Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə11/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   7   8   9   10   11   12   13   14   ...   185

36

***


Həmin  günlərin  birində  daha  gözləməyin  mümkün  ol-

madığını,  müttəfiq  komandanlığının  icazəni  qəsdən  yubat-

dığını  görüb  başqa  yola  əl  atmaq  qərarına  gəldi:  özünü  li-

manın  polis  rəisinə  “tacir”  kimi  qələmə  verdi,  axır  ki,  onu 

inandırmağı bacarıb Trabzona yola düşən gəmiyə minə bil-

di. Heyət Batumda qalıb rəsmi icazəni gözləyəcəkdi – başqa 

çıxış yolu yox idi.

  O  payız  günü  İstanbulda  gəmidən  enəndə  möhtəşəm 

şəhəri  beləcə,  pərişan  gördü.  Boğazda  ingilis,  fransız,  ital-

yan gəmiləri lövbər salmışdılar, bayraqları mehdə asta-asta 

dalğalanırdı. Limanda rastlaşdığı adamların ovqatı cürbəcür 

idi: türklər qaşqabaqlıydılar, əcnəbilərə nifrət dolu nəzərlərlə 

baxırdılar; yəhudilər özlərini ehtiyatlı, bitərəf aparmağa can 

atır,  yunanlar  və  ermənilər  qalibanə  görkəmlə  addımlayır, 

hələ  ki,  himayədarları  sayəsində  özlərini  məmləkətin  ağası 

kimi  aparırdılar.  Küçələrdə  asayişə  nəzarət  eləyən  əcnəbi 

əsgər-zabitlərə  də  rast  gəldi.  Belə  vaxtda  səfarət  nə  iş  görə 

biləcəkdi?

Yusif  Vəzir  yeddi  il  sonra  üzə  çıxaracağı  “Zeybək  qızı” 

hekayəsində  o  kədərli  günlərdə  gördüklərini  ürək  ağrısıyla 

təsvir eləyəcəkdi... 

...Sultan  Vahidəddinin  taxta  çıxmasından  bir  il  keçmə-

mişdi  ki,  artıq  dördüncü  hökumət  qurulmuşdu.  Sultanın 

yavəri  Əhməd  İzzət  Paşanın  kabinəsini  Tevfik  Paşanın  iki 

kabinəsi  əvəz  eləmiş,  indi  bir  ay  idi  ki,  Damad  Fərid  Paşa-

nın  hökuməti  qurulmuşdu.  Hökumətə  müvafiq  xariciyyə 

nazirləri  də  tez-tez  dəyişirdi:  nazirlər  yerlərini  isitməmiş 

adlarının  əvvəlinə  “sabiq”  sözü  əlavə  olunurdu.  İlin 

əvvəlindən Mustafa Rəşid Paşa, Yusuf Franko Paşa, Damad 

Fərid  Paşa  bir-birlərini  əvəz  eləmişdilər,  hələ  ki,  Damad 

Fərid Paşa hökumətinin xariciyyə vəkili kreslosunda Musta-

fa  Rəşid  Paşa  bəy  otururdu,  etibarnaməsini  də  ona  təqdim 

eləyəcəkdi. Sultan Vahidəddin, yəqin ki, indiki vəziyyətində 

Azərbaycan Cümhuriyyəti elçisiylə görüşməyəcəkdi.




37

  Yola  düşməzdən  əvvəl  xariciyyə  naziri  Məmmədyusif 

Cəfərovun yanında olmuşdu. Nazir hər şeyə rəğmən Sultanla 

görüşə  cəhd  göstərməsini,  İstanbulda  baş  verən  hadisələr 

barədə vaxtında və müfəssəl məlumat göndərməsini tövsiyə 

eləmişdi. Əlbəttə, buna cəhd göstərəcəkdi. Amma hələlik özü 

belə hadisələrdən baş açmaqda çətinlik çəkirdi. Görünür, Sul-

tan məmləkətin düşdüyü vəziyyət müqabilində məsuliyyətini 

yaxşı  dərk  eləyirdi,  biçarə  müttəfiq  qüvvələrilə  millətçilər 

arasında  qalmışdı  –  müttəfiqlərlə  ehtiyatlı  dolanmağa, 

millətçilərin məmləkəti qurtarmalarına şərait yaratmaşa çalı-

şırdı. Bütün bunları o ilk günlərdə oxuduğu qəzetlərdən, eşit-

diyi söhbətlərdən dərk eləyir, vəzifəsinin icrasına başlayanda 

neyləyəcəyini düşünürdü.

***

  Bakıdan gələn xəbərləri diqqətlə izləyirdi. Məmmədbağır 



bəy  öz  ərizəsilə  Əksinqilabla  Mübarizə  Təşkilatının 

rəhbərliyindən istefa vermiş, yerinə “Difai” zamanından bu 

işlərdə  böyük  təcrübə  toplamış  qardaşı,  Müsavat  Partiyası-

nın üzvü Nağı bəy təyin olunmuşdu. Sentyabrın əvvəllərində 

öldürülmüş  Mirfəttah  Musəvinisə  Mahmud  Səfikürdski 

əvəz eləmişdi. Əvvəllər denikinçilərə qarşı mübarizə aparan 

təşkilat  indi  fəaliyyətini  bolşevik  təhlükəsinə  və  ölkədə 

təxribatlar  törədən  daşnaklara  qarşı  yönəltmişdi.  Görünür, 

bu xəmir hələ çox su aparacaqdı...

  Avqustun  axırlarında  Məclisi-Məbusanın  qiraət  zalında 

Seyid Hüseyn Sadıq Əfəndinin rəhbərliyilə “Yaşıl qələmlər” 

cəmiyyəti  təsis  olunmuşdu.  İnandığı,  hörmət  elədiyi  qələm 

adamlarının  çoxu  –  Məmməd  Əmin  Rəsulzadə,  Ömər  Faiq 

Nemanzadə, Əhməd Cavad, Uzeyir Hacıbəyli, Əbdürrəhim 

bəy  Haqverdiyev,  Nəcəfbəy  Vəzirov,  Salman  Mümtaz,  Hü-

seyn  Cavid,  Abdulla  Şaiq,  Cəfər  Cabbarlı,  Mikayıl  Müşfiq, 

Almas  Yıldırım,  Mirzəbala  Məmmədzadə,  Əlabbas  Müz-

nib...  o  yeniyetmə  oğlan  –  Mikayıl  Rəfizadə  həmin  cəmiy-




38

yətin  üzvüydülər,  “Yaşıl  yarpaq”  adlı  məcmuə  buraxmağa 

hazırlaşırdılar.  Əlbəttə,  belə  bir  məqamda  onların  arasında 

olmaq, darıxdığı qaynar ədəbi həyatda iştirak eləmək, kağı-

za  köçürmək  istədiyi  mövzulara  qayıtmaq  istəyirdi,  amma 

tale yolunu yenə Vətəndən uzaqlara salmışdı.

Payızın əvvəllərində də başqa bir dəstənin yığışıb “Qızıl 

qələmlər”  cəmiyyəti  təsis  elədiklərindən  xəbər  tutdu. 

Əliheydər  Qarayev,  Ağababa  Yusifzadə,  Bayraməli  Abbas-

zadə,  Ağahüseyn  Rəsulzadə,  Əlisəttar  İbrahimov,  Nemət 

Bəsir,  Salman  Nərimanov...  kimi  solçular  Seyid  Cəfər 

Pişəvərinin  başçılıq  elədiyi  bu  cəmiyyətdə  yığışmışdılar, 

“Məşəl”  adlı  satirik  məcmuə  buraxmağa  hazırlaşırdılar. 

Hətta, deyilənə görə, artıq Cəfər Cabbarlını, Mikayıl Müşfiqi, 

Almas  İldırımı  da  öz  tərəflərinə  çəkə  bilmişdilər.  Deməli, 

ölkədə  ideoloji  qarşıdurma  kəskinləşirdi,  hələ  milli  düşün-

cənin tam qələbəsindən danışmaq olmazdı... 

Axır ki, o günlərdə heyət gəlib İstanbula yetişdi. Səfarətin 

birinci katibi Zeynal bəy Səfərov İstanbulda iki dəfə olmuş-

du, şəhərə bələdliyi vardı. Yer-yurd düzəldənəcən Sirkəçidə 

münasib müsafirxana tapdı, iki günlüyə orda yerləşib kirayə 

bina  axtarmağa  başladılar.  Bu  işi  elə  Zeynal  bəyə  tapşırdı, 

mümkün  qədər  Topqapıya  –  Babi-Aliyə  yaxın  yerdə  bina 

tapmağın  zəruri  olduğunu  dönə-dönə  söylədi:  cərəyan 

eləyən  hadisələrə  yaxın  olmaq,  Sarayla  rahat  əlaqə  saxla-

maq  vacib  idi.  Özü  Cahangir  bəylə  elçi  təyin  olunması 

barədə  vəkalətnaməsini  Babi-Alidə  xariciyyə  vəkilinə  nə 

vaxt təqdim eləyə biləcəyini aydınlaşdırdı. Bundan ötrü Ca-

hangir bəy xariciyyə vəkilinin məqamına getməli, bunun nə 

vaxt münasib olacağını dəqiqləşdirməliydi.

 Cibində səfarətin xərcləri üçün ayrılmış əlli min franklık 

çek,  qəlbində  ağlagəlməz  səksəkə  vardı.  Hey  bu  məbləğə 

səfarəti  neçə  ay  yola  verə  biləcəyini  hesablayırdı.  Binanın 

kirayəsinə,  özüylə  birgə  yeddi  nəfərin  məvacibinə,  qeyri 

xərclərə ayrılan məbləği çıxanda məlum olurdu ki, ən yaxşı 

halda  altı  ay  tab  gətirərlər.  Vəziyyət  bir  qədər  aydınlaşan 




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə