Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə13/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   9   10   11   12   13   14   15   16   ...   185

42

“Elə  Əlimərdan  bəyin  heyəti  də  Parisə  o  təhlükələrin 

qarşısını almaq üçün getmədimi?

“Onun  üçün  getdi,  amma  o  konfransı  keçirənlərin  nə 

düşündüklərini kim bilir, Yusif bəy?”

Haqlı sual idi. Susdular, sükut xeyli darıxdırıcı oldu.

“Amma  hələ  ümid  eləyək  ki,  Osmanlı  dövləti  bu  ağır 

günləri arxada qoyub öz nəzərlərini Qafqazdakı qardaşları-

na da yönəldəcək, – Əli bəy getməyə hazırlaşanda yüngülcə 

baş əyib hüznlə gülümsədi. – Ümidvaram, hələ görüşəcəyik”.

“Əlbəttə,  –  Yusif  Vəzir  də  iltifatla  cavab  verdi.  - 

Səfarətimiz yerləşən kimi, ünvanı sizə xəbər verərik. Müna-

sib bildiyimiz vaxt gözümüz üstdə yeriniz var”.

Qonağını  müsafirxananın  həyətinəcən  ötürdü,  Əli  bəy 

ikiatlı fayton saxlayıb əyləşənəcən dayanıb baxdı...

...Səfarət  üçün  binanı,  az  qala,  bir  həftə  sonra  tapdılar; 

daha  doğrusu,  Zeynal  bəy  əsl  fədakarlıq  eləmiş,  bu  qar-

maqarışıqlığın  içində  münasib  qiymətə  münasib  bina  tap-

mışdı.  Əlbəttə,  bina  sahibinin  yeddi  yüz  franklıq  iddiasını 

dörd  yüz  səksən  franka  endirməyi  hamı  bacarmazdı. 

Üstəlik,  binada  telefon  vardı,  bu  da  əlavə  xərclərə  qənaət 

demək  idi.  Daha  vacibi,  bina  Babi-Aliyə  yaxın  yerdə, 

Sultanəhməd camesinin, At meydanının beş-on addımlığın-

da,  Yerəbatan  sarnıcının  –  qədim  su  anbarıyla  üzbəüzdə 

yerləşirdi.  Ortaçağ  taxta  Osmanlı  tikililəri  üslubundakı, 

“Tələt Paşanın köşkü” kimi tanınan ikiqatlı taxta binanın iri 

salonu,  heyət  üzvlərinin  yerləşməsi  üçün  kifayət  qədər 

otaqları,  qışda  isitmək  üçün  buxarısı  vardı.  Birinci  qatdan 

təsərrüfat  ehtiyacları,  əməkdaşların,  katiblərin,  ikinci  qat-

dansa  elçinin,  müşavirin  və  qonaq  salonunun  yerləşməsi 

üçün  istifadə  eləmək  olardı.  Sağ  olsun,  binanın  sahibi 

zəmanənin çətinliyindən çox səfarətin Azərbaycana məxsus 

olmasına  görə  qiymətdə  güzəştə  getmişdi,  yəqin  ki, 

gələcəkdə  kirayə  haqqını  ödəməklə  bağlı  çətinliklər  yaran-

sa, bu münasibətinin faydası olacaqdı.



43

Yerbəyer olduqları gün ilk uğurlarını qeyd eləmək üçün 

məclis qurmağı qərara aldılar. Əslində, ziyafət təşkil eləməli, 

İstanbuldakı elçiləri çağırmalıydı, amma buna bir ətək xərc 

tələb  olunurdu,  indiki  vəziyyətdə  bədxərcliyə  yol  verə 

bilməzdi;  həm  də  camaatın  üz-gözündən  kədər  oxunduğu, 

müttəfiq  qüvvələri  at  oynatdığı  vaxtda  ziyafət  başqa  cür 

qəbul olunardı.

“Suların  durulmasını  gözləməliyik,  –  Cahangir  bəy 

məclisdən  sonra  özünəxas  təmkinlə  dilləndi.  –  Hökumətin 

üzləşdiyi  çətinliklərdən  belə  görünür  ki,  həyatımız  heç  də 

xoş keçməyəcək”.

“Nəsib  bəy  dedi,  çətinliklə  qarşılaşsam,  birbaşa  ona  ya-

zım.  Çətinlikləri  başa  düşürəm,  təsəvvür  eləyin  ki,  onun 

təvəqqesilə artıq xərclərdən qaçmaq üçün Parisə gedən Cey-

hun bəyin məvacibini Üzeyir bəy, Üzeyir bəyin məvacibinisə 

Məmməd Əmin bəy alır. Üzeyir bəy qardaşının məvacibini 

göndərə bilmədiyindən bərk əndişəliydi. İşimizi yoluna qo-

yandan  sonra  bizi  gözləyən  təhlükəylə  bağlı  ona  yazaram 

ki, xəbərdar olsun”.

“Hər işin başlanğıcı çətin olur, – Zeynal bəy ikisindən də 

nikbin  idi,  –  ümidvaram  ki,  çətinliklərin  öhdəsindən 

gələcəyik”.

Mirzə  Qədir  saqqalını  sığallaya-sığallaya  susdu,  sonra 

pensnesini  çıxarıb  cib  yaylığıyla  tərtəmiz  sildi,  burnunun 

üstündə bərkidib məclisdəkiləri süzdü, amma dillənmədi...

...Çox  arzulayırdı  ki,  Kiyevdəki  ağrı-acıları  burda  yaşa-

masın,  millətinin,  hökumətinin  naminə  öhdəsinə  düşənləri 

ləyaqətlə yerinə yetirsin...



44

II FƏSİL

AH, BASYA, BASYA...



 Abram Nussimbaum

 Tiflis, Kiyev, Tiflis, Bakı 

 Avqust 1904-oktyabr 1907-ci illər

 

...O bu şəhəri izaholunmaz məhəbbətlə sevirdi. 



Gözünü  açıb  Kür  çayının  hər  iki  tərəfinə  səpələnmiş 

evləri, Mtasmında, Sənan dağlarını, Narınqalanı, Metex qa-

lasını, kilsələri, məscidləri, sinaqoqu, enişli-yoxuşlu küçələri, 

kintoları,  əsilzadələri,  cürbəcür  millətləri,  əcnəbiləri...  gör-

müşdü. Onu qırx yeddi il əvvəl adını bu şəhərin sinaqoqun-

da adamların siyahısına salmışdılar, gündə bir buğda boyu 

böyüyə-böyüyə gənclik yaşına çatmış, ilk dəfə vurulmuşdu, 

amma bu sevgisi qara sevdaya çevrilmişdi, çünki gürcü qızı 

Eteriyə ürəyini açmaqda gecikmişdi. İlk sevginin nakam ta-

leyini  düz  on  il  ürəyində  gəzdirmiş,  evləndiyi  qadına  rast 

gələnəcən Eterinin obrazı qəlbindən silinməmişdi.

 Abraham  (hamı  ona  Abram  deyirdi)  Leybuşoviç  Nussim-

baum manufaktura alverilə məşğul olan atasının kontorun-

da  işə  başlayanda  cəmi  iyirmi  yaşı  vardı.  Öyrənmək  istəyi 




45

sayəsində  kontorun  gizlinlərinə  tez  vaqif  oldu,  cəmi  üç  il 

sonra atası hər şeyi ona etibar eləyib istirahətə çəkilə bilərdi. 

Atasını  itirəndə  Abram  iyirmi  altı  yaşına  təzəcə  girmişdi, 

sonrakı  üç  ildəsə  ticarətini  genişləndirib  ikinci  gildiya 

tacirlərinin  cərgəsinə  qoşula,  şəhərin  adlı-sanlı  adamlarıyla 

oturub-dura  bilmişdi.  Anasının  ölümündən  sonra  evi  satıb 

İrəvan  meydanı  yaxınlığında  ikiqatlı  mülk  almışdı,  birinci 

qatda kontoru yerləşir, ikinci qatdasa özü gen-bol yaşayırdı.

Abramı  ömrünün,  az  qala,  otuz  dörd  ilini  keçirdiyi  bu 

şəhərlə  çox  xatirələr  bağlayırdı.  Ata-anasının,  doğmalarının 

məzarı  burdaydı,  az  da  olsa,  həyatdakı  bir  neçə  dostunu 

burda tapmış, həyata burdan atılmış, nəhayət, həyatının bü-

tün  mənasına  çevrilən  Basyasıyla  burada,  indi  küçələrinin 

divanə kimi dolaşdığı bu şəhərdə tanış olub evlənmişdi.

Ah, Basya, Basya!

Abram Basyayla – Berta Davidovna Slutskinayla tanış ol-

duğu  günə  lənətlər  yağdırır,  amma  gerçəklikdən  də  qaça 

bilmirdi:  həyatında  ötüb-keçəri  qadınlar  olsa  da,  heç  biri 

ona Basya qədər təsir göstərə bilməmişdi. Basyanı itirəndən 

sonra  bunun  səbəbləri  üzərində  uzun-uzadı  baş  sındırmış-

dı,  amma  ona  ağlagəlməz  əzablar  verən,  hisslərini  təhqir 

eləyən,  həyatını  cəhənnəmə  çevirən  o  anlaşılmaz  qadına 

niyə  bu  qədər  bağlandığının  sirrini  əməlli-başlı  izah  eləyə 

bilmirdi.  Niyə  hər  şey  ortaya  çıxanda  onu  atıb  getmədi? 

Niyə  arvadının  yad,  soyuq,  uzaq  olduğunu  duya-duya  on-

dan  əl  çəkmədi?  Niyə  sağalmaz  “xəstəliyə”  tutulduğunu 

bilə-bilə onu xilas eləməyə çalışdı? Niyə Basyanın xəstə ya-

digarını  –  oğlunu  bu  qədər  vurğunluqla  sevir?  Bunun  bir 

sirri varmı?

...Əlbəttə,  Tiflisin  ən  ağrılı  xatirələri  Basyayla  bağlıydı. 

Basya  həyatında  ildırım  kimi  çaxıb  ömrünü  bir  anlığa  işıq-

landırmış, sonra da hər şeyi yandırıb-yaxmışdı. Qəfildən ya-

şadığı  məhəllədə  peyda  olan  gözəl  qamətli,  solğun  bənizli, 

iri gözlü gənc qızın bura ondan ötrü göndərildiyini hardan 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə