234
məğlubiyyətə uğradılmış Almaniyanın taleyini də ancaq
yəhudi masonlar həll eləyiblərmiş: Lloyd Corc da, Klemanso
da mason bankirlərin puluyla baş nazir olublarmış; İtaliya-
dan gələn baron Sonnino yəhudiymiş; Vilson da Volfson imiş;
Corcun müşaviri sionist Filipp Sassune, Klemansonun şəxsi
katibi iudey Mandel, Vilsonun heyəti yəhudilər – Brauk, Var-
burq, Morgentau, Şiff, Brandeys – imiş; indi, məsələn, Alma-
niyada rəhbər işçilər arasında yəhudilərin sayı almanlardan,
azı iki dəfə çoxdu.
Əlbəttə, bütün bunlar maraqlı, cəlbediciydi, amma hələ
Leonun düşüncələrinə hakim kəsilə bilmirdi. Əlinə pul
düşəndə Kurfyurstendamma cumub filmlərə baxır, hər dəfə
də vəcdə gəlmiş, həyəcanlı halda qaranlıq zaldan çıxanda, az
qala, özünün başqa adam olduğuna inanmağa başlayırdı.
Atasının öz qayğıları vardı: yenə hər gün səliqəylə geyinir,
əsasını götürüb qocaəfəndi yerişilə oğlunun təhsilini davam
etdirməsi üçün xeyriyyə cəmiyyətlərinə, ya sorağını eşitdiyi
varlıların yanına pul axtarmağa gedirdi. Aradabir frau Köpke
tək, ya da keçmiş əsirlərdən kiminləsə gəlir, mütləq Leoya
“yardım” gətirirdi. Bəzən də Abram Nussimbaum üz tutdu-
ğu adamın yanından bir neçə yüz markalıq çeklə qayıdır,
otaqda məmnun halda vurnuxa-vurnuxa planlar qururdu.
***
Leopold Veyslə görüşdən az sonra Şərqə marağını əməli
surətdə də göstərməyə başladı: əlbəttə, Bakıdan bəri çamada-
nında gəzdirdiyi, ən çətin vaxtlarında belə satmadığı çərkəzi
çuxası daha əyninə olmazdı, artıq on yeddi yaşında ucaboy
oğlana çevrilmişdi; amma əvəzində köhnə paltarlar dükanın-
dan kübar türk uşaqlarının geyindiyi pencək-şalvar, fəs ala
bildi, təmizləyib saxladı ki, vaxtı çatanda özünü göstərsin.
Elə o vaxtdan Fridrix Vilhelm Universitetində Şərq dilləri
seminariyası olduğundan, həmin seminariyada da türk və
ərəb dilləri öyrədildiyindən xəbər tutdu. Heç atasıyla da
235
məsləhətləşmədi, seminariyaya getdi, qəbul olunması barədə
ərizə yazıb altına “Əsəd bəy Nussimbaum, Gürcüstanlı” imzası
qoydu. Bəxtindən orta təhsili olub-olmadığını, gimnaziyada
oxuyub-oxumadığını soruşmadılar. Qəbul olunduğunu
eşidəndə Leo sevincindən, az qala, ağlını itirəcəkdi.
Bununla da bir qədər yeknəsəq həyatı qəfildən dəyişib
daha coşqun ritmə düşdü. Əlbəttə, yeni hobbisini, atası bir
yana, ən yaxın dostlarına belə demədi. Səhər obaşdan durur,
tələsik qəlyanaltı eləyib Şarlottenburqdakı evlərindən çıxır,
az qala, şəhərin o biri başında yeləşən universitetə cumurdu.
Piyada gedirdi, əvvəla, metroya, tramvaya-filana artıq xərc
ayırmaq istəmirdi, ikincisi də yolboyu düşünməyə,
mühazirəçilərdən eşitdiklərini götür-qoy eləməyə vaxtı olur-
du. Əvvəlcə seminariyadakı mühazirələr o qədər də döşünə
yatmırdı: professorlar Şərq və Şərq dilləri haqqında quru, öl-
gün səslə danışırdılar, elə bil, ürəklərində sevgi, heyranlıq,
vəcd hiss olunmurdu.
Günorta seminariyadan çıxıb yolüstü aldığı qəlyanaltını
yeyə-yeyə şəhərin o biri başındakı gimnaziyaya qaçır, özünü
də təəccübləndirən sakitliklə, təmkinlə gündəlik dərslərinə
başlayırdı; dərslər başa çatandan sonra yoldaşlarından
müxtəlif bəhanələrlə aralanıb yenə tanış küçələrlə
universitetdəki axşam mühazirələrinə tələsirdi. Gecə masa
arxasında oturmaq, nələrisə oxumaq-yazmaq lazım gəlirdi,
amma çox tab gətirə bilməyib yuxuya gedir, atası oyadandan
sonra sərxoş kimi yatağına sərilirdi. Gecə yuxularında profes-
sorların ölgün, ehtirassız səslə təsvir elədikləri Şərq canlanır,
hərəkətə gəlir, öz sarayları, məscidləri, minarələri, bazarları,
meydanları, səhraları, dənizlərilə bütün həyatını doldururdu.
Leo başında şahanə çalma, əynində ipək əba, barmağında al-
maz üzük o şəhərləri, səhraları, dənizləri dolaşır, dolaşırdı.
Bütün bu gizlilik – Brailovskinin danışdıqlarından təsir-
lənib oxşatdığı kimi, “masonsayağı” fəaliyyət – Leonu yorur-
du. Belə vaxtlarda hisslərini daha sərbəst ifadəsinə can atır,
236
hətta gimnaziyaya belə “türk geyimi”ndə getməklə, fəs qo-
yub, monokl taxmaqla, susqun, təkəbbürlü görünməklə dost-
tanışlarını təəccübləndirir, bundan xüsusi zövq alırdı.
“Leo lap dəli olub, – Jozefina və Lidiya Pasternaklar öz
aralarında pıçıldaşırdılar, – hər yerdə fəslə gəzir, Osmanlı im-
periyasını tərifləyir, hətta, tələb eləyir ki, onu ancaq “Əsəd
bəy” çağırsınlar. Səbəbini soruşduq, deyir, artıq müsəlmanlığı
qəbul eləmişəm. Heç inanmaq olmur!”
“Bir buna bax, müsəlman şahzadəsi, xəlifə olub! Təlxəklik
eləmə görək!” – Sinif yoldaşları fəsinin qaytanından dartıb
onu ələ salırdılar.
Məktəbin tinində qəzet satan keçmiş ağqvardiyaçı zabit bir
dəfə istehzalı təbəssümlə dedi:
“Cavan oğlan, deyəsən, fəsin “bəy” sözü kimi, yarım ildən
artıqdı Türkiyədə belə qadağan edildiyindən xəbərin yoxdu!
Onlar indi Avropaya can atırlar, sən hara gedirsən?”
“Bu nə gürcü ləhcəsidi belə? – Vladimir Nabakov poetik
məşğələlər vaxtı istehzayla gülürdü. – Sənə heç yaraşmır...”
Atası da Leonun bu əməllərindən xoşlanmırdı. Təəccüblə
qaşlarını çatıb oğlunu süzür, başını bulayırdı: “Sən özünü
necə istəyirsən, elə apara bilərsən, amma mən müsəlman
şahzadə olmamışam, səni inandırıram ki, heç vaxt da olmaya-
cağam! Yoxsa təlxəkliyini sirr kimi saxlamaq üçün qapını
mənim üzümə bağlamaq istəyirsən?”
Leo cavab vermirdi, bununla belə, yolundan dönmək fik-
rində də deyildi. Nə olar, atasının şahzadə, xəlifə, yaxud şeyx
olmadığı həqiqətdi; o da həqiqətdi ki, olsa-olsa, ikinci gildiya
taciri olan Abram Nussimbaum heç neft sənayeçisi, milyonçu
da deyil. O, demək olar, hər səhər “ölü canlar” – öz aksiyaları-
nı belə adlandırırdı – satmaq üçün “Russland” hərracına ge-
dir, bəzən bəxti gətirib kimisə hərifləyə bilirdi, amma ildən-
ilə sovet quruluşunun dağılacağına bəslənən ümidlər azaldı-
ğından kafelərdən birində oturub “Moskvada görüşmək”
şərəfinə badə qaldıran mühacirlərə kədərlə baxırdı.
Dostları ilə paylaş: |