Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə55/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   51   52   53   54   55   56   57   58   ...   185

179

dan incik gəzdi. Amma anasının ərini dilə tutması sayəsində 

istəyinə çatdı, on yeddi yaşında ilk dəfə Şuşadan kənara çıxdı. 

 İsti yay günlərinin birində mindiyi gəminin bürkülü hava-

da gedib istidən qovrulan Qızılsu limanına necə yan aldığını, 

sonra  nəfəsi  kəsilə-kəsilə  arabayla,  faytonla Aşqabada  necə 

çatdığını, bazarda xeyli axtarandan sonra xalası əri Kərbəlayı 

Əsədin dükanını hansı çətinliklə tapdığını, xalası, bacılarıyla 

necə görüşdüklərini də tez-tez xatırlayırdı. Şəhər onu elə ilk 

gündən darıxdırmışdı, hətta, bir neçə gündən sonra Bakıya 

qayıtmaq fikrinə də düşmüşdü. Amma adamın beynini əridən 

istiyə  baxmayaraq,  maraqlı  əhvalatlar  baş  verməyə  başladı: 

əvvəlcə xalasıgil onun gəlişi münasibətilə qonaqlıq verdilər, 

xeyli adamın yığışdığı məclisdə xalasının əri açıq-aşkar fəxr 

eləyə-eləyə onu təriflədi, işləri-gücləri ancaq alıb-satmaqdan, 

gün-güzərandan  ibarət  olan  həmyerliləri  oğlana  hörmət  və 

itaətlə  baxdılar;  sonra  bazarda  tələbələrlə,  gimnaziya 

şagirdlərilə tanış oldu, hətta göy zolaqlı paltarlı, ağ döşlüklü 

məktəbli qızlar gördü.

  Xalasının Aşqabadda  da  Seyid  ocağı  yaratdığının  şahidi 

oldu.  Əslində,  ocağın  başçısı  Seyid  Cahan  idi,  xalası  onun 

müridlərindən sayılır, həmişə sağ tərəfində otururdu. Ehsan, 

ya qonaqlıq veriləndə Seyid Cahan mübarək əlilə boşqablara 

plov qoyur, xalası da boşqabı məclisdə gəzdirib savab payla-

yırdı. Amma nə qədər dua oxunub, nəzir verilsə də, binəvanın 

uşağı olmurdu ki, olmurdu. Arvad ərinin xörəyinə ədviyyat 

qatır,  ona  kasnı  və  bədmüşk  arağı  içirdir,  çilləsini  kəsdirir, 

üstəlik, özü də axar su üstünə çıxır, qurd dərisinin altından 

keçir, duaçının-falçının kandarını yağır eləyirdi – bütün bun-

larsa fayda vermirdi ki, vermirdi. Onların ağlagəlməz övlad 

sevgisini  görüb  fikirləşirdi  ki,  yəqin,  Allah  üzlərinə  baxsa, 

pişiklər  kimi  uşağı  istədiklərindən  yeyər,  ya  da  boğub 

öldürərlər.

 Aşqabadda  “İctimaiyyun-inqilabiyyun  firqəsi”nin  üzvlə-

rilə yaxınlaşmışdı. Əlbəttə, məqsədi siyasətə qoşulmaq deyil-



180

di, sadəcə, yeniyetməlikdən gəncliyə keçid dövrünün çalxan-

tılarını  yaşayır,  həyatda  yolunu  arayırdı.  «Aхırda  mənə  çох 

şeylər  lazım  оlması  aşkar  оldu,  –  onda  gündəliyinə  yazırdı.  – 

Mənə bilgi və yenə bilgi lazımdır. Məlumat tоplanmalıdır. Çохlu 

kitablar qiraət etməli. Ya bilgi, ya ölüm».

 Sonrakı gedişində də qəlbinə düşən od Aşqabad havasının 

hərarətini  kölgədə  qoydu:  qaragözlü  məktəbli  qızın  bircə 

baxışı  Bakıya  tez  qayıtmaq  istəyinin  üstündən  xətt  çəkdi. 

Hələ  adını  öz-özlüyündə  “Qara  gözlər”  qoyduğu  xurmayı 

saçlı, ağ lentli qızın varlığı düşüncələrinə hakim kəsildi. Gecə-

gündüz  onu  düşündü,  rastlaşmaq  üçün  küçələrdə  dolaşdı, 

rəqsə, kitabxanaya getdi. Artıq dostlar da qazanmışdı: inqila-

bçılara qoşulduğundan, Moskvadan qaçan tələbə Nəsiblə, on 

səkkiz  yaşında  olsa  da,  hələ  üçüncü  sinfə  gedən  Qulamla 

ünsiyyət saxlayırdı, amma bütün bunlar “Qara gözlər”i unut-

dura bilmirdi. 

 Axır ki, adını da öyrəndi: Asiya imiş. Dostlarıyla gəzintiyə 

çıxması, qonşuda yaşayan məmurun qızı Mariyanın ona vu-

rulması, bazarda atışma düşüb, hamını bərk qorxutması da 

ona Asiyanı unutdura bilmədi: “Ah, Asiya, – onda gündəliyində 

yazmışdı.  –  Biləsən,  səni  nə  qədər  istəyirəm.  Yeməyib,  içməyib 

illərlə sənin gözlərinə baxıb doyardım”. 

 Tez-tez də Qulamın yaxasından yapışırdı: 

 “Nə təhər olsa, bu gün gərək məni tanış eləyəsən”.

 Sevmək istəyi hələ sevgi deyil; amma sevmək qorxusu artıq sev-



gidi. Mir Yusif qorxu, uçuntu qarışıq hisslər keçirirdi...

 Nəhayət, istəyinə çatdı. Həmin məqamda uçmaq üçün yal-

nız qanadları çatmırdi. Təkcə duyğularını kağıza köçürməyi 

bacardı: “Yuxumu? Həqiqətimi? Tanış olduğuma inana bilmirəm. 



Amma tanış oldum. Bütün kainat bilsin ki, məndən xoşbəxt adam 

yoxdu. Bəli, mən xoşbəxtəm. Çünki məşuqəmin əlinin hərarəti hələ 

əlimdən getməyib”.

 Bununla belə, sevgisi çətinliklərdən keçirdi. Aralarında, az 

qala, altı yaş fərq vardı. Bu sevdasından xəbər tutanlar “yekə 



181

kişi”nin  on  dörd  yaşlı  qızın  “dalınca  düşdüyünü”  məqbul 

saymırdılar.  Bununla  belə,  ürəyi  sözünə  baxmırdı:  “Asiyanı 

gördükdə həqiqət aləm bilmərrə yadımdan çıxır. Kainatda əzəlki boş-

luq ehya olunur. Bu boşluqda Asiyanı görürəm. Bütün həyat və var-

lıq ondan doğulur. Onun gözləri mənim üçün günəşdi: baxdıqca 

ruhumun dərin guşələrini nurlandırır, onun dodaqlarının rəhmət 

qapısı təbəssümlər oynatdıqda ümidlər səpir, şəfqətlər yağdırır... O 

mənim üçün müqəddəsdi. Məgər müqəddəsi sevmək günahdı?” 

 Amma rəqibi də vardı, ucaboy, yekəqarın, hündür yaxalıq-

lı, son dəblə geyinmiş cavan idi. Hiss eləyirdi ki, həmin oğla-

nın varlı olması onu sevgilisinin nəzərində ucaldır: “Qızılın 



qarşısında insanlar baş əyməyəndə kim baş əyəcək... – kədərlə ya-

zırdı. – Bu insanı yaxından tanıya, onun qəlbinin dərinliklərinə baş 



vura  bildim:  əxlaqsızın  biridi.  Həqiqətən,  var-dövlət  insanı  məhv 

eləyir, onun daxili aləmini öldürür, ona ancaq şad həyat üçün şərait 

yaradır...”

 Bu tərəfdən də Mariyanın sevgisi amanını kəsirdi. Qıza ya-

zığı gəlirdi. 

 Üstəlik, xalası Seyid Həsənə dua yazdırıb gətirdi ki, papa-

ğına tik, buranın arvadlarının gözü çox pisdi, dilim qurusun, 

qorxuram.

 Xalasına zarafatyana cavab verdi:

 “Mən həmşəri deyiləm ki, papağıma dua tikəm”.

 Xalası yaxasını buraxdı, amma duyduğu sevgi əzabları ca-

nından əl çəkmədi. Asiyanın yolundə bu vaxtacan əl vurma-

dığı  şərabdan  da  daddı,  onunla  ruhi  doğmalığını  da  dərk 

elədi, ürəyini də açdı, sevgisinə könlünü riqqətə gətirən ca-

vab da aldı. Asiyanın sözləri indiki kimi yadındadı:

 “Sizin adınızı evdə yazacağam. Siz də mənim adımı yazın 

ki, əbədi olaraq bir-birimizi unutmayaq. Hərgah, indi ayrıl-

saq və neçə ildən sonra bir-birimizə rast gəlsək, birinci olaraq 

sizi tanıyıb yanaşacağam”.

 ...Sonra ayrıldılar.

 “Əlvida, – dedi, – kim bilir, bəlkə daha görüşməyəcəyik. 

Məni hərdənbir yad edin”.




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə