Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə12/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   8   9   10   11   12   13   14   15   ...   185

39

kimi,  Bakıya  –  xariciyyə  nazirinə,  ya  da  hökumət  başçısına 

çətinliklərini  bildirməliydi.  Özünə  ayrılmış  ayda  üç  min 

frank  məvacib  ilk  baxışda  sanballı  görünürdü:  bu  məbləğə 

əvvəlcə  özünə  abırlı  paltar  almalıydı,  olub-qalanı  yollarda 

əldən  çıxmışdı:  dövləti  təmsil  eləyən,  hökumət  adından 

cəmiyyət arasına çıxan kəsin geyim-keciminə, görkəminə fi-

kir verməməyə haqqı yox idi; üstəlik, mümkün qədər abırlı 

ev  kirayələməli,  qulluqçu  tutmalıydı  –  təbii  ki,  təkcə 

məqamına yox, evinə də gəlib-gedən olacaqdı, ölkəsinin ke-

çirdiyi maddi sıxıntını kimsə bilməməliydi, bu da diploma-

tiyanın incəliklərindən biriydi.

Cahangir  bəyi  Kiyevdən  tanıyırdı,  hüquq  təhsilini  iki  il 

ondan sonra başa vurmuşdu. Haqq üçünə, nə Nəsib bəy, nə 

xariciyyə naziri səfarət heyətinin seçilməsinə qarışmışdı, elə 

Zeynal bəylə gimnaziya yoldaşı olmuşdu, digər katib Mirzə 

Qədiri  də  özü  seçmişdi,  təkcə  əməkdaşların  və  kuryerin 

məsələsilə  ciddi  maraqlanmamışdı,  həmin  dörd  nəfəri 

sərəncamına göndərmişdilər.

Sirkəçidəki  müsafirxananın  sahibi  Xeyri  Əfəndi  gəlişlə-

rinin  səbəbini  bilib  sevinmişdi,  yerbəyer  olub,  nahar  eləyib 

bir qədər dincələndən sonra hörmətini bildirmək üçün ota-

ğına gəldi:

 “Sizi görməyimə şadam, – dedi, – qardaşlarımızın azad-

lığa  çıxmaları  bizə  də  ümid  verir.  İnşallah,  bu  yabançılar 

məm ləkətimizdən  tezliklə  rədd  olub  gedəcəklər,  asudə 

nəfəs alacağıq”.

  “Əlbəttə,  əlbəttə,  Xeyri  Əfəndi,  yəqin,  çox  çəkməz.  Hər 

bir millətin öz taleyinin sahibi olmağa haqqı var”.

 “Qardaşım oğlu Nuru Paşa qoşunuyla Bakını qurtarma-

ğa sevinə-sevinə getdi. Hələ də harda olduğunu bilmirəm...” 

– Xeyri Əfəndinin səsi titrədi.

  “Sağ-salamat  qayıdar,  toxtaq  olun,  –  əlini  onun  çiyninə 

qoydu,  inşallah,  işə  başlayan  kimi,  onun  barəsində  səhih 

xəbər öyrənməyə çalışıram”.



40

 “Allah sizdən razı olsun, – Xeyri Əfəndi bir qədər rahat-

landı, – nə arzunuz olsa, qulluğunuzda hazıram”.

 Elə Xeyri Əfəndinin tövsiyəsi üzrə də səhəri gün Cahan-

gir bəylə Kapalıçarşıya getdilər, müsafirxana sahibinin tanı-

şı  öz  dükanında  ikisini  də  bəh-bəhlə  geyindirdi,  qiymətdə 

də  çox  çənə-boğaz  eləmədi.  Cahangir  bəy  əsa  gəzdirməyə 

öyrəşməmişdi,  ancaq  məsləhətə  qulaq  asdı:  məsələ  cavan-

lıqda deyildi, əsa adamı daha kübar göstərirdi.

Otuz  iki  yaşındaydı,  Kiyevdə,  Krımda  əzablı  nümayən-

dəliyindən  sonra  Osmanlı  imperiyasına  elçi  göndərilmişdi. 

İndi  dünyanın  qəlbi  burda  –  İstanbulda  döyünürdü. 

Zəifləmiş,  gücdən  düşmüş  imperiya  Sultan  Mehmet  Fateh 

zamanından  bəri  ən  faciəvi  günlərini  yaşayırdı.  Qurulan 

hökumətlər  yıxılır,  məclislər  hərc-mərclik  yuvasına  çevrilir, 

millətçilər içdən korun-korun yanırdılar. Belə bir vaxtda, az 

qala,  eyni  tale  yaşayan,  erməni-bolşevik  təhdidinə,  terroru-

na,  solçu  firqələrin  daxildəki  dağıdıcı  fəaliyyətinə  qarşı 

müqavimət  göstərən  məmləkətinin  səsini  dünyaya  çatdır-

maq üçün bütün çətinlikləri nəzərə almalıydı.

  Müsafirxanadakı  otağının  pəncərəsindən  Qalata  körpü-

sü,  lövbər  salmış,  boğazdan  keçən  gəmilər,  qayıqlar,  bir  az 

uzaqlarda  Qalata  qülləsi  görünürdü.  Yazı-pozudan  çoxdan 

ayrılmışdı,  Bakıda  və  Batumda  qaldığı  günlərdə  bütöv  bir 

şey yaza bilməsə də qeydlər aparır, yadında qalan hadisələri, 

təfərrüatları,  xarakterləri  kağıza  köçürürdü.  Yəqin,  belə 

getməyəcəkdi,  hər  iki  məmləkətdə  əmin-amanlıq,  asayiş 

bərqərar  olacaqdı,  onda  həmin  qeydlər  karına  gələcəkdi. 

Yazmaq  imkanı  yaransa  belə,  hələ  istədiklərini  yox,  vacib 

saydıqlarını qələmə almalıydı.

 

***


...O  payız  günlərinin  birində  Əli  bəy  Hüseynzadə  təşrif 

buyurdu. Heyətin gəldiyini, həmin gəmidə olan bir tanışın-

dan  eşidibmiş,  iki  gün  ərzində  bütün  müsafirxanalara  baş 



41

çəkib  onları  axtarırmış.  Halı  pərişan  idi,  saç-saqqalı  xeyli 

ağarmışdı.  Görkəmində  o  qədər  qüssə  vardı  ki,  elə  bil, 

dindirsən, ağlayacaqdı. Səfarətin gəlişinə sevindiyini bildirsə 

də, bunu simasından duymaq çətin idi. Üstəlik, son vaxtlar 

üzləşdiyi  hadisələr  onu  əməlli-başlı  ruhdan  salmışdı: 

Bəkirağa  bölüyüylə  birgə  o  da  həbs  olunub,  Maltaya 

sürgünə  göndərilməkdən  təsadüf  nəticəsində  canını  qurta-

rıbmış. Əlimərdan bəy Topçubaşovun sədarətilə Paris konf-

ransına gedəcək heyətə Əli bəylə birgə Əhməd bəy Ağaoğlu 

da daxil edilibmiş. Yanvarın ilk günlərində Bakıdan çıxıblar, 

Tiflisdə  və  Batumda  görüşlər  keçiblər,  İstanbulda  yığışıb 

görəcəkləri  işləri  müzakirə  eləyiblər.  Bir  sözlə,  hər  şey 

nəzərdə  tutduqları  kimi  gedirmiş.  Amma  “İttihad  və 

Tərəqqi”çilərin  sıralarında  olmaları  başlarına  bəla  açıb. 

Bəkirağa  bölüyü  müttəfiq  qüvvələrin  komandanlığı 

tərəfindən  həbs  olunanda  Əli  bəylə  Əhməd  bəyi  də  onlara 

qatıblarmış.  Əlimərdan  bəyin  Babi-Aliyə,  müttəfiqlərin  ko-

mandanlığına müraciətlərinin nəticəsi ancaq bu olub ki, Əli 

bəyi  buraxıblar, Əhməd bəyisə altmış yeddi nəfərin arasın-

da  Limnos  adasına  sürgün  eləyiblər.  Üstəlik,  Əlimərdan 

bəyin  heyətini  dörd  ay  viza  vermədən İstanbulda  saxlayıb-

lar;  gürcü  və  erməni  heyətlərisə  çoxdan  Parisdə  yerləşib 

fəaliyyətə başlayıblarmış. Axır ki, heyət yola düşə bilib.

 “Əli bəy, hələ etibarnaməmi Babi-Aliyə təqdim eləməsəm 

də,  elçi  kimi  ilk  işim  sizə  yardım  göstərmək  ola  bilər.  Sizi 

Bakıya yola salmaq lazımdısa, buna hazıram”.

 Əli bəy uzun-uzadı müsahibinə baxdı, sonra başını bu-

layıb nəzərlərini döşəməyə zillədi:

 “Yox, mən burda müdərrisiyimə davam eləmək qərarına 

gəldim.  Elə  əvvəldən  deyirdim  ki,  Qafqaz  vilayətləri  Os-

manlının himayəsinə keçməlidi, yoxsa Rusiyanın əsarətindən 

qurtula bilməyəcək. Məmləkətimiz, az qala, bir ildi müstəqil 

olsa da, gələcəyilə bağlı əndişələrim var. Şimaldan gözlənən 

təhlükəni hiss eləyirəm”.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə