Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə39/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   35   36   37   38   39   40   41   42   ...   185

126

olan köhnə dostlarının bəziləri bolşeviklərə işləməyə razı ol-

muşdular: Ağahüseyn Kazımov xalq səhiyyə komissarı olub, 

Cəmil bəy Ləmbəranskini və Əmir bəy Aslanovu da yanına 

aparmışdı;  Cəmil  bəy  Vəzirov  Xalq  Poçt-Teleqraf  və  Rabitə 

Yolları Komissarlığına başçılıq eləyirdi; Firuz bəy Ordubads-

ki Xalq Ərzaq Komissarlığında sığınacaq tapmışdı; bolşeviklər 

-  Bahadur  Vəlibəyov  Naxçıvanda,  Mustafa  Quliyev  Lənkə-

randa  İnqilab  Komitəsinin  sədriydilər;  Möhsün  İsrafilbəyli 

Xalq  Hərbi  Dəniz  İşləri  Komissarlığı  xüsusi  idarəsinin 

rəisiydi. Amma, əlbəttə, ən böyük məsuliyyəti daşıyanlardan 

biri  Müvəqqəti  Hərbi-İnqilabi  Şuranın  üzvü  Qəzənfər 

Musabəyov idi...

 Yeni quruluş altı ay ərzində əlli minə yaxın adamı qətlə 

yetirib, müqavimət ocaqlarını amansızcasına söndürüb yerini 

bərkidəndən  sonra  o  aldanmış  biçarələri  bir-bir  aradan 

götürəcəkdi...

 ...Noyabrda xəbər tutdu ki, Stalin Bakıya gəlib, Lahıcda 

həbs olunub həbsxanaya salınmış Məmməd Əmini azad etdi-

rib, özüylə Moskvaya aparıb, guya orda böyük vəzifəyə təyin 

eləyəcək. Bu səbrini daşdıran son damlalardan oldu. Bundan 

sonra öz həyatı barədə düşünməliydi...

 

***


Səbir kasasının lap sonuncu damlası da dekabrda doldu. 

Qarlı bir qış günündə Xəlil bəy səfarətdə peyda oldu...

 “Əlimərdan bəyin təyinatıyla mən Cümhuriyyətimizin İs-

tanbuldakı səfiri təyin olunmuşam”, – onun sifətində inamlı, 

bir qədər də özündənrazı ifadə vardı.

 Yusif Vəzir heyrətləndi: Sülh heyətinin başçısı olan şəxsin 

bu  cür  təyinat  verməsi  görünməmiş  iş  idi.  Əlimərdan  bəy 

parlamentin sədri olsa belə, xariciyyə nazirinin və nazirlər ka-

bineti sədrinin səlahiyyətinə aid olan məsələləri həll eləmək 

fikrinə düşməzdi. Burda nəsə başqa mətləb vardı.




127

“Amma fikrimiz budur ki, siz vəzifənizə davam eləyəsiniz, 

mənsə Əlimərdan bəyin İstanbuldakı nümayəndəsi kimi çalı-

şım”.


Sükut çökdü. Yusif Vəzir Zeynal bəylə baxışdı, bir-birini 

sözsüz-sovsuz başa düşdülər.

“Möhtərəm  Xəlil  bəy,  bilmək  olarmı  ki,  bu  səfarətxana 

hansı vəsaitlə fəaliyyətinə davam eləyəcək?” – Onun səsində 

maraqdan çox istehza vardı.

“Əlimərdan bəy Gürcüstan heyətindən borc pul alıb, sizin 

maaşlarınız,  səfarətxananın  kirayə  haqqı  ödənəcək,  bunları 

mən  öhdəmə  götürürəm”,  –  Xəlil  bəy  nəzərlərini  ondan 

çəkmədən cavab gözlədi.

Sükut  bu  dəfə  daha  uzun  sürdü.  Yusif  Vəzir  masasının 

arxasından qalxıb pəncərənin qarşısına getdi, papiros yandı-

rıb  sümürə-sümürə  pərdələrin  arasından  kədərli  qış 

mənzərəsinə baxdı. Əlində iri bağlama olan qadın küçəni ke-

çirdi, asta-asta addımlayıb yüngül dumanda yox oldu.

“Belə isə, – sağ əlini jiletinin yaxasından çəkmədən dönüb 

Xəlil bəyin gözlərinin içinə baxdı, – mən siyasətdən getdiyimi 

bəyan eləyirəm. Bu gündən səfir deyiləm, səfarətin işlərini də 

cənabınıza təhvil verirəm”.

Xəlil bəyin sifətində təəccüb peyda oldu, göz bəbəkləri bö-

yüdü, nəsə demək istədi, amma udqunub susdu.

“Bu  qərarımı  tezliklə  xariciyyə  nazirinə  də,  Sədrəzəm 

həzrətlərinə də çatdıracağam, sonrası sizin səlahiyyətinizdədi, 

necə məsləhət bilirsiniz, o cür də eləyin”.

“Bu  mübarizə  meydanından  qaçmaqdı”,  –  Xəlil  bəyin 

səsində tənə vardı.

“Olsun, – Yusif Vəzir istehzayla gülümsədi, – mən onsuz 

da  siyasət  adamı  deyildim,  amma  bacardığımı  da  əsirgə-

mədim, üç ildə nələr çəkdiyimi bir Allah bilir. Artıq otuz dörd 

yaşındayam, başqa cür yaşamaq istəyirəm”.

 Söhbət, əslində, bitmişdi. Xəlil bəy qalxdı, təəssüflə başını 

bulaya-bulaya, sağollaşmadan qapıya doğru getdi.



128

 “Hər şey bitdi, – Yusif Vəzir yeriyib Zeynal bəylə üz-üzə 

dayandı. – Sən də, Mirzə Qədir də qərar verməkdə sərbəstsiniz. 

Mən bundan sonra neyləyəcəyimi fikirləşməliyəm”.

  Sultanəhməd  camisində  ucalan  azan  səsi,  elə  bil,  olub-

keçənlərə  son  nöqtəni  qoyurdu.  Axşamın  toranında  səs 

həmişəkindən kədərliydi...



129

VIII FƏSİL

QIZILBUYNUZDA İKİ QƏRİB



 Leo Nusaimbaum

 İstanbul 

 Yanvar-may 1921-ci il

Leo  özünü  bəxtli  adam  sayırdı.  Fikrincə,  buna  yetərincə 

haqqı vardı.

 Kiyevdə doğulmuşdu, körpəliyini Tiflisdə, uşaqlığını və 

yeniyetməliyini Bakıda keçirmişdi, gəncliyini Avropada yaşa-

yacaqdı; həkimin uşaq vaxtı qoyduğu ürək çatışmazlığı diaq-

nozu əsassız çıxmışdı, son illərdə kifayət qədər gəzib görmək 

imkanı  qazanmışdı;  atasının,  guya,  xilas  yolu  kimi  çıxdığı 

Türküstan,  Buxara,  İran  səfərindən sağ-salamat  dönmüşdü; 

qırmızı terrordan sağ-salamat qurtarmışdı (əlbəttə, ona yaşına 



görə bəlkə də toxunmazdılar, amma atasını həbsxanaya salsaydılar, 

ya  da  güllələsəydilər,  taleyi  necə  olardı?);  körpəliyinin  keçdiyi 

şəhəri  doyunca  gəzmişdi,  indi  də  zəmanənin  ən  gözəl  pa-

roxodlarının  birinin  birinci  dərəcəli  kayutunda  dünyanın 

paytaxtına – Konstantinopola gedirdi.

 Bunu ancaq bəxtin gətirməyi saymaq olardı...



130

 Düzü, atası son vaxtlar xüsusilə Bakıdan çıxandan sonra 

özünü  o  qədər  də  yaxşı  hiss  eləmirdi,  daim  halsızlıqdan 

şikayətlənir, gözlərinin qabağındaca qocalırdı. Dediyinə görə, 

Tiflisdə həkimə getmişdi, elə ciddi xəstəliyi də yox idi, görü-

nür, nəyinsə xiffəti ona rahatlıq vermirdi. Bu Leonu o qədər 

də narahat eləmirdi, bilirdi ki, Abram çox sevdiyi yeganə oğ-

lunu son nəfəsinəcən himayə eləyəcək, həyatda yolunu tap-

ması üçün özünü oda-közə vuracaqdı.

 Mdivaninin əsil-nəcabətli knyaz olduğuna zərrə qədər də 

şübhə eləmirdi. Yoxsa Batumdakı bu cəhənnəmdən baş çıxa-

rıb Gürcüstan pasportu və möhtəşəm paroxoda bileti tapmaq 

elə-belə adamın işi ola bilməzdi. İndi göyərtədə hava soyuq 

olduğundan, yanaşı kayutda əla gürcü çaxırı içib İstanbulda 

neyləyəcəkləri barədə plan tökə-tökə günlərini yola verirdilər. 

Leosa Aleksiylə gur işığa bələnmiş dəhlizlərdən keçir, salon-

larda,  kayutlarda  yığılmış  cürbəcür  geyimli,  müxtəlif  dilli 

mühacirlərə, barlara, restorana, daim nəsə çalan ağ geyimli 

orkestrə, eynilə ağ formalı xidmətçilərə heyran-heyran baxır-

dı: Avropaya ancaq bu cür adamlar gedə bilərdilər! Avropa 

səliqə-sahmanın, təmizliyin, əzəmətin simvoludu!

Amma  paroxodda  ikinci  dərəcəli  kayutların  yerləşdiyi 

hissə də vardı. Burda o şıxlıq, dəbdəbə, əzəmət hiss olunmasa 

da, az-çox imkanlı adamların yerləşdikləri duyulurdu.

 Leo miskin kütlənin yığışdığı, ümumi kayutlar yerləşən 

üçüncü dərəcəli sərnişinlərin məkanını da gördü: yalnız bur-

da zamanənin gerçək izləri – binəsiblik, ümidsizlik, əlacsızlıq 

hiss olunurdu. Olan-qalan pullarını verib birtəhər paroxoda 

minmiş bu bir qarnı ac-bir qarnı tox gün keçirən bədbəxtlər 

Konstantinopolda, yaxud Avropada nə axtarırdılar?

 Frau Şultenin ağır gövdəsi kayutda, elə bil, hərəkət eləmir, 

gəmiylə bərabər üzürdü:

 “Başa düşürsən, Leo, – deyirdi, – bu qarmaqarışıqlıqdan 

qurtarıb  Avropaya  getmək  nə  qədər  böyük  xoşbəxtlikdi! 

Xüsusilə  səndən  ötrü!  Ömrün  irəlidədi,  oxuyub  həyatda 

özünə bir mövqe qazanarsan”.




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə