Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə25/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   21   22   23   24   25   26   27   28   ...   185

81

unuda  bilmir,  qaçmaq  planını  beynindən  çıxara  bilmirdi. 

Şübhəsiz, evdən birgə çıxsaydılar, diqqəti cəlb eləyə bilərdilər. 

Abramın planına görə, dayəylə Leo birgə çıxmalıydılar, soru-

şan  olsaydı,  Tiflisə,  qohumlarının  yanına  getdiklərini  deyə 

bilərdilər. Abram tək gedəcəkdi, faytonla Qaraməryəmə, ya 

Yevlaxa çatsaydı, Gürcüstan sərhədinə bir şey qalmırdı.

 “Leo, oğlum, – Abram onun çiyinlərindən tutub gözlərinin 

içinə baxdı. – Macəra-filan eşqinə düşmə, fantaziyalarını da 

özünə saxla. Vəziyyət çox təhlükəlidi, ümidvaram ki, Tiflisdə 

sağ-salamat görüşəcəyik”.

 “Arxayın ola bilərsən”, – Leo gülümsəyirdi.

 Abram dərk elədi ki, bu qaçış oğlunun xoşuna gəlir.

 ...Frau Şulte və oğlu elə səhəri gün yola düşdülər. Abram-

sa  bir  neçə  gün  gözləyib  yeni  rəhbərliyə  neft  mədənlərinə 

baxmaq üçün bir neçə günlüyə şəhərdən çıxmalı olduğunu 

xəbər verdi. Əlbəttə ki, şübhələndilər, amma bunun düz olub-

olmadığını  yoxlamağa  vaxt  yox  idi  –  Moskva  neft  tələb 

eləyirdi.

 Üç həftə çəkən təhlükəli səfərdən sonra Tiflisdəki köhnə 

tanışının  –  Zaza  Eristavinin  evində  oğlunu  və  frau  Şulteni 

sağ-salamat  görəndə  sevincindən  göz  yaşlarını  saxlaya 

bilmədi...

 ...Abram Nussimbaum bu şəhəri sevirdi...

 On dörd il əvvəl atıb getsə də, doğulduğu şəhəri unuda 

bilməmişdi. Allah şahid idi ki, Basya olmasaydı, o Tiflisdən 

getməzdi...

 Amma, deyəsən, bu vüsalın da ömrü az olacaqdı: şəhər 

narahatlıq içindəydi, hamı nəzərlərini Azərbaycanla sərhədə 

dikib qırmızıların nə vaxt hücuma keçəcəyini gözləyirdi...

  Abram  bir  neçə  gündən  sonra  bu  şəhərlə  vidalaşacaq, 

dünyanın harasında olsa da gəncliyinin şəhərini onu xoşbəxt 

və bədbəxt eləyən şəhəri unutmayacaqdı...



82

V FƏSİL

ŞİMALDAN GƏLƏN TƏHLÜKƏ

 Yusif Vəzir

 İstanbul 

 Fevral-aprel 1920-ci il

Təntənədən bir neçə gün sonra yeni xoş xəbər aldı: yanva-

rın 30-da Nazirlər Şurası Cümhuriyyətin milli himninin ha-

zırlanması haqqında qərar qəbul eləmiş, bu məqsədlə də Xalq 

Maarif Nazirliyi tərəfindən müsabiqə elan olunmuşdu...

 Sevinmək üçün səbəb axtaranda qalan başqa şeylər barədə ötəri 



düşünürsən. Sevinməyə dəyərdi, çox vacib saydığı bu məsə-

lədə onun da xidməti vardı.

 Üstəlik, ötən ilin martında hökumət əlifba islahatı ilə bağ-

lı  xüsusi  komissiya  yaradıb  Abdulla  bəy  Əfəndizadənin, 

Məhəmməd  Ağa  Şahtaxtlının  və  Mir  Əbdüləziz  Seyidovla 

Abdulla  Tağızadənin  birgə  tərtib  etdiyi  əlifba  layihələrini 

müzakirə  eləmiş,  Abdulla  bəy  Əfəndizadənin  işini  bəyən-

mişdi, indi həmin layihə “Son Türk Əlifbası” adı ilə çapa ha-

zırlanırdı, əlifbanın ölkədə təbliği üçün parlamentə müraciət 

olunmuşdu.




83

 Yadına Şuşada xəstə yatan vaxtda tərtib elədiyi əlifba düş-

dü. İndi Bakıda olsaydı, müsabiqədə iştirak eləyərdi...

 ...Cəmi bir neçə gün sonra Qızılbuynuzda limana yan alan 

gəmini  qarşılamağa  çıxmışdılar:  Batumdan  gələn  “Kleopat-

ra”  İstanbula,  Romaya,  Parisə,  Berlinə...  oxumağa  gedəcək 

cavanları gətirirdi. Yanvarın ortalarıydı, dünəndən yağan qar 

şəhərə,  elə  bil,  başqa  mənzərə  vermişdi.  Cahangir  bəyin 

xəyalpərvər, Zeynal bəyin nikbin, Mirzə Qədirin müəmmalı-

laqeyd  görkəminə  baxdıqca  aradan  keçən  aylar  ərzində  bu 

adamların ondan ötrü nə qədər doğmalaşdıqları barədə dü-

şünürdü. Qamət Əfəndini limana göndərib gəminin yan ala-

cağı vaxtı öyrənsələr də, xeyli tez gəlmişdilər, yəqin, görüşün 

vacibliyi,  doğmalarıyla  ünsiyyət  onları rahat  oturmağa qıy-

mamışdı.

Gəminin ağır-ağır limana girib sahilə yan alması, lövbər 

atması,  pilləkənin  açılması  bir  saata  yaxın  çəkdi.  Artıq 

göyərtəyə yığışmış sərnişinlərin arasında tanış simaları axtar-

mağa başladı. Əvvəlcə Aslanı gördü, sonra gözünə daha bir 

neçə tanış sima dəydi, nəhayət ki, Mir Abdullanın arğaz vü-

cudunu seçə bildi. Müsafir qarşılayanların qışqırtıları, ham-

balların səs-küyü, faytonlara, arabalara qoşulmuş heyvanla-

rın fınxırtısı, qağayıların fəryadı arasından Aslanın əl eləyə-

eləyə dediyi sözləri qavraya bilmədi.

  Əvvəlcə  elə  Aslanla  da  görüşdü,  sonra  solğun,  amma 

sevinclə  dolu  Mir  Abdullanı  sinəsinə  sıxanda  kövrəldiyini 

hiss elədi:

  “Çox  sevindim  ki,  arzunuza  çatdınız,  –  dedi,  –  oxuyub 

dövlətimiz üçün fayda verəcəksiniz”.

 “Hələ bir gör kimlər var!..” – Mir Abdulla bir-bir yaxınla-

şanları göstərdi.

 Heç ağlına gəlməzdi ki, uzaq İstanbulda Şuşadan tanıdığı 

bu qədər adam – düz on doqquz nəfər – görəcək. Artıq cavan-

lıq  həddinə  dolmuş  tanışlarını  –  Hacı  Məhəmməd  bəy 

Münşizadənin  oğlu  Hilalı,  Fərman  bəy  Nərimanbəyovun 



84

oğlu  Yaqubu,  Məmmədcavad  Muradovun  oğlu  Zalı,  Zəkə-

riyyə  bəyin  oğlu  Teymuru,  Cavançirlərdən  Həmidin  oğlu 

Əbdülhəmidi, gördü... hamısını bir-bir bağrına basdı. Sonra 

Aslan o biri cavanları təqdim elədi:

“Lətif Şirin oğlu Qasımov, Abbas Həmid oğlu Muradov, 

Hüseyn Musa oğlu Nağıyev...” – Mir Abdulla onların ataları-

nın adını qəsdən deyirdi ki, hansı məhəllədən, kimin oğlu ol-

duqlarını ayırd eləyə bilsin.

  “Bəs  Dadaş  gəlmədi?”  –  Yusif  Vəzir  uşaqlarla  görüşə-

görüşə soruşdu.

Sabunçular  tayfasından  Əbdülhüseynin  oğlu  Dadaş 

Həsənovu nəzərdə tuturdu. Mir Abdullanın yaşıdıydı, ağıllı, 

çevik oğlan kimi yadında qalmışdı. Bilirdi ki, gimnaziyanı bi-

tirib.

“Atası Allah rəhmətinə getdi, o da anasını, qardaş-bacısını 



götürüb  Bakıya  köçdü,  –  Mir  Abdulla  cavab  verdi.  –  Çox 

istəyirdi, anma ailəni başsız qoya bilmədi, Bakı Darülfünuna 

girdi, tibb fakültəsinə...”

Buna sevindi, hər halda, təhsilsiz qalmayacaqdı. 

Cavanları  Abdulla  bəy  Əfəndizadə  gətirmişdi.  Nurani 

görkəmli,  pensneli,  arğaz  adam  idi.  Yusif  Vəzirlə  üz-üzə 

gələndə məmnuniyyətini gizlədə bilmədi:

“İmzanıza çoxdan bələdəm, möhtərəm Yusif bəy, ilk dəfə 

bu qədər uzaqda rastlaşacağımı ağlıma gətirməzdim. Tanışlı-

ğımıza çox şad oldum”, – gülümsəyə-gülümsəyə əlini uzatdı.

“Cavanlarımızın gələcəyi sizin kimi insanların əlində ol-

duğuna  görə  çox  məmnunam,  Abdulla  bəy,  –  onun  əlini 

ürəkdən sıxdı. – Ümidvaram, zəhmətiniz hədər getməyəcək. 

– Abdulla bəyin təbəssümü altında qayğı gizləndiyini sezib 

qoluna  girdi.  –  Heç  narahat  olmayın,  biz  burda  hər  şeyə 

əncam çəkmişik, cavanları yola salanacan hər cür ehtiyacları-

nı qarşılayacağıq”.

  Dünəndən  müsafirxanalara  adam  göndərib  cavanların 

gecələməsi üçün yer tapmışdı. Mir Abdullayla Aslanı Zeynal 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə