Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə65/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   61   62   63   64   65   66   67   68   ...   185

211

tamaşa eləmiş, qəhvəxanalarda oturmuş, Şərqin ruhunu duy-

mağa can atmışdı. O payız günlərini çox-çox sonralar belə xa-

tırlayacaqdı:



  “Axşamdı.  Böyük  Qalata  körpüsü  üzərində  durur,  limanın 

fəaliyyətinə  göz  qoyuram,  gəmi  və  qayıqları  görür,  minlərlə  səsi 

eşidirəm. Qarşımda Xalicin suları, sağ tərəfdə Qalata, təpədə Pera, 

soldasa maviyə çalan İstanbul haləsi var. Bu şəhərdən hərarət yayıl-

mır;  adamlar  burda  eynilə  Avropa  şəhərlərində  olduğu  kimi  qa-

çaqaçlı  mövcudluq  mübarizəsi  aparırlar.  Bu  onların  səhvidirmi, 

yoxsa bu şəhər yeni bir ruh oyada bilməyəcək qədər köhnəlib, ya da 

yayılıbmı?”

  ...Amma  otuz  il  sonra  bu  şəhərə  işgüzar  səfərə  gələcək, 

adamları barədə tamamilə başqa fikirdə olacaqdı. Küləkli bir 

gündə papağını itirəndən sonra təzəsini almaq üçün dükana 

girəcək,  aldığı  papağın  pulunu  verəndə  dükançı  götür-

məyəcək:  “Sən  bizim  qardaşımızsan,  biz  qardaşımızdan  pul 

götürmərik” deyəcəkdi; həmin məqamda İstanbulla ilk təma-

sını xatırlayıb mütəəssir olacaqdı...

 ...O günlərin birində bəxti gətirib İsgəndərunda tanış oldu-

ğu  yol  yoldaşının  vasitəsilə  Muhamməd  Əsəd  Ərbili 

həzrətlərinin həmsöhbəti olmuşdu. Bir qədər uzunboylu, ağ 

saqqallı, qıyıqgözlü, qaraşın, cüssəli, vüqarlı və şirin danışıqlı 

şəxs onun yaddaşında dərin iz buraxmışdı. Yaşı yetmişi öt-

müş həmsöhbəti ata-anası tərəfdən seyid idi, atası Muhamməd 

Səid  Əfəndi  Ərbildəki  Xalidi  təkkəsinin  şeyxi  olmuşdu. 

Təhsilini Ərbildə və Deyrdə alandan sonra elə Leopold yaşın-

da Nəqşi-xalidi şeyxi Taha Həririnin müridi olub həccə get-

miş, ordan Konstantinopola qayıdıb ruhani dərslər verməyə 

başlamış,  Kəlami  dərgahının  şeyxliyinəcən  yüksəlmişdi. 

Həyatında  Sultan  Əbdülhəmid xanın  hökmüylə Ərbilə  sür-

gün,  məşrutiyyətçilərin  dəvətilə  Konstantinopola  qayıtmaq, 

Üsküdardakı Səlimiyyə dərgahının şeyxliyi, Sultan Rəşadın 

sevgisi,  Fövzi  Çakmak  Paşayla  görüşlər,  Məclisi-Meşayıh 

sədrliyi də vardı. Artıq səkkiz il idi ki, sədrlikdən istefa verib 




212

ruhani güzəran keçirirdi. Dini əsərləri, ərəb müəlliflərindən 

tərcümələri,  türkcə  və  farsca  divanı,  Ərbildən  Avropanın 

mərkəzinədək bir çox yerlərdə müridləri vardı.

 Yol yoldaşı danışmışdı ki, bir yapon generalı islamı qəbul 

eləyib Konstantinopola gəlir, Kəlami dərgahında Muhamməd 

Əsəd Ərbili həzrətlərinin zikr məclislərində olur, gedəndəsə 

deyir: “...Allah, Allah!” deyib zikr eləməkdə böyük qüvvə var. Pad-



şahlar da belə, “Allah, Allah” desələr, top-tüfəng qüvvəsinin hökmü 

olmaz!”

 Leopold Veys itibaxışlı, söhbəti ağlagəlməz təsir göstərən 

Ərbili  həzrətlərinin  söylədiklərini  lütfkar  yol  yoldaşının 

tərcüməsi  sayəsində  başa  düşdüyünə  heyifsilənirdi.  Onda 

özünə qəti söz vermişdi ki, ərəb dilini mükəmməl öyrənəcək, 

Quranın sirlərinə vaqif olacaq.

 “Bir gün yanıma bir dinsiz gəlmişdi, – Ərbili həzrətləri de-

yirdi,  –  müsəlmanlardan  şikayət  eləyirdi:  “Bütün  pisliklər 

müsəlmanlardadı, yalançılıq, oğurluq kimi pisliklər onlarda-

dı, bu necə dindi axı?! Dedim, sənin bu söylədiklərin dinimi-

zin böyüklüyünə sübutdu. Başqa dinlər batil olduğuna görə, 

şeytan  onlara  o  qədər  də  baş  qoşmur.  Çünki  boş  evə  oğru 

girməz”.

 Əlbəttə, Ərbili həzrətlərinin başqa dinləri batini sayması 

Leonun xoşuna gəlməmişdi, bununla belə, etirazını da büruzə 

verməmişdi. Ərbili həzrətləri onu Şərqə, islam dininə maraq 

göstərən  alman  kimi  qəbul  elədi  –  nolar,  qoy  belə  olsun. 

Amma müdrik qocanın illərlə topladığı dəryadan bir damcı 

götürdüyünə görə, özündən razıydı. Şeyx islam dininin təməl 

prinsiplərini çox sadə dillə izah eləmişdi.

  Axırda  həmsöhbəti  ona  divanı  barədə  də  sual  verdi, 

bircə  şerini  söyləməyi  xahiş  elədi.  Ərbili  həzrətlərinin 

sifətinə  nur  çiləndi,  səsi  yumşalıb  həzinləşdi:  Könül,  nurlu 

camalından  həbibim  bir  ziya  istər,  /  Gözüm  haqqı-rəhindən,  ey 

təbibim, tutiya istər...



213

  Leopold  Veys  şerin  musiqisini  duyurdu,  amma  tərcü-

məçinin onu olduğu kimi çatdıra bilməməsini də anlayırdı. 

Gərək dili biləsən ki, vasitəçiyə ehtiyacın qalmaya...

***

 Bir həftəlik səfərin üç aydan artıq çəkməsi Leopold Veysi, 



elə bil, bir qədər böyüdüb yetkinləşdirmişdi. Qüds, Fələstin 

və Qahirə səfəri, doktor Veysmanla görüş, Muhamməd Əsəd 

Ərbili  həzrətlərilə  ünsiyyət,  üstəlik,  dayısının  gərəkli 

məsləhəti... – bu ağlagəlməz dərəcədə tez başa çatan səfərdə 

az deyildi. Əlbəttə, Vyanada qatardan düşə, xətrinə dəydiyi 

atasıyla  barışmağa  cəhd  göstərə  bilərdi.  Amma  yox,  hələ 

evdən baş götürüb gedəndə qarşısına qoyduğu məqsədə – la-

yiq olduğu məqama çatmamışdı. Berlində işlərini yoluna qo-

yacaq, sonra atasından əfv diləyəcəkdi. 

 Düzdü, Qalisiyada doğulmuşdu, Vyanada və Berlində ya-

şamışdı, amma özünün ruhən Şərqə mənsubluğu duyğusun-

dan yaxa da qurtara bilmirdi. Bu təsadüf idimi? Çətin ki, belə 

olsun. Bəs dostu Rolf Bodmershof? Bəs elə bir neçə ay əvvəl 

Aleksandr Brailovskinin tanış elədiyi oğlan – Lev Nussimba-

um?  Adaşı  zəkalı  oğlana  oxşayır,  gələcəkdə  ondan  mütləq 

nəsə çıxacaq. Canında şərqli ehtirası var, bu yaşında başına 

kifayət  qədər  maraqlı  macəralar  gəlib,  xeyli  ölkələr  gəzib-

görüb – bütün bunlar izsiz-tozsuz ötüşə bilməz.

  Qatar  yenicə  işğaldan  qurtulmuş  Trakiya  torpağından, 

Bolqarıstandan, süquta uğramış Avstriya-Macarıstan ərazilə-

rindən keçirdi. Leopold Veys atasının cismani yaxınlığını hiss 

eləyir, qatardan düşməmək üçün özünü dilə tutmalı olurdu. 

Az qala, on il əvvəl evdən qaçıb başqa ad altında orduya qo-

şulduğu  vaxtları,  atasının  onu  tapmaq  üçün  hansı  əzablar 

çəkdiyini, universitetdə dərslərə necə həvəsiz getdiyini xatır-

ladı. Berlində ilk vaxtlar güzəranını təmin eləmək üçün anası-

nın yadigar üzüyünü satmaq məcburiyyətində qalması indi 

də yaddaşını köz kimi yandırırdı. Amma daha yolu bəllidi, 




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə