Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə22/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   18   19   20   21   22   23   24   25   ...   185

72

ğıllara  öz  əlavələrini  eləyə-eləyə  danışıb  hamının  diqqətini 

üstünə çəkirdi. Sonra iri salonda şəkil çəkdirdilər, bu xatirə 

də uzun müddətə yaddaşına həkk olunub qaldı.

Yaşıdları  kimi,  dörd  yaşı  olanda  məktəbə  getmədi.  Ab-

ram hələ də onu gözündən kənara qoymaq istəmirdi, buna 

görə  də  rus  və  fransız  dillərindən  dərs  demək  üçün  müəl-

limlər tutdu, alman dilindən də frau Şulte özü məşğul olur-

du.  Amma  oğlan  bir  cəhətdən  başqalarına  oxşamırdı  – 

diqqətini  cəmləşdirə  bilmir,  daim  xəyal  dənizində  üzürdü. 

Elə  hey  dayədən  nağıllar,  macəra  dolu  əhvalatlar  istəyir, 

dərhal  da  həmin  əhvalatların  qəhrəmanına  çevrilir,  qalalar 

alır, dəryalarda düşmən gəmiləri batırır, atın yalmanına ya-

tıb səhralar boyu çapırdı.

 “Xəyalpərvər olmağının ziyanı yoxdu, frau Şulte, – Ab-

ram Nusseimbaum dayənin narahatlığına ciddi yanaşmırdı, 

– deməli, təxəyyülü zəngin olacaq...” 

  Sonrakı  il  Abram  Nussumbayı  firmasının  səhmlərini 

“Nobel  qardaşları”  şirkətinə  satmaq  qərarına  gəldi.  Cəmi 

dörd ilə işini xeyli irəli apara, ailəsinin təminatı üçün kifayət 

qədər  gəlir  əldə  eləyə  bilmişdi,  amma  fikrincə,  həyat 

dəryaya oxşayırdı, iri balıqlar gec-tez xırda balıqları udma-

lıydılar. Nobellərin təklif elədikləri yüz otuz səkkiz min beş 

yüz  rublu  banka  qoyub  faizilə  gen-bol,  gələcəyin  dərdini 

çəkmədən yaşaya bilərdi. 

  Xoşladığı  qadınlara  rast  gəlsə  də,  evlənmək  barədə  dü-

şünmürdü, Bertadan aldığı mənəvi yara kifayət qədər dərin 

idi,  sağalması  hələ  uzun  çəkəcəkdi.  Yalnız  oğluna  yaxşı 

təhsil vermək, onun həyatını təmin eləmək o yaraya məlhəm 

sürtə bilərdi.

  Leonu  məktəbə,  az  qala,  iki  il  gec  göndərdi.  Görünür, 

uşağın sağlamlığından tam əmin olmaq, üstəlik, frau Şulte-

nin tərbiyəsinin nəticələrini görmək istəyirdi. Axır ki, Birin-

ci Dünya müharibəsi başlanan il onu lap yaxınlıqdakı, real-

nı  məktəbin  binasında  yerləşən  ikinci  kişi  gimnaziyasına 

yazdırdı. 




73

Elə  o  vaxt  da  gözləmədiyi  çətinliklərlə  qarşılaşdı. 

Bədbəxtliyindən  soyadını  hər  kəs  eşitdiyi,  qavradığı  kimi 

yazırdı,  gah  “Nussimbaum”,  gah  “Nussenbaum”,  gah  “Nus-



sembaum”, gah “Nusenbaum”, hətta “Nisenbaum” olurdu; adı-

nı bəzən “Abram”, bəzənsə “Abraham” yazırdılar; atasının adı 

üç cür – “Lvoviç”, “Leybusoviç”, “Leybuşoviç” kimi qeydə alı-

nırdı.  Bu  dəfə  gimnaziyanın  katibi  soyadını  “Nussembaum” 

yazdı,  Abramın  iradından  sonra  birinci  “m”  hərfini  “n” 

düzəltdi, mötərizədəsə əlavə elədi: “Həm də Nusimbaum kimi 



yazıla bilər. Milliyyəti – yəhudi, dini – iudey, doğum ili – 1905, 

20 oktyabr...”

 Amma gözlədiyinin əksinə, oğlu oxumağa çox da maraq 

göstərmədi.  Dərslərə  həvəssiz  gedir,  çox  vaxt  da  cürbəcür 

bəhanələrlə evdə qalmağa üstünlük verirdi. Bu cəhətdən də 

fantaziyaları  sərhəd  tanımırdı:  gah  ürəyi  bulanır,  gah  qız-

dırması  qalxır,  gah  başı  ağrıyırdı.  Cəmi  dördcə  fəndən 

məqbul  qiymətləri  vardı:  alman  dili  frau  Şultenin  səyinin 

nəticəsiydi;  coğrafiyanı  sevirdi,  çünki  xəyallarının  daha  da 

hüdudsuz olmasına yardım göstərirdi; tarixlə maraqlanırdı, 

bu  da  fantaziyaları  üçün  əvəzedilməz  sığınacaq  idi;  rus 

dilisə  doğma  diliydi,  idişi  nə  anası  öyrətmişdi,  nə  də  atası 

maraq göstərmişdi.

  Leonun  marağı  qeyri-adi  olan,  xəyallarını  qanadlandı-

ran,  duyğularını  coşduran,  təxəyyülünü  ehtizaza  gətirən 

hər şeyə yönəlirdi. Frau Şultenin danışdığı nağıllara, məktəb 

yoldaşlarından eşitdiyi ağlagəlməz əhvalatlara, şəhərdə baş 

verən  hadisələrə  vurğunluqla  qulaq  asırdı.  Yaşıdlarının 

geyimindən  təsirlənib  atasından  çərkəzi  çuxa,  papaq 

tikdirməyi  xahiş  eləmiş,  gümüş  kəmər,  əntiqə  xəncər  aldır-

mışdı.  Paltarı  geyinib  binanın  girişi  qarşısında  gəzinməyi, 

özünü küçədən keçənlərə göstərməyi sevirdi.

 “Leo, – frau Şulte onu dilə tuturdu, – bu gün başağrısı-

na görə məktəbə getməmisən. Atan gəlib səni küçədə görsə, 

danlayacaq”.




74

 “Danlamaz, – Leo bic-bic gülürdü, – deyərəm, frau Şulte 

açıq havada gəzməyi məsləhət gördü”.

 “Ay səni, Leo! – Frau Şulte başını bulayırdı. – Başın yax-

şı işləyir, vəziyyətdən çıxmağı bacarırsan”.

  “Mən  şahzadəyəm,  –  Leo  papağını  arxaya  itələyib  əlini 

belinə  qoyur,  təşəxxüslə  küçədən  keçənlərə  baxırdı,  – 

şahzadələr həmişə qalib gəlirlər”.

  Abram  Nussimbaum  artıq  Mixaylovskaya  küçəsində, 

Aşurovun  İçərişəhərin  Şamaxı  qapısı  yaxınlığında,  Duma 

meydanına  baxan  evindəki  gen-bol  mənzildə  yerləşmişdi. 

Əgər  aləm  çaxnaşmasaydı,  ömrünün  axırınacan  korluq 

çəkmədən  yaşamağa,  oğlunu  oxutmağa,  onun  gələcəyini 

təmin eləməyə imkanı vardı...

 Sonrakı illər göstərdi ki, Abram Nussimbaum səhmlərini 

satmaqda ağıllı iş görüb. Çünki müharibə get-gedə fəlakətli 

şəkil alır, çar qoşunları məğlubiyyətlə üzləşirdilər, sabah nə 

baş verəcəyini kimsə bilmirdi. Dar ayaqda olan-qalanını gö-

türüb  əmin-amanlıqda  olan  ölkələrin  birinə  gedə,  bu  çax-

naşmalardan  salamat  qurtara  bilərdilər.  Çar  əleydarlarının 

fəallaşmalarından belə görünürdü ki, imperiya müharibədən 

də qorxunc təhlükəylə üzləşib. 

 Üstəlik, bulanıq suda balıq tutmaq istəyənlər varlı-hallı 

adamları, ya da onların ailə üzvlərini qaçırıb pul qoparmağa 

başlamışdılar. Düzdü, Leonun öz yaşıdlarının yanında lov-

ğalandığı kimi, Abram Nussimbaum milyonçu-filan deyildi, 

amma  şübhəsiz,  belələrini  həvəsləndirmək  üçün  kifayət 

qədər pulu vardı. Ona görə də Abram dörd nəfər mühafizəçi 

tutmalı oldu: ikisi daim Leonu qoruyur, ikisisə ailə başçısını 

gözdən  qoymurdu.  Abram  evdən  çıxmağa  icazə  verəndə 

Leo, əlbəttə ki, frau Şultenin və iki mühafizəçinin müşayiətilə 

çərkəzi  geyimində  İçərişəhərin  dar  küçələrilə  addımlayır, 

binalara, minarələrə, dükanlara baxır, onların arasında özü-

nün qəhrəman obrazını yaradırdı.

  Elə  adamlar  var  ki,  dünyalarını  dəyişəndən  sonra  da  uzun 

müddət  düşüncələrimizdə  yaşayırlar,  elələri  də  var  ki,  hələ  sağ 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə