Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə59/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   55   56   57   58   59   60   61   62   ...   185

192

mış kimi, oğlanın indiyədək aldığı təhsil heç nəyə yaramırdı, 

alman  dilindən  başqa  bütün  fənnləri  alayarımçıq  mənim-

səmişdi.


 Amma ümidlərini, az qala, itirdikləri vaxtda rus gimnazi-

yasının qapıları Leonun üzünə açıldı. Xüsusi qız məktəbinin 

binasında yerləşən, məşğələləri günortadan sonra olan gim-

naziya Bakıdakı məktəbdən heç nəylə fərqlənmirdi: şagirdlər 

mühacir  uşaqlarıydılar,  əksəriyyəti  də  nussimbaumlar  kimi 

bolşeviklərin  əlindən  qurtulmuşdular.  Bununla  belə,  Leo 

adadakı  mənəvi  rahatlığı  burda  duya  bilmədi:  yaşıdlarının 

ataları,  görünür,  maddi  sıxıntı  çəkirdilər,  onun  atasısa  hər 

gün xeyriyyə cəmiyyətlərinə üz tutmaq, dil tökmək, yardım 

istəmək  məcburiyyətindəydi.  Üstəlik,  tez-tez  əyyaş,  qadın 

dəllalı olan ev yiyəsi sərxoş halda miskin otaqlarına soxulub 

qışqırırdı: 

 “Yaşamaq havayı deyil! Bundan ötrü pul vermək lazımdı! 

Sizsə  yaşadığınız  mənzilin  pulunu  vermək  istəmirsiniz! 

Dərhal kirayə haqqını ödəməlisiniz! Yoxsa sizi bir gün də sax-

lamaram!”

 Leo atasının o əyyaşa necə dil tökdüyünü, az qala, yalvar-

dığını, bir neçə gün möhlət aldığını görüb təhqir olunur, gücü 

ancaq özünü bayıra atıb küçələri sərsəm kimi dolaşmağa ça-

tırdı.


 Abram Nussimbaum xeyriyyə cəmiyyətlərində əlini üzüb 

milli  koloniyalara  üz  tutdu.  Hər  halda,  işıq  yolu  vardı: 

yəhudiydi, Rusiya imperiyasında doğulmuşdu, Gürcüstanda 

yaşamış,  Azərbaycanda  neft  sənayeçisi  olmuşdu  –  bunları 

nəzərə alıb oğlunun təhsilinə də, kirayə haqqını ödəməyə də 

yardım  göstərməliydilər,  özünün  olan-qalanı,  xeyriyyə 

cəmiyyətlərindən qopardıqları acından ölməməyə ancaq bəs 

eləyirdi. 

 Amma ümidləri dalbadal boşa çıxırdı. Rus koloniyasında 

mühacirlərin sayının milyonlarla olduğunu, daha ağır vəziy-

yətdə yaşayanların çoxluğunu misal çəkdilər; yəhudi koloni-



193

yasında ümumi yəhudi işinə maraq göstərməyən soydaşları-

nın  danışdıqlarına  etinasız  yanaşdılar;  gürcü  koloniyasında 

Abram  Nussumbaumun  göstərdiyi  Gürcüstan  pasportu  da 

kömək eləmədi – vəsait yox idi. Son ümid kimi Azərbaycan 

koloniyasına üz tutmağı qərara aldılar – hər halda, az qala, on 

beş il Bakıda yaşamışdılar.

  “Eden”  otelində  Azərbaycan  koloniyasının  başçısı  Hilal 

Münşizadə,  təqribən  əlli  yaşlarında,  orta  boylu,  xəstə 

görkəmli,  özünü  ləyaqətlə  aparmağa  çalışan  atanı,  güləş 

sifəti, iri gözləri, geniş alnıyla ona öz uşaqlığını xatırladan on 

beş-on  altı  yaşlarında  oğlanı  süzür,  ilk  dəfə  gördüyü 

“həmyerliləri”nin danışdıqlarına təəccüblə qulaq asırdı. Kişi 

dərhal  oğlunu  təqdim  eləmişdi,  sonra  başına  gələnlər  söy-

ləyirdi. Dediyinə görə, Kiyevdə doğulmuş, orda yəhudi qırğı-

nı  başlayanda  Gürcüstana,  sonra Azərbaycana  pənah  apar-

mış,  Bakıda  yaşamışdı,  neft  firması,  var-dövləti  varmış, 

bolşeviklər  hamısını  əlindən  alıblar,  indi  oğluyla  tamamilə 

vəsaitsiz qalıb, yaşamaq imkanı yoxdu, oğlunun təhsil alması 

üçün  Azərbaycan  hökumətinə  müraciət  olunmasını  xahiş 

eləyir.

 “Vəziyyətinizi dərk elədim, – Hilal bəy dilləndi, – amma 



rus,  yəhudi,  gürcü  koloniyalarına  üz  tutmamağınız  maraq 

doğurur”.

 “Müraciət eləmişəm, – Abram Nussumbaumun dodaqla-

rında acı təbəssüm peyda oldu. – Halımıza yanan tapılmadı. 

Hətta, mühacirət ərəfəsində vətəndaşı olduğumuz Gürcüstan 

koloniyasında belə bizi eşitmək istəmədilər”.

 “Belə məlum olur ki, az qala, bir ildi Berlindəsiniz, bəs bu 

vaxtadək koloniyamıza niyə müraciət eləməmisiniz?” – Hilal 

bəy maraqla ata-oğulu süzdü.

  Abram  Nussimbaum  çaşdı,  oturduğu  stulda  qurcuxdu, 

sonra  Parisə,  Hamburqa  səfərləri  barədə  müfəssəl  danışıb 

yaltaqcasına gülümsədi:

 “Əslində, çoxdan gəlmək fikrindəydik. Necə olsa da, uzun 

müddət  Bakıda  yaşamışıq,  indi  də  özümüzü  Azərbaycan 




194

vətəndaşı  sayırıq.  Hətta,  oğlum  islam  dinini  qəbul  eləmək 

istəyir ki, özünü “əsl azəri türkü” saysın. – Abram Nussimba-

um  səsinə  bir  qədər  zarafat  çaları  qatdı.  –  Əgər  ona  dövlət 

təqaüdü düzəltsəniz, bu addımı atar”.

  Hilal  bəy  qaşlarını  dartıb  təəccüblə  oğlanı  süzdü.  Leo 

gözlərini qırpmadan ona baxır, görünür, atasının ağlına gələn 

bu qəfil fikri necə əsaslandıracağı barədə düşünürdü. Amma 

qarşısındakı  adamın  sifətindəki  inamsızlığı,  dodaqlarında 

peyda olan istehzalı təbəssümü sezib dillənmədi.

 “Sizə heç bir ümid verə bilmərəm. Koloniyamızın üzvləri 

yetərincə  acınacaqlı  vəziyyətdədilər,  onların  ehtiyaclarını 

belə  qarşılamaq  iqtidarında  deyilik.  Bir  də  ki,  hazırda 

Azərbaycan vətəndaşı olmadığınıza görə, hökumətə müraciət 

eləyə bilmərik”.

 Nussimbaumlar söhbətin bitdiyini başa düşüb qalxdılar. 

Abram təzim eləyib oğluna sarı döndü:

 “Gedək, oğlum, ümidvaram ki, sənin də zamanın gələcək”.

 Hilal Münşizadə onları nəzərlərilə qapıyacan ötürüb ba-

yaqdan bir tərəfdə sakitcə oturmuş İsgəndər xan Rzazadəyə 

sarı döndü:

 “Görürsən, qardaşım, biz yüz əlli nəfərin halına gün ağla-

ya bilmirik, bu yandan da yeni “vətəndaşımız” peyda olur. – 

Susdu, yerində əyləşib gözlərini qarşısındakı kağıza dikdi. – 

Hə,  davam  eləyək.  Mirzə  bəy  Göygölün  təhsil  haqqı  nə 

vəziyyətdədi?

  “Ancaq  yarısını  ödəyə  bildik.  Bakıya  göndərdiyimiz 

məktubun  cavabını  gözləyirik,”  -  əlacsızlıq  duyulan  səslə 

dilləndi.

 Bakıya məktubu Hilal bəy öz əlilə, Berlin Tələbə Komitəsi 

adından yazmışdı: “Paramız tükəndiyindən təkcə təhsilimiz yox, 

güzəranımız  da  böhranlı  vəziyyətdədir.  Doqquz  aydır  ki,  qeyri-

müəyyən və müşkül halda bulunmaqdayıq. Belə getsə, dolanışığı-

mız fənalaşacaq və təhsilimiz yarımçıq qalacaq. Vəziyyətimiz sizə 

bəyan etməklə təmənna və xahiş edirik ki, bizim keçirdiyimiz bu fəna 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə