Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə14/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   10   11   12   13   14   15   16   17   ...   185

46

biləydi?  Tez-tez  onu  küçədə  gəzən  görürdü,  xüsusilə,  yay 

axşamları  qızın  tənha,  kədərli  və  sirli  silueti  batan  günəşin 

fonunda çox cəlbediciydi. Eteridən sonra qəlbinin qapılarını 

bağlayan Abram bu cazibənin qarşısında tab gətirə bilmədi, 

bir axşam bütün cəsarətini toplayıb qıza yaxınlaşdı.

Bir  neçə  dəqiqə  sonra  neçə  illərin  tanışları  kimi 

söhbətləşirdilər.  Məlum  oldu  ki,  Berta  Moğilyovda  doğu-

lub,  orda  gimnaziyanı  bitirib,  bura  qohumlarıgilə  gəlib, 

amma  şəhərə  bir  könüldən  min  könülə  vurulduğundan, 

kirayə ev tutub, iş tapıb, həyatına bu şəhərdə davam eləmək 

qərarına gəlib.

Abramın,  az  qala,  sevincdən  nəfəsi  tutuldu.  Tale  qismə-

tini rastına çıxarmışdı, bunu gərək ikisi də başa düşəydilər. 

Deyəsən, başa düşmək bir yana, zərurət kimi qəbul elə miş-

dilər,  ona  görə  də  oğlanın  dil  tökməsinə,  qızın  naz-qəmzə 

satmasına  ehtiyac  qalmadı.  Elə  səhəri  gün  axşam  görüş -

dülər.  Abram  Bertanı  şam  yeməyinə  dəvət  elədi,  cəmi  üç 

gün  sonra,  axşam  gəzintisi  vaxtısa  gözdən  iraq  bir  yerdə 

Bertanı öpdü. Qız utanmasa da, soyuq idi, elə bil, borcunu 

yerinə yetirirdi. Amma onda Abram buna fikir vermədi.

  Cəmi  iki  ay  sonra,  payızın  ortalarında  evləndilər,  Ab-

ram Nussimbaum Belarusun Mogilyov vilayətinin Klimoviç 

üyezdinin  Petroviç  şəhərciyinin  sakini  Berta  Davidovna 

Slutskinayla  ailə  qurdu.  Nikahlarını  sinaqoqun  ravvini  İlya 

Levin qeydə aldı.

 Nikahda Berta tərəfdən kimsə yox idi, Abramınsa cəmi 

bir neçə dostu vardı...

  Onda  1904-cü  il  idi,  Abramın  otuz  bir,  Bertanınsa  cəmi 

iyirmi bir yaşı tamam olmuşdu...

 O axşam Berta Abramın gözlərinin içinə baxa-baxa dedi:

 “Mənə Basya de!”

  “Basya?  Elə  niyə?  –  Abram  təəccübləndi.  –  Berta  gözəl 

addı ki?”

 “Uşaq vaxtlarımdan məni Basya çağırıblar. Öyrəşmişəm, 

xoşum gəlir”.




47

“Nə  olar,  –  Abram  arvadını  öpdü,  –  sən  istəyirsənsə, 

Basya çağıraram”.

Amma həqiqət sonrakı ilin yayında, həm də lap təsadüfən 

aşkar oldu.

Abram  Nissumbaum  bir  gün  günortadan  sonra  banka 

baş  çəkmək  üçün  kontordan  çıxdı,  İrəvan  meydanından 

keçəndə  faytonun  pəncərəsindən...  arvadını  gördü.  Basya 

şıq  geyinmiş,  otuz  beş  yaşlarında  bir  kişiylə  meydanda 

gəzişirdi, nə barədəsə danışır, arabir bankın binasına baxır-

dılar.  Az  qala,  bir  il  ərzində  onun  bu  şəhərdə  hər  hansı 

dost-tanışının  olduğundan  xəbər  tutmamışdı,  hətta  nikah 

mərasiminə qohumlarının niyə gəlmədiyini də soruşmamış-

dı: başlıcası buydu ki, bir yerdəydilər, birgə yaşayacaqdılar. 

Amma indi Basyanın məhrəm bir dostumu, tanışımı, qohu-

mumu  üzə  çıxırdı,  görüşürdülər,  həm  də  ərinin  bundan 

xəbəri  yox  idi.  Əvvəlcə  istədi,  faytonu  saxladıb  düşsün, 

qəfildən  qarşılarına  çıxsın,  amma  altıncı  duyğusu  bunun 

düzgün  olmadığını  pıçıldadı.  Faytonçuya  dedi,  fikrini 

dəyişib,  evə  qayıdacaq.  Həyəcandan  qan-tər  içindəydi, 

nagə han narahatlıq amanını kəsirdi. Arvadı hamilə olduğu-

nu ona bir neçə həftə əvvəl demişdi, onda Abram xoşbəxt-

liyindən, az qala, ağlını itirmişdi. İndisə Basyanı yad kişiylə 

məhrəm söhbət eləyən görürdü.

Qulluqçudan bir şey soruşmadı, arvadı qayıdanacan qo-

naq otağında ora-bura vurnuxdu.

Berta otağa girəndə ərinin dimdik dayanıb gözlərini ona 

zillədiyini  görüb  çaşdı,  dillənib  nəsə  demək  istədi,  amma 

fikrindən daşınıb yaxındakı divana çökdü.

“Mən  sizi  gördüm”,  –  Abramın  səsində  ürəkparçalayan 

ağrı vardı.

Bertanın  solğun  bənizi  daha  da  ağardı,  gözlərindəki  so-

yuq parıltı kəskinləşdi.

“Bilirsən,  hər  şey  sənin  başa  düşdüyün  kimi  deyil,”  –  o 

divandan qalxdı, nəzərlərini ərindən yayındırıb yorğun-yor-

ğun dilləndi.




48

“Gözləyirəm ki, məsələnin nə yerdə olduğunu özün izah 

eləyəsən”, – Abram ona tərəf bir neçə addım atıb dayandı.

“İzah  eləyərəm,  –  arvadı  geri  dönüb  onunla  üzbəüz  da-

yandı.  –  Gec-tez  bilməliydin.  O  adam  Leonid  Krasindi, 

mənim  ideya  dostumdu,  hələ  Mogilyovda  olandan  tanışıq. 

Bura vacib iş dalınca gəlib”.

“Ölkədə nələr baş verdiyini bilirsən, Berta, çaxnaşmalar, 

terror,  qarət  baş  alıb  gedir.  Çarı  yıxmaq  istəyirlər.  Belə  bir 

vaxtda  mən  sənin  şübhəli  adamlarla  dostluq  eləməyinə 

biganə qala bilmərəm”.

“Bəlkə, elə mən də çarı yıxmaq istəyənlərdənəm?” – Ber-

ta soyuq-soyuq gülümsədi.

Ər  ayaq  üstdə  dayanmağa  taqəti  qalmadığından  yaxın-

dakı kresloya çökdü.

“Berta,  bu  təhlükəli  yoldu,  bizim  ailəmiz  var,  bir  neçə 

aydan  sonra  uşağımız  dünyaya  gələcək.  Hələ  gec  deyil,  bu 

yoldan qayıt, həyatımızı təhlükəyə atma”.

“Mən təkcə öz övladımın yox, başqalarının da gələcəyini 

düşünürəm,  –  Berta  məğrur  görkəmlə  dilləndi.  –  Bizim 

mübarizəmiz işıqlı gələcək uğrundadı”.

Abram  daha  düşünmək  qabiliyyətini  itirdi.  Çiyinlərinə 

illərin yükü enmiş kimi ağır-ağır evdən çıxıb gecəyarıyacan 

küçələri dolaşdı, sonra qayıdıb elə qonaq otağındakı divan-

daca yuxuya getdi.

***


O  gündən  aralarındakı  çat  get-gedə  böyüdü,  soyuqluq 

dözülməz  həddə  çatdı.  Abram  arvadının  gözəgörünməz 

tellərlə  bağlı  olduğu  Krasin  barədə  araşdırmalar  aparıb 

ağlagəlməz faktlar aşkara çıxardı. Məlum oldu ki, rüşvətxor, 

həbsdə  yatmış  polis  məmurunun  oğlu  olan  Leonid  Krasin 

dəfələrlə  həbsxanaya  düşüb,  terror,  qarət,  təxribat  məsələ-

lərində püxtələşib. Üstəlik, iki qorili bolşeviklə Koba – İosif 

Cuqaşvili və Kamo – Simon Ter-Petrosyanla əlbirdi, partiya-




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə