Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə27/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   23   24   25   26   27   28   29   30   ...   185

88

bilet tədarükündə olsunlar, sonra vaxta görə cavanları İstan-

bulla tanış eləsinlər, üstəlik, qəbul, ziyafət, söhbət qarışıq gö-

rüş də keçirsinlər.

“Şimaldan gözlənən təhlükə get-gedə artır, – bu məsələlərlə 

bağlı  müzakirələr  bitəndən  sonra  Abdulla  bəy  qayğılı 

görkəmlə dilləndi. – Bolşeviklər yönlərini cənuba çevirsələr, 

çətin olacaq, ermənilər qüvvələrimizi daim Qarabağda, qərb 

sərhədiniz boyunda saxlama məcburiyyətində qoyublar”.

 “Açıq təcavüzə keçəcəklərinə inanmıram, – Cahangir bəy 

nikbin görünürdü. – Paris konfransında de-fakto tanınandan 

sonra özlərini müttəfiq qüvvələrə qarşı qoymazlar”.

  “Osmanlının  indiki  vəziyyətindən,  bizim  Osmanlıya 

meylimizdən istifadə eləyə bilərlər, – Zeynal bəysə o qədər də 

nikbin deyildi. – Denikinin yönünü bu səmtə salmaq istədilər, 

baş tutmadı, amma erməni-yəhudi-bolşeviklər Bakıda qızğın 

fəaliyyətə keçiblər, hökumətsə susur...”

 “Zeynal bəylə razıyam, – Yusif Vəzir rahat otura bilməyib 

yerindən qalxdı. – Hökumətimiz bununla bağlı təxirəsalınmaz 

tədbirlər  görməlidi.  Bolşevizmin  ölkəmizə  gəlməsinə  heç 

vaxt yol vermək olmaz. Bu milli fəlakətə səbəb olar...”

  Mirzə  Qədir  adəti  üzrə  dinib-danışmadı,  görkəmindən 

deyilənlərə şərik olub-olmadığı bilinmirdi...

***


...Gələnlərin  altı  nəfəri  –  Məmməd  Xələfbəyov,  Əliyusif 

Cəfərov,  Əlimuxtar  Həsənov,  Məmmədhənəfi  Zeynallı,  Əli 

Kərimov, Əlibəy Məmmədov İstanbulda qalıb oxuyacaqdılar, 

onların yerləşdirilməsi məsələlərini də yoluna qoymalıydılar. 

Bununla Zeynal bəy məşğul olacaqdı.

  Cahangir  bəy  cavanların  Parisə  yola  düşmələrilə  bağlı 

məsələləri Xariciyyə Nazirliyində və Müttəfiq Qüvvələri Ko-

mandanlığında  razılaşdırmaq,  lazımi  sənədləri  almaq  üçün 

xeyli  əziyyət  çəkdi.  O  günlərdə  oxuyub-öyrənmək  həvəsilə 

dolu cavanlar şəhəri doya-doya gəzdilər, saraylara, camelerə, 




89

abidələrə,  Boğazın  mənzərəsinə  tamaşa  elədilər,  hətta 

körpüdən Qalata səmtinə keçdilər. Yusif Vəzir arada vaxt ta-

pıb  Mirabdulladan  bacılarını  xəbər  aldı, Aslanı  sorğu-suala 

tutdu, istər-istəməz Mirhəsəni də yada saldılar. Mirhəsənin 

bolşeviklərə qoşulması, uzaq Türkmənistanda əqidə yoldaş-

larıyla birgə güllələnməsi onda həmişə ikili hisslər oyadırdı: 

təbiətcə insansevər olan oğlanın o dələduzların toruna necə 

düşdüyündən hələ də baş aça bilmirdi.

 Sözarası Mir Abdullaya İstanbulda qalmaq barədə eyham 

vurdu. Oğlanın baxışlarında dərhal yalvarış qarışıq qətiyyət 

peyda oldu.

  “Yox,  qardaşım,  bilmirəm,  burda  qalmaq  məndən  ötrü 

daha rahat olar, ən azı, sənin himayəndə olaram. Amma məni 

Avropada  oxumaq  şansından  məhrum  eləmə.  Parisdə  oxu-

maq istəyirəm”.

 “Yaxşı, amma söz ver ki, səhhətini unutmayacaqsan...” – 

Yusif Vəzir onun gözlərinin içinə baxdı.

 “Söz verirəm, – Mir Abdulla doluxsundu.

 Yusif Vəzir qardaşını qucaqlayıb başını sinəsinə sıxdı:

  “Bilirsən  ki,  Mir  Əbülhəsənin  qoxusunu  da  səndən  alı-

ram. Yəqin, sən təhsilini başa vurub qayıdanda mən Bakıda 

olacağam. İnşallah, qayıt, hər şey yoluna düşər. Bir çətinliyin 

olsa, mütləq mənə yaz...” – Son sözləri deyəndə səsinə bir az 

inam qatdı ki, onu daha da kövrəltməsin.

 Bir axşam da şuşalı cavanları qəhvə içməyə dəvət elədi, 

Şuşanı,  doğmaları,  tanışları  yada  saldılar,  ortaq  xatirələrini 

bölüşdülər.  Azı  on  yaş  kiçik  olan  uşaqların  belə  böyüyüb 

yetkinləşmələri  onu  təəccübləndirir,  həm  də  kövrəldirdi. 

Deməli,  ömür  sürətlə  axıb  gedir,  görüləsi  işlərsə  hələ 

ağlagəlməz dərəcədə çoxdu...

 ...Səfarətin yeganə iri salonunda cavanlarla keçən qəbul-

görüş  duyğulu  anlarla  doluydu.  Yer  dar  olduğundan  bir-

birinə qısılıb oturmuşdular, Abdulla bəyin xeyir-duasını, Yu-

sif Vəzirin nəsihətlərini dinləyirdilər.



90

 “Mən Kiyevə yola düşəndə Allahdan başqa köməyim yox 

idi, – dedi, – bir nəfərdən ayda on beş manat təqaüd almış-

dım, onu da işləyəndə qaytarmalıydım. İndisə sizin arxanız-

da  dövlətiniz  durur,  hökumətiniz  durur,  üstəlik,  xeyirxah 

adamlar kömək əli uzadıblar. Gərək sizə ümid bəsləyənlərin 

etimadını doğruldasınız, məmləkətimizin gələcəyinə nur sa-

çasınız”.

...Cavanları  limanda  İtaliyaya  yola  düşən  gəmiyə 

mindirəndəsə hamısını bir-bir qucaqladı. Mir Abdullaya bir 

də tapşırdı:

 “Səhhətinə fikir ver, – dedi, sonra Aslanı bağrına basdı, – 

Mirini sənə tapşırıram, qoyma səhlənkarlıq eləsin. Əlimərdan 

bəyə və Ceyhun bəyə də salamlarımı yetirin”.

 Sonra Abdulla bəy və səfarətin heyətilə dayanıb ağır-ağır 

tərpənən,  asta-asta  uzaqlaşan  gəmidən  əl  eləyən  cavanlarla 

vidalaşdılar.

***


  Cəmi  bir  neçə  həftədən  sonra  Zeynal  bəy  beş  cavanla 

kabinetinə girdi:

 “Bu cavanlar təhsillərini İstanbulda davam etdirmək üçün 

gəliblər”.

  “Xoş  gəlib,  səfa  gətiriblər,  –  sifətində  məmnun  ifadəylə 

cavanların əlini sıxdı, – gözümüz üstə yerləri var”.

 Bu sevincə gözlənilməz tanışlıq duyğusu da qarışdı.

 “Cavan oğlan, deyəsən, mən sizi tanıyıram, – əlini əvvəlcə 

sıxdığı cavanı zəndlə süzdü.

  “Əhməd  Cəfəroğlu,  –  cavan  özünü  təqdim  elədi.  –  Sizi 

Kiyevdən tanıyıram”.

 Xatırladı: üç il əvvəl Kiyev Ali Ticarət Məktəbində oxuyan 

gəncəli  balası  xeyli  yetkinləşmişdi.  O  vaxt  atasını  itirəndən 

sonra  Səmərqənddəki  qohumlarının  yanında  oxuduğunu, 

sonra Gəncə gimnaziyasında təhsil aldığını danışmışdı. Rusi-

yadakı fevral çevrilişindən sonra onun Vətənə qayıtdığından-

sa xəbəyi yox idi.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə