Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə34/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   30   31   32   33   34   35   36   37   ...   185

110

VII FƏSİL

CÜMHURİYYƏTLƏ VİDALAŞMA

 Yusif Vəzir

 İstanbul 

 Aprel-dekabr 1920-ci il

 Artıq ikinci il idi ki, yazı belə dözülməz sıxıntılarla keçirir-

di. Ötən il Kiyevdə, Simforopolda eynilə bu duyğularla yaşa-

mış, dünyanın üzünə baxa bilməmişdi. Paltosunu, paltarının 

bir dəstini satmalı olmuş, nümayəndəsi olduğu hökumətdən 

diqqət gözləyə-gözləyə Ağməsciddə qəzetlərə məqalə yazıb 

qəpik-quruş qazanmışdı. İndi də özünü hey danlayırdı ki, ba-

şına  gələn  başmaqçı  olar,  sən  heç  başmaqçı-filan  olmadın, 

yenə səfarət kimi ağır yükün altına girdin, halbuki, boyun qa-

çıra,  Bakıda  rahat  bir  iş  ala  bilərdin,  uzağı  dərs  deyib 

çörəkpulu qazanardın, amma Nəsib bəy Yusifbəylinin dövlət 

qurmaq barədə dediklərini dərhal qəbul eləyib elçilik təklifilə 

razılaşdın.

  ...Hər  şey  bircə  həftə  ərzində  baş  verdi.  Aprelin  iyirmi 

dördündə xəbər tutdular ki, bir gün əvvəl Ankarada millət 

vəkilləri  yığışıb,  Böyük  Millət  Məclisinin  iclasını  keçirib, 




111

Mustafa Kamal Paşanı Məclisə sədr seçiblər. Deyilənə görə, 

orda sultana və xəlifəyə sədaqətlərini bildirmiş, qurban kəsib 

dua oxumuşdular. Cəmi iki həftə əvvəl camaat Şeyxülislamın 

onları lənətlədiyini, ölümlərinə fitva verdiyi barədə danışırdı-

lar,  indi  belə  məlum  olurdu  ki,  millətçilər  heç  də  dinsiz 

deyillərmiş, yeganə istəkləri məmləkətin qurtuluşuymuş.

  “Məncə,  müttəfiqlər  Osmanlının  əvvəlki  hüdudlarında 

qalmaması  üçün  əllərindən  gələni  eləyəcəklər”,  –  Cahangir 

bəy həmin gün narahatlığını bildirdi.

  “Amma  artıq  danışıqları  Sultanla  yox,  Böyük  Millət 

Məclisilə aparmağın zərurətini də anlayacaqlar. – Yusif Vəzir 

üzünü Zeynal bəyə tutdu. – Sən nə fikirdəsən?”

 “Mənə elə gəlir, bundan sonra millətçilərlə əlaqə yarat-

maq üçün yollar axtarmalıyıq, – Zeynal bəy dik onun üzünə 

baxdı. – Mən indi məmnuniyyətlə orda olmaq istərdim”.

 “Bundan ötrü Bakıdan təlimat almalıyıq, özbaşına hərəkət 

eləmək olmaz”, – Cahangir bəy razılaşmadı.

  “Bəlkə,  məni  Bakıya  göndərəsiniz,  vəziyyətə  aydınlıq 

gətirəm? – Mirzə Qədirin səsi onları, az qala, diksindirdi. – 

Yoxsa yanlış bir söz dedim?!”

 “Yox, niyə ki? – Yusif Vəzir özünə gəlib başını tərpətdi. – 

Əksinə, bu barədə mən də fikirləşmişdim. Amma ayın axırı-

nacan gözləyək, kuryer qayıtmasa, başqa əlac qalmır”.

 ...Bir neçə gündən sonra da Zeynal bəy başılovlu özünü 

Yusif Vəzirin otağına saldı.

  “Çox  dolaşıq  xəbərlər  almışam...”  –  nədən  başlaya 

bilmədiyindən susdu.

 “Nə xəbərlər? – Qəfildən ürəyinin döyüntüsü qulaqların-

da gurultuya çevrildi, dözə bilməyib dikəldi.

 “Guya, qırmızıların On birinci ordusu Bakıya doğru yola 

düşüb.  Xəlil  Paşa  da  gələnlər  arasındadı,  deyilənə  görə, 

Azərbaycandan  keçib  Mustafa  Kamal  Paşanın  köməyinə 

gələcəklər”.




112

 Ortaya ağır, dözülməz sükut çökdü. Yusif Vəzir, elə bil, 

taqətsizləşib kreslosuna çökdü, titrək barmaqlarıyla qutudan 

papiros götürüb yandırdı.

  “Qırmızıların  millətçilərə  kömək  eləyəcəyi  cəfəngiyata 

oxşayır. Bunun arxasında başqa bir niyyət olmasın?”

 “Nə deyim, təki söylənənlər doğru olsun, Bakıda bir fəsad 

törətməsinlər”, – Zeynal bəy çiyinlərini çəkdi.

 Az sonra Cahangir bəy də, Mirzə Qədir də gəlib çıxdılar, 

söylənənləri çək-çevir elədilər, amma Qafqazda, əslində, nə 

baş verdiyini kimsə səhih bilmirdi.

 “Əgər bu xəbər gəlib İstanbula çatıbsa, bəlkə, elə qırmızı-

ların ordusu Bakıya girib”, – Cahangir bəyin səsində sınıqlıq 

hiss olunurdu.

  “Səhər  təcili  Xariciyyə  Nazirliyinə  gedib  bu  xəbəri 

dəqiqləşdirməyə  çalışmalıyıq.  Mən  Mustafa  Rəşid  Paşayla 

təmasa girmək üçün cəhd göstərəcəyəm. İndiki vaxtda onu 

məqamında tapmaq müşkül işdi”, – Yusif Vəzir fikirli-fikirli 

susdu,  sonra  üzünü  Zeynal  bəyə  tutdu.  –  Zeynal  bəy,  siz 

milliyyətçi  çevrələrlə  əlaqə  qurmağa  çalışın,  bəlkə  nəsə 

öyrənə bildik”.

 Mirzə Qədir susdu, görünür, belə vaxtda Bakıda olmağın 

xeyri-şəri barədə götür-qoy eləyirdi.

 Yusif Vəzir, əslində, təhlükənin ilin əvvəlindən mövcud 

olduğu qənaətinə gəlmişdi. Hökumət Rusiya bolşeviklər par-

tiyasının fəaliyyətinə qadağa qoyanda onlar cildlərini dəyişib 

Azərbaycan  Kommunist-Bolşevik  Partiyasını  yaratmağı 

qərara almış, fevralda qurultay keçirib Mirzə Davud Hüsey-

novu özlərinə sədr seçmişdilər. Amma hamı bilirdi ki, Mosk-

vadan idarə olunan bu zatların əsl başçısı Anastas Mikoyandı, 

özləri də hökuməti ələ keçirmək tapşırığı alıblar. Yoxsa Zey-

nal bəy demişkən, o soysuz Əliheydər Qarayev parlamentdə 

hökumətə  elə  meydan  oxuyub,  hakimiyyəti  dəyişəcəklərini 

iddia eləməzdi, yoxsa milli xəttə zidd olanlar birləşib Nəsib 

bəyin kabinəsinin istefasına nail ola bilməzdilər, Əksinqi labla 



113

Mübarizə  Təşkilatına  Mirzə  Davudun  agentləri  Mir  Fəttah 

Musəvi,  Mir  Cəfər  Bağırov,  Lavrenti  Beriya  tipli  qatı 

bolşeviklərin sızması, Çingiz İldırım kimi qızğın bolşevikinsə 

Hərbi Donanmaya komandan təyin olunması da səhv idi.

  Hər  halda,  Zeynal  bəy  haqlıydı,  bu  xəyanət  zəncirində 

firqə yoldaşı Məmmədhəsən Hacınskiyə sanballı həlqə düş-

müşdü. Görünür, zəif xarakterini nəzərə alıb hökuməti onun 

əlilə yıxmağı qərara almışdılar. Məmmədhəsəni hələ Rusiya 

imperiyası dağılmamışdan, yenicə açıq fəaliyyətə keçmiş Mu-

safat firqəsinə girəndən tanıyırdı, həmin vaxt fəallıq göstərirdi, 

parlamentə  də  o  fəallığı  sayəsində  yol  tapmışdı.  Elə  birinci 

hökumətdə  də  xariciyyə  naziri  kreslosunda  oturmuşdu. 

Kiyevdə və Simferopolda çəkdiyi olmazın əzabların günahını 

məhz  onda  görməyi  üçün  əlində  kifayət  qədər  fakt  vardı: 

Məmmədhəsən  Kiyev  səfarətinin  təşkili  və  təminatı  üçün 

əlini  ağdan-qaraya  vurmamışdı,  bununla  bağlı  yazdığı 

məktublarına yalnız ibarəli cavablar vermişdi, vəssalam. Ağ-

lasığmaz  əzablardan  sonra  gəlib  Bakıya  yetişəndə  xəcalət 

çəkmədən  bütün  günahları  hökumətin  maliyyə  nazirinin 

üzərinə  yıxmışdı.  Adamdan  soruşarlar  ki,  bir  səfarətin 

məsələsini  yoluna  qoya  bilmirsənsə,  o  boyda  nazirliyi  necə 

idarə eləyirsən?

Hökumətin qurulması Hacınskiyə tapşırılanda Yusif Vəzir 

xəstəydi, Cahangir bəylə Zeynal bəy məsləhətləşib bu xəbəri 

hələlik ona bildirməməyi qərara almışdılar. Üstəlik, Bakıdan 

Fətəli xanla Məmmədhəsənin arasındakı münaqişənin şiddət-

ləndiyi barədə xəbərlər gəlirdi. Fətəli xan Rusiyaya münasi-

bətdə sərt mövqe ortaya qoymağın, Məmmədhəsənsə, əksinə, 

Rusiyayla  həlim  davranmağın,  bolşevikləri  hökumətə  cəlb 

eləməyin  tərəfdarıydı.  İndi  ona  hökumət  qurmağı  etibar 

eləmək, fikrincə, Müsavatın ağlagəlməz səhviydi, sonu fəla-

kətlə  nəticələnəcəkdi.  Bolşeviklərin  hökumətdə  iştirakdan 

boyun qaçırdıqlarını eşidəndə fəlakətin ilk əlamətini duydu: 

artıq hökumət böhranı yaradıb, Rusiyadan kömək istəyib, ilk 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə