Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə21/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   17   18   19   20   21   22   23   24   ...   185

69

Firmanın işi pis getmirdi, Abram Nussimbaum fəaliy yə-

tini  genişləndirib  Birjevaya  küçəsində,  Buniyatovun  evində 

yeni  ofisə  köçmüşdü.  Ümidvardı  ki,  yaxın  müddətdə  daha 

böyük  uğurlar  əldə  eləyəcək.  Hələ  ki,  Nobel  qardaşlarının, 

Əsədullayevin,  Rotşildlərin,  Şibayevin,  Mantaşovun,  Nağı-

yevin şirkətləri və firmalarıyla bəhs eləyə bilməzdi.

  1910-cu  ilin  yaz  günlərinin  birində  Basyanı  yenə  əsəbi, 

kədərli, pərişan vəziyyətdə gördü, başa düşdü ki, təşkilatda 

işlər  qaydasında  deyil.  Məsələnin  nə  yerdə  olduğunusa  bir 

neçə ay sonra həm də təsadüfən öyrəndi. Şərikinin uzaq qo-

humu Bayıl həbsxanasından çıxmışdı, Kobanın da orda yat-

dığını deyibmiş, üstəlik, Koba ötən il də Bayıl həbsxanasına 

salınıbmış,  sonra  sürgün  olunub,  amma  sürgündən  qaçıb 

gəlib, yenidən ələ keçib. 

 Abram başa düşdü ki, Kobanı siyasi dustaq kimi evində 

saxladığı məlum olsa, əlli-ayaqlı gedər. Amma Basya heç nə 

eşitmək istəmirdi, nə evlə, nə uşaqla maraqlanırdı, fikri-zik-

ri Kobanı necə azad eləməklə məşğul idi. “Nikitiç” haralar-

dasa  yoxa  çıxmışdı,  Kamo  Avropadaydı,  Kobasa  sürgündə 

“dincəlirdi”. Belə çıxırdı ki, bütün həyatlarını həsr elədikləri 

iş  uçurum  qarşısındadı.  Bunu  fikirləşdikcə  əsəbləri  gərilir, 

tir-tir  əsməyə  başlayırdı,  bir  neçə  dəfə  də  bütün  qəzəbini 

qulluqçunun  və  Leonun  üstünə  tökmüşdü.  Abram  arvadı-

nın ruhi sarsıntılarının səbəbini başa düşür, amma onu xilas 

eləmək üçün daha əlindən heç nə gəlmirdi. Bir dəfə Basyanı 

həkimə  göstərmək  istəmişdi,  amma  arvadının  əsəbi  etira-

zından sonra fikrindən daşınmalı olmuşdu.

  Öncəduyumunun  işarə  elədiyi  faciə  fevral  günlərinin 

birində,  daha  doğrusu,  fevralın  on  altısında,  səhər  saat  11-

də baş verdi. Xanımın hələ də oyanmadığını görən qulluqçu 

Abramın  tapşırığıyla  ona  baş  çəkmək  üçün  yataq  otağına 

girəndə onu döşəmədə namünasib vəziyyətdə sərilmiş gör-

dü.  Dərhal  nəsə  baş  verdiyini  duyan  qulluqçunun  haray-

həşirinə qaçıb gələnlər Basyanı tez-tələsik Mixaylovsk xəstə-



70

xa  nasına  çatdırdılar,  amma  binəva  özünə  gəlmədən  öldü. 

Yataq  otağında  tapılan  şüşə  ölümün  karbon  turşusundan 

baş  verdiyini  aşkara  çıxarırdı.  Əlbəttə,  bu  maddi  səbəb  idi, 

mənəvi  səbəbsə  hələ  Abram  Nussumbaumdan  başqa 

kimsəyə məlum deyildi, o da “sağalmaz xəstəliyə düçar oldu-



ğuna  görə,  əsəblərinin  tab  gətirmədiyi”  versiyasını  münasib 

saydı, adamlarsa dərdinə şərik olub təəssüfləndilər.

  Abram  Nussimbaum  Bertanı  mümkün  qədər  səssiz-

küysüz dəfn eləməyə çalışdı: nə qəzetdə onun ölüm xəbərini 

dərc  etdirdi,  nə  başsağlığı  verilməsini  məsləhət  gördü, 

üstəlik, çalışdı ki, dəfndə az adam iştirak eləsin. Arvadının 

ölümüylə  ürəyinə  daş  kimi  çökmüş  ağır  yükdən  qurtarır, 

özündə etiraf eləmək istəmədiyi yüngüllük duyurdu.

 Bu faciə Abrama təbii və qaçılmaz görünsə də, altı yaşı-

na qədəm qoymuş Leoda heç bir təəssürat oyatmadı. Anası 

onu yalnız bətnindən dünya işığına çıxarmışdı, uşaq ondan 

nə sevgi, nə diqqət, nə şəfqət görmüşdü. Qulluqçu da günü-

nün çoxunu otaqları yığışdırmaq, yemək bişirmək, camaşır-

ları yumaqla məşğul olduğundan, Leo otağında tək qalır, ya 

qonaq otağındakı divanda oturur, ya da pəncərədən bayıra 

baxırdı.  Aydın  sifəti,  iri  gözləri,  geniş  alnı  ondakı  ağıl 

əlamətlərini  büruzə  verirdi,  amma  anasının  üzündən 

məhkum olduğu bu həyat oğlanı heç təmin eləmirdi.

***

Basyanın ölümündən sonra Leonun da qəfil xəstəliyi üzə 



çıxdı: qulluqçunun dediyinə görə, uşağı bir neçə dəfə huşu-

nu  itirmiş  vəziyyətdə  tapmışdı,  xeyli  silkələyəndən,  üzünə 

su  vurandan  sonra  özünə  gələn  Leo  ətrafına  bir  müddət 

yad,  maraq  dolu  nəzərlərlə  baxmışdı.  Abram  dərhal  həkim 

gətirtdi,  ətraflı  müayinədən  sonra  məlum  oldu  ki,  uşaqda 

anadangəlmə  ürək  çatışmazlığı  var,  onu  bayıra  buraxmaq, 

nəzarətsiz  qoymaq  olmaz.  Həkim  dedi,  ola  bilsin,  sonralar 

ötüb-keçsin,  amma  oğlanı  müəyyən  müddətə  gözdən  qoy-

mamaq lazımdı.



71

Əlbəttə,  belə  vəziyyət  dayə  tapmaq  zərurətini  daha  da 

qətiyyətlə  ortaya  qoyurdu.  Əslində,  Abram  bu  barədə 

çoxdan,  lap  uşaq  dünyaya  gələndən  fikirləşirdi.  Amma 

ailədəki  mühitə  daha  bir  nəfərin  də  şahid  olacağı  fikri  ona 

əzab verdiyindən indiyədək cəsarət eləməmişdi.

İndisə  Basya  yox  idi.  Faciə  ailəni  təhlükədən  qurtarmış-

dı, bu da taleyin oyunuydu.

Dayəni  işgüzar  tanışlarından  biri  tapdı.  Quzey  Reyndə 

–  Vestfaliyada  doğulmuş,  Baltik  dənizi  sahillərində  böyü-

müş, qızlıq soyadı Dette olan Alisa Melaniya Şulte qırx yaş-

larında,  iri  gövdəli,  amma  çevik,  nəzakətli,  bir  qədər  də 

təkəbbürlü,  amma  savadlı  qadın  idi,  həm  də  bu  şəhərdə 

tək-tənha yaşayırdı. Tale onu Tiflisə gətirib çıxarıb, orda ailə 

qurubmuş;  əri  elə  ötən  rəhmətə  gedib,  o  da  bir  neçə  gün 

imiş Bakıya, bacısının yanına gəlibmiş. 

Abram  bu  təsadüfdən  sevindi,  amma  özünün  təkcə  hə-

yat tərzini yox, mənzilini də dəyişməyi qərara aldı. Çox gü-

man  ki,  beləcə,  Basyayla,  onun  bağlı  olduğu  hadisələrlə 

birdəfəlik vidalaşmaq istəyir, keçmişdən qopmağa çalışırdı.

Frau  Alisiya  Şulte  Basyanın  müqabilində  Allahın  Abra-

ma  bəxş  elədiyi  lütf  idi.  Şəfqətli,  qayğıkeş,  səbirliydi,  Leo-

nun  “dilini”də  qısa  müddətə  tapdı.  Oğlanın  tək  qalıb 

xəyallar  aləmində  yaşamasının  nəticələrini  gözəl  başa  dü-

şürdü,  daha  nəsə  uydurur,  fantaziyaları  sərhəd  bilməyən 

uşağın  yaşantılarına  bir  qədər  həyat  çaları  qatmaq  üçün 

əlindən  gələni  eləyirdi,  ardabir  nəzarət  altında  saxlamaqla 

yaşıdlarıyla  oynamağına  icazə  verir,  ziyafətlərə  dəvət  olu-

nanda  yanından  əl  çəkmirdi.  Neçə  dəfə  Əsədullayevlərin, 

Aşurbəyovların,  Dadaşovların  ailəsində  olmuş,  Ümmülba-

nunu,  Saranı,  Naziməni,  Məryəmi  danışdığı  hekayələrlə 

əməlli-başlı heyrətləndirmişdi. Xüsusilə, ondan bir yaş kiçik 

Saranın  altı  yaşı  tamam  olanda  Aşurbəyovların  mülkündə 

verilən  böyük  ziyafəti  unuda  bilmirdi.  İri  salonda  otuza 

qədər uşaq yığışmışdı, şənlənir, deyib-gülür, eşidib-gördük-

lərini  bir-birinə  danışırdılar.  Leo  frau  Şultedən  eşitdiyi  na-




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə