Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə73/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   69   70   71   72   73   74   75   76   ...   185

237

 Amma bu cür ikili həyat yaşamaq Leo Nussimbaumun xo-

şuna  gəlirdi.  Öz  fantaziya  və  üllüziyalarından  başqa  kənar 

təsirlərə uymamaq özünəinamını artırır, onu oynadığı rolun 

düzgünlüyünə  inandırırdı.  Gərgin  həyat  tərzi  sanki  Leoya 

əlavə  qüvvə  verirdi;  düzdü,  geyimini,  ləhcəsini,  ədalarını, 

həyata  baxışlarını  ələ  salırdılar,  amma  belə  vaxtlarda  daha 

dözümlü, təmkinli və vüqarlı görünməyə çalışır, bu da onu 

təbdən çıxara bilməyən yaşıdlarının, az qala, düşməncəsinə 

münasibətinə  səbəb  olurdu.  Kinayəli,  həqiqətlə  fantaziyanı 

qarışdırıb  danışmağı,  həmsöhbətlərini  çaşdırıb-heyrətlən-

dirməyi mənimsəmişdi, bundan da əməlli-başlı zövq alırdı.

  Elə  həmin  vaxtlarda  da  ilk  sevgiyə  oxşar  duyğunu  hiss 

elədi.  Sarışın  gözəl  Yevgeniya  Flattın  artıq  yetərincə  həyat 

təcrübəsi vardı, oxuya-oxuya manekenliklə məşğul olur, son 

dəb geyimlərini nümayiş etdirirdi; bununla belə, oxumaqla 

arası yox idi, daim bəzənib-düzənirdi. Gözəlliyi, hətta, Leo-

nid Pasternakın da diqqətini çəkmiş, portretini işləmişdi. Leo 

Yevgeniyaya, demək olar, vurulmuşdu, var-gücüylə çalışırdı 

ki,  xoşuna  gəlsin,  bundan  ötrü,  az  qala,  dəridən-qabıqdan 

çıxırdı. Amma bədbəxtlikdən rəqibi vardı: qızın ətrafında Jorj 

Litader adlı bir tip də fırlanırdı. 

 Nəticədə sarışın gözəl heç birinə qismət olmadı, özünün 

dediyi kimi, “gonbul, nəzakətli, çox savadlı və ağıllı, üstəlik, 

varlı” bir adama qoşulub Amerikaya getdi. Əlbəttə, Yevgeni-

ya Jorja – təkəbbürlü rəqibinə qismət olsaydı, daha çox əzab 

çəkərdi, bununla belə, qızın yaşlı, gonbul, amma varlı adamı 

ondan  üstün  tutması  çoxdan  gəldiyi  qənaəti  bir  daha 

möhkəmləndirdi: həyatda çox şeyi pul həll eləyir, Leo, sənin 

də kifayət qədər pulun olanda o cür gözəllər özləri ayağına 

gələcəklər!

 “Müsəlmanlığı qəbul eləməsi” də hələ ancaq özündən ötrü 

idi. Əslində, seminariyaya yazılmaqla yanaşı, Berlinin islam 

aləmilə də yaxından tanış olmağa çalışırdı. “Əsəd bəy” türk 

vətənpərvərlərinin,  Orta  Asiya  milli  dövlətlərinin  keçmiş 



238

nazirlərinin çoxluq təşkil elədikləri “İslamiyyə” cəmiyyətinə 

də gedirdi, “Bolşevizmə qarşı rus-alman liqası”na da üzv ol-

muşdu, monarxiyalı sovet quruluşunun tərəfdarı olan “Gənc 

ruslar ittifaqı”na da girmişdi... 

 

***



 Leopold Veysi tez-tez xatırlayırdı, Brailovski onun səfərdən 

qayıtdığını xəbər verəndəsə həyəcanlandı: adam Şərqdə olub, 

Allah bilir, nələr görüb-eşidib, başına hansı macəralar gəlib! 

İstirahət günü görüşə biləcəklərini öyrənəndə lap səbrini itir-

di, az qala, yuxusu ərşə çəkildi.

 Şarlottenburqdakı yay kafesində, masalardan birinin arxa-

sında ayağını ayağının üstünə aşırıb oturmuş Leopold Veys 

onun  nəzərində  əsl  fateh  idi.  Görüşəndə  də  köhnə  tanışlar 

kimi əl tutdu.

 “Hə, Əsəd bəy, məni unutmamısan ki? – Gülə-gülə soruş-

du. – Dərslərin necə gedir?”

  “Dostumuz  müsəlmanlığı  qəbul  eləyibmiş,  –  Brailovski 

xəbər verməyə tələsdi. – Həm də gizlicə. Mən də bu günlərdə 

xəbər tutmuşam”.

 “Belə de! – Leopold Veys heyrətlənib əlini sirli-sirli gülüm-

səyən  Leonun  çiyninə  vurdu.  –  Əgər  doğrudan  belədisə, 

deməli, bundan ötrü sanballı əsası var”.

 Təbii ki, söhbət dərhal Leopoldun səfəri mövzusuna keçdi. 

O  Şərq  günəşindən  bir  qədər  yanmış  sifətindəki  məmnun 

ifadəylə Qüdsə necə gedib çıxdığını, Fələstində nələr baş ver-

diyini, dayısı və doktor Veysmanla söhbətlərini, Şərqi və isla-

mı içindən öyrənməyin zəruriliyi barədə məsləhətləri danış-

dı.  Leo  maraqla  qulaq  asırdı,  hətta  ofisiantın  bayaqdan 

gətirdiyi qəhvə belə, soyumuşdu. Sonra Konstantinopoldan, 

Muhamməd Əsəd Ərbili Həzrətlərilə görüşündən danışanda 

Leo  bərk  həyəcanlandı,  hətta,  dözə  bilməyib  stulunu 

müsahibinə bir qədər yaxın çəkdi.

 Hər şey Leodan ötrü nağıla oxşayırdı: qədim Konstantino-

polun dar küçəsində təkkə, təkkənin bir hücrəsində uzun ağ 



239

saqqallı,  əmmaməli  və  əbalı  şeyx,  şeyxin  ətrafında  cavan 

müridlər, zikr mərasimi... Leopold Veys Fələstinin şəhər və 

kəndlərinə,  Qahirəyə  səfərləri  barədə  danışandasa  lap 

gerçəklik hissini itirdi. 

 Aralarındakı fərq ağlagəlməz dərəcədə böyük idi: Leopold 

artıq Şərqi içəridən öyrənirdi, hər şeyi öz gözlərilə görür, Leo-

Əsəd  bəysə  burda,  Berlində  özlərini  müsəlman  adlandıran 

adamlarla,  mühacirət  tör-töküntülərilə  oturub-durur;  Leo-

pold şeyxlə, Muhamməd Əsəd Həzrətlərilə həmsöhbət olur, 

Leo-Əsəd bəysə özünü “hind xacəsi” adlandıran Əbdül Cab-

bar  Xeyrinin  moizələrinə  qulaq  asmaq  məcburiyyətindədi; 

Leopold  Qüds,  Qahirə  və  Konstantinopol  məscidləri  və 

camelərinin möhtəşəm mənzərəsinə tamaşa eləyir, Leo-Əsəd 

bəysə Hannoverştrassedəki tütün və tər iyindən beyin çatla-

yan dar otağa; Leopold din xadimləri arasında dolaşır, Leo-

Əsəd  bəysə  cəmiyyətə  gəlib-gedənlərin  yarısının  ingilis  və 

rus casusu olmasından şübhələnir. Əlbəttə, Berlində ara-sıra 

əsl müsəlmanlarla da rastlaşır, amma belələri çox azdı, Leo-

Əsəd bəyin az müddətdə öyrəndiklərindən artıq bilmirlər.

  “Şərqə  bir  daha  qayıtmaq  fikriniz  var?”  –  Leo  axır  ki, 

gerçəkliyə qayıdıb Leopolddan soruşdu.

 “Əlbəttə, – Leo sirli-mənalı görkəm aldı, – hiss elədim ki, 

daha Şərqdən, islam aləmindən ayrı yaşaya bilmərəm. Bir ay-

lığa  burda  işlərimi  yoluna  qoymağa,  qəzetlərin  birilə  sərfəli 

müqavilə  bağlamağa  gəlmişəm,  avqustun  ortalarında  yola 

düşəcəyəm. Artıq öz missiyamı yerinə yetirmək vaxtım çatdı”.

 Leo o missiyanın nədən ibarət olduğunu soruşmadı, bu-

nun  nə  demək  olduğunu  bilirdi:  Şərqi  və  İslamı  içindən 

öyrənməkdi, vəssalam. Şübhəsiz, gözəl missiyadı, nə vaxtdı 

Leo-Əsəd  bəy  də  bunu  arzulayır,  amma  fəaliyyət  meydanı 

dardı,  hələ  təhsilini  başa  vurmalı,  iş  tapmalı,  maddi 

vəziyyətini düzəltməlidi...

  Leopold  Veys  gəldiyi  kimi  də  yoxa  çıxdı.  Brailovskinin 

dediyinə görə, artıq Şərq ölkələrini dolaşırdı. Leo-Əsəd bəysə 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə