Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə16/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   12   13   14   15   16   17   18   19   ...   185

52

şəhərə  yığışmışdılar,  Abram  fərasəti  sayəsində  tezliklə 

özünə karyerə qura, mal-mülk sahibi ola bilərdi.

  Təəccübünə  rəğmən,  Basya  onun  bu  fikrini  çox  sakit 

qarşıladı. Solğun bənizində bir əzələ də tərpənmədi. Yalnız 

gözləri soyuq-soyuq parıldadı, bir də dodaqucu gülümsədi:

 “Nə olar, Bakıda da yaşamaq mümkündü”.

 Vəssalam. Abram nələrinsə dəyişəcəyinə, arvadının, heç 

olmasa,  Kobadan,  Kamodan,  başlıcasısa,  “Nikitiç”dən  uzaq 

düşəcəyinə,  bəlkə  də  onlarla  əlaqəsini  kəsəcəyinə  ümid 

eləyə-eləyə bir ayın ərzində malını, mülkünü satdı, yır-yığış 

eləyib Bakıya üz tutdu...

***

Amma  gözəgörünməz  fəlakətin  arxasınca  Bakıya 



gələcəyini nəzərə almamışdı...

Bakıda Mixail Buniyatovun Birjevaya küçəsindəki evində 

yerləşdilər.  Kirayə  götürdükləri  mənzil  böyük  salondan, 

Abramın kabinetindən, yataq otağından, uşaq üçün nəzərdə 

tutulan kiçik otaqdan və mətbəxdən ibarət idi. Cəmi bir ay 

sonra  Levin  bir  yaşını  da  həmin  salonda  qonaqların  iştira-

kıyla qeyd elədilər. 

Abram  özünəxas  nəzakətlə  kübar  dairələrə  can  atmağa, 

Tağıyev, Dadaşov, Əsədullayev, Aşurbəyov, Mayılov, Man-

taşov,  Nobel  ailələrilə  münasibətlər  yaratmağa  can  atırdı. 

Bir neçə ay ərzində müəyyən uğurlar da qazanmışdı, Aşur-

bə yovlar  və  Əsədullayevlər  bayramlarda,  ziyafətlərdə  Nus-

simbaumları da yaddan çıxarmırdılar. Basya da yeni mühitə 

alışırdı,  artıq  təhlükədən  xəbər  verən  hərəkətləri  də  nəzərə 

çarpmırdı.

Amma nisbi sakitliyin ömrü cəmi bir il sürdü.

1907-ci  ilin  iyununda  Tiflis  imperiya  bankına  basqın 

xəbərlər ölkədə bomba kimi partladı. Bu həmin bank idi ki, 

İrəvan meydanında Abram Basyayla Krasini binası qarşısın-

da gəzişən görmüşdü. Fikrincə, onun planlaşdırdığı basqın-




53

da Koba və Kamo da iştirak eləmişdilər; indi ələ keçirilmiş 

iki  yüz  əlli  min  rubl  gizli  kuryerlər  vasitəsilə  təşkilatın 

qərargahına  çatdırılırdı.  O  günlərdə  Basya  həyacanlıydı, 

yenə  gözləri  soyuq-soyuq  parıldayırdı.  Abram  başa  düşdü 

ki,  həmin  planın  hazırlanmasında  arvadının  da  barmağı 

var, hələ də tutduğu yoldan çəkilmək fikrində deyil.

 Qarətdən bir neçə ay sonra Koba Bakıda, daha doğrusu, 

Nussimbaumların  evində  peyda  oldu.  Bir  gün  günortadan 

sonra  evə  qayıdan  Abram  Leonu  yad  bir  kişinin  dizləri 

üstündə  gördü.  İki  yaşlı  uşaq  heyrətlə  tanımadığı  adama 

baxır, amma dartınıb eləmirdi.

“Koba  yoldaşdı,  –  Basya  qonağı  təqdim  elədi,  –  Bir 

müddət Bakıda yaşayacaq”.

 Abram ona uzadılan əli heç sıxmaq istəmirdi. Bu əlin üç 

il əvvəl evləndiyi Yekaterina Svanidzeni vərəmlədib lap  bu 

yaxınlarda  o  dünyaya  göndərmiş,  körpə  oğlu  Yakovu  Alla-

hın ümidinə qoyub gizli, həm də şübhəli işlərlə məşğul olan 

sahibi  öz  əməldaşlarıyla  birgə  onun  həyatını  cəhənnəmə 

döndərmişdi,  indi  də  heç  nə  baş  verməmiş  kimi,  evinə 

soxulurdu.

“Ümidvaram ki, Koba yoldaşın Bakıda yerləşməklə bağlı 

çətinliyi-filanı yoxdu”, – yarıistehza-yarıtənəylə dillənib qo-

nağın gözlərinin içinə baxdı.

  “Yoldaşlar  bunun  qayğısına  qalıblar,  narahat  olmayın, 

mən  ancaq  həmyerlilərimə  baş  çəkməyə  gəldim”,  –  Koba 

qayıdıb yerində oturmadı, hətta, getməyə hazırlaşdı, Abram 

da onu saxlamaq üçün cəhd göstərmədi.

 “Bir qədər nəzakətli ola bilərdin”, – Basya qonağını ötü-

rüb qayıdanda soyuq tərzdə dilləndi.

 “Səni heç başa düşmürəm, – Abram sarsılmış halda ar-

vadını  süzdü,  –terrorçunu,  qarətçini,  hökuməti  yıxmaq 

istəyən  adamı  evimə  soxursan,  sonra  da  məndən  nəzakət 

gözləyirsən!”

 “O hamının gələcəyi üçün çalışır”, – Basya da əsəbiydi, 

gözlərindəki həmin soyuq parıltı peyda olmuşdu.




54

 “Mənə elə gələcək lazım deyil, başa düşürsən? – Abram 

daha özünü ələ ala bilmirdi. – Qanla, terrorla, qarətlə verilən 

gələcək heç kəsə xoşbəxtlik gətirməz, hər kəs gələcəyini özü 

qazanmalıdı, həm də öz ağlı, öz fərasətilə...”

“Sən heç dəyişmədin”, – Basya təəssüflə köksünü ötürdü.

  “Dəyişmək  fikrində  də  deyiləm,  –  Abram  qətiyyətlə 

dilləndi.  –  Mən  həyatımı  öz  zəhmətimlə  qururam,  kimsəni 

öldürməyi,  yıxmağı,  qarət  eləməyi  düşünmürəm.  Sən 

dəyişməlisən,  Basya,  yoxsa  bu  yolun  sonu  uçurumda 

bitəcək”.



55

III FƏSİL

CÜMHURİYYƏTİN XİDMƏTİNDƏ



 Yusif Vəzir

 İstanbul 

 Oktyabr 1919-yanvar 1920-ci illər

 ...Cümhuriyyət asanlıqla qurulmurdu, dağılan imperiya-

nın  bir  guşəsində  araya-ərsəyə  gəlirdi.  Yusif  Vəzir  yenicə 

ayaq  üstə  qalxmağa  çalışan  dövlətin  çətinliklərini  başa  dü-

şürdü.  Ölkənin  qərbində  narahatlıq  vardı,  erməni-daşnak 

dəstələri  Osmanlı  dövlətinin  düşdüşü  vəziyyətdən,  yaran-

mış qarmaqarışıqlıqdan istifadə eləməyə, ərazilər qoparma-

ğa  can  atırdılar,  yenicə  yaranmış  ordu  o  səmtdə  ağır 

döyüşlər  aparmaq  məcburiyyətində  qalmışdı.  Amma  bu 

çətinliklər  Cümhuriyyətin  xarici  siyasətini  gözardı  eləmək 

üçün səbəb ola bilməzdi. Bir çox vacib məsələlər burda, İs-

tanbulda həll olunurdu, o da altına girdiyi yükün ağır oldu-

ğunu  dərk  eləyir,  üzərinə  düşənləri  vicdanla  yerinə 

yetirməyə can atırdı...

  ...O  payız  günlərinin  birində  etimadnaməsini  hələ  ki, 

xariciyyə  naziri  kreslosunda  oturan  Mustafa  Rəşid  Paşaya 




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə