97
yeyir, qəhvəni xəcalət çəkə-çəkə içirdi. Yağışlı günlərin
birində çəkmələrinin su keçirdiyini də hiss elədi, əlacsızlıqdan
var-gücüylə hönkürmək istədi...
Bu məşəqqətlərin nə vaxt sona çatacağı hələ məlum de-
yildi...
98
VI FƏSİL
ÜFÜQDƏN O YANDAKI DÜNYA
Lev Nussimbaum
Tiflis-Batum
İyun-dekabr 1920-ci il
...Leo Nussimbaumsa ömrünün cəmi bir ilini keçirdiyi bu
şəhəri xatırlamırdı...
Bir yaşlı uşağın yadında nə qalar axı?
Amma Tiflis ona qəribə tərzdə tanış gəlirdi. Elə bil, şəhəri
ikiyə bölən nəhəng çayı, onun üzərində dikilən dağları, Na-
rınqalanı, Metex qalasını, kilsələri, məscidləri, az qala, bir-bi-
rinin üzərində ucalan evləri nə vaxtsa görmüşdü. Ata-anası-
nın Tiflis barədə danışdıqlarını xatırlamırdı, ümumiyyətlə,
xatırladığı qədər, özünə qəsd eləyənəcən nə anası, nə də
indiyəcən atası bu şəhərdən danışmışdılar. Sanki Tiflis onla-
rın yaddaşında yara yeriydi, toxunsaydılar, qaysağı qopacaq-
dı. Abram və Bertanın Tiflisdə çəkilmiş bir şəklini də tapma-
mışdı, görünür, ya çəkdirməmişdilər, ya da atası faciədən
sonra yandırmışdı ki, ona keçmişini xatırlatmasın.
99
Atasının sabiq ortağı və dostu Zaza Eristavinin evi Na-
rınqalaya doğru dikələn yoxuşun başlanğıcındaydı, dediyinə
görə, bura müharibə başlanan il köçmüşdü. Abramdan cəmi
üç yaş cavan olmasına, iki dəfə də evlənməsinə baxmayaraq,
övladı olmamışdı, xəstəhal arvadı, qulluqçususu və
nökərindən ibarət külfət saxlayırdı. Leo və frau Şulteni
gürcülərə xas səxavətlə qarşılaşmış, hətta on beş yaşlı oğla-
nın gürcü çaxırı içməsinə də nail olmuşdu. Ömründə ilk dəfə
içkinin dadına baxan Leo o axşam özünü Tiflisin fatehi say-
mışdı.
Bakıda gördüklərinin, təhlükəli yolda başına gələnlərin
təsirindən yavaş-yavaş çıxan oğlan təkcə eyvandan şəhərin
mənzərəsinə tamaşa eləməklə qalmayıb küçələri dolaşmağa
da başlamışdı. Şəhərdə hələ əmin-amanlıq idi, dükanlar,
meyxanalar, bazarlar qaynayırdı, adamlar kilsələrə,
məscidlərə, hamamlara üz tutur, arxayınca gəzib-dolaşırdılar.
Amma Leo bunun gərginliklə dolu sakitlik olduğunu dərk
eləyirdi. Yolda gördüklərindən əlavə ev sahibi də danışmışdı
ki, qırmızıların qoşunları sərhədi keçmək üçün Moskvadan
işarə gözləyirlər, üstəlik, fürsət yoxsulu olan ermənilər Lori,
Borçalı və Cavaxetiyə soxulmaq üçün hazır dayanıblar. Belə
çıxırdı ki, irəlidə onları daha ağlagəlməz hadisələr gözləyir.
Leo küçələrdə dolaşa-dolaşa Bakıyla Tiflis arasındakı ox-
şarlıqları və fərqləri ayırd eləməyə çalışırdı. Oxşarlıq o qədər
də çox deyildi: Bakıdakı kimi, burada da varlı və kasıb vardı,
bu onların geyimindən, mindikləri eşşəkdən, atdan, yaxud
faytondan, yaşadıqları evlərdən məlum olurdu. Amma fərq-
lərə addımbaşı rast gəlmək mümkün idi: Tiflisin çayı, dağı,
təbii bulaqları vardı, burda hava neft qoxumurdu, həm də ad-
dımbaşı kintolara rast gəlirdin, bir də... avropasayağı geyin-
miş üzüaçıq qadınlar həddən çox idi. Aradabir çadralı qadın-
larla da rastlaşırdı, amma fikrincə, Tiflis Bakıdan daha artıq
Avropa şəhəriydi.
Hadisələrin gedişindən belə məlum olurdu ki, Tiflisdə çox
duruş gətirməyəcəklər, atası gəlib çıxan kimi, yola düşəcəklər,
100
ona görə də fürsəti əldən verməməyə, şəhəri doya-doya
gəzməyə çalışırdı.
Fikirləşdiyi kimi də oldu. Atası yorğun, üzgün, ancaq
bolşeviklərin caynağından qurtulduğuna görə, xoşbəxt halda
gəlib çıxanda məlum oldu ki, artıq Gürcüstanın taleyi də həll
olunub, bir neçə ay çəkməz ki, qırmızıların ordusu Tiflisə də
girər. Abram Nussimbaum bu barədə Bakıda da eşitmişdi,
yolda rastına çıxan adamlar da danışmışdılar, eşalonlarla
sərhədə doğru gələn qoşunlarısa, öz gözlərilə görmüşdü.
Bəxtindən hələ sərhəddə ciddi nəzarət yox idi, milli ordunun
əsgərləri Gəncəyə getmiş, qırmızılarsa, indiyədək onların ye-
rini tuta bilməmişdilər, gürcü əsgərlərisə, görünür, huma-
nizm duyğularına qapılıb sərhədi keçmək istəyənlərin qarşı-
sını almırdılar.
Bununla belə, getmək barədə qəti qərara gəlmələri, az
qala, bir aydan çox çəkdi. Bu müddətdə Gəncədə baş verən
hadisələrdən xəbər tutdular; deyilənə görə, on minlərlə
gəncəli qətlə yetirilmişdi, bir o qədər adam da yollarda
pələsəng olmuşdular, Gürcüstanın o səmtindəki sərhədboyu
qəza larda elə bir kənd tapmazdın ki, gəncəli qaçqın olmasın;
üstəlik, Batum yolu da qaçqınlarla doluydu, əllərinə keçən
miniklə limana, oradan da İstanbula can atırdılar.
Abram baş götürüb qaçdığı doğma şəhərində qəfəsə salın-
mış şir kimi vurnuxurdu. Tiflisdə qala bilməzdilər, doğma
şəhəri də olsa, əvvəla, Basyanın həmişə canlı xatirələri onun
rahat yaşamasına imkan verməz, ikincisi də qırmızılar gəlib
sərhəddə dayanıblar, gec-tez bu şəhəri də tutub yağmalaya-
caqlar. Bu şəhərdən getmək də ağırdı. Bu qədər xatirələri
özüylə necə götürüb aparsın, bu xatirələr onu başqa
məmləkətlərdə rahat yaşamağa qoyacaqdımı? Əlbəttə, hələ
cibində qiymətli kağızlar, bir müddət keçinməyə pulu vardı,
Bakıdakı evini satmamışdı, yəqin bolşeviklər tamam əlindən
almazdılar – oğlu və onun dayəsiylə yaşamağa, heç olmasa,
iki-üç otaq verərdilər – amma qırmızı terrordan canını qurta-
Dostları ilə paylaş: |