Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə57/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   53   54   55   56   57   58   59   60   ...   185

185

***


...Bu duyğularla da qışın, yazın, yayın necə keçdiyini hiss 

eləmədi. Sıxıntıları bitib-tükənmək bilmirdi. 

 Payızın axırında gözlənilən hadisənin şahidi oldu: ingilislər 

təzyiq  və  silah  gücünə,  elə  bil,  başına  gələcək  vaqeəni  qa-

baqcadan hiss eləyən, “Mən taxtda yox, üstünü kül basmış 

atıçin üstündə oturdum” deyən Sultanı taxt-tacdan əl çəkmək 

məcburiyyətində  qoymuşdular.  Sultan  Vahidəddin  saray 

əhlini yığıb vidalaşmış, Maltaya gedən gəmiyə minmək üçün 

limana getmiş, gümüş portsiqarındakı son siqarını yandıran-

dan sonra portsiqarı da, çaxmağı da onu gətirən əsgərlərdən 

birinə verib: “Övladım, – demişdi, – bunlar millətin malıdı, apar 

xəzinədə  qeydiyyatdan  kecirt.  Əgər  bunları  qeydə  aldırmasan, 

axirətdə iki əlim yaxanda olacaq”.

 Beləcə, Sultan İtaliyaya üz tutmuş, Xəlifə məqamı Əbdül-

məcidə  həvalə  olunmuşdu,  amma  görünür,  bu  da  uzun 

çəkməyəcəkdi.

 Məmləkəti yunanlardan təmizləyən millətçi qüvvələrin İs-

tanbula  yolu  açılmışdı.  İşğalın  başa  çatması  onu  sevindirir, 

öləzimiş  ümidlərini  bir  qədər  artırırdı.  Hər  halda,  Vətənə 

yolu bağlansa da, elə İstanbulda qalıb yeni hökumətlə işləyə 

bilərdi; Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu onu tanı-

yırdılar, münasib işə düzəlməkdə kömək eləyərdilər.

 Amma ilin son günlərində Mir Abdulladan aldığı məktub 

bütün düşüncələrini alt-üst elədi: qardaşı çətin günlər yaşa-

yırdı,  acınacaqlı  həyatı  özünü  göstərmişdi,  həkimlər  onda 

vərəm  əlamətləri  tapmışdılar.  Deməli,  taleyində  Parisə 

getmək də varmış. Fikirləşdi, yaxşı ki, zaman, ara və çətinliklər 

var, bəzən ancaq onların hesabına kimlərin bizdən ötrü doğma və 

yad olduqlarını dərk eləyirik... 

 Beləcə, daha bir ayrılıq məqamı yetişdi...

  Ömrü,  az  qala,  ayrılıqlarla  keçmişdi:  özünü  tanıyandan 

ata-anasından,  qardaş-bacılarından,  uşaqlıq  dostlarından, 

sevdiklərindən, əqidə yoldaşlarından, həmkarlarından ayrıl-



186

mışdı,  indi  də  ağır  günlərinin  şahidi  olan  bu  şəhərdən  və 

ünsiyyətdə olduğu beş-üç nəfərdən ayrılacaqdı. 

  Əvvəla,  az  qala,  üç  il  ərzində  ona  ana-bacılıq  eləmiş 

Xeyriyyə  xanımdan,  ev  sahibəsinin  xidmətini  əsirgəməmiş 

oğlu Sübhidən, həmişə görüşünə şad olan Xeyri Əfəndidən, 

çətin məqamlarında yanında olan Qamət Əfəndidən, arada-

bir görüşüb dərdləşdiyi Xariciyyə Nazirliyinin məmuru Fikri 

Əfəndidən  ayrılacaqdı;  çox  sevdiyi  Qızılbuynuzdan,  liman-

dan Süleymaniyyə yoxuşuna dikələn yoxuşdakı evdə yaşadı-

ğı otağından, yazı masasından ayrılacaqdı... 

 Ah, bu ayrılıqlar!

 Bu ayrılığın sonunda vüsal vardımı, bir də yolu bu şəhərə 

düşəcəkdimi? Kim bilir?



 İnsan yaşayır, ətrafındakı adamlara gözəgörünməz tellərlə bağla-

nır;  vaxt  gəlir,  ayrılıq  məqamı  yetişir,  o  bağlar  dartılıb  kamanın 

simləri kimi ürəkdağlayan səslər çıxara-çıxara qırılır; hər dəfə tellər 

qırılanda da insan qəlbində dözülməz ağrılar duyur...

 Yığıb-yığışdırmalı elə bir şeyi də yox idi: əynindəkindən 

başqa bir dəst paltarı, kitabları, əlyazmaları, rəsmləri, gündə-

likləri,  qardaşından  və  sevdiklərindən  aldığı  məktublar  ça-

madanına  gen-bol  sığışırdı;  vidalaşmalı  bir-iki  adam  vardı: 

Nağı bəyin harda yaşadığını bilmirdi, Şəfi bəyləsə ötən həftə 

görüşmüşdü,  getdiyindən  xəbər  tutsa,  yəqin  ki,  kədərlə-

nəcəkdi...

 Onu Heydərpaşa vağzalından yola salmağa Fikri Əfəndi 

və Qamət Əfəndi gəlmişdilər...

  ...“Konstantinopol-Paris”  “Şərq  ekspressi”nin  ikinci 

dərəcəli vaqonundakı kupesinin pəncərəsindən şəhərin get-

gedə  uzaqlaşan  mənzərələrinə,  sonra  Tpakiyanın  bərəkətli 

çöllərinə baxa-baxa taleyin qəribə dönüşləri barədə düşünür-

dü: heç vaxt Parisə getmək fikrinə düşməmiş, əqidə yoldaşla-

rının  bir  çoxunun,  üstəlik,  qardaşının  orda  olması  belə, 

qəlbində Parisə üz tutmaq istəyi oyatmamışdı. 

 İndi, budur, gedir, həm də geri dönüb-dönməyəcəyini bil-

mir...



187

  Vyanada  dayanıb  professor  Fridrix  fon  Kraelitzlə 

görüşməyə də vaxtı yox idi. Yaxşı ki, kitabını ona göndərdi. 

Fon  Kraelitz  də  təşəkkür  dolu  məktub  göndərib,  rəyini 

mətbuatda bildirəcəyini vəd eləmişdi. Görəsən, vədini yerinə 

yetirdimi?

 “Həqiqətən yeni həyat başlamaq üçün, – öz-özünə deyirdi, 

–  məni  keçmişə  doğru  çəkən  şeylərdən  yaxanı  qurtarmalı, 

onun barəsində düşünməməli, ona heyifsilənməməliyəm...”

 Amma bunu bacaracaqdımı?

 ...Qatarın dayandığı stansiyalarda bir hovurluğa varondan 

enir, qış havasını ciyərlərinə çəkə-çəkə gəzişir, taleyin atdığı 

yerlərə maraqla nəzər salırdı.

 Nəhayət, qatar Paris vağzalında dayandı...

  Yusif  Vəziri  kimsə  qarşılamadı,  gələcəyini  kimsəyə  də 

deməmişdi. Budapeştdən bəri yoldaşlıq eləyən, əslində, sus-

maqdan başqa işi olmayan tiplə vidalaşdı, perrona enib çıxışa 

doğru irəlilədi...

 Artıq Parisdəydi. Bu məmləkətdə, bu şəhərdə onu nələr 

gözləyirdi?




188

XII FƏSİL

ADADAN QƏLƏBƏLİYƏ

 Lev Nussimbaum

 Hamburq, Berlin 

 Sentyabr 1921-ci-oktyabr 1922-ci il

 ...Ata-oğul heyrətdən donub qalmışdılar...

  Oskarın  ağızdolusu  təriflədiyi  yer,  əslində,  adi  məktəb, 

hətta, internat-məktəb yox, bir növ sanatoriya-məktəb idi. Elə 

bil, dünyanın pislikləri, müharibə dəhşətləri, çevrilişlər, siya-

si  çalxantılar  bura  gəlib  çatmamışdı:  müəllimlərlə  yanaşı 

həkimlər,  tibb  bacıları,  xidmətçilər  vardı,  uşaqlar  müalicə 

oluna-oluna da oxuya bilərdilər. Əlbəttə, bu cür şərait Abram 

Nussimbaumun ürəyindən idi, oğlu sarıdan bir nigarançılığı 

qalmayacaqdı. Amma bütün bunları göstərə-göstərə həvəslə, 

ağızdolusu  danışan  ahıl  həkimə,  məktəb-sanatoriyanın 

müdirinə  baxa-baxa  cibindəki  pulu  hesablayırdı:  yaxın 

müddətdə oğlunun təhsili üçün vəsait tapmasaydı, işləri çətin 

olacaqdı. Bundan ötrü gərək Parisə qayıdaydı, çünki Noam 

onun səhmlərini sərfəli qiymətə satmağa söz vermişdi. Bakı-

da qalan, bolşeviklərin sərəncamında olan əmlakın səhmlə-




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə