Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə53/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   49   50   51   52   53   54   55   56   ...   185

173

küçələrində gəzdiklərini, bir-birinə necə böyük sevgiylə bax-

dıqlarını  xəyalında  canlandırırdı.  Hələ  bığının  uclarını  da 

Əlipaşa kimi burub yuxarı qaldırmışdı, üstəlik, onun kimi şıq 

geyinməyə çalışırdı.

 Əlipaşagili bir də Kiyevdən qayıdanda, İstanbula yollan-

maq ərəfəsində gördü. Aradan xeyli keçsə də, həmin nəciblik, 

gözəllik, elə bil, zərrə qədər də əskilməmişdi, amma artıq üç 

uşaqları vardı. Hələ də eyni məhəllədə yaşayan Zeynal bəyin 

dediyinə görə, bu cür sevgi hamıya qismət olmur, uşaqlarının 

adını İslam, Əli və Tamara qoyublar, ailəliklə gəzməyi, dost-

tanışlarını qonaq eləməyi çox sevirlər.

 Sonra da Əlipaşanın Gəncədə öldürüldüyünü təsadüfən 

Xəlil bəydən eşitdi, daha doğrusu, Xəlil bəy Gəncə üsyanında 

öldürülənlər  arasında  onun  adını  çəkəndə  əvvəlcə  fikir 

vermədi,  görünür,  həmin  məqamda  fikri  çox  dağınıq  idi. 

Səfarətin işinə xitam verib yazı-pozuya qayıtdığı günlərdə o 

söhbəti qəfildən xatırlayıb baş verənləri dərk elədi: müsəlman 

oğlanla xristian qızın sevgisi, narahat illər, Cümhuriyyət uğ-

runda  qurban  verilən  həyat  –  bundan  gözəl  mövzu  nə  ola 

bilər!  Əlbəttə,  özü  də  Cümhuriyyət  uğrunda  mübarizənin 

qurbanıydı, Əlipaşa kimi Gəncə körpüsündə həlak olmamış-

dısa, burda – Cümhuriyyətə xidmət üçün göndərildiyi yerdə 

unudulmuş, taleyilə təkbətək qoyulmuşdu.

 Qəhrəmanlarını özüylə “götürüb” saatlarla küçələrdə do-

laşır, Qızılbuynuza enib Boğazın mənzərəsinə tamaşa eləyir, 

Bakının  görüntülərini  yaddaşının  saxlancından  tapıb  üzə 

çıxarır, Qamət Əfəndinin qəhvəxanasında oturub xatırladıq-

larını ipə-sapa düzür, axşamlar Xeyriyyə xanımın göndərdiyi 

qəhvəni  içəndən  sonra  masa  arxasında  əyləşirdi.  Həmin 

məqamlarda xəyalən getdiyi şəhərin neft qoxuyan havasını, 

tozunu,  küləyini  canında  hiss  eləyir,  məktəb  yoldaşlarının 

durğun  fiqurlarını  hərəkətə  gətirir,  illər  arxasında  qalmış 

həyatı  bütün  çalarlarıyla  canlandırmağa  can  atırdı.  Məktəb 

yoldaşları  Rəcəb,  Həsən  və  Mürsəl  də  onun  hökmüylə 

hadisələrə qarışır, kağıza köçürdüyü hekayətdə öz yerlərini 




174

tuturdular. Gündən-günə irəli gedən, şaxələnən hekayət artıq 

iradəsindən  asılı  deyildi,  bəzən  özünün  də  gözləmədiyi 

məqamları ortaya çıxarırdı.

 

***


  ...Aşqabadı  da  tez-tez  xatırlayırdı.  Taleyi  bu  şəhərlə  çox 

bağlıydı. 

  Ağdamda  bitkilərdən  dərman  nüsxəsi  yazıb  ailəsinin 

güzəranını təmin eləyən atası Mirbaba üç dəfə evlənmişdi: bi-

rincini  boşamış,  ikinci  rəhmətə  getmişdi;  üçüncü  kərə  də 

bəxtinə  çıxan,  özü  də  seyid  nəslindən  olan  arvadı  Seyid 

Əzizsə ona üç oğlan, dörd qız bəxş eləmişdi.

 Yusif anadan olanda atası Mir Baba Aşqabaddaymış. Şuşa-

dan teleqram alır ki, bəs hicri təqvimilə 1321-ci il rəcəb ayının 

20-də (1887-ci il sentyabrın 20-də) oğlun dünyaya gəlib. Elə o 

günlərdə  də  qonağı  olduğu  dostunun  qız  övladı  doğulub-

muş.  Sevincək  olub  böyüyəndə  onları  evləndirməyi  əhd 

eləyiblər. Sonra Mir Baba Şuşaya məktub göndərir ki, uşağın 

adını  Mir  Yusif  qoyun.  Atası  İran  təqviminə  də  baxmış, 

rəcəbəl-əl-mərəccəb  ayında  doğulanların  ömrünün  çətin 

keçəcəyini də öyrənmişdi. Bəlkə, elə bu səbəbdən də ortancıl 

oğlunun taleyi sarıdan çox narahatlıq keçirirdi.

  Sonra  hamının  “Kor  Xəlifə”  çağırdığı  Molla  Mehdinin 

məktəbində  oxumağa  getdi.  “O  zaman  məktəblərdə  dərs  fars 

dilində keçilərdi, türkcə məktəb yox idi. – Sonralar yazacaqdı. – 

Yazma çərəkə vasitəsilə əlifba öyrədildikdən sonra Quran, Sədi, Ha-

fiz,  “Tarixi-Nadir”,  “Cameyi-Abbas”  oxudardılar,  “məşq”  yazdı-

rardılar... Şagird Quranı oxuyub bitirdikdə müəllim ona bərk bir 

şapalaq çəkər, sonra əllərinin baş barmaqlarını iplə bağlayıb Qura-

nın üstünə qoyardı, yanına da bir şagird qoşub evlərinə xələt dalın-

ca göndərərdi...” Müəllim narazı qalandasa şagirdin ayaqlarını 

falaqqaya saldırıb çubuqla döydürərdi. 

  Elə  bu  səbəbdən  atası  onu Ağdama  aparıb  təhsililə  özü 

məşğul olmaq qərarına gəlmişdi. Fars-türk lüğəti, çərəkə yaz-




175

mışdı,  Mir  Yusifə  türk  və  fars  dilləri  öyrədirdi,  üstəlik,  rus 

dilinin vacibliyini dərk eləyib, onu Muradbəyli məktəbinə də 

göndərdi. Burada bir il охuyub еdadiyyə məktəbinə girmək 

üçün Şuşaya qayıtdı, əvvəl Qara Hüsеynalının, Camal bəyin 

хüsusi məktəblərində, sоnra Haşım bəy Vəzirоvun müdir ol-

duğu türk-rus məktəbində охudu. 

 Bir ildən sоnra böyük qardaşı Mir Əbülhəsənin охuduğu 

Şuşa еdadiyyə məktəbinin birinci hazırlıq sinfinə getdi. Orda 

fransız dilini “Firəng Əhməd” – Əhməd bəy Ağayеv, şəriət 

dərsini Mirzə Sadıq, hazırlıq sinfində türk dilinisə Haşım bəy 

Vəzirоv kеçirdi. Məktəbin dirеktоru, qalan müəllimlərisə rus 

idilər.  “Məktəbin  formasını  sevinclə  geyindim,  –  xatirələrində 

qeyd eləyəcəkdi. – Bu da bluz, kənarı sarı zehli şapkadan ibarət 



idi: şapkamızın qabağında bürünc yarpaq arasında “ŞRU” (Şuşa 

realnı  məktəbi)  hərfləri  düzülmüşdü.  O  vaxt  bu  məktəbə  girmək 

türklər arasında böyük şərəf sayılırdı. Mən də şəxsən bu şərəfi du-

yur və saxlayırdım...”

 Amma həyatında daha bir məktəb də vardı, o da anası Se-

yid  Əzizin  mehriydi.  “Uzun  qış  gecələrində,  –  sonralar  yaza-

caqdı, – biz anamın ətrafında toplanar, onun xalqa əzab verən xan-



ların zülmündən, kişilərin qadınlara qarşı qəddarlığından, qızların 

qaçmaq  adətindən,  gəlinlərin  öz  ərlərinin  caynağından  qurtulub 

dəyirman  daşının  və  təndirin  arxasında  gizlənmələrindən  bəhs 

eləyən heyranedici nağıllarına və hekayələrinə qulaq asardıq...”

 Anası  məhəllədə  hörmət-izzət  sahibiydi,  sözünün  qaba-

ğında söz demirdilər. “Bir də görürdün, qışqırtı qopdu, – xatırla-

yırdı.  –  Anam  məni  götürüb  haraya  gedərdi.  Nə  görərdik:  keçəl 



Səməd əlində çomaq yaşlı qadının qabırğalarını sayır. Anam seyid 

olduğu üçün qonşular ona hörmət bəslərdilər – biz gələn kimi qovğa 

bitərdi...”

  Atası  hər  həftə  ev  xərci  üçün  iki  manat  yarım,  Mir 

Əbülhəsəndən ötrüsə bir manat pul, bəzən də anasına “Se-

yid” təxəllüsüylə yazdığı şeirlər göndərirdi. Əbülhəsən o pul-

dan artıra-artıra özünə gözəl kitabxana düzəltmişdi. Mir Yu-



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə