Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə24/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   20   21   22   23   24   25   26   27   ...   185

78

eləmirdilər. Talançıları, soyğunçuları, qatilləri cəzalandırmaq 

üçün dar ağacları qurulmuşdu. Binalardakı güllə izləri burda 

döyüş getdiyindən xəbər verirdi.

  Qismətindən  bəxtinə  halal  adamlar  çıxmış,  frau  Şulte 

də, mühafizəçi və qulluqçular da Nussimbaumlara sədaqətli 

qalmışdılar,  Abram  onların  bu  sədaqətini  dəyərləndirməyə 

söz verdi, bankdan faizini alan kimi vədinə əməl elədi. 

  Leo  evdəkilərə  səfər  boyu  gördüklərini  təsvirəgəlməz 

nağıl kimi danışırdı, bəzən atası belə onun danışdıqlarından 

heyrətə gəlir, gülə-gülə başını bulayırdı.

 “Ay səni, Leo! Deyəsən, səndən bir şey çıxacaq!”

 Cəmi bir ay sonra Bolqarıstan cəbhəsində məğlubiyyətə 

düçar  olan  alman-türk  ittifaqı  qoşunlarını  geri  çəkməyə, 

asayişi ingilislərin öhdəsinə verməyə məcbur oldu. Bununla 

belə,  şəhərdə  sakitlik  idi,  yalnız  Qarabağda  və  Gürcüstan 

sərhədində narahatlıq vardı.

 Abram Nussimbaum artıq sərmayə qoymaq üçün müna-

sib vaxtın gəlib çatdığı barədə düşünürdü, bir qədər tərəddüd 

keçirirdi.  Bir  neçə  ay  sonra  ingilis  qoşunları  ölkədən  çıxıb 

gedəndə  tərəddüdü  daha  da  artdı.  Eşitdiyinə  görə,  Milli 

Hökumətin  cəmi  otuz  min  əsgəri  vardı,  o  da  Qarabağ 

səmtində ermənilərə qarşı döyüşürdü, bir qədəri də Gürcüs-

tan səmtindəydi. Şimal sərhədisə, tamam müdafiəsiz qalmış-

dı, görünür, hökumətdəkilər Rusiya bolşeviklərinin təcavüz 

eləyəcəklərinə inanmırdılar. Amma Abram Basyanın şəxsində 

bolşevik ideyasının nələrə qadir olduğunu dərk eləmişdi, bö-

yük  dövlətlər  tərəfindən  ölkənin  müstəqilliyinin  tanınması 

xəbəri belə, onu arxayınlaşdıra bilmədi. Həmin günlərdə na-

rahatlıq içində vurnuxur, çıxıb getmək barədə fikirlər yaxa-

sından əl çəkmirdi.

Fikrincə,  bütün  baş  verənlər  Leoya  daha  çox  zərər  vur-

muşdu: on beş yaşı vardı, hələ altıncı sinfə gedirdi, onun da, 

az qala, yarısını müxtəlif səbəblər üzündən dərsə getməmişdi. 

Düzdü, çox oxuyurdu, mütaliəyə marağı vardı, amma Abra-



79

ma görə sistemli təhsil almayan adam savad qazana bilməzdi. 

İndi Türküstanı, Buxaranı, İranı gəzib, cürbəcür macəralarla 

qarşılaşandan  sonra  Leonu  oxumaq  heç  maraqlandırmırdı. 

On beş yaşına qədəm qoymuş oğlanın xəyallarının dəniz kimi 

çalxalandığı, təxəyyülünün coşub-daşdığı məqam idi.

  Abram  Nussimbaumsa  vəziyyətə  uyğunlaşmağı  hər 

şeydən vacib hesab eləyirdi. Bir halda ki, milli dövlətdə yaşa-

yacaqlar, özü də olmasa, oğlu türk dilini bilməlidi. Türk dili 

tədris  proqramına  salındığına  görə,  Leo  imtahan  verməli 

oldu,  amma  biliyi  kifayət  eləmədiyindən  sinifdə  qaldı. Ab-

ram  oğlunu  türk  dili  kursuna  yazdırdı,  oğlu  bu  dəfə  də 

ümidlərini doğrultmadı, bir neçə aydan sonra məlum oldu ki, 

oğlan heç nə öyrənməyib.

  Bolşeviklərin  leqal  fəaliyyətinə  icazə  verildiyi,  ardınca 

hökumət  böhranı  başlandığı  günlərdəsə  Abram  Nussimba-

um qərara gəldi; bu şəhərdən gedəcək! Hələ Tiflisdə sığına-

caq tapıb hadisələri necə inkişaf eləyəcəyini gözləmək daha 

məntiqliydi.  Bu  dəfə  frau  Şulteni  Bakıda  qoymayacaqdı, 

əvvəlki səfəri müddətində onun Leodan ötrü nə qədər vacib 

sima olduğunu dərk eləmişdi. Oğlunun macəraçı xasiyyətilə 

yalnız dayəsi dil tapa bilirdi, frau Şulte olmasaydı, yəqin, Leo 

evdən qaça, təhlükənin ortasına atıla bilərdi.

  Ünsiyyətdə  olduğu  adamların  hamısı,  elə  bil,  tikan 

üstündəydilər, hamısı şimaldan gözlənilən təhlükədən danı-

şır, başlarına nə gələcəyini əvvəlcədən dərk eləməyə çalışırdı-

lar. Artıq əmlakını dəyər-dəyməzə satanlar, Tiflis-Batum-İs-

tanbul  yoluyla  Avropaya  üz  tutanlar  da  vardı.  Amma  son 

məqamacan Abram onu bu şəhərdə nəyin tutub saxladığını 

bilmirdi.

***

 Aprelin 28-də səhər qulluqçu Aram Nissumbaumu yuxu-



dan oyadıb hər an gözlədiyi o məşum xəbəri verdi:

 “Ağa, ağa, qalxın, gecə qırmızılar şəhərə giriblər!..




80

  Yarıçılpaq  halda  özünü  pəncərəyə  atıb  bayıra  baxdı. 

Küçədən cır-cındır içində, qorxunc görkəmli, yorğun qoşun 

dəstələri keçirdilər. Görünür, heç yerdə müqavimətlə qarşı-

laşmamışdılar, şəhərdə nə atışma səsi eşidilir, nə də yanğın 

əlaməti görünürdü. Yalnız küçə boyu düzülən şəhər sakinləri 

dilsiz nifrətlə cəbhədən qayıdan başıpozuq dəstələri xatırla-

dan kütləyə baxırdılar. Leonun küçəyə çıxacağından qorxub 

cəld özünü qonaq otağına atdı. Yox, oğlu frau Şulte və qulluq-

çuyla  birgə  pəncərədən  həmin  mənzərəyə  baxırdı,  oğlanın 

sifətində sarsıntı qarışıq maraq vardı.

 Belə vaxtda evdən çıxmamaq daha sərfəliydi. Amma cəmi 

bir  gün  sonra  meşin  gödəkcəli,  kepkalı,  belləri  mauzerli 

adamlar evinə soxulub salam-kalamsız elan elədilər:

“Abram Nussimbaum, Fövqəladə Komissiyasının qərarıyla 

sən  proletariatın  qaniçəni  kimi  ölüm  hökmünə  layiq 

görülmüsən,  amma  hökmün  icrasını  müəyyən  müddətə 

təxirə salırıq, nəzarətimiz altında öz kadrlarımız yetişənəcən 

işini davam etdirəcəksən!”

  Abram,  əlbəttə  ki,  çək-çevir  eləmədən  razılaşdı.  İndiki 

məqamda sağ qalmaq üçün şeytana işləməyə belə hazır idi. 

Elə  həmin  gün  sərəncamına  getdiyi  yeni  Direktorlar  Şurası 

onu  şübhəylə  qarşılasa  da,  məcburiyyət  üzündən  qəbul 

eləməli  oldu.  Abramsa  sevinirdi,  onu  da  başqaları  kimi 

öldürmədilər,  ya  bir  çoxları  sayaq  həbsxanaya  salmadılar, 

işləmək olar, sonrası taleyin işidi.

  Fövqəladə  Komissiyadan  gələnlər  “mərhəmət  göstərib” 

mənzildən ən zəruri əşyalarını götürməyə, birinci mərtəbədəki 

kontorun iki otağında yerləşməyə icazə verdilər. Əlbəttə, belə 

vəziyyətdə qulluqçu-filan lazım gəlmirdi. Abram yalnız oğlu-

na ana əvəzi olan frau Şulteni saxladı, yəqin bir qadına görə 

onu “istismarçı”, “qaniçən” hesab eləməzdilər. Bir də ki, indi-

ki vəziyyətdə dayəni arvadı kimi də təqdim eləyə bilərdi.

  Abram  Nussimbaum  yeni  ağalarının  kontoruna  gedib-

gəlsə də, meşin gödəkcəlilərin güllələnmə barədə dediklərini 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə