Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə20/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   16   17   18   19   20   21   22   23   ...   185

65

nədənsə  hər  şeyin  yaxşı  olacağına  inanırdı.  Sonra  Parisdən 

gözlədikləri xəbəri aldılar: Azərbaycanın müstəqilliyi tanın-

mışdı!  Bu  xəbəri  Zeynal  bəydən  eşidəndə  əzaları  boşaldı, 

elə  bil  illərin  yorğunluğu  bir  andaca  vücudunu  qapladı. 

Fikrincə,  bu  hər  şeydən  əvvəl,  məmləkətinin  qırmızı  istila-

dan qoruyacaqdı. 

“Təbii ki, ziyafət verməliyik, Yusif bəy, – Zeynal bəy bı-

ğaltı  məmnun-məmnun  gülümsəyirdi.  –  Məncə,  belə  bir 

bayram üçün Bakıdan təlimat gözləməyə ehtiyac yoxdu...”

“Haqlısan,  –  həmişə  həyəcanlananda  olduğu  kimi,  bığı-

nın  sağ  ucunu  burmağa  başladı,  –  illər  boyu  gözlədiyimiz 

gün gəldi. Sabahdan bu məsələyə məşğul olarıq...”

“Yəqin,  millətimizin  dostları  sabahdan  təbrik  üçün 

gəlməyə  başlayacaqlar,  –  Cahangir  bəy  işgüzar  görkəmlə 

bildirdi, – hazırlıqlı olmalıyıq”.

“Mirzə Qədir ziyafətə dəvət olunacaq qonaqların siyahı-

sını  hazırlayar...”  –  Heç  olmasa,  belə  əziz  gündə  Mirzə 

Qədirin  üzündə  sevinc  əlaməti  görmək  arzusuyla  dönüb 

ona baxdı:

“Əlbəttə, əlbəttə, – Mirzə Qədir əl-ayağa düşdü. – Sabah 

erkəndən bu işlə məşğul olaram”.

...O  axşam  evə  getmək  istəmirdi.  Cahangir  bəy  və  Zey-

nal  bəylə  meyxanaların  birinə  üz  tutdular,  nə  vaxtdan  bəri 

ilk dəfə asudə oturub millətin, istiqlalın, gələcəyin sağlığına 

badə qaldırdılar, sonra yüngül şaxtalı qış havasını ciyərlərinə 

çəkə-çəkə uzun-uzadı küçələri dolaşdılar, dikdirə qalxıb Bo-

ğazın sularına baxdılar. Nədənsə həmin məqamda Maltada 

sürgün  həyatı  yaşayan  Əhməd  bəyi  xatırladı,  bu  xəbəri 

eşidəndə necə sevinəcəyini, hətta ola bilsin, göz yaşı axıda-

cağını təsəvvüründə canlandırdı. Ötən müddət ərzində ona 

iki  məktub  yazmış,  hər  məktubla  da  öz  məvacibindən  bir 

qədər  xərclik  göndərmişdi.  Məktubların  və  pulun  ünvana 

çatıb-çatmadığından  xəbər  tuta  bilməmişdi,  amma  çətin 

günlərdə bacardığını əsirgəmədiyinə görə təsəlli tapırdı. 



66

Bir də fikrində tutdu ki, imkan tapıb Gürcüstan nümayən-

dəliyinə təbrik üçün getməlidi...

...Səfarətin  iri  salonunda  qarşılaya  biləcəkləri  qədər  – 

otuza  yaxın  qonaq  dəvət  eləmişdilər.  Heyət  üç  gün  durub-

dincəlmədən  çalışıb  hər  şeyin  nizam  olmasına  çalışmışdı. 

Heç  olmasa,  bir  dəfə  qənaət  fikrini  beynindən  çıxarmışdı  – 

Cümhuriyyətin  elanı  gününədək  bundan  əziz  bayram  ol-

mayacaqdı. 

Xariciyyə nazirliyinin, müttəfiq qüvvələri komandanlığı-

nın,  elçiliklərin  nümayəndələri,  din  xadimləri  təbriklərini 

çatdırır, arzularını bildirirdilər...

Çoxdandı belə  nitq  söyləməmişdi; elə həyəcanla danışdı 

ki, aradabir səsinin titrədiyini də hiss elədi...

Bir  neçə  gün  sonra  “Türk  ocaqları”  dərnəyi  də  İstanbul 

Universitetində  mərasim  keçirdi.  Həmin  mərasimə  dəvət 

alsa  da  getməyi  məsləhət  bilmədi:  Osmanlı  dövlətinin  hələ 

də Bakıda səfarət açamasına etirazını belə bildirdi...

Elə  o  günlərdə  də  əlinə  ermənilərin  fransızca  buraxdığı 

“Renesans” qəzeti keçdi. Qəzet iddia eləyirdi ki, “Arşın mal 

alan”ı yazan ermənidi. Bundan çox mütəəssir oldu, götürüb 

Üzeyir bəyə məktub yazdı, israr elədi ki, əsərlərinin notunu 

çap etdirib ona göndərsin, səfarətin xərcinə təcili Avropada, 

həm də Amerikada belə nəşrinə çalışacaq...




67

IV FƏSİL

RUHUNA HOPAN ŞƏHƏR



 Lev Nussimbaum

 Bakı, Qızılsu, Buxara, Ənzəli, Bakı, Tiflis

 İyul 1907-iyun 1920-ci illər

Abram  qabiliyyəti,  işgüzarlığı  sayəsində  inadla  hədəf-

lərinə doğru irəliləyirdi. İl yarım keçməmişdi ki, artıq ikinci 

gildiya taciri kimi qeydiyyata düşmüşdü, neft sahəsində öz 

firmasını qurmağa çalışırdı. Çox keçmədi ki, həmfikirləri də 

tapıldı,  Moisey  Anikst  və  Əlabbas  Aşurovla  dil  tapdılar. 

Anikst  bir  il  əvvəl  Əlisgəndər  Aşurovdan  Binəqədi  və 

Biləcəridə  neft  kəmərləri  stansiyası,  stansiyaların  boru  kə-

mərini,  onların  yerləşdiyi  sahələri,  neft  məhsullarının  alqı-

satqısı,  çıxarılmasıyla  bağlı  hüquqları  almışdı.  O  bütün 

əmlakını  və  hüquqlarını  firmaya  verir,  iyirmi  səkkiz  min 

rublluq əsas kapitalın yarısını qoyurdu. Bütün işlərin idarəsi 

çək-çevirsiz Abram Nussimbauma etibar edilmişdi.

1908-ci  il  iyulun  iyirmi  beşində  “A.L.Nussimbaum  və 

Konun  Binəqədi  neft  kəməri  firması”nı  qeydiyyata  aldırdı-

lar.  Firmanın  kontoru  Qorçakov  küçəsində  kirayələdikləri 




68

binada yerləşirdi. Hər səhər faytonçu gəlib Abramı işə apa-

rır,  evə  bir  də  qaş  qaralanda  gəlirdi:  firmanı  ayağa  qaldır-

maq üçün çox işləməliydi...

 ...Bəzi qadınlar öyrədilmək üçün yox, sərbəstlik üçün yaranıb-

lar,  amma  birgə  azad  olmaq  üçün  özlərinə  oxşayan  adamlara 

hələm-hələm  rast  gəlmirlər.  Basya  da  getdiyi  yoldan  dönmək 

fikrində  deyildi,  Koba  gələndən  sonra  əvvəlki  həyatına  qa-

yıtmış,  qəfil  gedişlərinin,  vaxtsız  qayıdışlarının  sayı  artmış-

dı.  Hətta  günlərin  birində  evlənəndə  arvadına  aldığı  almaz 

qaşlı  üzük-sırğasının  yox  olduğunu  sezdi.  Bertanın  onları 

Koba və yoldaşlarıyla girişdikləri işdən ötrü çap dəzgahı al-

maq üçün satdığını sonralar öyrənəcəkdi. 

 Bir müddət sonra da arvadının daha evdən çıxmadığını, 

gününü əsəbi sarsıntılar içində keçirdiyini sezdi...

  1909-cu  ilin  martında  Abram  Nussimbaum  Aleksand-

rovskaya  Naberejnaya  küçəsində  birmərtəbəli  mülk  aldı. 

Buna  çox  sevinirdi:  artıq  həyatı  qaydasına  düşür,  Bakının 

işgüzar aləmində yerini yavaş-yavaş möhkəmlədir, oğlunun 

gələcəyinin təminatına görə əndişə duymağa əsası yoxdu. 

 Amma yay günlərinin birində Kobanı yenə evində gör-

dü. Bu dəfə “arzuolunmaz qonaq” dörd yaşlı Leonu danış-

dırır, gürcü ləhcəsilə gülməli nəsə danışırdı.

  “Koba  yoldaş  bir  neçə  gün  bizdə  qalacaq.  Ondan  ötrü 

münasib yer axtarırlar”, – Basya ərinin dillənməsinə imkan 

vermədən dedi.

 Abram bu dəfə “qonağına” əl vermədi, çoxmənalı tərzdə 

başını  tərpədib  kabinetinə  keçdi.  Əlbəttə,  qalmaqal  olması-

nı,  evinə  polis  gəlməsini  heç  arzulamırdı,  iki  ildi  əlləşdiyi 

“Binəqədi  neftdaşıma”  firmasını  yenicə  araya-ərsəyə  gətir-

miş,  qoyduğu  sərmayə  gəlir  gətirməyə  başlamışdı,  buna 

görə Kobadan ötrü gələcəyini riskə ata bilməzdi.

 Qonaqla rastlaşmamağa çalışa-çalışa bir neçə günü yola 

verdi, axır ki, gəlib onu evdə görməyəndə çiynindəki yükün 

bir  qədər  yüngülləşdiyini  hiss  elədi,  amma  təhlükə  duyğu-

su yenə ötüb keçmədi.




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə