Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə58/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   54   55   56   57   58   59   60   61   ...   185

189

rinin  Parisdə  necə  satılacağından  baş  çıxara  bilməsə  də, 

bəxtini sınamağı qərara gəlmişdi.

 Bu məktəb-sanatoriyayla tanışlığın nəticəsi frau Şultenin 

də  qoşulduğu  ümumi  qərar  oldu:  Leo  bir  müddət  xüsusi 

təhsil almalı, sonra ümumi sinfə getməliydi. Abram öz işlərini 

yoluna qoymaq üçün oğlundan müvəqqəti arxayın olmalıy-

dı, buna görə də düşünüb-daşınmadan razılıq verdi. Üstəlik, 

frau  Şultenin  Hamburqda  pansiona  yerləşdirmək,  yaxud 

zəngin evlərinin birində dayə düzəltmək lazım gəlirdi. Bəxti 

üzünə güldü, fikirləşdiklərini gözlədiyindən də asan yoluna 

qoydu; bu ölkədə bolşeviklərdən canını qurtarmış “bakılı neft 



sənayeçisi”nə hələ hörmətlə yanaşırdılar.

  “Neft  sənayeçisi”nin  oğlu  Leo  Nussimbaumsa  adadakı 

həyata tez alışdı. Etimad doğuran güləş sifəti, almanca sərbəst 

danışması,  ünsiyyətə  açıq  olması  bütün  maneələri  aradan 

qaldırırdı. Bu xasiyyəti tezliklə mühacir qızlarının da diqqətini 

cəlb elədi. Leo daha onlara çəkingən davranmırdı: tanış olur, 

gəzintiyə  çıxır,  hətta  fürsət  düşəndə  öpüşürdü.  Sonra  yerli 

qızlar onun şərqli görkəminə vurulub özləri yaxınlıq verməyə 

başladılar. On beş-on altı yaşlı yeniyetmənin qayğısız həyatını 

yaşamaq onun xoşuna gəlirdi.

  Az  sonra  hər  şey  dəyişdi.  Rus  mühacirətinin  mərkəzi 

Parisdən Berlinə “köçdüyünə”, Noamun verdiyi vədlər boşa 

çıxdığına  görə,  Abram  Nussimbaum  da  ora  üz  tutmuşdu, 

amma hələ ki, gözlədiyi uğuru əldə eləyə, Bakıdakı daşınmaz 

əmlakını  bir  kəsə  “sata”  bilmirdi.  Yollar,  daimi  həyəcanlar, 

ucuz  mehmanxanalarda  keçirdiyi  gecələr  səhhətini  xeyli 

pisləşdirmişdi, indu frau Şultenin köməyinə daha çox ehtiya-

cı vardı. Bununla belə, güzəranını təmin eləyənəcən sədaqətli 

dayəni yerindən tərpədə bilməzdi.

 O payız günlərinin birində Abram Nussimbaum oğlunun 

direktorundan  məktub  aldı:  ona  Leonun  daha  münasib 

məktəbdə təhsil alması məsləhət görülürdü. Əlbəttə, bunun 

nə demək olduğunu başa düşürdü – təhsil haqqını vaxtında 



190

ödəmək lazım idi. Əslində, bu onun da ürəyindən idi, çünki 

bolşeviklərin  uzun  müddət  hakimiyyətdə  qalacaqları  artıq 

hamıya məlum olmuşdu, buna görə də daha neftlə bağlı alqı-

satqılar heç kəsi maraqlandırmırdı – bu da Abram Nussimba-

umun  iflası  demək  idi,  bu  səbəbdən  də  oğlunu  məktəb-

sanatoriyadan götürməyə, onsuz da kədərli vəziyyətdə olan 

büdcəsinə qənaət eləməyə çox ehtiyacı vardı...

 Amma Leo ikili hisslər yaşayırdı: alışdığı mühitdən, dost-

laşdığı yaşıdlardan, mühacir və yerli qızlardan, sanatoriyada-

kı rahat otağından ayrılmaq, əlbəttə, çətin idi, həm də paytax-

ta gedəcəyinə, arzuladığı qaynar həyatın ağuşuna düşəcəyinə, 

yeni duyğular yaşayacağına sevinirdi. Artıq atasının hər şeyə 

qadir vəzninin olmasıyla bağlı illüziyaları da dağılıb getmiş-

di. Oxumaq daha ondan ötrü vacib deyildi, başlıcası, tezliklə 

sərbəst həyata qədəm qoymaq, həyatını təmin eləyəcək qədər 

pul  qazanmaq,  əsil-nəcabətini,  istedad  və  bacarığını  sübuta 

yetirmək idi.

 Friz adasından Berlinə uzanan yol Hamburqdan keçirdi. 

Nussaimbaum iki gün ərzində Berlin qatarını gözləyə-gözləyə 

bundan  sonra  neyləyəcəkləri  barədə  danışırdılar.  Frau 

Şulteyə  də  baş  çəkdilər,  qohumlarından  hələlik  soraq  tuta 

bilməyən  qoca  dayə  on  ildə  isinişdiyi  oğlandan  ayrı 

düşəcəyindən  əzab  çəksə  də,  yaxın  müddətdə  vəziyyətin 

düzələcəyinə, yenidən bir yerdə olacaqlarına ümidini itirmir-

di. Leo sıxıntılardan qurtulmaq üçün liman şəhərini dolaşır, 

binalara, kilsələrə, meydanlara tamaşa eləyə-eləyə sarayların, 

minarələrin, bazarların – bütövlükdə Şərqin xiffətini çəkirdi.

***

 Leo Nussimbaum Berlinə çətin dövrdə ayaq basmışdı: pul 



qiymətdən düşür, yaşamaq get-gedə çətinləşirdi. Amma Ab-

ram  haqlıydı,  Parisə  qayıdıb  baldızıgilə  sığınmaq  ona  ağır 

gəlirdi – hər halda, əsil-nəcabəti, qüruru vardı, ikinci gildaya 

taciri,  neft  sənayeçisi  olmuşdu;  Bakıya  qayıtmaqdan  söhbət 




191

belə  gedə  bilməzdi  –  sovet  neft  sənayesinin  qurulmasına 

xidmət  göstərməkdən  boyun  qaçırıb  fərarilik  eləmiş  adamı 

güllələməsələr  də,  həbsxanada  çürüdərdilər.  Xoşbəxtliyi 

məhz burda – Berlində axtarmalı, bəxtlərini burda sınamalıy-

dılar.


 Bundan ötrü, Abram Nussimbaumun fikrincə, ləyaqətlərini 

qorumaq  naminə  şəhərin  abırlı  rayonlarından  birində  ev 

kirayələməliydilər. Rus mühacirlərinin çoxunun məskunlaş-

dıqları, üstəlik, rus gimnaziyasının da olduğu Şarlottenburq 

bu cəhətdən ən münasib yer idi. Kirayələdikləri otaq miskin 

görkəmilə  əsil-nəcabətlərinə  uyğun  gəlməsə  də,  əlləri  bir 

yana  çatanacan  dözməliydilər.  İndi  Abram  Nussimbaum 

hətta o miskin otağın pulunu belə vaxtında vermək iqtidarın-

da deyildi.

 Özləri də var güclərilə abırlı görünməyə çalışırdılar. Ab-

ram boz rəngli kostyumunu hər gün cidd-cəhdlə təmizləyir, 

yaxalığını, qalstukunu, şlyapasını, qara paltosunu göz bəbəyi 

kimi qoruyur, çəkmələrini tərtəmiz silir, jiletinin cibinə qoy-

duğu saatının qızıl zəncirini aradabir nəzərə çarpdırmağa ça-

lışırdı ki, görənlər kübarlığına şübhə eləməsinlər. Görkəmini 

qızıl çərçivəli pensnesi və əsası tamamlayırdı. 

 Leo da şıq geyinməkdə atasından geri qalmırdı, üstəlik, 

hər gün saçını yağlayır, ehtiyacı olmasa da, monoklunu bur-

nunun  üstünə  bərkidirdi.  Ata-oğul  Nissumbaumlar  bu 

görkəmdə tamamilə abırlı adam təsiri bağışlayırdılar.

 Ata-bala hər gün evdən çıxır, xeyriyyə cəmiyyətlərinə üz 

tuturdular. Abram  Nussimbaum  özünü  təqdim  eləyir,  keç-

miş  neft  milyonçusu,  indi  çətin  vəziyyətə  düşmüş  mühacir 

olduğunu deyir, hərdən az-çox yardım qopara bilirdi. Sonra 

məktəblərə  üz  tutur,  yenə  eyni  tarixçəəni  danışır,  oğlunun 

oxuması  üçün  kömək  istəyirdi.  Bu  sahədə  əldə  elədikləri 

nəticələrsə  sevindirici  deyildi:  məktəblərdə  Leoya  iki 

səbəbdən  maraq  göstərmirdilər:  atası  əsl  yox,  müflisləşmiş 

milyonçuydu, həm də bu ölkənin vətəndaşı deyildi; bu da az-



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə