Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə32/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   28   29   30   31   32   33   34   35   ...   185

104

likləri,  yol  adamlarını...  görmək  olurdu. Amma  atası  başqa 

fikirdəydi:

 “At belində tez nəzərə çarparıq, oğlum. Fayton səfərimizə 

xeyli sanbal verir, adamlar fikirləşəcəklər, gedən, güman ki, 

nüfuzlu zatdı”.

  “Gərək  çərkəzi  paltarımı  geyinəydim,  –  Leo  gülürdü,  – 

deyərdilər ki, hansısa knyazın oğludu...”

 “Hə, sənə söz çatdırmaq olmur, – Abram başını bulayıb 

üzünü dayəyə tutdu. – Yox, frau Şulte, mənə belə gəlir, İstan-

bul Leonun təhsil alması üçün münasib yer deyil. Ola bilsin, 

Parisə gedəcəyik”.

 “Berlinə getməyinizi məsləhət görərdim, axı Leo fransız 

dilini  kifayət  qədər  mənimsəyə  bilmədi,  alman  dilindəsə 

gözəl danışır”, – frau Şulte ümidlə ağasını süzdü.

 “Sizin sayənizdə, – atası başını tərpətdi, – bəlkə də haqlı-

sınız”.

  Faytonçunun  dediyinə  görə,  adətən  dörd-beş  günə 



getdikləri yolu doqquz günə başa vurmalı oldular. Yollar at-

eşşəklə,  cürbəcür  arabalar,  faytonlar,  karetlərlə  dolu  oldu-

ğundan özlərinə yemək, atlara alaf, dincəlməyə yer tapana-

can xeyli vaxt itirməli olurdular. Yolüstü meyxanalarda qa-

rınlarını  doydurur,  kəndlilərdən  pendir-çörək,  mer-meyvə 

alır, az dincəlir, tez tərpənməyə çalışırdılar. Abram hər dəfə 

aldıqlarının haqqını vermək üçün əlini cibinə salanda sifətini 

qayğı bürüyürdü: hər şey od qiymətinəydi, pulun dəyəri qal-

mamışdı,  üstəlik,  tələbat  çox,  təklifsə  nisbətən  az  olduğun-

dan, qızğın alver eləmək lazım gəlirdi. 

  Amma,  elə  bil,  bütün  bunlar  Leonu  maraqlandırmırdı, 

gözlərini geniş açıb ətrafa sonsuz maraqla baxır, xəyalının qa-

nadlarında  uçurdu.  Həmin  məqamda,  əslində,  Tiflisətrafı 

kəndlərdən birində yaşayan ortayaşlı tatarın ikiatlı faytonun-

da getmirdi, şahzadəsayaq ağ çərkəzi çuxa geymiş, yaraq-ya-

saq qurşamış, ağ atın belində şahanə vüqarla oturmuş halda, 

başının dəstəsilə əlçatmaz ənginliklərə doğru çapırdı. Sonra 



105

özünü Avropanın sakit, gözəl şəhərlərinin birində görür, ar-

zusunda olduğu həyatı yaşayırdı.

***


Batum onları ağlagəlməz qələbəliklə qarşıladı. Şəhər qay-

nar qazanı xatırladırdı. Bu yaxınlaracan Bakı neftini, Qafqa-

zın cürbəcür mallarını Avropaya, Avropadan ehtiyac duyu-

lanlarısa  Qafqaza  daşıyan  gəmilərin  yan  aldığı  liman  indi 

mühacir  kütləsinin  toplaşdığı  yerə  çevrilmişdi.  Dağılmış, 

bolşeviklərin əlinə keçmiş çar imperiyasının hər yerindən baş 

götürüb Avropaya üz tutanlar burda yığışmışdılar. Milyon-

çular, knyazlar, bəylər, xanlar, mülkədarlar, ziyalılar, tacirlər, 

qoçular...  basırıq  sala-sala,  bir-birini  itələyə-itələyə  limanda 

qaynaşır,  İstanbula  gedəcək  paroxodlara  düşmək  üçün 

dəridən-qabıqdan çıxır, dil tökürdülər.

 Abram başa düşdü ki, arzuladığı gəmiyə minmək bir neçə 

həftə, bəlkə də bir neçə ay çəkəcək. İrəlidə tam naməlumluq, 

arxada təhlükə vardı, bu məqamda özünü qəddar ovçuların 

qovub yuvasına saldığı tülkü kimi hiss eləyirdi. Əlbəttə, artıq 

geri dönmək də olmazdı, qəsdinə duranlar rahatlıq verməyə-

cəkdilər, dəri gödəkcəli, dəri kepkalı, beli mauzerli adamlar 

gec-tez Tiflisə yetişəcək, “istismarçı qaniçəni” divara söykəyib 

alnına güllə sıxacaqdılar. Ona görə də bütün bacarığını, sərf 

eləyib,  lazım  gəlsə,  var-yoxunu  töküb  Simurq  quşu  misalı 

həmin  paroxoda  minməli,  bu  məşəqqətdən  qurtarmalıydı, 

həm də təkcə öz canını yox, oğlunun və frau Şultenin həyatını 

da xilas eləməliydi.

  Liman  şəhərinin  bu  qələbəliyi,  əksinə,  Leonu  vəcdə 

gətirmişdi. Ömründə bu qədər adamın bir yerdə olduğunu 

görməmişdi, hətta Qızılsuda, Buxara bazarlarında, Ənzəli li-

manında da belə qələbəliklə, bu qədər çoxdilli insan kütləsilə 

qarşılaşmamışdı. Aradabir qulağına Azərbaycan türkcəsində 

sözlər  də  dəyirdi  –  görünür,  Bakıdan,  Gəncədən  qaçanlar 

idilər. Avropa geyimli, ağqvardiyaçı mundirli, çərkəzi çuxalı, 




106

əbalı-əmmaməli, gimnaziya formalı kişilər, şlyapalı, çarşablı 

qadınlar, bu qələbəlikdən özlərini itirmiş uşaqlar, fürsətə sa-

lıb pul qazanmaq istəyən yerli sakinlər... istidən tər tökə-tökə 

ora-bura vurnuxurdular.

 Əvvəlcə daldalanmağa yer lazım idi. Abramın ağlagəlməz 

sürətlə işləyən beyni bu tünlüyün doğurduğu qarmaqarışıqlı-

ğın  içində  işıq  ucu  tapdı:  Tiflisdəki  firmasında  bir  batumlu 

acar işləyirdi, bir dəfə – az qala, iyirmi il əvvəl – iş dalınca bu 

şəhərə gələndə onun qohumunun evində bir neçə saatlıq qo-

naq olmuşdular, həmin adam indiki vaxtda qonaq saxlamasa 

da, yəqin münasib qiymətə yer tapa bilər. Faytonu fəhmlə ya-

dına salmağa çalışdığı səmtə sürdürdü.

  Bəxtindən  ikiqatlı,  eyvanlı,  limana  baxan  evi  asanlıqla 

tapdı. Görünür, uzun illər ərzində bu cür gəlişlərə alışmış ev 

sahibi təəccüblənmədi, üstəlik, nə vaxtsa evində qonaq olan 

adamı da xatırladı. Yox, Mövludun indi harda olduğunu bil-

mir, bir neçə il olardı ki, əlaqələri kəsilib, amma onun dostuna 

kömək əli uzadar. Ömər faytonçuqarışıq hamını həyətə dəvət 

elədi, çay süfrəsi açdırdı, gələnlər dinclərini alanacan üst qat-

dakı otaqların birini hazırlatdı, heç qiymət-filan da kəsmədi. 

Amma Abram öz-özlüyündə qət elədi ki, orta qiyməti öyrənib 

ev sahibinin xəcalətindən mütləq çıxacaq. Yaxşı ki, faytonçuy-

la haqq-hesabı elə Tiflisdəykən kəsmişdi, indi şalvarının asta-

rındakı əsginazları çıxarmaq naqolay olardı.

 ...Limanın mənzərəsi Leonu həyəcana gətirmişdi. Uzaq-

larda başı qarlı dağlar, aşağıda mavi dəniz, cürbəcür gəmilər, 

saya  oturmuş  yük  gəmiləri,  yelkənli-yelkənsiz  qayıqlar, 

hərəkətsiz yük qatarlarının yığışdığı dəmiryol xətti, at, eşşək, 

öküz,  camış  arabalarının,  faytonların,  karetlərin  bir-birinə 

söykəndiyi şose yolu, adamlar qaynaşan liman körpüsü bü-

töv bir tabloya oxşayırdı. Ev sahibinin onları ailə sayıb üçünə 

də bir otaq verməsi, atasının çaşqın görkəmi, frau Şulteninsə 

əksinə, sakit siması (onsuz da ikinci qatdakı iki otaqdan birini 

yarıavropa geyimli qadın tutmuşdu, güman ki, o da İstanbula 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə