Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə38/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   34   35   36   37   38   39   40   41   ...   185

123

rəsmi  tərəfi  qalmayan  vəzifəsini  buraxıb  uzaqlara  getmək 

barədə düşünürdü. Amma səfarətə pənah gətirən adamların 

əlacsız  halını  görəndə  ürəyindən  qara  qanlar  axır,  tab 

gətirməli olurdu.

Qaçqınlar  deyirdilər,  Xəlil  bəy  sağalıb,  Bəyoğluda 

dəbdəbəli mənzil kirayələyib, həmin mənzili bahalı mebellə 

döşətdirib, bal-yağ içində yaşayır; deyirdilər, Məşədi Əlinin 

vəziyyəti də pis deyil, təzədən ticarətə başlayıb, çox keçməz, 

var-dövləti başından aşar; deyirdilər, guya, bütün bunları İs-

tanbulda “millət naminə” yığılan pulun hesabına eləyirlər. 

Deyilənlərin  nə  dərəcədə  doğru  olduğunu  bilmirdi, 

qaçqınların əksəriyyətinin ac-yalavac yaşadığı bir vaxtda ya-

yılan bu cür söz-söhbətsə gec-tez ağır fəsadlar törədəcəkdi. 

Yusif Vəzir başlarına gələn fəlakətin günahkarlarını axtaran 

binəsib adamların qəzəbi qarşısında durmaq iqtidarında de-

yildi.  Bəziləri  deyirdilər,  öz  imzalarıyla  hökuməti  şuralara 

verəndən sonra gəncəliləri üsyana təhrik eləməyə hacət yox 

idi, onların bu xətası minlərlə adamın qətlinə, yurd-yuvasın-

dan didərgin düşməsinə səbəb oldu.

Nağı  bəy  görünməsə  də,  Xəlil  bəy  dirçələndən  sonra 

səfarətə ayaq açmışdı, tez-tez gəlib qaçqınlara kömək, müha-

cirətdəkilərə  yardım  barədə  danışırdı,  təcavüzün  qarşısının 

alınacağını,  hökumətin  öz  fəaliyyətini  hələlik  mühacirətdə 

davam etdirəcəyini, Məhəmməd Əmin bəylə əlaqə yaratma-

ğa çalışdığını söyləyirdi. Belə məqamlarda Yusif Vəzir susur, 

özünü təmkinli göstərməyə çalışırdı. Şura hökumətini qəbul 

elədiyinə görə yox, sakit ömür sürüb yazı-pozusuyla məşğul 

olmaq naminə sabah Bakıya qayıtmağa hazır idi, amma bilir-

di  ki,  onu  vaxtilə  bölşeviklər  barədə  dediyi  sözlərə,  Milli 

Hökumətə elədiyi xidmətə görə sorğu-sualsız güllələyərlər.

  Amma  gəncəlilərin  çəkdikləri  əzablardan  yaranmış  kin 

özünü  çox  gözlətmədi.  Sentyabr  günlərinin  birində  Xəlil 

bəyin səfarətxanada olduğundan xəbər tutub basqına gəldilər. 

Yusif Vəzir Xəlil bəy, Zeynal bəy və Mirzə Qədirlə birgə otur-



124

duğu otaqdan Qamət Əfəndinin onlara necə dil tökdüyünü, 

ac-yalavac adamların təhdid dolu qışqırtılarını eşidirdi.

“Xəlil  bəy  səfarətxanada  gizlənməsin,  çıxıb  bizə  cavab 

versin,  görək  niyə  camaatı  qan  içində  qoyub  Tiflisə  qaçdı? 

Hökuməti verəndən sonra günahsız camaatı niyə rus süngü-

sünün qabağına itələdilər? İndi özləri niyə yenə bəy kimi ya-

şayırlar, günahsız adamlarsa yeməyə bir tikə çörək tapmır-

lar?”

 Xəlil bəyin rəngi ağarmışdı, bığı dartılır, əlləri titrəyirdi.



 “Gürcülər kömək eləməyə söz vermişdilər, – özünə bəraət 

qazandıran  sayaq  dilləndi,  elə  bil,  bayırdakılara  eşitdirmək 

istəyirdi.  –  Amma...  özləri  təhdid  altındaydılar,  kömək 

göndərə bilmədilər...”

 “Deyək ki, belədi, – Yusif Vəzir soyuq nəzərlərini ona dik-

di. – İndi İstanbuldasınız, sabiq hökumət üzvü kimi, bir çox 

dairələrlə  əlaqəniz  var,  bu  binəsiblərə  kömək  eləyə  bilməz-

sinizmi, Xəlil bəy?”

 “Mən... Mən çalışaram, – Xəlil bəy, elə bil, imdad diləyirdi. 

– Siz onlara deyin ki...”

 “Mən onlara heç nə deyə bilmərəm, – Yusif Vəzir qətiyyətlə 

dilləndi.  –  Üç  aydı,  qarınlarını  quru  sözlə  doldururam. Ev-

eşiyini itirmiş adamlara nə lazım olduğunu siz məndən yaxşı 

bilirsiniz”.

 Xəlil bəyin narahatlıq dolu nəzərləri Zeynal bəyə çevrildi. 

Zeynal bəy dönüb Yusif Vəzirin üzünə baxdı, laqeyd ifadədən 

bir şey anlamasa da bayırdakı “qiyamçıları” sakitləşdirməyi 

lazım bilib qapıya doğru getdi.

 “Mühacirət hökuməti...” – Xəlil bəy nəyisə izah eləmək 

istədi.


 “Hökuməti ölkədə qoruyub saxlamaq lazım idi! – Yusif 

Vəzirin səsi sərt çıxdı. – Məhəmmədhəsənə hökumət qurma-

ğı tapşıranda bunun sonunun nəylə qurtaracağını fikirləşmək 

lazım idi!”

  Səsində  qəzəbdən  çox  ağrı  vardı.  Amma  fikirləşdiyini 

dediyinə görə özündə rahatlıq duydu. “Məni hər zaman çətin 




125

vəziyyətə salan yeganə şey açıqsözlülüyümdü, – sonralar yazacaq-

dı. – Mən həmişə öz sözümü açıq ifadə eləyirəm və heç nədən qorx-



muram”. 

İndi bayırdakıların qışqırtılarının get-gedə uzaqlaşmasın-

dan belə görünürdü ki, Zeynal bəy istəyinə nail olub. Artıq 

Xəlil bəyin rəngi bir qədər açılmış, çiyinləri dikəlmişdi.

...Bu qiyam təsirsiz ötüşmədi. Xəlil bəy bir neçə dəfə yar-

dımla  gəldi,  amma  məbləğlər  o  qədər  az  idi  ki,  imdad 

gözləyən yüzlərlə qaçqının cüzi ehtiyatlarını belə ödəmirdi. 

Onun  var-dövlətini  gizlətdiyindən  şübhələnənlər  səfarət-

xanaya gəlməsindən xəbər tutub iki dəfə də həmlə elədilər. 

Belə məqamlarda Yusif Vəzirin sabiq hökumət üzvündən çox 

basqına gələnlərin tərəfini saxlaması Xəlil bəyə təsir eləyirdi. 

Fikrincə, milli mübarizə hələ bitməmişdi, bu mübarizədə Yu-

sif Vəzir onların yanında olmalıydı. Əlimərdan bəy Parisdən 

bolşevizmə  qarşı  müqavimətin  zəruriliyi  barədə  təlimatlar 

göndərirdi, indi bütün güclərini buna yönəltmə liydilər.

...O  kədərli  payız  günlərin  birində  Sultanəhməd  camesi-

nin  yanında  milyonçu  Bala  bəy  Aşurbəyovla  rastlaşdı. 

Bolşeviklərin  əlindən  möcüzə  nəticəsində  qurtarıb  Tiflisə, 

sonra Batum yoluyla ümidgah saydığı bu şəhərə gəlib çıxmış, 

qızı  Saranı  Janna  D’Ark  fransız  pansionatına  düzəltmişdi. 

Vaxtilə qohumu Bəşir bəyin səxavət göstərib verdiyi təqaüd 

yadındaydı,  çətinliyə  düşsə,  köməyə  hazır  olduğunu  dönə-

dönə  xatırlatdı.  Bununla  belə,  görünür,  Balabəy  onun 

vəziyyətini duymuşdu, kədərlə gülümsədi:

“Vətənin  havasını  almaq  üçün  hərdən  görüşsək, 

bəsimizdi...”

Onda  qəhərin  dalğa-dalğa  qalxıb  boğazını  tutduğunu 

sezdi...


 Vətəndənsə hələ də qara xəbərlər gəlirdi: Pankratovun ye-

rini Baba Əliyev, sonrasa Eyyub Xanbudaqov tutmasına bax-

mayaraq, Milli Hökumətdə işləyənlər təqiblərdən yaxa qurta-

ra bilməmişdilər. Ən kədərlisi də bu idi ki, istiqlal tərəfdarı 




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə