Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə63/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   59   60   61   62   63   64   65   66   ...   185

205

olduğunu da düz-əməlli bilmirdi: qəzetdə işləmək istəyirdi, 

bəxti gətirdi, məqsədinə çatdı. Şübhəsiz, tezliklə daha da irəli 

gedə bilərdi, amma psixiatr dayısının dəvəti hər şeyi dəyişdi. 

Əslində,  Qüdsdə  bir  həftə-on  gün  qalmaq,  sonra  həyatını 

necə yaşamaq barədə qəti qərara gəlmək fikrindəydi. 

 Çox istəyirdi, Vyanada qatardan düşüb atasıyla barışsın, 

amma  əmin  idi  ki,  bu  tezliklə  günahlarını  bağışlamayacaq. 

Üstəlik, atasının evlənməsindən xəbər tutandan sonra qəlbin-

də ona qarşı inciklik də baş qaldırmışdı.

 Münhendə əyləşdiyi qatar Buxarestdə dayananda Leopold 

Veys heyifsiləndi: çox təəssüf, bu şəhəri doyunca gəzmək im-

kanı yoxdu, mənzilə çatmaq barədə düşünməlidi. Konstanti-

nopoldan  və  Anadoludan  keçib-getmək  barədə  fikirləşmək 

olmazdı,  orda  döyüşlər  hələ  başa  çatmamışdı,  İskəndərin 

yolu təhlükəliydi. 

  Axır  ki,  çıxış  yolu  tapdı,  Konstansa  limanına  yollanıb 

İsgəndəriyyəyə gedən gəmiyə bilet aldı. İsgəndəriyyədən Yaf-

faya, Yaffadan Qüdsə qatarla getdi...

***


 ...Kiçik dayısı qədim şəhər divarının səkkiz qapısından biri 

olan, 1538-ci ildə Qanuni Sultan Süleymanın tikdirdiyi, 1898-

ci ildə Kayzer II Vilhelmin şəhərə rahat girməsi üçün sökül-

müş  Yaffa  Qapısı  yaxınlığında  yaşayırdı.  Leo  Sultan 

Əbdülhəmidin ucaltdığı saat qülləsini görmədi: Fələstini ələ 

keçirmiş ingilislər onu lap bu yaxınlarda sökmüşdülər ki, gi-

rişin görkəmini pozur. 

 Dayısı onu vəcdlə qarşıladı. Evi təzəcə tikdirib köçmüşdü, 

görünür, işləri də pis getmirdi:

 “Harda qaldın, Leo?! – Gəlişindən məmnun halda onu qu-

caqladı. – Səni çox gözlədim”.

 “Hər halda, ümidvaram mənim bura köçüb yerləşməyim 

üçün gözləmirsən”, – Leo onun təkidli dəvətinin altında nə 

gizləndiyini öyrənmək məqsədilə zarafatyana dilləndi.




206

 “Niyə də köçməyəsən? – Dorian kefikök halda cavab ver-

di.  –  Böyük  hadisələr  ərəfəsindəyik,  cavan  oğlan.  Sənin  də 

tarixdə qalmaq şansın var!”

  “O  nə  şansdı,  elə?”  –  Leopold  hər  şeyi  dərhal  bilmək 

istəyirdi.

 “Tələsmə, hələ yoldan gəlmisən, dincəl, hər şey öz vaxtın-

da  baş  verəcək”,  –  dayısı  sirli  təbəssümünü  üzündən  əskik 

eləmirdi.

 Leonun böyük dayısı oftalmoloq Arye Feygenbaum da bu 

şəhərdə yaşayırdı. Qüdsə doqquz il əvvəl köçmüş, iki il əvvəl 

ilk  yəhudi  oftalmologiya  jurnalının  əsasını  qoymuşdu.  İndi 

Xadassa  xəstəxanası  oftalmoloji  şöbəsinin  müdiriydi.  Günü 

sabah ona da baş çəkəcəkdi...

 Əlbəttə, şəhər xoşuna gəldi. Amma onu daha çox ərəblər 

maraqlandırırdı.  “Frankfurter  Zeitunq”  qəzeti  ştatdankənar 

müxbir kimi, ondan həyəcanlandırıcı yazılar və Şərq barədə 

vəd verdiyi kitabı gözləyirdi.

 Dəvətin əsl səbəbisə bir neçə gün sonra məlum oldu.

  “Doktor  Veysman  səninlə  görüşmək  istəyir”,  –  dayısı 

təntənəylə xəbər verdi.

  Doktor  Veysman?  Dünya  sionistlərinin  başçısı  doktor 

Haim  Veysmandısa,  əlbəttə,  tanıyır,  haqqında  çox  eşidib. 

Amma Veysmanın onunla nə işi var axı?

 Tərəddüdünü görən dayısı onu cəsarətləndirdi:

 “İndi bizə ağıllı, savadlı, qabiliyyətli gənclər daha çox la-

zımdı, Leo. Hədəfimizə çatmaq üçün hələ çox işlər görməliyik, 

lap çox”.

  Şübhəsiz,  hədəfləri  Fələstin  torpaqlarında  İsrail  dövləti 

qurmaqdı. Amma bütün bunlar necə olacaqdı, Leopold Vey-

sin də bu məsələyə nə dəxli vardı?

 ...Doktor Veysmanla yerli tanışların birinin evində rastlaş-

dı. Sonra bu görüşü dəfələrlə xatırlayacaq, hətta qələmə ala-

caqdı. Veysman iri və gərgin addımlarla otaqda o baş-bu başa 

gedir,  bədəninin  hərəkətləri  sonsuz  enerjisini  üzə  çıxarır, 

ağıllı, sirayətedici baxışları adamı, az qala, hipnoz eləyirdi.




207

 “Milli dövlət qurmaq üçün bizə pul, həm də çox pul lazım-

dı, – deyirdi. – Amma Avropadakı adamlarımız xəyallarımızı 

gerçəkləşdirmək naminə lazımi marağı göstərmirlər”.

  Doktor  Veysman  Berlindən  gəlmiş  gənclə  isti  görüşdü, 

sonra milli hədəflərinin ümumi mənzərəsini cızdı.

 “Yaxşı, bəs ərəblər necə olacaq?” – sual Leopoldun ağzın-

dan qəfil çıxdı.

 Görünür, doktorun monoloqunu kəsməsi çox gözlənilməz 

idi, o, yavaşca oğlana tərəf döndü, əlindəki qəhvə fincanını 

alçaq masanın üstünə qoydu, təəccüblə sualı təkrar elədi:

 “Ərəblər necə olacaq?”

  “Əlbəttə,  hər  şeyə  rəğmən,  ərəblər  yenə  bu  ölkədə  çox-

luqda  deyillərmi?  Onların  açıq-aşkar,  qətiyyətli  etirazları 

müqabilində  Fələstini  öz  Vətəninizə  çevirməyə  necə  ümid 

eləyə bilərsiniz?” – Leopold doğrudan da buna təəccüblənirdi.

 Doktor Veysman çiyinlərini silkələyib istehzayla güldü:

 “Ümidvarıq ki, bir neçə iləcən onların çoxluğu-filanı qal-

mayacaq!”

 Leopold Veyssə Avropadan, Berlindən gəlmişdi, ağlını və 

bacarığını göstərməliydi:

 “Ola bilər. Bu məsələyə uzun illərdi məşğul olduğunuza 

görə,  mövcud  vəziyyəti  məndən  yaxşı  bilirsiniz.  Tutaq  ki, 

ərəb müqavimətinin yolunuza çıxardığı maneləri aradan qal-

dıra bildiniz. Bəs məsələnin əxlaqı tərəfi necə olsun? Bu sizi 

narahat eləmirmi? Çoxdan bəri bu ölkədə yaşayan adamları 

qovmağın sizin tərəfdən böyük haqsızlıq olacağı barədə heç 

fikirləşmirsinizmi?

 “Amma bura bizim yurdumuzdu, – doktor Veysman qaş-

larını dartıb cavab verdi, – biz yalnız əlimizdən haqsızcasına 

alınan bir şeyi geri qaytarmaq istəyirik, vəssalam”.

 “Bununla belə, az qala, iki min ildi Fələstindən uzaqda ya-

şayırsınız. Üstəlik, iki min il əvvəl bu ölkədə hakim olduğu-

nuz  günləri  üst-üstə  yığsanız,  beş  yüz  belə  eləməz.  Əgər 

belədisə,  ərəblərin  də  İspaniyaya  iddiası  ola  biləcəyini 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə