Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə19/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   15   16   17   18   19   20   21   22   ...   185

62

***


Kuryer Bakıdan yaxşı xəbərlərlə, amma az məbləğlə dön-

müşdü. Yaxşı xəbər bu idi ki, Mir Abdullayla görüşmüşdülər, 

Məmməd Əmin bəydən çox razılıq eləyirdi. Mirini Abdulla 

bəy  Əfəndizadə  imtahana  çəkmiş,  hazırlığından  çox  razı 

qalmışdı. Belə çıxırdı, bir neçə aya qardaşıyla İstanbulda gö-

rüşə cəkdi.  Əlbəttə,  Mirini  burda  saxlaya,  həyan  ola  bilərdi; 

amma  indi  İstanbulun  halı  hal  deyildi,  yaxşısı  buydu,  qar-

daşı  çaxnaşmalardan  uzaq  Avropada  təhsil  görəydi.  İstan-

bulla  eyni  vaxtda  Bakıya  da  girən  müttəfiq  qoşunları, 

deyəsən,  çəkilib  gedəcəkdi;  Mirinin  yazdığına  görə,  hər 

şeydən belə məlum olur ki, bu tezliklə başa çatacaq. 

Xariciyyə  nazirliyi  də  cəmi-cümlətanı  on  beş  min  frank-

lıq  çek  göndərmişdi,  əlli  min  frank  da  yeni  ilin  əvvəlində 

ayrılacaqdı.  Gerçəklik  bundan  ibarət  idi,  ayağını  yorğanına 

görə  uzadıb  yaşamalıydı.  Qışın  gəlməsilə  səfarət  binasını 

qızdırmağa da bir qədər xərc gərək olmuşdu, gərək qənaəti 

son həddə çatdıraydılar.

 Əslində, o günlərdə hər şey müttəfiq qüvvələrin koman-

danı admiral Kaltropun hökmündəydi – bunu xariciyyə na-

zirinin  məqamına  gedəndə  daha  aydın  hiss  eləyirdi.  Belə 

məlum  olurdu  ki,  Sultanın  bütün  cəfalara  dözüb  diqqəti 

Anadoludakı millətçilərdən yayındırmaq siyasəti bəhrə ver-

mişdi. Küçədə, meyxanada, qəhvəxanada gördüyü adamla-

rın qaşqabağı yavaş-yavaş açılır, gündoğana ümidlə baxma-

ğa başlayırdılar. Cahangir bəyin qənaətinə görə, daha impe-

riyanın  fatihəsi  oxunmuşdu,  bu  xarabalığın  altından  başqa 

məmləkət doğulacaqdı. Zeynal bəy hələ ki, böyük dövlətlərin 

erməni,  yunan  və  kürd  sevdasından  əl  çəkəcəklərinə  şüb-

həylə yanaşırdı. Mirzə Qədir, ümumiyyətlə, belə söhbət lərə 

qarışmırdı, ancaq bunu deyirdi:

“Qismət, görək başımıza nə gələcək...”

Xariciyyə  nazirindən  aldığı  təlimatla  dövləti  tanıtmaq 

üçün yollar aramalıydı. Elə o günlərin birində bu məqsədlə 



63

kitab  yazmaq  fikrinə  düşdü.  Əlinin  altındakı  Peterburqda, 

Kiyevdə,  Simferopolda,  Tiflisdə,  Batumda,  Bakıda  rastlaş-

dıqca aldığı kitablardı, əsasən ruscaydı, bir neçəsi fransızca 

və  almancaydı.  Batumda  elə  limandaca  yəhudi  alverçidən 

Nitsşenin bircildliyini almışdı, Xeyriyyə xanımın evində də 

nə vaxtdansa Teofil Qotyenin kitabı tapılmışdı. Hərdən oxu-

yurdu  ki,  dil  duyğusu  kütləşməsin.  Yazacağı  kitabın  biri 

Azərbaycan  ədəbiyyatından,  digəri  Qafqazdan,  Azərbay-

canın  tarixindən,  coğrafiyasından,  iqtisadiyyatından  bəhs 

eləməliydi.

Hərdən  yazışmalardan,  üz  tutanların  dərdilə  maraqlan-

maqdan,  gündəlik  çətinliklərin  öhdəsindən  gəlmək  üçün 

əlləşməkdən  yorulurdu.  Fikirləşirdi  ki,  bir  də  səhv  elədi, 

Kiyevdə və Krımda olanda maddi təminatsızlıq ucbatından 

çəkdiyi  əzablardan  dərs  almadı.  Hökumət  səfarətə  pul  çat-

dıra  bilmirdi,  bu  səbəbdən  ən  zəruri  xərcləri  ödəmək 

məqsədilə özünü oda-közə vurmalı olurdu; abırlı geyim-ke-

çim  bir  yana,  səfarətə  gələn  qonağa  hörmət  göstərmək,  üz 

tutana yardım eləmək üçün qəpik-quruş belə tapılmırdı. 

Bura, İstanbula göndəriləndə o cür səhvlərin olmayacağını 

düşünürdü,  elə  Nəsib  bəy  də  əmin  eləmişdi  ki,  imkan  da-

xilində hər şey nəzərə alınacaq. Amma görünür, o “imkan” 

müəmmalı şeymiş. Gəldiyi beş ay ərzində maddi məsələlərlə 

bağlı çox şeyin dəyişmədiyini dərk elədi. Səhərdən-axşamacan 

oturub xərclərə qənaət barədə düşün mək onu bezdirirdi. Axır 

vaxtlar Bakıya qayıtmaq, hökumətdə bir vəzifə tutmasa da, 

yenicə  açılan  darülfünunda  dərs  deyib  öz  yazı-pozusuyla 

məşğul  olmaq  barədə  tez-tez  düşünürdü.  Səfarətin  işinin, 

üstəlik, tabeliyində olan adamların məsuliyyətini çəkmək on-

dan ötrü ağır yükə çevrilmişdi...

İlin  axırında  Bakıdan  kabinet  dəyişikliyi  barədə  xəbər 

gəldi:  xariciyyə  naziri  vəzifəsinə  Fətəli  xan  Xoyski 

gətirilmişdi.  Dərhal  kuryeri  Bakıya  yola  saldı:  on  beş  min 

frank  ikicə  aya  tükənmiş,  artıq  borclar  yığılmağa  başlamış-



64

dı,  heç  olmasa,  vəd  olunan  əlli  min  frank  tezliklə  göndə-

rilməsəydi,  heyətin  maaşları  bir  yana,  səfarət  binasının 

kirayə  haqqını  belə  ödəyə  bilməyəcəkdi.  Əlbəttə,  hökuməti 

də  başa  düşürdü,  ayaq  üstdə  durmağa  çalışırdılar,  ilyarım-

da  bundan  böyük  işlər  görmək  olmazdı.  Bununla  belə, 

dövlətin  elçisini  yeddi  nəfərlə  taleyin  ixtiyarına  buraxa 

bilməzdilər. 

Bir  il  əvvəl  hökumət  İstanbul  konfransına  Azərbaycan 

hökumət  Əlimərdan  bəyin  başçılığıyla  heyət  göndərmişdi, 

burda  çoxlu  görüşlər  keçirmişdi.  Əlbəttə,  o  konfransda 

müstəqil  erməni  dövlətinin  yaranmasına  imkan  verməmək 

lazım idi, çünki təkcə Qafqazın yox, bütün dünyanın başağ-

rısına  çevriləcəkdilər.  Bunu  hələ  Bakıda  olanda  demişdi, 

üstəlik, kağıza qeyd eləmişdi; o qeydi hələ də dururdu:

“Böyük  Ermənistan  xəritəsini  gördüm,  üç  dəniz  arasında 

təşəkkül  edəcəkmiş:  Ağ,  Qara  və  Xəzər  dənizləri  arasında... 

Xəritədə  Gəncə,  Lənkəran,  Salyan,  Təbriz,  Marağa  və  başqa 

şəhərlər  də  Ermənistana  daxil  edilmişdi.  Əgər  bu  xəritə  erməni 

milli amilinin həlli isə, onda erməni məsələsi bir çox münaqişə və 

mücadiləyə səbəb olacaq və həlli yenə kağız üzərində qalacaq”. 

İndi  ermənilər  admiral  Somerset  Artur  Qoş  Kaltropun 

qılığına  girməyə  çalışır,  Sultana  təzyiqlər  göstərir,  üçüncü 

tərəfdən sui-qəsd törədir, dəstələr yaradıb Anadolunun gü-

ney  vilayətlərində  camaata  divan  tutur,  hökumətlərdə 

vəzifələr  ələ  keçirir,  Qarabağı  talanlar  və  hiyləgər  gücünə 

ələ keçirməyə can atır, Gürcüstanda torpaq qoparmağa çalı-

şır,  Rusiya  bolşevik  rejimində  özlərinə  yer  eləyib  Kremlin 

diqqətini  Qafqaza  yönəltməyə  can  atır,  Paris  konfransında 

haqq-nahaq iddialarını gerçəkləşdirmək uğrunda çarpışırdı-

lar...

***


  Yeni  ilin  ilk  ayı,  demək  olar,  bayram  ovqatıyla  keçdi. 

Əvvəlcə  kuryer  Fətəli  xanın  təlimatı  və  əlli  min  franklıq 

çeklə  qayıdıb  gəldi.  Yusif  Vəzir  indi  bir  qədər  nikbin  idi, 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə