Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə18/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   14   15   16   17   18   19   20   21   ...   185

59

olurdu. Nədənsə həmin məqamda Şuşanı, doğmalarını, sev-

diyi qadınları, illah da Asiyanı xatırlayırdı. 

Asiya... O vaxt özündə cəsarət tapsaydı, bəlkə, İstanbula 

ailəsilə gələcəkdi, məktəb yaşlı oğulları da olacaqdı...

...Kuryer  Məmmədağa  noyabrın  axırında  qayıdıb 

xariciyyə nazirindən təlimat, Mir Abdulladan məktub, Bakı-

dakı vəziyyətdən xəbər gətirdi. Bakıdakı vəziyyətdən xəbər 

tuturdular,  demək  olar,  hər  həftə  gəmiylə  kimsə  gəlirdi, 

Mirzə  Qədir  adəti  üzrə  Batum-İstanbul  gəmilərini  qarşıla-

mağa  çıxır,  kimlərləsə  rastlaşır,  öyrəndiklərini  danışırdı. 

Xariciyyə  naziri  təlimatında  millətçilərin  fəaliyyətini  izlə-

məyi,  mümkün  olanda  onlarla  təmas  qurmağı  tövsiyə 

eləyirdi, görünür, artıq gerçəkliyi onlar da başa düşürdülər. 

Bakıya  gələn  Miri  hələ  avqustda  göndərdiyi  məktubunda 

yazmışdı  ki,  sağ-salamatdı:  hökumət  xaricdə  təhsil  almaq 

üçün  tələbə  seçmək  məqsədilə  komissiya  yaradıb;  komissi-

yanın sədri Məmməd Əmin Rəsulzadə, üzvləri Əhməd bəy 

Pepinov, Qarabəy Qarabəyov, Mehdi bəy Hacınski, Abdulla 

bəy  Əfəndizadədi,  bəlkə,  birinə  məktub  yazasan,  məni  də 

siyahıya  salsınlar,  çox  oxumaq  istəyirəm;  sonra  əlavə 

eləmişdi  ki,  Aslan  da  oxumaq  arzusundadı,  kimyanı  gözəl 

bilir, ona görə də saqqal tərpət.

Əlbəttə,  saqqalı  yox  idi,  amma  iki  cavanın  arzusunu 

yerinə  yetirmək  üçün  ağız  açardı.  İnanırdı  ki,  Mirinin  də, 

Haşım  bəyin  nəvəsi  Aslanın  da  savadı  Berlin,  Paris,  elə  İs-

tanbulda,  Peterburqda,  Romada  oxumalarına  imkan  verir. 

Aslan  bəy  Peterburq  Dağ-Mədən  Akademiyasında  oxuyur-

du,  fevral  çevrilişindən  sonra  atasının  məsləhətilə  təhsilini 

yarımçıq  qoyub  Bakıya  qayıtmalı  olmuşdu.  İkisi  də  fransız 

dilinə  meyilliydilər,  bəzən  öz  aralarında  fransızca  şeir 

söyləyirdilər. Komissiya üzvlərinin hamısını tanıyırdı, kimə 

məktub göndərsəydi, cavanları diqqətdən kənarda qoymaz-

dı,  amma  Məmməd  Əmin  bəyə  üz  tutsaydı,  daha  məntiqli 

olardı,  əvvəla,  firqə  rəisiydi,  ikincisi,  onu  digərlərindən 



60

daha  yaxşı  tanıyırdı.  Son  seçimə  az  qalırdı,  gecikmək  ol-

mazdı...

Onda məktub yazıb Məmməd Əmin bəydən Mir Abdul-

la  Vəzirov  və  Aslan  bəy  Vəzirovla  diqqət  göstərmələrini, 

digər  iddiaçıların  haqqını  tapdalamadan  onların  savadını 

dəyərləndirməyi xahiş eləmişdi; Mir Abdullaya da yazmışdı 

ki,  işdi-şayəd,  komissiyadan  keçsən,  yəqin,  yolunuz  İstan-

buldan  düşəcək,  onda  şübhəsiz,  görüşərik,  sən  özünə  fikir 

ver, xəstələnmə, yoxsa Parisə gedə bilməzsən. Miridən aldı-

ğı son məktubda da komissiyadan keçdiyini oxuyub əməlli-

başlı  sevinmişdi,  axır  ki,  qardaşının  taleyinə  əhəmiyyətli 

təsir göstərə bilmişdi. 

Bir  həftədən  sonra  kuryer  Bakıya  üç  məktubunu  aparır-

dı.  Xariciyyə  nazirinə  səfarətin  maddi  vəziyyətilə  bağlı 

ətraflı  hesabat  yazmış,  ili  başa  vurmaq  üçün  ən  azı  iyirmi 

beş  min  franka  ehtiyac  olduğunu  bildirmişdi;  həm  də  yaz-

mışdı  ki,  tarixən  Vatikanla  məmləkətimiz  arasında  xoş 

münasibətlər  olub,  indi  həmin  münasibətləri  daha  da 

dirçəltmək  lazımdı.  Buna  görə  də  hökumət  dünya  savaşını 

dayandırmaq  üçün  çox  çalışmış,  türklərin  dostu  kimi  tanı-

nan  Papa  XV  Benediktə  İstanbulda  heykəl  ucaltmaq  üçün 

maliyyə  ayırsa,  bunun  çox  faydası  dəyər;  Məmməd  Əmin 

Rəsulzadəyə  cavanların  arzusunu  nəzərə  aldıqlarına  görə, 

təşəkkürünü çatdırmışdı; Mir Abdullayasa səfərə və təhsilə 

ciddi hazırlaşmağı məsləhət görmüş, tezliklə görüşəcəklərinə 

ümidvar olduğunu yazmışdı. 

Həmin  məqamda  hadisələr  o  qədər  sürətlə  cərəyan 

eləyirdi  ki,  camaat  həyacana  gəlirdi.  Fransızlar  Adananı, 

ingilislər  Kilis,  Urfa,  Maraş,  Antepi,  italyanlar  Antaliyanı 

tutmuş,  yunanlar  İzmirə  çıxmışdılar,  yenə  Aya  Sofya 

ətrafında  mübahisələr  qızışmışdı.  Mustafa  Kamal  Paşa 

Ərzu rumda və Sivasda millət vəkillərini yığıb məmləkəti iş-

ğaldan qurtarmağın yollarını arayırdı. 

O  günlərdə  kimsə  səfarətxanada  oturmurdu.  Cahangir 

bəy də, Zeynal bəy də, Mirzə Qədir də limana, qəhvəxanalara, 




61

çarşı-bazara  üz  tutub  camaatın  arasında  dolaşır,  səfarət-

xanaya bir yığın xəbərlə qayıdırdılar. Özü də axşamlar pay-

piyada  Sultanəhməd  Camesi  tərəfdə  dolaşmağı,  Boğazın 

mənzərəsinə baxmağı, At Meydanı tərəfdəki qəhvəxanaların 

birində əyləşib danışılanlara qulaq verməyi adətə çevirmiş-

di.  Axşamlar  ev  sahibəsi  Xeyriyyə  xanım  oğlu  Sübhini 

göndərib kirayənişinini yeməyə çağırır, ya da qəhvə istəyib-

istəmədiyini  öyrənirdi.  Belə  vaxtlarda  qəhvə  içə-içə  yazı 

masasının üstündə qalaqlanmış kitabları vərəqləyir, yazmaq 

məqamının nə vaxt yetişəcəyi barədə düşünürdü.

Bu  gedişlə  kuryer  Bakıda  xeyli  ləngidi.  Payız  köçünü 

çəkib getdi, qış girdi. O günlərin birində yazmaq ovqatının 

qarşısıalınmaz duyğuya çevrildiyini dərk elədi... 

Nədənsə o axşamlarda realnı məktəbdə oxuyan vaxt yaz-

dığı  “Sonuncu  busə”  hekayəsinin  əlyazmasını  tez-tez  götü-

rüb  göz  gəzdirir,  fikrində  hadisələrin  miqyasını  artırır,  ro-

mana  çevirirdi.  Qardaşı  Mir  Əbülhəsəni,  beş  il  sonra  atası 

Mir  Babanı  itirəndə  Şuşada  erməni  qətlləri  başlamışdı,  o 

vaxtda anası Mir Abdullanı və dörd qızını götürüb Aşqaba-

da  qaçmalı  olmuşdu.  Həmin  ilin  yay  tətilində  ailəsinə  baş 

çəkmək  üçün  getdiyi  şəhər  könlündə  vəlvələ  yaratmışdı. 

Qızlar  məktəbində  oxuyan  zərif,  gözəl,  xəyalpərvər  yəhudi 

qızı  Berta  Moiseyevayla  tanışlığını,  hələ  tamam  dərk  eləyə 

bilmədiyi duyğularını gündəliklərində təsvir eləmişdi. 

O  yazını  da  gürcü  Boris  Seretelinin  Naniyə  sevgisindən 

söhbət  açan  gündəlik  kimi  qələmə  almışdı.  Amma  Bakıda 

qaldığı  müddətdə  şahidi  olduğu  hadisələr  hekayədə  təsvir 

elədiklərinin  miqyasını  genişləndirməyə  təhrik  eləyirdi.  Bir 

də  neçə  illər  əvvəl  “Qurban”  adlı  hekayəsinin  qeydlərini 

aparmışdı.  Yolsuz  oğul  barədə  yazacaqdı;  ata  öz  ailəsinin 

şərəfini  xilas  eləmək  üçün  oğlunu  öldürəcəkdi.  Belə  bir 

hadisə  İçərişəhərdə  baş  vermişdi,  olub-keçənlər  xeyli  bey-

nində  dolaşdı,  amma  sonra  ortaya  Peterburq,  Kiyev,  yeni 

təəssüratlar, yeni mövzular düşdü.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə