Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə17/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   13   14   15   16   17   18   19   20   ...   185

56

təqdim elədi. Təqdimat mərasiminə Cahangir bəylə getmiş-

di,  Mustafa  Rəşid  Paşayla  görüşü  də  cəmi  on  beş  dəqiqə 

çəkdi. Xariciyyə naziri şıq Avropa qiyafəsi geymiş otuz yaş-

larındakı cavana təəccüb, bir qədər də qibtəylə baxdı, proto-

kol qaydalarına uyğun nəzakətli sözlər deyəndən sonra fik-

rini gizlətmədi.

 “Gənc dövlətin gənc diplomatını görmək məni sevindir-

di.  Ümidvaram  ki,  gələcəkdə  daha  uca  məqamlarda 

əyləşəcəksiniz...”

 “Məndən ötrü dövlətimi və millətimi təmsil eləməkdən 

uca məqam yoxdu”, – Yusif Vəzir hiss elədi ki, səsi vüqarlı, 

bir  qədər  də  təntənəli  çıxdı,  narahat  olub  havanı  yumşalt-

maq istədi.

  Amma  xariciyyə  nazirinin  fikri  uzaqlardaydı,  yəqin  ki, 

tənəni  heç  duymamışdı.  Basılmış,  küncə  sıxışdırılmış,  gün-

doğandan-günbatanacan təhdid altında olan, yabançıların at 

oynatdığı məmləkətin xariciyyə naziri olmaq ondan ötrü də 

asan deyildi. Vidalaşanda vəziyyətindən utanmış halda əlini 

uzadıb müsahibinin gözlərinin içinə baxmadan dilləndi:

“Gəlişiniz məmləkətlərimiz üçün xeyirli olsun, Yusif bəy. 

İnşallah, asudə vaxtda sizi geniş söhbətə dəvət elərik”.

“Var gücümlə çalışacağam ki, dövlətlərimiz və hökumət-

lərimiz arasında möhkəm əlaqələr qurulsun, – dedi. – Hələ 

ki,  hər  şeydən  vacibi  məmləkətlərimizdə  əmin-amanlığın 

bərqərar olmasıdı”.

Əlbəttə,  məcburən  də  olsa,  Britaniyanın  İstanbuldakı  ali 

komissarıyla  da  görüşməlidi.  Con  de  Rebek  onu  təkəbbür 

və  vüqarla  qarşıladı,  Azərbaycan  elçiliyinin  fəaliyyətinə 

mane  olmayacaqlarını  söylədi.  O  qısamüddətli  görüşdən 

yaddaşında  boz  çalarlı  gözlərin  soyuq,  anlaşılmaz  parıltısı 

qaldı. 


...Payız  günlərində  belə  yorğun,  qaşqabaqlı,  kədərli 

görünən İstanbulun ab-havasına alışmaq çətin idi. Adamlar 

düşündüklərini  dillərinə  gətirə  bilməməyin  əzabını  çəkir, 



57

Boğazdakı əcnəbi bayraqlı hərb gəmilərinə, küçələrdəki ya-

bançı əsgərlərə aşkar nifrətlə baxırdılar. 

Elə o günlərin birində eşitdi ki, Sultan əlaltından koman-

danlarını  Anadoluya  göndərib  qəsbkarlara  qarşı  müharibə 

başlamaq  istəyirmiş,  amma  onlar  boyun  qaçırıblar  ki,  dün-

yaya  qarşı  hərbə  girmək  olmaz.  Hətta,  özü  də  Anadoluya 

keçmək niyyətindəymiş, ingilislər xəbərdarlıq eləyiblər – İs-

tanbulu  yunanlara  işğal  etdirər,  daş  üstdə  daş  qoymazlar. 

İşi  belə  görəndə  Sultan  Mustafa  Kamal  Paşanı  saraya  çağı-

rıb “Paşa, – deyib, – indiyə qədər dövlətə çox xidmət elədin. 

Bunları unut. Əslində, indi yerinə yetirəcəyin xidmət hamı-

sından  mühüm  ola  bilər.  Dövləti  qurtara  bilərsən”.  Sonra 

Mustafa  Kamalı  Doqquzuncu  Orduya  müfəttiş  göndərib, 

onun  bu  addını  da  müttəfiq  qüvvələri  komandanlığının 

bərk narazılığına səbəb olub; Sultan təzyiqlər qarşısında Pa-

şanı  geri  çağırsa  da,  razılaşdıqları  kimi,  Mustafa  Kamal  ça-

ğırışları  qulaqardına  vurur,  güneydə  yunanlara,  günbatan-

da ermənilərə qarşı müqavimət hazırlamaqla məşğuldu. 

Az  sonra  Ankara  heyətinin  də  Paris  konfransına  dəvət 

olunması  barədə  xəbər  çıxdı.  Belə  görünürdü  ki,  böyük 

dövlətlər əldən düşmüş imperiyanı bölüşdürmək planlarını 

gerçəkləşdirməkdə  qərarlı  olsalar  da,  bunu  Sultanın  əlilə 

həyata keçirməyə çalışırlar.

***

...Səfarətin  işləri  az-çox  yoluna  düşmüşdü.  Bakıdan 



təlimat  gözləmək,  digər  dövlətlərin  elçilərilə  əlaqələr  qur-

maq,  Parisə  yollanan  heyətdən  xəbət  tutmaq,  taleyin  ucba-

tından  bura  gəlib  çıxan,  köməyə  ehtiyacı  olan  adamlara 

əllərindən  gələn  yardımı  göstərmək  lazım  idi.  Sıxıntısı  yal-

nız maddiyyətlə bağlıydı, nə qədər qənaət eləsə də, ayrılmış 

vəsait sürətlə azalırdı, belə getsəydi, il başa çatanacan Bakı-

dan  pul  istəməli  olacaqdı.  Kuryer  Məmmədağayla  göndər-

diyi  məktubda  vəziyyəti  xariciyyə  nazirinə  müfəssəl  yaz-




58

mış, üstüörtülü də olsa, buna işarə vurmuşdu, ancaq ətraflı, 

əsaslandırılmış  məktub  da  lazım  idi  ki,  xariciyyə  nazirini 

də, hökumət başçısını da inandıra bilsin.

  Gələndə  qardaşı  Mir  Abdulladan  nigaran  qalmışdı.  On 

beş  il  əvvəl  Mir  Əbülhəsəni  itirəndən  sonra  bütün  mehrini 

Miri  çağırdıqları  qardaşına  salmışdı.  Səhhətcə  zəif,  amma 

ağıllı, tərbiyəli, sakit xasiyyətli Mirinin təhsil alması, layiqli 

həyat  qurması  bəlkə  də  ən  böyük  arzusuydu.  Yola  düşmə 

ərəfəsində  xəbər  tutmuşdu  ki,  hökumət  Rusiyada,  Almani-

yada, Fransada, İtaliyada, Osmanlıda təhsil almaq üçün yüz 

nəfər  gənc  göndərmək  barədə  qərar  qəbul  eləyib.  Mirini 

həmin  tələbələrin  sırasında  görmək  sonsuz  xoşbəxtlik  olar-

dı.  Görünür,  kuryeri  Bakıya  bir  də  göndərməli  olacaqdı, 

həm  maddi  məsələlərə  aydınlıq  gətirərdi,  həm  də  Mirinin 

təhsililə bağlı məsələni yoluna qoyardı.

  Xərcləri  nəzərə  alıb  səfarətdəkilərin  mümkün  qədər 

yaxında yerləşmələrini tövsiyə eləmişdi ki, faytonsuz gəlib-

gedə  bilsinlər.  Özü  də  yüz  franka  mənzil  kirayələmişdi. 

Mənzil  sahibi  qadın  yeniyetmə  oğluyla  birgə  xidmətində 

dururdular:  silib-süpürür,  yeməyini  hazırlayır,  paltarını 

təmizləyir,  xırda-para  buyruqlarını  yerinə  yetirirdilər.  Qo-

naq  otağının  bir  küncündə  üzü  pəncərəyə  yazı  masası  qo-

yub özüylə gətirdiyi kitablarını, yazı dəstini üstünə yığmış-

dı.  Hər  gün  yatmazdan  qabaq  masaya  həsrət-həsrət  baxır, 

yazmaq üçün əli gicişirdi. Amma hələ ki, səfarətdə iş başın-

dan  aşırdı,  vacib  məsələləri  yoluna  qoymamış  yaza  bilmə-

yəcəkdi.


  Səfarətə  bircə  xidmətçi  götürə  bilmişdi:  Qamət  Əfəndi 

sakit, abırlı adam idi, təmizlik işlərinə də baxırdı, qəhvə də 

dəmləyirdi,  xırda-para  buyruqları  da  yerinə  yetirirdi, 

üstəlik,  kuryer  olmayanda  onun  işlərini  də  görürdü.  Əslən 

Qafqaz  çərkəzlərindən  olan  Qamət  Əfəndinin  aradabir 

zümzümə  eləməyi  də  vardı,  amma  zümzüməsində  elə  dö-

zül məz  nisgil  duyulurdu  ki,  ürəyi,  az  qala,  parça-parça 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə