Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə74/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   70   71   72   73   74   75   76   77   ...   185

240

o ilin payız-qışını gərgin qaçhaqaçda keçirdi. Qarşıda gimna-

ziyanın buraxılış imtahanları dururdu, Leo Nussimbaum bü-

tün  diqqətini  seminariyadakı  mühazirələrə  yönəltdiyindən, 

üstəlik,  gimnaziyadakı  dərslərdə  də  gizlicə  seminariyanın 

mühazirələrini  oxuduğundan,  imtahanları  qorxu  və 

həyəcanla gözləyirdi. 

 Abram Nussimbaum da narahatlıq keçirirdi: oğlu axır ki, 

gimnaziyanı  bitirib  Vilhelm  fon  Humboldt  universitetində 

ciddi  ixtisas  arxasınca  gedəcəkdi.  Əlbəttə,  bu  geyim-kecim, 

şahzadə,  xəlifə,  milyonçu-filan  hamısı  yeniyetmə  fantaziya-

sından törəyib, tezliklə unudulub gedəcək.

  Ərəb,  türk  dillərinə,  Yaxın  Şərqin  coğrafiyasına,  tarixinə 

aludəçilik imtahanlarda özünü göstərdi. Leo-Əsəd bəyin latın 

dilindən,  riyaziyyatdan  “səviyyəsi”  pis  qiymətlə  müəyyən 

edildi.  İmtahan  komissiyasının  Romanovlar  nəslindən  olan 

ahıl sədri şagirdin tarixlə bağlı biliyindən məmnun qaldı, bu 

da o biri fənlərdən “günahlarını” yumağa kömək elədi. Axır 

ki, birtəhər kafi qiymətlə kamal attestatını ala bildi – fasilələrlə 

də  olsa,  on  il  davam  eləyən  məşəqqət  başa  çatdı.  Əlbəttə, 

irəlidə onu uğurlu gələcək gözləyir – Leopold Veysin missi-

yasını Leo Nussimbaum da yerinə yetirəcək!

 Gimnaziyayla vidalaşması fiziki və zehni gərginliyini xey-

li azaltmışdı... 

 Şərq Seminariyasına “Gürcüstanlı tələbə” kimi qeyd olun-

du,  amma  növbəti  ilin  avqustundasa  fon  Humboldt 

universitetinə yazılanda Rusiyadan olduğunu dedi, noyabrda 

kurslara  gedəndə  özünü  gürcü  kimi  qələmə  verdi  –  bütün 

bunlar Leodan ötrü əhəmiyyətsiz şeylər idi, başlıcası, arzula-

dğına yetmək, istədiyi həyatı yaşamaqdı...

 Dil öyrənməyin zəruriliyi də lap amanını kəsirdi: bir halda 

ki,  özünü  müsəlman  kimi  aparmağı  qərara  almışdı,  gərək 

ərəb və türk dillərini biləydi, gələcək perspektivləri üçünsə 

ingilis dili vacib idi. Əvvəlcə türk-ərəb dilləri kurslarına yazıl-

dı.  Qəribəydi,  ərəbcəni  asanlıqla  mənimsəsə  də,  türkcənin 



241

öhdəsindən  heç  cür  gələ  bilmirdi,  ona  görə  də  növbəti  yay 

ingilis  dili  və  İslam  tarixilə  yanaşı,  türk  dilinə  də  vaxt  sərf 

elədi – amma nəticə sevindirici deyildi. 

 Pasternakların evində yığışdıqları axşamlar Şərq hekayəçisi 

rolunu müzakirəsiz Leo Nussimbaum üzərinə götürürdü. Ba-

şına  yığılan  yaşıdlarının  heç  biri  onun  qədər  gəzib-

görməmişdilər, bolşeviklər Rusiyadan qovandan elə burda – 

Berlindəcə məskən salmışdılar. Amma Leo-Əsəd bəy Qafqa-

zı,  Orta  Asiyanı,  İranı  dolaşıb  Konstantinopolda,  Romada, 

Parisdə, Hamburqda olub – bəyəm, bu on səkkiz yaşlı gənc 

üçün azdı?!

  Üstəlik,  Leonun  gördüklərini  bəzəyə-bəzəyə,  şişirdə-

şişirdə, məcəra, detektiv elementləri qata-qata nağıl eləməsi 

hamını cəlb eləyirdi. Buxara əmirinin sarayındakı təmtəraq, 

İrandakı qızılgüllər və fırlanan dərvişlər, yaxud Gürcüstanın 

dağlarında şeytana sitayiş eləyən tayfa, ya da xevsurların sö-

yüş yarışı və öküz döyüşü keçirmələri, illah da İranda Yavər 

xanın  onlara  əylənmək  üçün  oğlan  uşağı  göndərməsi... 

ağlagəlməz  əhvalatlara  oxşayırdı,  inanmaq  çətin  də  olsa, 

həddən  artıq  maraqlıydı.  Əslində,  Leo  onlardan  başqa 

münasibət də gözləmirdi; əksinə, bir qədər şübhə içində qal-

maları daha şirnikdiriciydi. Başlıcası, Leonun öz fantaziyala-

rının,  gücünü,  arzuladıqlarını  həqiqətə oxşatmaq  bacarığını 

sınaqdan keçirməsiydi, buna da uğurla nail olurdu.

 “Ay səni, Leo, – yarıtəqdir-yarışübhəylə başlarını bulayır-

dılar, – gör bir nələr danışırsan...”

 “Ay səni, Leo, gör bir nələr danışırsan!” – Vaxtilə frau Şulte 

də onun uşaq fantaziyalarını eşidəndə belə demişdi...

  “Ay  səni,  Leo,  gör  bir  nələr  danışırsan”,  –  Abram  Nus-

simbaum da oğlunun xəyal gücündən heyrətlənəndə belə de-

yirdi...


 Amma indi o böyümüşdü, şübhəsiz, fantaziyaları da bö-

yümüşdü.


 O artıq Leo-Əsəd bəy idi!


242

 Düzdü, tanışları hər fürsət düşəndə onu istehza hədəfinə 

çevirirlər; hətta Corc Litor kinayəsini açıq-aşkar bildirir, “O 

müsəlman-filan deyil, mənim kimi adi rus yəhudisidi” deyir, 

bütün bunlar Əsəd bəyi yolundan döndərə bilməyəcək!..



243

XVI FƏSİL

BİTİB-TÜKƏNMƏYƏN ÇIXILMAZLIQ

 Yusif Vəzir

 Paris, Klişi 

 İyun1924-cü-iyun 1925-ci illər

 Mir Abdulla Vətənə qayıtsın, yoxsa qayıtmasın?

 Bu ağrılı fikir beynini və qəlbini yeyir, heç cür qərara gələ 

bilmirdi. Qayıtsa, bəy oğlu, ya da müsavatçı qardaşı, ya xarici 

ölkə casusu kimi həbsxanaya atıb, sürgünə göndərməyəcəklər 

ki?  Parisdə  qalsa,  səhhəti  zəif,  halı  pərişan  cavan  qürbət 

nisgilinə tab gətirəcəkmi?

 Axır ki, vaxt-vədə gəlib yetişdi, Mustafa ağa imtahanlarını 

verdi, diplomunu aldı, son qərarını vermək anı çatdı.

 “Mən getmək qərarına gəldim, – Mustafa ağa qətiyyətlə 

dilləndi. – Həm də İstanbuldan yox, Moskvadan gedəcəyəm, 

orda  Nərimanovla  görüşməyə  çalışacağam.  Ümidvaram  ki, 

həbsim üçün heç bir səbəb yoxdu”.

 Yaz havasında Lüksemburq parkı səmtində açıq kafelər-

dən birində oturmuşdular. Yusif Vəzir təhsillərini bitirmə lə ri 

mü nasibətilə cavanlara qonaqlıq verirdi. Nansidən Aslan da 




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə