Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə61/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   57   58   59   60   61   62   63   64   ...   185

198

  Vəziyyətsə  heç  yaxşılaşana  oxşamırdı.  Leo  bitib-tükən-

məyən  ehtiyaclardan  cana  doyur,  təsəllisini  fantaziyalarda 

tapırdı: məktəbi, sonra universiteti bitirəcək, işləyəcək, Bakı-

dakı evləri kimi gözəl ev alacaq, indi pansionda darıxan frau 

Şultenin  yanına  gətirəcək,  atasını  qayğılardan  qurtaracaq, 

evlənəcək,  səyahətə  çıxacaq,  Şərq  ölkələrini  gəzəcək, 

şahzadələrə layiq ömür sürəcək, başına gələnləri qələmə ala-

caqdı. Bəzən öz fantaziyalarından yorulur, ümidsizliyə qapı-

lırdı. Amma yaşamaqdan başqa yolu yox idi – bunu daim öz-

özünə təkrar eləyirdi.

 1922-ci ilin mart günlərinin birində ata Vladimir Naboko-

vun qətlə yetirilməsi Leonun həyatında bəzi şeyləri dəyişdi. 

Əslində,  qatil  mühazirə  oxuyan  Pavel  Milyukovu  nişan  al-

mışdı,  gülləsə  hədəfdən  yayınıb  düz  biçarənin  ürəyinə 

dəymişdi. O, çətin günlərdə Leo Yelenanın yanında oldu, var-

gücüylə onun kədərini dağıtmağa çalışdı. Londondan gələn 

oğul Nabokovla da həmin günlərdə tanış oldu. Yas havası bir 

qədər ötüşəndən sonra Vladimir ondan “nəsə yazıb-yazmadığı-

nı”  soruşdu.  Leo  da  Bakıdakı  evlərinin  damında  oturub 

dənizin,  İçərişəhərin  mənzərələrinə  baxa-baxa  yazdığı  şeir 

parçalarının bir neçəsini göstərdi.

 “Belə, – Vladimir şeir parçalarını oxuyub qərara gəldi. – 

Pis deyil, gələcəkdə daha da yaxşı ola bilərsən. Mən bir ədəbi 

cəmiyyət  yaratmaq  fikrinə  düşmüşəm.  Adını  da  gərək  ki, 

“Damda”  qoyacağıq.  Evimizin  damında  yığışıb  söhbət 

eləmək üçün münasib yer var”.

 “Bilirsən, Volodya, – Yelena söhbətə qarışdı, – Leo başına 

gələn macəraları elə gözəl danışır, inanıram ki, nə vaxtsa ki-

tab yazacaq”.

 Leo dillənmirdi. Amma özü də əmin idi: əlbəttə, yazacaq. 

Cəmi  on  yeddi  yaşı  var,  az  qala,  tanıdıqlarının  hamısından 

çox gəzib. Çox gəzənsə, şübhəsiz, çox bilər. Təkcə Türküsta-

na,  Buxaraya  və  İrana  səfərini  yazsa,  üstəlik,  bir  qədər  də 

macəra  qatsa,  əməlli-başlı  kitab  olar.  Bircə  bu  təhsil  lənətə 

gəlmişlə haqq-hesabı çürütsəydi!



199

 Hələ tale onun tərəfindəydi. Qarşılaşdığı ehtiyaclara bax-

mayaraq, düz yola çıxarmış, darıxdırıcı Parisdən, maraqlı da 

olsa, gələcək vəd eləməyən adadan sonra Berlinə, həm də əsl 

həyatın düz ortasına atmışdı...

  Almaniya  çətin  günlər  yaşayırdı.  Ölkə,  elə  bil,  inqilab 

ərəfəsindəydi: qətllər baş verir, siyasi həyat qaynayır, bahalıq, 

qıtlıq baş alıb gedirdi... 

  İyunun  ilk  günlərində  Tələt  Paşanın  öldürülməsi  üzrə 

məhkəmə  prosesi  keçirilmişdi.  Ərzincanlı  tələbə  Soqomon 

Teyleryan qurbanının ardınca Parisə, ordansa Berlinə gəlmiş, 

martın  21-də  onu  Şarlottenburqda,  Qardenberqştrasse 

küçəsində  gülləylə  vurmuşdu.  İkicə  gün  davam  eləyən 

məhkəmədə  çoxsaylı  tərəfdarların,  vəkillərin,  “şahidlər”in 

səyi nəticəsində Teyleryana bəraət verilmişdi...

 “Nemezis” əməliyyatısa davam eləyirdi...

 1922-ci il iyulun 21-də “Daşnaksütyun”un üzvləri Petros 

Ter-Pososyan  və  Artaşes  Gevorkyan  Əhməd  Camal  Paşanı 

Tiflisdə qətlə yetirmişdilər...

  Elə  həmin  il  avqustun  4-də  də  erməni  çekistlər  -  eyni 

mərkəzdən tapşırıq alan Georgi Ağabəyov və Akop Melkum-

yan Türküstanda Ənvər Paşanı qətlə yetirmişdilər...

 Bunlarla yanaşı, ölkədə Şərq ruhu da özünü göstərməyə 

başlamışdı. Berlində İslam cəmiyyəti qurulmuş, Vilmersdorf 

rayonunda məscid inşasına başlanmışdı...

 Bu dəyişikliklər içində Leo da öz yolunu tapacaqdı...

 Fikrincə, bu yol keçmişini – Şərqi xatırlamaqdan ibarət idi...



200

XIII FƏSİL

QƏFİL MİSSİYA



 Leopold Veys

 Berlin, Qüds, Qahirə, Konstantinopol, Berlin 

 Aprel-avqust 1922-ci il

 ...O kafeyə girəndə köhnə tanışı Aleksandr Brailovskinin 

on  yeddi-on  səkkiz  yaşlarında  güləş  sifətli,  iri  gözlü,  geniş 

alınlı bir oğlanla masa arxasında oturduğunu gördü.

 “Tanış ol, Leo, – Brailovski əl verəndən sonra oğlanı təqdim 

elədi.


 “Ooo, – Leopold Veys Leonun əlini sıxdı. – Leopold. Ancaq 

məni də Leo çağırırlar”.

 “Narahatlığa əsas yoxdu, – Brailovski şən halda onları süz-

dü. – Adlarınızın əvvəlinə “böyük” və “kiçik” sözləri əlavə 

eləməyə də ehtiyac duymuram”.

 “Elə niyə?” – Leopold Veys yerini rahatlayıb maraqla so-

ruşdu. – Başqa çıxış yolu tapmadınız? Dostluq eləyəcəyiksə, 

ikimiz də Leo kimi tanına bilmərik. Yadımdadı, demişdin ki, 

Bakıda yaşayıb, şərqpərəstdi. Onda Levin Şərqdə, ərəb dilində 

nə demək olduğunu bilirmi?”




201

 Brailovski Leonun üzünə baxdı. Oğlanın qaşları dartılmış-

dı, gözlərində maraq vardı.

 “Əlbəttə, bilir. Türklər Aslan, ərəblər Əsəd deyirlər. Dos-

tumuzda ərəb şahzadələrini xatırladan nəsə var, elə bil, “Min 

bir  gecə”  nağıllarından  çıxıb.  Ona  görə  də  müsəlmanlığı 

qəbul eləyib, özünə Əsəd bəy adı götürüb. – Brailovski həvəsə 

gəlmişdi, danışa-danışa da əlini oğlanın çiyninə qoydu. – Hə, 

cənab Əsəd bəy, incimədin ki?”

 “Yox, – Leo gülümsədi, – əksinə, belə daha yaxşıdı...”

  “Aydındı,  –  Leopold  başını  tərpədib  maraqlandı.  –  Bəs 

“bəy” nədi, soyaddı?”

 “Çindi, – Leo izah elədi, – hersoq, qraf kimi əsil-nəcabət 

bildirir. Atam Bakıda neft milyonçusu olub”. 

 “Belə de... Onda “ Muhamməd Əsəd bəy” çağırarıq, – Le-

opold ucadan güldü, – belə daha sanballı səslənir...”

 “Deməli, gedirsən, – Brailovski söhbətin yönünü dəyişdi, 

onun marağının səbəbi başqaydı. – Bu qəfil səfər hardan çıx-

dı, Leo?”

 “Dayım Dorian Qüdsə, yəni Yerusəlimə çağırır, – Leopold 

təəccüblə  masanın  üstünə  baxdı.  –  Hələ  heç  nə  sifariş 

verməmisiniz? – Sonra onlara tərəf döndü. – Təsəvvür eləyir-

sənmi, Şərq, şeyxlər, qəbilələr, məscidlər, səhralar, dəvə kar-

vanları, göbək rəqsi... Həyəcanlandırıcıdı, elə deyil?”

 “Lap nağıla oxşayır, bir çadralı qadın da alarsan, hər şey 

düzələr,  –  Brailovski  zarafata  keçdi.  –  Fikrində  qətisənsə, 

daha sözüm yoxdu!”

 Artıq Leopold özünü yetirən ofisianta sifarişlərini verirdi, 

sonra onlara tərəf döndü. 

 “Zarafat nədi, dostum, işdən çıxmışam, “Frankfurter Zey-

tunq” qəzetilə sərbəst müqavilə bağlamışam, yol biletimi belə 

almışam.  Sabah  Münhenə  gedirəm,  “Şərq  ekspressi”nə  çat-

malıyam”.

  Brailovskinin  təəccübdən  gözləri  böyüdü:  bir  buna  bax, 

“United  Teleqraf”  kimi  qəzetlə  beləcə,  asanlıqla  vidalaşır, 

iyirmi iki yaşında, az qala, dünyanın o başına yollanır.




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə