Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə62/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   58   59   60   61   62   63   64   65   ...   185

202

  Leo  da  qarşısında  oturmuş  bu  cüssəli,  qətiyyətli  oğlana 

təəccüb  qarışıq  heyrətlə  baxırdı.  Brailovski  danışmışdı, 

əvvəlcə qəzetdə teleqrafçı işləyirmiş. Bir gün xəbər tutur ki, 

Maksim  Qorki  Berlin  yaxınlığındakı  Saarov  kurortunda 

dincəlir,  onun  arvadı,  Petroqrad  xalq  maarif  idarəsinin 

rəhbəri Mariya Andreyeva- Peşkova da Almaniyadakı sovet 

ticarət  nümayəndəliyində  bədii-sənaye  şöbəsinin  müdiri 

vəzifəsinə  keçib,  Volqaboyunda  aclıqdan  əziyyət  çəkənlərə 

ianə toplamaq üçün gizlicə Berlinə gəlib. Həyatını riskə qo-

yub,  özünü  qəzetin  müxbiri  kimi  qələmə  verir,  “Madam 

Qorki”dən müsahibə götürüb rəhbərliyin xəbəri olmadan da 

səhifədə  yerləşdirir,  ürək  döyüntüsüylə  işdən  qovulacağını 

gözlədiyi halda təşəkkür alır və... müxbirliyə irəli çəkilir. 

  İndisə  liberal  sosial-demokratların  qəzeti  olan  nüfuzlu 

“Frankfurter  Zeitunq”  qəzetinin  ştatdankənar  müxbiri  kimi 

Şərq səyahətinə çıxır. Qəzet Bebbo Rayfenberqin redaktorlu-

ğuyla ədəbiyyat əlavəsi buraxır, orda Henrix Mann, Maks Ve-

ber,  Lion  Feyxtvanger,  Stefan  Svayq, Anna  Zegers  çap  olu-

nurlar. Leopold Veysin Şərq haqqında yazdığı məqalələr də, 

şübhəsiz, oxucuların diqqətini çəkəcək. Bu, heç də pis deyil!

  “Əlbəttə,  bizi  unutmayacaqsan,  –  Brailovski  ofisiantın 

gətirib düzdüyü yeməklərdən bir tikə aldı, elə bil, həyəcanını 

yatırmaq  istəyirdi,  sonra  içki  qədəhini  götürdü.  –  Di  yaxşı, 

hər şeydən əvvəl sənə yaxşı yol arzulayaq.

  “Unutmaram,  narahat  olma,  orda  daimi  qalmaq  fikrim 

yoxdu, – sonra təəccüblə Leonu süzdü. – Nədi, xəlifə deyilsən 

ki, içkiyə əl vurmursan. Məncə, artıq həddi-büluğa çatmısan. 

Bəlkə müsəlmanlığı qəbul eləmisən?

  “Elə  bir  fikri  olub,  –  Brailovski  bic-bic  Leonu  süzdü,  – 

amma imam əfəndi deyib ki, hələ tələsmə, islamı əməlli-başlı 

dərk elə, sonra gələrsən”.

 “İmam haqlıdı, – Leopold təsdiqləyib yeməyə girişdi. – Elə 

mən də Şərqi, Qurani-Şərifi dərk eləməyə gedirəm”.

 Leo ona həsədlə baxdı: iyirmi iki yaşındadı, dünya görüb, 

sərbəstdi, istədiyi yerə getməyə imkanı var.




203

***


 ...Leopold Veyssə səhəri gün “Berlin-Münhen” qatarının 

birinci dərəcəli vaqonunda əyləşib, bu şəhərə gələndən sonra 

ilk böyük səfərinə çıxmışdı. Əsrin lap başlanğıcında Qalisiya-

da, Lemberq şəhərində dünyaya gəlmişdi, əslən Çernoveçdən, 

Prut çayının sol sahilindəki Sadıqurıdan olan mötədil ravvin, 

həm də gözəl şahmat ustası Akivaının nəvəsi, tanınmış vəkil 

Karlın üç övladından örtancılıydı. Karl atasının istəyi əleyhinə 

gedib ruhani olmamışdı, hüquq təhsili alandan sonra uğurlu 

ailə həyatı  qurmuş, Lemberqdə – Lvovda məskən salmışdı. 

Leopold Veys xoşbəxt bəndəydi: ailədə sevgi və diqqət gör-

müş,  yay  tətillərini  ana  babasının  kənddəki  malikanəsində 

keçirə-keçirə böyümüşdü. 

 Ən çox yadında qalansa atasıyla, birgə Vyanaya, Berlinə, 

Alp dağlarına, Baltik və Adriatik dənizi sahillərinə səfərləriydi. 

Atasının onu elm adamı eləmək arzusuna baxmayaraq, tarixi, 

macəra, fantastik romanları, Fridrix Nitsşenin “Zərdüşt belə 

deyirdi” kitabını, Rayner Maria Rilkenin şeirlərini daha çox 

sevirdi;  ibranı  dinini  və  dilini  mükəmməl  mənimsəmişdi, 

ərəbcədən az-çox başı çıxırdı, “Tövrat”ı, “Talmud”u oxumuş-

du;  bununla  belə,  ata-babasının  ümidlərini  doğrultmadı, 

ailəsi Vyanaya köçəndən sonra hər şey dəyişdi...

 Leopold on dörd yaşı tamam olmamış macəra axtarışına 

çıxdı, evdən qaçıb Avstriya ordusuna getdi, amma heç səngər 

üzü də görmədi, on altı yaşında olması barədə yalanı faş oldu, 

həm də atası onu tapıb geri qaytara bildi. Məktəbi qurtaran-

dan sonra həvəssiz də olsa, qardaşı Haynrixin tibbi öyrəndiyi 

Vyana universitetində sənət tarixi və fəlsəfəni öyrənirdi, bu-

nunla belə, daha çox Ziqmund Freydin, Lüdviq Vitgenştey-

nin mühazirələrinə gedirdi, hələ bir müddət gələcəyin Nobel 

mükafatçısı  Ervin  Şrödingerlə  birgə  fizika  və  kimya  müha-

zirələrinə də qulaq asırdı, üstəlik, Frits Lanqın assistenti də 

oldu;  amma  qayğısız  kübar  həyatı  sürməyi  çox  sevirdi, 

şəhərin dəbdə olan kafelərində qəhvə və şərab içmək Leopol-

dun çox sevdiyi əyləncəydi. 




204

 Amma bütün bunlar onu darıxdırırdı. Leopold məşhur ol-

maq, bütün dünyanı gəzmək istəyidi... 

 Anası vəfat eləyəndə on doqquz yaşı vardı, daha Vyanada 

duruş gətirə bilməyəcəyini başa düşdü, atasının qəti etirazla-

rına,  qardaşının  tənbehinə,  bacısının  göz  yaşlarına  fikir 

verməyib bir dəst paltarını, bir neçə kitabını və xırım-xırda 

şeyləri  çamadanına  atdı,  anasından  yadigar  qalmış  almaz 

üzüyü götürüb evdən qaçdı, Praqaya, ordan da Berlinə gəldi; 

qəzetdə iş axtara-axtara bir müddət rejissor assistenti də olub 

Fridrix Murnaunun “Nosferat. Dəhşət simfoniyası” filminin 

çəkilişlərində iştirak elədi. 

 Leopold arzusuna çatmağa – jurnalist olmağa can atırdı. 

Axır ki, günlərin birində “United Teleqraf”a teleqrafçı düzələ 

bildi...

 Bəxtindən elə o vaxt da “Madam Qorki” Berlinə gəlib çıx-

mışdı. Leopold bəxtini sınamağı, risk eləməyi qərara aldı və... 

dərhal sonra bütün Almaniyanın tanıdığı fiqura çevrildi. İndi 

“Frankfurter  Zeitunq”un  əməkdaşıydı,  üstəlik,  Şərq  səya-

hətinə çıxırdı...

  Ziqmund  Freydin  ilk  tələbələrindən  olan  dayısı  Dorian 

Feygenbaum  Qüdsdəki  psixiatriya  klinikasında  həkim 

işləyirdi. Leoya yazmışdı: “Niyə gəlib bir neçə həftə mənim ya-

nımda  qalmayasan.  Sənin  geriyə  biletini  alaram.  İstədiyin  vaxt 

Berlinə qayıda bilərsən. Burda olduğun müddətdə ixtiyarında yayda 

sərin (amma qışda çox soyuq) ərəb evi olacaq. Birgə vaxt keçirəcəyik. 

Burda  çoxlu  kitabım  var.  Ətrafdakı  qeyri-adi  mənzərələrə  bax-

maqdan  yorulanda  kitab  oxuya  bilərsən”.  O  da  çox  götür-qoy 

eləmədən bu təklifdən yararlanmaq qərarına gəlmişdi. 

 Yaz özünü yenicə bildirirdi. Leopold indi Qüdsün istidən 

qovrulduğunu  xəyalına  gətirib  səfərin  münasibliyindən 

şübhələnməyə  başlayırdı.  Əlbəttə,  atası  ondan  inciyib,  oğlu 

onun  bütün  zəhmətinin  üstündən  xətt  çəkdi.  Amma  Leo 

bədbəxt  elm  adamı  olmaqdansa,  öz  arzusunun  arxasınca 

getməyi daha düzgün sayırdı. Düzdü, hələ əsl arzusunun nə 




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə