlısınız, – Zeynal bəy razılaşırdı, – hər hal-

da, bu xarabalığın altından yeni dövlətin çıxacağı şübhəsizdi. 

Müttəfiqlər  Osmanlı  torpaqlarından  mümkün  qədər  artıq 

pay qoparmağa çalışırlar”.

 “Əlbəttə, özlərinə yox, həmişə əllərində alət eləyəcəkləri 

yunanlara və ermənilərə... Belə başa düşürəm, yəhudilərə və 

kürdlərə dövlət qurmaq barədə də düşünürlər, – Yusif Vəzir 

Mirzə  Qədirin  laqeyd  görkəmilə  qarşılaşmamaq  üçün 

düşüncəli tərzdə nəzərlərini pəncərəyə çevirdi.

 ...Kuryerdənsə xəbər çıxmırdı. Hər həftə əməkdaşlardan 

birini  limana,  Batumdam  gələn  gəmiləri  qarşılamağa 

göndərir, intizar içində onların qayıtmasını gözləyir, xəcalətli 

görkəmlə qayıdıb gələn əməkdaşı görməmək üçün özünü, az 

qala, səfarət binasından çölə atır, gələn yazın nəşəsini duyma-

dan küçələri dolaşırdı. 

 Bir neçə gün əvvəl cib saatını Qamət Əfəndiyə satdırmışdı 

ki,  puluna,  heç  olmasa,  öhdəsindəki  altı  nəfərin  gündəlik 

xərcini  ödəyə  bilsin.  Özü  tamamilə  Xeyriyyə  xanımın 

himayəsinə  keçmişdi,  onun  hazırladığı  yeməyi  sıxıla-sıxıla 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə