Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə56/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   52   53   54   55   56   57   58   59   ...   185

182

 Görüşmədilər. Yolu Bakıdan Peterburqa, Kiyevə, Saratova, 

Ağməscidə,  yenə  Bakıya  sonra  indi  əsiri  olduğu  bu  şəhərə 

düşdü...


 Amma gərək məktəbi bitirəndə Aşqabada gedəydi, xeyli 

böyüyüb gözəlləşmiş Asiyaya əhdinə vəfalı olduğunu sübut 

eləyəydi.  Kiyevdə  onu  dönə-dönə  xatırlayırdı,  həmin 

məqamda artıq fürsət quşunu əlindən uçurduğunu, Asiyaya 

sevgisinin qəlbini ömrünün axırınacan köz kimi yandıracağı-

nı bilirdi...

  Əlbəttə,  Asiya  adlandırdığı  Berta  Moiseyeva  haqqında, 

özünün  –  Muradın  ona  sevgisini  qələmə  alacaq.  Bertanın 

yəhudi olması onu zərrə qədər də narahat eləmirdi. “Mən in-

sanlara onların milliyyətinə və dininə görə münasibət bəsləmi rəm, 

–  yazırdı.  –  Mən  bütün  millətlərin,  dinlərin,  qadın  və  kişilərin 

bərabərliyinə  inanıram.  Mən  həqiqət  və  insanlıq  üçün  hamını 

birliyə çağırıram...” 

 “Bir cavanın gündəliyi”ni yazsa da, Asiya barədə duyğula-

rını ürəyincə ifadə eləyə bilməyib, bəlkə sonralar onu səhra 

günəşinin qovurduğu, sivil aləmdən uzaq yerdə yox, burda 

–  İstanbulda,  ruhuna  doğma  olan  Qızılbuynuzda  təsvir 

eləyəcəkdi...

 Atası qarışıqlıq düşəndən Ağdamdakı dükanını bağlayıb 

Şuşaya  yığışmışdı,  həm  şəhərdəki  vəziyyət,  həm  əlinin 

gətirməməsi kişinin əsəblərini pozub yatağa salmışdı. Fevra-

lın iyirmisindəsə bu dünyayla vidalaşıb oğluyla aralarındakı 

uçurumu yox elədi, incikliyini də sonsuz kədərə çevirdi... 

 ...Amma ondan sonra da doğma dilində yazmağa başla-

dı. Elə Bakıya gəldiyinin ilk aylarında birinci hekayəsi olan 

“Şaqqulunun xeyir işi”ni götürüb “İslamiyyə” otelində yaşa-

yan Əbdürrəhim bəy Haqverdiyevin yanına getdi. “Dəftəri 



açdı,  –  illər  keçəndən  sonra  xatırlayırdı,  –  başdan-ayağa 

səhvlərimi düzəldərək oxudu, bəzi yerlərinə xarakteristik cümlələr 

əlavə eləyib, hekayəni bəyəndiyini dadlı sözlər və cümlələrlə bəyan 

etdi...”


183

  Hekayəni  zərfə  qoyub  Tiflisə,  “Molla  Nəsrəddin”  məc-

muəsinin  redaksiyasına  göndərdi,  intizarla  çapını  gözlədi. 

Tiflisdənsə səs çıxmadı ki, çıxmadı. Dalbadal bir neçə yazı da 

göndərdi, yenə Molla Əminin “qəlbinə girə” bilmədi. Axırda 

giley və inad dolu məktub yazdı: “Nə qədər sizə kağız yazıram, 



heç çap eləmirsiniz. Görünür ki, “əlinizdən düşür zənbilə”. Amma 

nə qədər çap eləməsəniz də, yenə sizdən əl çəkməyəcəyəm və hər nə 

şikayətim olsa da, sizə eləyəcəyəm...”

 “Şaqqulunun xeyir işi” “Səda” qəzetində işıq üzü görəndə 

artıq Kiyevdəydi...

  Fevralda  yenicə  yazdığı  daha  bir  yazısını  –  “Saranın 



hekayəsi”ni götürüb Əbdürrəhim bəyə baş çəkəndə onu qonşu 

31-ci otaqda yaşayan Üzeyir bəyin yanında tapdı. Orda adla-

rını tanıdığı Süleyman Sani Axundovu, Hüseyn Ərəblinskini, 

Hüseynqulu Sarabskini, Zülfüqarı və Ceyhunu gördü. Üzeyir 

bəy onda “Şeyx Sənan” operası üzərində çalışırdı. Əbdürrəhim 

bəy onu Ərəblinskiyə də, Sarabskiyə də təqdim elədi, heka-

yəsini oxuyub məsləhət verdi, Zülfüqar, Üzeyir və Ceyhun 

Şuşayla, qohumlarıyla, dərslərilə maraqlandılar. Yusif Vəzir 

onda otaqdakı yaradıcılıq havasındsan vəcdə gəlmişdi: “Oh! 

Nə qədər ümid və səmimi həzz! Biri pianino, başqası mandolina ça-

lır, notlar yerə səpələnib, kitablar dolabın arxasındakı rəfdə şairanə 

şəkildə düzülüblər...”

  Kirayə  otağındakı  tənhalıq  məqamlarındasa  dərdini 

gündəliklərinə tökürdü: “Ey mənim gündəliyim! Bu dəfə məni 

sakitləşdir, xeyir-dua ver. Öz səhifələrində mənə aydınlaşdır ki, mən 

nələr çəkmişəm və nahaq yerə öz vicdanıma belə əziyyət vermişəm. 

Nahaq yerə başımın üzərində ildırım çaxır, kədər qəlbimi sarır!!! 

Nahaq yerə!!!” 

 ...On iki il əvvəl, bir yay günündə anasının vəfatını xatırla-

yırdı. Ovaxtkı əlacsızlığın ağrısı illərlə qəlbindən silinmədi. 

Bir neçə il sonra “Arvadlarımızın halı” hekayəsini qələmə alan-

da əvvəlinə yazdı: “Vaxtsız vəfat etmiş anam Seyid Əziz Seyid 

Hüseyn  qızına  ithaf  edirəm”.  Düzdü,  o  vaxtacan  artıq  “Səfa 



184

mətbəəsində “İki hekayə”, “Üç hekayə” və “Kaspi” mətbəəsində 



“Məlikməmməd”  kitabları  çap  olunmuşdu,  amma  həmin 

hekayə  1913-cü  ildə  Orucov  qardaşlarının  mətbəəsində  işıq 

üzü görəndə sevincindən uçmağa qanad istəyirdi. 

 “Məlikməmməd” nağılını “Əli xan Çəmənzəminli”, hekayə-

lərinisə “Əliqulu xan Çəmənzəminli” imzasıyla nəşr etdirmişdi, 

bununla həm dar günündə hoyuna çatan çəmənzəminlilərə 

borcunu az da olsa, ödəmiş, həm də rəhmətlik anasına verdi-

yi sözə əməl eləmişdi. 

  Sonra  “Səda”  mətbəəsində  eyni  ildə  “Qanlı  göz  yaşları”, 

“Həyat səhifələri” və “Cənnətin qəbzi” kitablarını da çap elədi. 

Bir ildə düz dörd kitab! Üstəlik, cəmi iyirmi beş yaşı olanda 

Firudin  bəy  Köçərli  Qoridən  “Divanə”  adlandırdığı  yeddi 

hekayədən ibarət kitabına rəy yazıb göndərmişdi. “Yazdığınız 



hekayələr artıq dərəcədə xoşuma gəldi, ikinci dəfə onları şagirdlərimə 

oxudum  və  asari-qələmiyyənizlə  onları  tanış  elədim...  Sizin 

gələcəkdə müqtədir bir yazıçı olacağınıza şübhə yoxdur...” 

 Seyid Hüseyn də müəllifə və kitaba xüsusi dəyər vermişdi: 



“Möhtərəm  Yusifbəy  Vəzirov  (Çəmənzəminli)  cənabları  hekayə-

çilikdə böyük bir mövqe qazanmışdır. Onun yazdığı hekayələr həm 

milli Qafqaz məişətimizin və cəmaətimizin həyat və məişətini təsvir 

eləyir...”

  Firudin  bəy  “Həyat  hekayələri”nə  görə  ona  daha  bir 

müfəssəl məktub yazmışdı. O yay Haşım bəy də fikrini Firuzə 

yaylağında  dincələn  Yusif  Vəzirə  çatdırmışdı.  Kitab  barədə 

Ceyhun bəy “Dağıstani” imzasıyla rəyini çap etdirmiş, başqa 

bir rəyi Mirhəsən “Kazımoğlu” təxəllüsülə qələmə almışdı... 

 Kiyev müsəlman tələbələrinin nəşriyyatında çap olunan o 

kitablar Yusif Vəziri yetkin yazıçı kimi tanıtmışdı...

 Bir neçə ay sonra da Kiyev və Aşqabad arasında yazdığı, 

tələbələrin həyatından bəhs eləyən “Günah” romanının ilk va-

riantını bitirmişdi...

  Sonra  düz  səkkiz  il  ürəyi  istəyən  yazıları  qələmə  ala 

bilmədi...

 O illəri ömrünün itirilmiş dövrü sayırdı...




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə