Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə30/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   26   27   28   29   30   31   32   33   ...   185

97

yeyir,  qəhvəni  xəcalət  çəkə-çəkə  içirdi.  Yağışlı  günlərin 

birində çəkmələrinin su keçirdiyini də hiss elədi, əlacsızlıqdan 

var-gücüylə hönkürmək istədi...

 Bu məşəqqətlərin nə vaxt sona çatacağı hələ məlum de-

yildi...



98

VI FƏSİL

ÜFÜQDƏN O YANDAKI DÜNYA



 Lev Nussimbaum

 Tiflis-Batum 

 İyun-dekabr 1920-ci il

 ...Leo Nussimbaumsa ömrünün cəmi bir ilini keçirdiyi bu 

şəhəri xatırlamırdı...

 Bir yaşlı uşağın yadında nə qalar axı?

 Amma Tiflis ona qəribə tərzdə tanış gəlirdi. Elə bil, şəhəri 

ikiyə bölən nəhəng çayı, onun üzərində dikilən dağları, Na-

rınqalanı, Metex qalasını, kilsələri, məscidləri, az qala, bir-bi-

rinin üzərində ucalan evləri nə vaxtsa görmüşdü. Ata-anası-

nın  Tiflis  barədə  danışdıqlarını  xatırlamırdı,  ümumiyyətlə, 

xatırladığı  qədər,  özünə  qəsd  eləyənəcən  nə  anası,  nə  də 

indiyəcən atası bu şəhərdən danışmışdılar. Sanki Tiflis onla-

rın yaddaşında yara yeriydi, toxunsaydılar, qaysağı qopacaq-

dı. Abram və Bertanın Tiflisdə çəkilmiş bir şəklini də tapma-

mışdı,  görünür,  ya  çəkdirməmişdilər,  ya  da  atası  faciədən 

sonra yandırmışdı ki, ona keçmişini xatırlatmasın.



99

 Atasının sabiq ortağı və dostu Zaza Eristavinin evi Na-

rınqalaya doğru dikələn yoxuşun başlanğıcındaydı, dediyinə 

görə, bura müharibə başlanan il köçmüşdü. Abramdan cəmi 

üç yaş cavan olmasına, iki dəfə də evlənməsinə baxmayaraq, 

övladı  olmamışdı,  xəstəhal  arvadı,  qulluqçususu  və 

nökərindən  ibarət  külfət  saxlayırdı.  Leo  və  frau  Şulteni 

gürcülərə xas səxavətlə qarşılaşmış, hətta on beş yaşlı oğla-

nın gürcü çaxırı içməsinə də nail olmuşdu. Ömründə ilk dəfə 

içkinin dadına baxan Leo o axşam özünü Tiflisin fatehi say-

mışdı.

  Bakıda  gördüklərinin,  təhlükəli  yolda  başına  gələnlərin 



təsirindən  yavaş-yavaş  çıxan  oğlan  təkcə  eyvandan  şəhərin 

mənzərəsinə tamaşa eləməklə qalmayıb küçələri dolaşmağa 

da  başlamışdı.  Şəhərdə  hələ  əmin-amanlıq  idi,  dükanlar, 

meyxanalar,  bazarlar  qaynayırdı,  adamlar  kilsələrə, 

məscidlərə, hamamlara üz tutur, arxayınca gəzib-dolaşırdılar. 

Amma  Leo  bunun  gərginliklə  dolu  sakitlik  olduğunu  dərk 

eləyirdi. Yolda gördüklərindən əlavə ev sahibi də danışmışdı 

ki,  qırmızıların  qoşunları  sərhədi  keçmək  üçün  Moskvadan 

işarə gözləyirlər, üstəlik, fürsət yoxsulu olan ermənilər Lori, 

Borçalı və Cavaxetiyə soxulmaq üçün hazır dayanıblar. Belə 

çıxırdı ki, irəlidə onları daha ağlagəlməz hadisələr gözləyir.

 Leo küçələrdə dolaşa-dolaşa Bakıyla Tiflis arasındakı ox-

şarlıqları və fərqləri ayırd eləməyə çalışırdı. Oxşarlıq o qədər 

də çox deyildi: Bakıdakı kimi, burada da varlı və kasıb vardı, 

bu  onların  geyimindən,  mindikləri  eşşəkdən,  atdan,  yaxud 

faytondan, yaşadıqları evlərdən məlum olurdu. Amma fərq-

lərə addımbaşı rast gəlmək mümkün idi: Tiflisin çayı, dağı, 

təbii bulaqları vardı, burda hava neft qoxumurdu, həm də ad-

dımbaşı kintolara rast gəlirdin, bir də... avropasayağı geyin-

miş üzüaçıq qadınlar həddən çox idi. Aradabir çadralı qadın-

larla da rastlaşırdı, amma fikrincə, Tiflis Bakıdan daha artıq 

Avropa şəhəriydi. 

 Hadisələrin gedişindən belə məlum olurdu ki, Tiflisdə çox 

duruş gətirməyəcəklər, atası gəlib çıxan kimi, yola düşəcəklər, 




100

ona  görə  də  fürsəti  əldən  verməməyə,  şəhəri  doya-doya 

gəzməyə çalışırdı.

  Fikirləşdiyi  kimi  də  oldu.  Atası  yorğun,  üzgün,  ancaq 

bolşeviklərin caynağından qurtulduğuna görə, xoşbəxt halda 

gəlib çıxanda məlum oldu ki, artıq Gürcüstanın taleyi də həll 

olunub, bir neçə ay çəkməz ki, qırmızıların ordusu Tiflisə də 

girər. Abram  Nussimbaum  bu  barədə  Bakıda  da  eşitmişdi, 

yolda  rastına  çıxan  adamlar  da  danışmışdılar,  eşalonlarla 

sərhədə  doğru  gələn  qoşunlarısa,  öz  gözlərilə  görmüşdü. 

Bəxtindən hələ sərhəddə ciddi nəzarət yox idi, milli ordunun 

əsgərləri Gəncəyə getmiş, qırmızılarsa, indiyədək onların ye-

rini  tuta  bilməmişdilər,  gürcü  əsgərlərisə,  görünür,  huma-

nizm duyğularına qapılıb sərhədi keçmək istəyənlərin qarşı-

sını almırdılar.

Bununla  belə,  getmək  barədə  qəti  qərara  gəlmələri,  az 

qala, bir aydan çox çəkdi. Bu müddətdə Gəncədə baş verən 

hadisələrdən  xəbər  tutdular;  deyilənə  görə,  on  minlərlə 

gəncəli  qətlə  yetirilmişdi,  bir  o  qədər  adam  da  yollarda 

pələsəng olmuşdular, Gürcüstanın o səmtindəki sərhədboyu 

qəza larda elə bir kənd tapmazdın ki, gəncəli qaçqın olmasın; 

üstəlik,  Batum  yolu  da  qaçqınlarla  doluydu,  əllərinə  keçən 

miniklə limana, oradan da İstanbula can atırdılar.

 Abram baş götürüb qaçdığı doğma şəhərində qəfəsə salın-

mış  şir  kimi  vurnuxurdu.  Tiflisdə  qala  bilməzdilər,  doğma 

şəhəri də olsa, əvvəla, Basyanın həmişə canlı xatirələri onun 

rahat yaşamasına imkan verməz, ikincisi də qırmızılar gəlib 

sərhəddə dayanıblar, gec-tez bu şəhəri də tutub yağmalaya-

caqlar.  Bu  şəhərdən  getmək  də  ağırdı.  Bu  qədər  xatirələri 

özüylə  necə  götürüb  aparsın,  bu  xatirələr  onu  başqa 

məmləkətlərdə  rahat  yaşamağa  qoyacaqdımı?  Əlbəttə,  hələ 

cibində qiymətli kağızlar, bir müddət keçinməyə pulu vardı, 

Bakıdakı evini satmamışdı, yəqin bolşeviklər tamam əlindən 

almazdılar – oğlu və onun dayəsiylə yaşamağa, heç olmasa, 

iki-üç otaq verərdilər – amma qırmızı terrordan canını qurta-



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə