Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə23/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   19   20   21   22   23   24   25   26   ...   185

75

vaxtlarında qəlbimizdə ölürlər. Anası Leonun yaddaşında yad, 

soyuq,  naməlum  dünyanın  adamı,  “ruhun  əks-sədası”  kimi 

qalmışdı.  “Anam  məni,  sadəcə,  dünyaya  gətirib...  onun  xidməti 

mənim  həyatımda  yalnız  bundan  ibarətdi”,  sonralar  belə  yaza-

caqdı. Amma oğlan bir şeyə – özündən sonra qoyub getdiyi 

kitablara  görə,  onu  hərdən  minnətdarlıqla  yada  salırdı.  O 

kitablar  məktəbdənkənar  vaxtını  doldurur,  xəyallarının  hü-

dudlarını  genişləndirirdi.  Mühafizəçilərin  müşayiətilə  evin 

damına  qalxıb  saatlarla  dənizin,  İçərişəhərin,  Şirvanşahlar 

sarayının,  Qız  qalasının,  məscidlərin,  kilsələrin...  mənzə-

rəsinə baxırdı.

 “Bu gülməli deyil, faciəliydi, – Leo sonralar xatırlayırdı, – 

həkimlərin  və  mühafizəçilərin  dustağına  çevrilmiş  uşaq  idim. 

Mənə hətta evimizin pilləkənlərini qalxmağa da icazə vermirdilər, 

xidmətçi məni sevgi və hörmətlə pilləkənlərlə qaldırardı... Mən ta-

nışlarla  yox,  müəllimlər,  xidmətçilər,  oyuncaqlarla  əhatə  olun-

muşdum...”

 Şəhərin sükutu fevral günlərinin birində qəfildən pozul-

du.  Bir  səhər  bayırdan  güllə  səsləri,  insan  fəryadları,  at 

kişnərtiləri  eşidildi.  Abram  hamını  birinci  mərtəbəyə  yığıb 

qapını  bağladı,  mühafizəçilərilə  bundan  sonra  neyləyəcək-

lərini  götür-qoy  eləməyə  başladı.  Onların  dediklərinə  görə, 

Peterburqda  çarı  yıxmışdılar,  müvəqqəti  hökumət  qurul-

muşdu, amma bolşeviklər silah gücünə onları da devirmək 

istəyirdilər.  Bakıda  da  daşnaklarla  bolşeviklər  birləşib  öz 

hökumətlərini qurmağa çalışırdılar. Belə çıxırdı ki, Basyanın 

həyatını məhv eləyən ideya həyata keçməyə başlamışdı.

  Bütün  bunlarsa  Leoya  təsir  eləmir,  əksinə,  əyləncəli 

gəlirdi.  O  da  frau  Şulte  kimi  almanların  qalib  gəlib  Bakını 

tutmalarını  arzulayırdı.  “Mən  qeyri-adi  qalmaqal,  küçə  döyüş-



ləri, atışmalar, qarmaqarışıqlıq, bəzi xoş və maraqlı əhvalatlar ar-

zulayırdım.  Xoş  və  maraqlı  əhvalatlarsa  gözləmədiyimiz  tərəfdən 

gəldi...” Sonralar belə yazacaqdı...

  Bakı  Soveti  hakimiyyətinin  yarandığı,  şəhərdə  siyasi 

hərc-mərcliyin  baş  alıb  getdiyi  günlərdə  Nussimbaumların 



76

evində başlıca söhbət mövzularından biri Nargin adasında-

kı bir neçə min alman, avstriyalı və türk əsirin vəziyyətiydi. 

Deyilənə görə, adada səkkiz minəcən əsir vardı, onların ya-

rısı  türklər,  qalanısa  alman  və  avstriyalıydı.  Şəhərdəki 

xeyriyyə  cəmiyyətləri  əsirlərə  yemək  və  geyimlə  kömək 

eləsələr də vəziyyət çox ağır idi. Qış aylarında baraklar qız-

dırılmır,  su  çatışmırdı,  yatacaq  yerlərsə  boş  taxtalardan 

ibarətiydi.  Onsuz  da  ağır  vəziyyətdə  yaşayan  əsirlər  sutə-

miz ləyən  qurğunun  xarab  olması  nəticəsində  daha  acına-

caqlı  günlər  keçirir,  xəstəlikdən,  barjlar  su  çatdıra  bilmə-

diyinə  görə  susuzluqdan  qırılırlar.  Bakı  Soveti  əsirlərin  və-

ziy yətini yoxlamaq üşün Nəriman Nərimanovun başçılığıy-

la  komissiya  yaratmışdı,  o  da  adaya  gedib  ağlasığmaz 

fəlakətlə  qarşılaşmışdı.  Deyilənə  görə,  səfalət  o  dərəcədə 

dözülməz  imiş  ki,  doktorun  halı  pisləşibmiş.  Qayıdan  kimi 

Sovetdə  qızğın  nitq  söyləyib,  oranı  “göz  yaşı  axıdan  ada” 

adlandırıb, insanlıq naminə əsirlərə təcili yardım göstərmək 

təklifi irəli sürüb. Daşnaksütyun firqəsi təklifin əleyhinə çıx-

sa  da,  elə  doktorun  başçılığı  altında  yardım  komitəsi  yara-

dılıb.  Komitə  həm  camaatdan  əsirlərin  nəfinə  ərzaq  yığır, 

həm  də  imkanı  olanlar  əsirləri  götürüb  sağaldır,  Zığdakı 

pivə zavodunda yaradılan yeni düşərgəyə təhvil verir. Hacı 

Zeynalabdin  dəyirmanını  xəstəxana  üçün  versə  də,  hələ 

vəziyyət düzəlmirdi. 

 Bu xəbərləri eşidən Frau Şultenin həmin məqamda necə 

əzab  çəkdiyini  Abram  dərhal  hiss  eləmişdi.  Buna  görə,  oğ-

lunun da israrlarını nəzərə alıb evinin zirzəmisini əsl hərbi 

hospitala  çevirdi.  Biri  qadın  olan  iyirmiyədək  alman  əsgər 

zabiti bir ayacan müalicə olundular. Leo əsirlərə o qədər isi-

nişmişdi  ki,  onların  düşərgəyə  təhvil  verilməsini  belə 

istəmirdi. Amma Abram özünə əlavə yük eləmək, başına iş 

açmaq filrində deyildi. O sakitliyin uzun sürməyəcəyini bi-

lirdi.  Şübhəsiz,  hakimiyyətə  yiyələnən  Şura  uzun  müddət 

duruş  gətirə  bilməyəcəkdi,  ingilislər  dənizdən  yeni  höku-



77

mətin  üzərinə  gəlirdi.  Buna  görə  müvəqqəti  də  olsa,  Bakı-

dan  uzaqlaşmaq  lazım  idi.  Tiflisə  gedə  bilməzdi,  eyni  çax-

naşmalar orda da baş verirdi. İrana üz tutmaq daha qorxu-

luydu – tanımadığı, etibar eləmədiyi ölkəydi. Gəmiylə Tür-

küstana getmək daha ağlabatan idi: fırtınanı nəzərə almasa, 

dəniz yoluyla getməz xeyli təhlükəsiz görünürdü.

  Əlbəttə,  belə  vaxtda  frau  Şulteni  özüylə  götürmək  ağıl-

sızlıq  olardı.  Evi  etibar  elədiyi  mühafizəçisinə,  dayəyə  və 

qulluqçuya  tapşırdı.  Əsginasları,  qiymətli  kağızlarını, 

sənədlərini  şalvarının  astarında  gizlədib  oğluyla  yola  çıxdı. 

Bütün bunlar – atışma, hakimiyyət dəyişikliyi, ilk dəfə belə 

uzun və təhlükəli səfərə çıxması Leoya hədsiz dərəcədə ma-

raqlı görünürdü.

***

...Atayla oğulun bu məcburi səfəri altı ayacan çəkdi. Tür-



küstanda, Buxarada da rahatlıq tapa bilmədilər. Karvanlara 

qoşulub  getdikləri  yerlərdə  aclıq,  yoxsulluq  hökm  sürür, 

güclülər  gücsüzlərə  zülm  eləyirdi.  Yolda  xəbər  tutdular  ki, 

ingilislər Bakıya giriblər, komissarları gəmiyə doldurub Qı-

zılsuya  gətirib,  Ağcaqum  çölündə  güllələyiblər.  Abram 

Nussambaum  qətlə  yetirilməkdən,  qarətdən,  zorakılıqdan 

qaçmaq  üçün  özünü  yazıq,  kimsəsiz,  məşhur  şəxslərin  qo-

humu,  nüfuzlu  xanların  qonağı  kimi  qələmə  verirdi.  Leosa 

ilk dəfə rastlaşdığı, ağlagəlməz dərəcədə rəngarəng, maraq-

lı aləmə iri gözlərini daha da geniş açıb baxırdı.

Aylar sonra Buxaradan, İran səhralarından, Mazandaran 

dağlarından keçib Ənzəli limanında gəmi gözləyəndə Abram 

Nussimbaum hələ də sağ qaldıqlarına inanmırdı, Leosa, elə 

bil, bu ağlagəlməz səyahətin başa çatmağından məmnun de-

yildi. Mindikləri gəmi Bakı limanında lövbər salanda başqa 

aləmə düşənə oxşayırdılar: qarışıqlıq içində qoyub getdikləri 

şəhərdə Milli hökumət qurulmuşdu, hələ asayişi türk-alman 

əsgərləri  qorusalar  da,  hökumətin  fəaliyyətinə  müdaxilə 




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə