Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə47/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   43   44   45   46   47   48   49   50   ...   185

153

 “Bununla belə, orda məktubuma cavab verməyi özlərinə 

rəva görmədilər, – Yusif Vəzir köksünü ötürdü. – Hələ də sa-

bah nə olacağını bilmirəm”.

 “Əminəm ki, Behbud bəy bu məsələyə bir əncam çəkər”, 

– Bəhruz bəy ancaq ürək-dirək verməyi bacarırdı.

 Əlbəttə, Yusif Vəzir də əmin idi. Hər gün kitabxanaya ge-

dir, başına gələnləri və ətraf aləmi unudub işləyir, yorğun-

arğın  evə  qayıdanda  Behbud  bəydən  şad  xəbər  çıxacağı 

barədə  düşünür,  amma  gözlədiyi  xəbəri  almayıb  daha  da 

ümidsizləşir,  ya  küçələri  dolaşır,  ya  da  Qamət  Əfəndinin 

qəhvəxanasına  üz  tuturdu.  Behbud  bəyin  yanına  bir  də 

getmək  istəmirdi,  yəqin,  Bəhram  bəy  də  Behbud  bəyə  bu 

barədə nəsə demişdi. Ola bilsin, Behbud bəyin məsələni həll 

eləməməklə bağlı ona məlum olmayan bəzi səbəbləri vardı, 

amma  istədiyi  böyük  bir  şey  deyildi  –  az-çox  münasib  iş, 

Vətənə qayıtmağa icazəydi...

 ...Amma Behbud bəyi qətlə yetirdilər, bununla da bütün 

ümidlərinin üstündən xətt çəkməli oldu. Başqa əli çatası, ünü 

yetəsi bir kəs yox idi. Əlbəttə, Nərimanova, Musabəyova, lap 

elə xariciyyə komissarı olan Mirzə Davud Hüseynova məktub 

yaza  bilərdi,  Əhməd  bəy  Ağaoğlunun  qayıtmasına  razılıq 

vermişdilərsə, ona da bu səxavəti göstərərdilər. “Yox, – sonra 

öz-özlüyündə  qət  eləyirdi,  –  Mirzə  Davuda  müraciət 

eləmərəm, Milli hökumətin yıxılmasının baiskarlarından biri 

odur,  Mikoyanın  oyuncağına  çevrilmiş  adama  ağız  açsam, 

günah olar, ondansa qürbətdə çürüməyim məsləhətdi”.

 ...Mənəvi çöküşdən yazı-pozunun hesabına qurtulduğunu 

dərk  eləyib  qurtuluşunu  masa  arxasında  axtarmağı  qərara 

aldı. Nə vaxtdan bəri beynində dolaşan, epizod-epizod, ob-

raz-obraz formalaşıb sapa düzülən yazının ilk səhifələrini də 

həmin  günlərdə  yazdı.  Realnı  məktəbdə  oxuduğu  günlər, 

arxası  İçərişəhərin  qala  divarına  söykənən  binada  baş 

verənlər, Şəhər Dumasıyla üzbəüz binadakı Müqəddəs Nina 

qızlar  məktəbinin  həyatı,  təbii  ki,  iki  gəncin  sevgisi 



154

təxəyyülündə  bütövləşir,  həyəcanlandırıcı  həyat  hekayətinə 

çevrilirdi. 

 Yaxşı ki, gündəlikləri vardı, Şuşada, Bakıda və Aşqabadda 

yaşadıqlarını qələmə almışdı, şeirlər yazmış, güllər çəkmişdi. 

İndi hər gecə yatağına girəndə çıraq işığında o gündəlikləri 

oxuyur, gerçək dünyadan aralanıb on beş il əvvələ qayıdır, ilk 

sevgilərini, ilk əzablarını, ilk uğursuzluqlarını xəyalında can-

landırırdı.  Sonra  o  duyğular  böyük  ümidlərlə  qayıtdığı 

Cümhuriyyət  şəhərində  başqa  məna  kəsb  eləyir,  qırmızı 

vəbanın gətirdiyi fəlakətlə sona çatırdı.

 Əlbəttə, Behbud bəyin qətlindən dərhal sonra İstanbulda 

qalmaq,  hər  şeyi  gözünün  altına  alıb  Bakıya  qayıtmaq,  Əli 

bəy  Hüseynzadə,  Əhməd  bəy  Ağaoğlu,  ya  elə  Zeynal  bəy 

kimi Ankaraya getmək arasında seçim eləyə bilərdi. Amma 

indi  onu  ən  çox  düşündürən  qardaşının  taleyiydi.  Bədəncə 

zəif,  həyatın  çətinlikləri  qarşısında  yetərincə  köməksiz  olan 

Mir Abdulla taleyin gərdişilə uzaq Parisdə, yəqin ki, faciəvi 

günlər  keçirirdi.  Ata-anasının,  qardaşı  Mir  Əbülhəsənin 

ölümündən, bacıları uzaq Aşqabadda taleyin ümidinə qalan-

dan sonra Mirabdullanın itkisinə tab gətirə bilməzdi. 

 Düzdü, Parisə üz tutası vəziyyətdə deyildi, cibində hələ də 

Milli  hökumətin  pasportunu  gəzdirən  adamın  Avropaya 

asanlıqla  buraxılacağına  əmin  deyildi.  Üstəlik,  məmləkətilə 

bağlı kitabları yazıb bitirmək, nəşr etdirmək, öz missiyasını 

tamam-kamal  başa  çatdırmaq,  bəlkə  bir  qədər  də  maddi 

vəziyyətini düzəltmək istəyirdi.

  Behbud  bəyin  qətlindən  sarsılmış  Bəhram  bəy,  az  qala, 

ümidlərini itirməyə başlamışdı: İstanbul darülfünunda oxu-

yan  tələbələrin  acınacaqlı  vəziyyəti  ona  ağır  təsir  eləmişdi. 

Tətil günlərində limanda, meyxanada, qəhvəxanada, çarşıda 

qismətlərinə düşən işləri görüb təhsil haqqını, gündəlik ehti-

yaclarını ödəməyə çalışan cavanları bu girdabdan qurtarmaq 

barədə düşünürdü. Burda olan cəmi doqquz nəfərdən yalnız 

beş nəfərini tapa bilmişdi, qalanları, ola bilsin, nə yollasa, Ba-



155

kıya  qayıtmış,  ya  da  Ankaraya  üz  tutmuşdular.  Romada, 

Parisdə,  Berlində,  Vyanada  da  eyni  vəziyyətlə  üzləşəcəyinə 

şübhə eləmirdi.

  ...Bəzən  gecələr  yuxusunda  Bakıya  qayıtdığını  görürdü. 

Qatar dayanan kimi, meşin gödəkcəli, meşin kepkalı, beli ma-

uzerli adamlar onu həbs eləyir, elə vağzaldaca səsiz-sovsuz 

güllələyirdilər; güllələrin ağrısını hiss eləmirdi, amma qanın 

bədənində  açılan  deşiklərdən  necə  fışqırdığını  görürdü; 

həmin məqamda nəsə deyirdi, səhər oyananda o sözləri xatır-

lamasa da duyurdu ki, dedikləri çox vacibdi...

 Sonra həmin duyğu bütün günü canından əl çəkmirdi...

 Hey ona elə gəlirdi ki, bədəni güllələrdən deşik-deşikdi...



156

X FƏSİL

AVROPADA... ADA

 Lev Nussumbaum

 Roma, Paris, Hamburq

 May-sentyabr 1921-ci il

 Yox, Leo Romanı bəyənmədi... 

 Konstantinopolda keçirdiyi günləri hələ də unuda bilmir-

di.  Əzəmətli  məbədlər,  camilər,  saraylar,  Boğaz  mənzərəsi 

burda yox idi... 

 Daha doğrusu, saraylar, kilsələr, qədim Romanın qalıqları 

vardı, amma nədənsə bütün bunlar ona yad idi, oğlanı vəcdə 

gətirmir,  həyəcanlandırmırdı.  Belə  çıxırdı  ki,  Leo  ruhu  və 

duyğuları etibarilə daha çox Şərq adamıdı: get-gedə düşün-

cəsində möhkəmlənən bu fikrin həqiqətinə özü də təəccüb-

ləndi.

 Mindikləri gəmi elə “Kleopotra” kimi dövrün mənzərəsini 



daşıyırdı:  əksəriyyəti  müxtəlif  geyimli,  dilli,  temperamentli 

mühacirlər  idi,  Konstantinopolda  axtardıqları  xoşbəxtliyi 

tapa bilməmişdilər, indi onu Avropada yaxalamağa gedirdilər. 

İkinci dərəcəli kayutda yerləşən nussimbaumlar və frau Şulte 




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə