101
racağına inanmırdı. Qəfildən evə soxulan meşin gödəkcəli,
meşin kepkalı, belləri mauzerli adamlar elə beləcə də
demişdilər:
“Bura bax, səni hələ güllələmirik, çünki öz adamlarımızı
yetişdirənəcən bizə lazımsan. Get işlə, şura hökumətinə
xidmət elə”.
Amma Abram iri çamadana və iki bağlamaya ən lazımlı
şeyləri, bir də xatirələrini yığıb dabanına tüpürdü, bəxtindən
sağ-salamat gəlib gəncliyinin şəhərinə çata bildi. Bundan son-
rası taledən asılıydı.
İndi Tiflisdə ilişib qalmışdı, getməklə qalmaq arasında ça-
palayırdı. Az qala, hər gün doğmalarının qəbrinə baş çəkir,
sonra olan-qalan dost-tanışları axtarırdı. Axtardıqları qırmı-
zıların nəfəsini yaxında olduğunu duyub İstanbula, Romaya,
Parisə, Berlinə, okeanın o tayına üz tutmuşdular. Tanışlardan
təkcə Zaza Eristavini tapdı, o da dünyaya baxası vəziyyətdə
deyildi, ticarətdə sınıq çıxıb içkiyə qurşanmışdı, ayıq vaxtı ol-
murdu. Elə Abramı da uzun müddət tanımadı, sonra qucaq-
layıb hönkür-hönkür ağladı:
“Məhv elədim, – ağlaya-ağlaya dedi, – öz ağlımın ucbatın-
dan hər şeyi məhv elədim. Arvadım da uşaqları götürüb
Kutaisiyə getdi. İndi mən kimə lazımam?”
Zazanın dərdi özünə bəs idi, hər halda köhnə dostluqları
xətrinə bir qədər pul verdi, amma ona bundan artıq kömək
eləyə bilməyəcəyini başa düşüb ürək ağrısıyla çıxıb getdi. Al-
lah Abrama həmtayfalarına xas olan ağıl, hər cür vəziyyətdən
çıxmaq qabiliyyəti, şəraitdən öz xeyrinə istifadə eləmək baca-
rığı vermişdi, bundan sonra da özünə bir gün ağlayacaqdı.
Tiflisdən necə Bakıya gedib ikicə ilin ərzində varlı-hallı ada-
ma çevrilmişdisə, indi də həyatını yoluna qoymaq üçün bir
yol tapacaqdı...
Bütün bunlarsa Leonun vecinə deyildi, ondan ötrü başlıca
şey günlərin macərayla keçməsiydi.
Demək olar, hər axşam atası ev sahibiylə çaxır içə-içə
getmək planını müzakirə eləyirdi. Zaza qət eləmişdi, hətta
102
qırmızılar Tiflisi tutsalar belə, doğma şəhərindən çıxıb
getməyəcəkdi, ondan ötrü burda can vermək qürbətdə yaşa-
maqdan min dəfə yaxşıydı. Abram Nussimbaumda doğuldu-
ğu şəhərə bu cür xəstəhal bağlılıq hissi yox idi. Bəlkə, atasının
Tiflisə Malorossiyadan gəlməsini, elə Malorossiyada da başqa
yerdən peyda olmasını yaddaşı unutmamışdı, ona görə də
Bakıdan təəssüflənmədən ayrıldı, İstanbulda, Parisdə, yaxud
Berlində eyni rahatlıqla yaşaya biləcəkdi. Başlıcası buydu ki,
dar gün üçün yığdığı qızıl külçələr, sikkələr, əsginazlar,
qiymətli kağızlar və sənədlər etibarlı yerdə, şalvarının asta-
rındaydı, oğluna bir gün ağlayana qədər qolundan tutacaqdı.
Yol Leonu həmişə həyəcanlandırırdı. Xəyallarında dönə-
dönə getdiyi, şahzadə, prins, sərkərdə, quldurbaşı, sevgilisini
axtaran aşiq kimi gəzdiyi yerləri öz gözlərilə görmək istəyi
ona rahatlıq vermirdi. Zarafat deyildi, on beş yaşında
Azərbaycanı, Türküstanı, Buxaranı, İranı dolaşmış, indisə
gəlib Gürcüstana çıxmışdı, burdan Osmanlı məmləkətinə, or-
dan da Avropa ölkələrinə gedəcəkdi. Belə bir tale kimin
bəxtinə düşmüşdü? Dost-tanışlarını, məktəb yoldaşlarını bir-
bir gözünün qabağına gətirirdi: yox, heç kəsin!
Əslində, oğlanlarla münasibət saxlamağa meyilli deyildi,
çünki Leonun üstünlüyünü, qeyri-adiliyini qəbul eləmək
istəmirdilər; qızlarsa güləş sifətli, daim maraqlı şeylər danı-
şan, duyğularını hərəkətə gətirən oğlana meyil göstərirdilər.
Yəqin, Aşurbəyovlar da, Əsədullayevlər də, Nağıyevlər də,
Dadaşovlar da çıxıb gedəcəklər, bəlkə də artıq İstanbulda,
yaxud Avropadadılar. Amma hamıdan varlı olan Tağıyev
getmədi, var-yoxunu təzə hökumətə verib Mərdəkandakı
evinə çəkildi. Leo bunu eşidəndə inana bilməmişdi: ömrün
boyu qazandığını o rəzil kütləyə necə vermək olardı?
***
Ata-anasının qəbrinə baş çəkəndən, qohumlarından kimin
sağ qaldığını öyrənəndən sonra vəziyyətin get-gedə daha
103
təhlükəli şəkil aldığını dərk eləyən Abram, nəhayət, qət elədi:
nə qədər ki imkan var, getmək lazımdı. Hələ bolşeviklərin
başı Bakıda ən vacib işlərə qarışmışdı: Moskvaya neft
göndərməli, ac-yalavac əsgərlərini yedirib-geyindirməli, “is-
tismarçı qaniçənləri” aşkara çıxarmalı, orda-burda baş qaldı-
ranları sorğu-sualsız güllələməliydilər. Başlıcası, ölkədə qay-
da yaratmaqdı, sabah yerindəcə güllələnənlərin, Nargin ada-
sına aparılıb qurşuna düzülənlərin, həbsxanalarda işgəncə
verilənlərin haqq-hesabını soruşanda gec olacaqdı. Abram
Nussimbaum burda ələ keçsəydi, bolşeviklər ona rəhm
eləməyəcəkdilər – buna əmin idi.
Üç at almaqdansa, bir araba, ya da fayton kirayələmək
daha ucuz başa gələr, həm də rahat olardı. Amma indiki vaxt-
da bu da müşkülə çevrilmişdi. Zaza deyirdi, Batuma gedən
çoxdu, ağlagəlməz məbləğ verirlər, təki birtəhər özlərini li-
mana çatdırsınlar. Elə o günlərin birində bolşeviklərin əlindən
Tiflisə qaçıb gəlmiş Fətəli xan Xoyskinin öldürüldüyünü
eşidəndə Abramın əsəbləri gərildi. Düzdü, Xoyskini xüsusi
tapşırıqla öldürmüşdülər, amma belə bir hadisəni onun başı-
na da gəlməyəcəyinə kim zəmanət verə bilərdi. Bəlkə, kimsə
şalvarının astarında gizlətdiyi var-dövlətindən xəbər tutub,
ya da Fövqəladə Komissiya artıq arxasınca adam göndərib,
günlərin birində qabağına çıxıb gözlərinin içinə baxa-baxa
gülləni alnına sıxacaq?
Sıxıntılı aylar bir-birinin ardınca ötür, getmək üçün fürsət
gözləyirdilər. Axır ki, payız günlərinin birində Zaza Eristavi-
nin az-çox münasib qiymətə tutduğu faytonla yola çıxdılar.
Leo içində sevdiyi çərkəzi geyimi, bir neçə kitab, şəkillər,
köynək-şalvar, alt paltarı olan çamadanını, atası paltar və
sənədlərlə dolu çamadanını, dünya malında gözü olmayan
frau Şulte kitablar, ən zəruri şeylər yığdığı boğçasını fayto-
nun yük yerinə qoydular, Zaza Eristavi və ailəsilə vidalaşıb
yola düşdülər. Əlbəttə, Leo atla getməyə üstünlük verərdi,
çünki həm istiydi, həm də dağları, vadiləri, çayları, düzən-
Dostları ilə paylaş: |