Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə64/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   60   61   62   63   64   65   66   67   ...   185

208

düşünmək  lazımdı,  onlar  İspaniyada  sizdən  çox  –  təqribən 

yeddi  yüz  il  hökmranlıq  eləyiblər...  Üstəlik,  o  ölkədən  çox 

yox, cəmi beş yüz il əvvəl çıxıblar”.

 Doktor Veysman gözləmədiyi səbirsizliklə dilləndi:

 “Səfehlikdi, əməlli-başlı səfehlikdi. Ərəblər İspaniyanı an-

caq fəth yoluyla ələ keçirmişdilər. İspaniya heç vaxt onların 

doğma  və  təninə  çevrilmədi,  buna  görə  də  axırda  ispanlar 

tərəfindən qovulmaları qaçılmaz idi.

  “Bağışlayın,  mənə  elə  gəlir  ki,  burda  böyük  bir  tarixi 

həqiqət  nəzərdən  qaçırılır;  unutmayaq  ki,  ibranilər  də 

Fələstinə fateh kimi giriblər. Onlardan qabaq burda semitik, 

konsemitik, bir çox yerli tayfalar vardı... Bütün o qəbilələr İs-

rail və yəhudi krallıqları zamanı bu ölkədə yaşamağa davam 

elədilər... Bu gün bizim suriyalı, fələstinli ərəblər kimi tanıdı-

ğımız xalq, əslində, bu ölkənin ərəbləşmiş qədim sakinlərindən 

başqa bir şey deyil”.

 Doktor Veysman cavan oğlana təəccüblə baxır, mövqeyini 

bəyənməsə də onun biliyini təqdir eləyirdi. Odur ki, nəzakətlə 

gülümsəyib söhbəti dəyişdi. Bunu Leopold Veys sonralar xa-

tırlayır, ancaq kağıza köçürməyi ağlına belə gətirmirdi.

  “Leopold,  –  o  oğlanı  qarşısında  dayanıb  nüfuzedici 

nəzərlərini üzünə dikdi. – Bizə indi iki şey çox vacibdi: pul və 

sənin  kimi  qabiliyyətli  yəhudi  cavanları.  Əmin  oldum  ki, 

doktor  Dorianın  danışdığı  qədər  varsan.  Ümumi  mübari-

zəmizdə sənin də müqəddəs bir missiyan ola bilər?”

  “Mən  sizinçün  neyləyə  bilərəm  axı?”  –  Leopold 

təəccübləndi.

  “Əvvəlcə  yəhudilər  barədə  danışanda  “siz”  yox,  “biz” 

deməlisən, bunu heç vaxt unutma! – Doktorun xəbərdarlığında 

bir qədər də təhdid çaları vardı. – İkincisi, məsələn, eşitmişəm 

ki, hansısa xəbər agentliyində işləmisən. Çox yaxşı. Biz sənin 

daha nüfuzlu qəzetlərdə işləməyinə şərait yaradarıq, maddi 

korluğun olmaz, bütün ərəb aləmini gəzər, müsəlmanlar ara-

sında nüfuz qazanarsan...”



209

 Leopold indi ona maraqla baxırdı; deməli, dayısıyla dok-

tor  Veysman  əvvəlcədən  məsləhətləşib  onun  gələcəyini 

müəyyən eləyiblərmiş.

 “Hər halda, ümidvaram ki, müsəlmanlığı qəbul eləməyimi 

nəzərdə  tutmamısınız”,  –  Leopold  yüngülcə  istehzayla 

dilləndi.

 “Böyük məqsədlər naminə dinini də dəyişə bilərsən. Əsas 

zahir  deyil,  cavan  oğlan,  batindi.  Batində  yəhudi  qalmaqla 

müsəlman  olub  millətinə,  onun  ideallarına  xidmət  eləyə 

bilərsən”.

  “Nə  olar,  xeyli  cəlbedici  təklifdi”,  –  Leopold  səsindəki 

kinayəni gizlədə bilmədi.

 “Əlbəttə, hər şeyin tezliklə baş verəcəyinə ümid bəsləmirik, 

düşünmək, götür-qoy eləmək üçün vaxtın var”.

 Doktor Veysman Leopoldda ikili hiss doğurdu: onun sio-

nist hədəflərə doğru bu qədər inadla getməsini, çıxdığı yolda 

bütün maneələri aradan qaldırmaq ehtirasını həzm eləyə bil-

mirdi; amma Veysman nə istədiyini bilirdi, ona yalnız pul və 

ağıllı adamlar lazım idi.

 Nə olar, həyatının maraqlı keçməsi naminə özünün ağıllı 

sayılmasıyla razılaşa bilər...

***

 ...Doktor Veysman sözü havayı söyləmirmiş: bir həftəliyə 



gəldiyi  yerlər  artıq  onu  cəlb  eləməyə  başlamışdı.  Üstəlik, 

cəmi  iki  həftə  sonra  nüfuzlu  “Frankfurter  Algemaine  Zey-

tunq”  qəzetinin  Yaxın  Şərq  müxbiriydi,  bunu  doktor  Veys-

man necə yoluna qoymuşdu, bu ondan ötrü sirr kimi qaldı. 

Dərhal da Fələstini gəzmək, hətta, Misirə getmək üçün vəsait 

tapıldı. Leopold Veysin yeganə işi gəzmək, görmək, yazmaq, 

ərəb  dilini  öyrənmək,  islam  dininə  bələd  olmaq  idi.  Dayısı 

Dorian hey təkrar eləyirdi:

 “Heyif ki, sənin kimi cavan deyiləm, Leo, bütün dünyanı 

gəzərdim. Bundan gözəl nə var”.




210

 ...Fələstin və Misirə bir neçə həftəlik səyahəti Leopold Vey-

sin  düşüncələrində  xeyli  dəyişiklik  yaratdı:  əlbəttə,  tarixin 

çarxını saxlamaq olmaz, bu torpaqda nə nəzərdə tutulubsa, o 

da  olacaq;  fələstinlilər  yəhudiləri  qovacaqlar,  yəhudilər 

fələstinliləri  sıxışdırıb  zor-güc  dövlət  quracaqlar,  yaxud  dil 

tapıb birgə yaşayacaqlar – bu gələcəyin işiydi. İndi yəhudilər 

təzyiq  eləyir,  ərəblər  müqavimət  göstərirdilər,  nüfuzlu 

qəzetin müxbiri Leopold Veys də obyektiv olmağa çalışmalı, 

hətta ərəblərə rəğbətini gizlətməməliydi – gələcək missiyası 

belə tələb eləyirdi.

 İyulda Berlinə qayıtmaq ehtiyacı yarandı: orda bəzi işlərini 

qaydaya salmalıydı, həm də Elzadan ötrü darıxmışdı. Çox da 

Elza Şeyman dul qadındı, ondan on beş yaş böyükdü, üstəlik, 

üç yaşında oğlu var, bu qadını dəlicəsinə sevir, işlərini yoluna 

qoyan kimi, onunla evlənmək barədə düşünür.

 Doktor Veysmanla vidalaşmağa imkan tapmadı, eşitdiyinə 

görə, Qüdsdən çıxmışdı. Bir də ki, buna ehtiyac yox idi, bir 

neçə aydan sonra bura qayıdacaqdı – artıq Şərqdən ayrı yaşa-

ya bilməzdi. Dayısının sözünə qulaq asıb Berlinə daha yaxın 

yolla – İsgəndərunacan gəmiylə, sonra Konstantinopola, or-

dan qatarla – gedə bilərdi. Təklif Leopoldun xoşuna gəldi.

 “Leo, – dayısı məsləhət verirdi, – getdiyini hər yerdə fürsət 

düşən  kimi,  nüfuzlu  adamlarla,  ilahiyyatçılarla,  şairlərlə 

görüşməyə çalış. Ancaq bununla tanınar, nüfuz qazanarsan”.

  Nə  olar,  dayısı  ağıllı  söz  deyir. Adı  nüfuzlu  bir  adamın 

adıyla yanaşı səslənsə, hörmət gətirər; nüfuzlu adamın yanı-

na gəldiyini görüb-eşidənlər onun haqqında yüksək fikirdə 

olarlar. Bundan sonra gərək bu məsləhəti sırğa eləyib qula-

ğından asın.

  ...Cəmi  bir  neçə  həftə  sonra  Konstantinopolda  “Şərq 

ekspressi”nin  birinci  dərəcəli  vaqonunda  əyləşən  Leopold 

Veys dayısının məsləhətinə əməl eləmişdi. Artıq millətçilərin 

əlində  olan,  dəyişiklik  ab-havası  yaşayan  şəhəri  gəzmiş, 

əzəmətli saraylara, camilərə, meydanlara, Boğaz mənzərəsinə 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə