Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə71/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   67   68   69   70   71   72   73   74   ...   185

230

 Hər dəfə maaşını alandan sonrakı istirahət günü Mirab-

dullaya baş çəkir, onun qayğılarıyla maraqlanırdı. Hər dəfə 

də  cavanlar  Bakıya  qayıdıb-qayıtmamağı  götür-qoy 

eləyirdilər. Mustafa ağa qəti qərara gəlmişdi – gedəcəkdi. Mi-

rabdullanın da könlü getməkdən yanaydı, amma qardaşının 

ağzına  baxırdı.  Həmin  məqamlarda  qəti  bir  söz  deməkdə 

tərəddüd keçirirdi.

 “Hələ deyə bilmərəm, görək nə olur”, – Yusif Vəzir onların 

ümidlərini tamam qırılmağa qoymurdu.

 Arada iki dəfə də Ceyhun bəylə görüşdü. Söhbətləri sıxın-

tı içində keçdi – hələ sevinməli bir şey yox idi: Ceyhun bəy 

“Arşın  mal  alan”ın  tamaşaya  hazırlanmasından  danışırdı, 

dediyinə görə, premyera gələn ilin yayına nəzərdə tutulmuş-

du, Üzeyir bəyin gəlişi də, təbii ki, müşkülə çevrilmişdi, özüsə 

elə hey qardaşını Vətənə çağırırdı.

 Qürbətin bir qışından da salamat çıxa bildi. Amma Klişidən 

qurtulma  yolu  görünmürdü.  Üstəlik,  Mirinin  taleyilə  bağlı 

bir qərara gəlməliydi...



231

XV FƏSİL

ŞAHZADƏ VƏ XƏLİFƏ ƏSƏD BƏY

 Lev Nussimbaum

 Berlin 

 Oktyabr 1922-ci-iyun 1924-cü illər

 Əsəd bəy!..

 Günlərin birində “İslamiyyə”dəki türk tanışıyla Berlindəki 

Osmanlı  konsulluğuna,  imamın  Hafiz  Şükrünün  yanına 

getmişdilər. İmam onu süzüb soruşmuşdu:

 “İsmi-şərifin nədi, övladım?”

 Həmin məqamda duruxmuş, qəfildən yadına Bakıda az-

saylı dostlarından biri olan Əsəd bəy Əsədullayev düşmüş-

dü:  o  bir  dəfə,  az  qala,  adaş  olduqlarını  başa  salmışdi;  sən 

demə, “Lev” də, “Əsəd” də ərəb dilində “şir” deməkmiş.

 “Əsəd bəy!” – Özü də təəccüblənə-təəccüblənə dillənmişdi. 

 “Türk-müsəlmansanmı?” – İmam onun görkəmindən türk 

olmadığını başa düşüb gülümsünmüşdü. 

 “Özümü müsəlman sayıram, – Leo birbaşa cavabdan yayı-

nıb  inamla  dillənmişdi.  –  Müsəlmanlığı  qəbul  eləmək  istə-

yirəm”.



232

 “İstəməklə müsəlman olmurlar, övladım, – İmam şəfqətlə 

demişdi, – dərk eləməklə müsəlman olurlar. Görürəm, hələ 

həyat təcrübən azdı, islamı dərk eləməyə çalış. Qurani-Şərifi 

oxu, özünü hazır sayanda gələrsən”.

  Əlbəttə,  istəyinin  rəsmiləşdirilib-rəsmiləşdirilməməsinin 

Leodan  ötrü  fərqi  yox  idi:  əqidə  Abram  Nussimbaumun 

əmlakı, yaxud Almaniyada yaşamaq izni deyildi ki, möhürlü 

sənəd istəsinlər. Leo şərqlidi, özünü müsəlman sayır, üstəlik, 

Əsəd bəy adını götürüb, vəssalam.

 Elə Leopold Veys də onu Əsəd kimi qəbul elədi. Nə olar, 

maraqlıdı, cəlbedicidi, qeyri-adidi, Şərqi xatırladan nəsə var. 

Lazım gələndə ad, lazım gələndə titul, lazım gələndəsə ləqəb 

kimi istifadə eləmək olar. Onsuz da tanışlıq verdiyi adamlara 

yəhudi olduğundan çox, Gürcüstandan, ya da Azərbaycandan 

gəldiyini deyir, qoy milliyyəti barədə kim necə istəyir, elə də 

fikirləşsin.

 Lev Nussimbaum belə vəziyyətdən məmnun idi.

 Yeni tanışı Leopold Veysə heyran qalmışdı, bir buna bax, 

cəmi  iyirmi  iki-iyirmi  üç  yaşı  var,  amma  gör  nələr  eləyib: 

evdən qaçıb, orduya qoşulub, universiteti atıb, ailəsindən baş 

götürüb gedib, kino çəkilişini nəinki gözlərilə görüb, hətta re-

jissor  assistenti  də  olub,  frau  Qorkidən  müsahibə  götürüb, 

müxbir  olub,  Şərqi  gəzməyə  yollanıb,  özünə  inamı,  savadı, 

dünyagörüşü adamı təəccübləndirir – idişi əməlli-başlı bilir, 

yəhudilərin tarixindən xəbəri var, ərəbcəni öyrənir...

 Öz millətinə münasibət baxımından Abram Nussimbaum 

liberal  mövqedə  dayanırdı:  bunu  frau  Şulte  müəyyən 

eləmişdi. Görünür, daha çox Bertanın təsirilə Leoya uşaq yaş-

larından yəhudiliyi və idişi öyrətməmişdilər. Leo bəzən elə 

indi də yəhudilərin başqalarından nəylə fərqləndiklərini dərk 

eləməkdə çətinlik çəkirdi. Məsələn, rus tanışı Viktor Yelaginlə 

bu Brailovski, Zaderman, Pasternaklar arasında nə fərq var? 

Arada  Brailovski  yəhudilər,  onların  taleyi,  tarixi  missiyası 

barədə nəsə danışmışdı, amma indi bütün bunları qavraya-

caq halda deyildi. 




233

 Ata Vladimir Nabokov öldürüləndəsə antisemitlər barədə 

danışmağa başladılar; bir neçə ay sonra yaşadıqları ölkənin 

xarici işlər naziri Valter Ratenau güllələndi, yenə antisemitləri 

asıb-kəsməyə, sionizm barədə söz açdılar: bəs bütün millətlər 

yəhudilərə qarşıdılar, onlar əcdadlarının torpaqlarına qayıt-

malı,  öz  dövlətlərini  qurmalıdılar,  həmin  yersə  Qüds,  yəni 

Yerusəlim mərkəz olmaqla Fələstin torpaqlarıdı.

 Sonra Brailovski oxuyub-eşitdiklərini danışdı: sən demə, 

yüz illər ərzində baş verən bütün inqilablar yəhudi masonla-

rın əməliymiş, məqsəd yalnız ölkələrdəki mövcud quruluşla-

rı sarsıtmaq, qarmaqarışıqlıq yaratmaq, masonların köməyilə 

bütün  xalqları  yəhudilərə  tabe  eləməkmiş.  Masonluq  nədi? 

Masonluq  da  çar  Solomonun  məbədinin  tikintisinə  başçılıq 

eləyən  Xiromla  bağlıdı:  Xirom  kütlə  üzərində  qeyri-adi 

hakimiyyətə malikmiş, istedadlı memar, heykəltəraş, dəmirçi 

olmaqla yanaşı, bütün işçiləri özünə sözsüz tabe eləməyi ba-

carırmış.  Sonra  bu  əsasda  gizli  təşkilatlar  yaradıb,  ayrı-ayrı 

ölkələrdə,  bütün  dünyada  hakmiyyəti  ələ  keçirməyə  başla-

yıblar. Rusiyada inqilabı da onlar törədiblər; Lenin də, Stalin 

də ana tərəfdən yəhudi imişlər, Trotskidən, o birilərdən da-

nışmağasa ehtiyac yoxdu; bolşevizm də masonların ideyasıdı, 

sosial inqilablar vasitəsilə dünyanı ələ keçirməkdi; Rusiyada-

kı  çevrilişi  də  elə  bu  Almaniyadakı  mason  bankirlər 

maliyyələşdiriblər.

 Leo onun dediklərinə Ratenau öldürüləndən sonra daha 

çox inanmağa başladı. Sən demə, Milyukovyu da, Ratenaunu 

da  eyni  təşkilatın  –  “Yəhudilərin  təkəbbürünə  qarşı 

Assosiasiya”nın  üzvləri  öldürüblərmiş,  məqsədləri  ölkədə 

yəhudilərin hökmranlığına son qoymaq imiş, onları da Rusi-

ya mason-bolşeviklərilə gizli əlaqələrdə günahlandırırlarmış. 

İstefada olan kapitan Lüdviq Müller fon Hauzenin on il əvvəl 

yaratdığı o təşkilat hətta “Sion müdriklərinin protokolları”nı 

almayınca çevirib yayıblarmış ki, hamını mason-semit plan-

lardan  xəbərdar  eləsinlər.  Sən  demə,  Versal  konfransında 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə