Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə60/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   56   57   58   59   60   61   62   63   ...   185

195

halımızı,  qeyri-müəyyən  vəziyyətimizi  nəzərə  alaraq  təhsilimizi 

müntəzəm davam etdirmək üçün təxsisatlarımızı təcili həll etsinlər”.

  Hökumət  başçısı  Nərimanov  da  məktubun  üstünə 

dərkənar qoymuşdu: “Təcili icra edilsin. Tələbə Komitəsinə 100 

min marka göndərilsin”.

 Amma o vəsait hələ gəlib çıxmamışdı, gələcəyinə ümid də 

get-gedə tükənirdi. Ən sadə otağın kirayəsi iki yüz əlli mar-

kaya, ən ucuz şam yeməyi otuz iki markaya, bir semestr oxu-

maq min beş yüz markaya başa gəlirdisə, uzun müddət tab 

gətirmək mümkün deyildi. Düzdü, Bəhram bəy burda olanda 

söz verdi ki, məsələnin lap qısa müddətdə həllinə çalışacaq, 

ancaq hələ də gözləri yolda qalmışdı. Binəvaları bura keçmiş 

hökumət də olsa, hökumət göndərmişdi, onlar da üzərlərinə 

təhsillərini  bitirib  Vətənə  qayıtmaq  barədə  öhdəlik 

götürmüşdülər.  Bu  tərəfdən  də  bir  Nussimbaum  gəlib 

vətəndaşı  olmadığı  ölkənin  hökumətindən  oğlunun  təhsili 

üçün vəsait istəyirdi. Tutaq ki, müraciət elədilər, hökumət də 

pul ayırdı. Bəs o Lev Nussimbaum təhsil alandan sonra Bakı-

ya qayıdacaqdımı?

 Bütün bunlar Hilal Münşizadəyə pis hazırlanmış komedi-

yanı xatırladırdı...

***


  ...Əlbəttə,  Abram  Nussimbaum  növbəti  uğursuzluqdan 

kədərlənmişdi.  Amma  mütləq  bir  çıxış  yolu  vardı,  ola 

bilməzdi ki, onları düşdükləri bu girdabdan qurtarmağa cəhd 

göstərəcək  adam  tapılmasın.  Xeyriyyə  cəmiyyətlərinin  cüzi 

yardımı ev kirayəsinə belə bəs eləmirdi, qızıl zəncirli bahalı 

saatını satmalı olmuşdu, bununla da, elə bil, kübar görkəminə 

xeyli  xələl  gəlmişdi.  Nə  qədər  silib  parıldatsa  da  çəkmələri 

köhnəlmiş, hər gün təmizlədiyi kostyumu, paltosu, şlyapası 

nimdaşlaşmışdı – daha geyiminə diqqət yetirəcək vəziyyətdə 

deyildi.


 Leo da rastlaşdığı çətinlikləri yaşayırdı. Üstəlik, dağılmış 

imperiyanın  yerində  yaranan  dövlətin  belə  tezliklə  süquta 




196

uğramayacağı qətiləşdikcə, qəzəbi daha da artırdı. İndi ən bö-

yük arzularından biri anasını intihara məcbur eləyən, atasını 

müflisləşdirən Leonid Krasindən nə yolla olur-olsun, intiqam 

almaq  idi.  Amma  hələ  xırda  qayğılarla  –  ac  qalmamaq,  ev 

kirayəsini və məktəb haqqını ödəmək, kino biletinə pul tap-

maqla əlləşirdi. Bu tərəfdən də polis gəlib Nussimbaumlara 

xəbərdarlıq eləmişdi: əgər yaxın müddətdə yaşamaq icazəsi 

verən sənəd almasalar, ölkədən çıxarıla bilərlər. Əlbəttə, pul 

olsaydı,  icazə  kağızı  yox,  lap  vətəndaş  pasportu  əldə  eləyə 

bilərdilər.

 Pulsa yox idi, nə vaxt olacağı da məlum deyildi.

 Rus gimnaziyası əlaqələr sarıdan əvəzedilməz yer idi: Leo 

özünə yaxşı dostlar qazanmışdı. O dostların arasında Alek-

sandr Brailovski vardı – Krımdan Konstantinopola, Konstan-

tinopoldan  Berlinə  macəralarla  gəlib  çıxmışdı;  Aleksey  Za-

derman vardı – Leonu gözəl anlayırdı; Boris Alyoxin vardı – 

Berlinə gəlib çıxanacan Yaponiyada böyüyüb, Parisdə yaşa-

mışdı; Jozefina və Lidiya Pasternaklar vardı – ataları Leonid 

rəssam, qardaşları Boris şair idi, Leo onların evində olmağı, 

Şərq  macəralarını  danışmağı  çox  sevirdi;  Valentina  (Vava) 

Brodskaya vardı, sonralar onun rəssam Mark Şaqala ərə get-

diyini eşitdi; Yelena Nabokova vardı – atası Rusiyada kadetlər 

partiyasını  quranlardan  idi,  qardaşı  Vladimir  Kembric 

universitetində oxuyur, artıq yazıçı kimi tanınırdı; eşitdiyinə 

görə, məşhur yazıçılar İlya Erenburq və Aleksey Tolstoy da 

burda  yaşayırdılar.  Bir  sözlə,  Berlin  həyatı  Leodan  ötrü  su-

hava kimi lazım idi, ehtiyac ucundan əyalətə getsəydilər, ya 

da sənəd ucbatından ölkədən çıxarılsaydılar, özünü tamamilə 

məhv olmuş hesab eləyərdi.

 Leo İstanbulda olanda İslam dinini qəbul eləmək cəhdini 

yarızarafat-yarıciddi  Aleksandr  Brailovskiyə  danışmışdı: 

dediyinə görə, bir gün atasından xəlvət yaxınlıqdakı cameyə, 

imamın yanına getmiş, xahişini bildirmişdi; sən demə, ima-

mın  İslamla  iudaizm  arasındakı  oxşarlıqdan  –  sünnətdən  – 

xəbəri yoxmuş, bu səbəbdən əvvəlcə ona sünnət olunmasını 




197

məsləhət görübmüş. Leo bütün bunları məzəylə danışdığın-

dan, dostu onun söylədiklərinə uydurma kimi yanaşırdı.

  “Mən  müsəlmanam,  Aleks,  –  Leo  gülə-gülə  deyirdi,  – 

müsəlmanam”. 

 ...Nussimbaumların dördgözlə gözlədikləri qapı qəfildən, 

həm  də  ağıllarına  gəlməyən  tərəfdən  açırdı.  Beş  il  əvvəl 

evlərinin zirzəmisində yaradılmış “əsir kazarması”nda – həbs 

düşərgəsinin rəisi vəziyyətdən istifadə eləyib orda müvəqqəti 

düşərgə  yaratmışdı  –  müalicə  olunan  əsirlərin  arasında  bir 

zabit arvadı da vardı, Qafqaza səyahət vaxtı “casus” sayılıb 

tutulmuşdu. Leo əsirlərlə ünsiyyəti xoşlayır, əsirlər də oğlana 

əllərindən gələni öyrədirdilər. Sonra milli hökumət gəldi, on-

ları buraxdılar.

  İndi  həmin  qadın  Tirqarten  küçəsilə  məqsədsiz-filansız 

gedən Leonun qarşısını kəsmişdi:

  “Leo  Nussimbaum,  sən  nə  qədər  böyüyübsən?  –  O 

təəccüblə dilləndi. – Buralara necə gəlib çıxmısan?”

 “Frau Köpke? – Leo da heyrətindən özünü itirmişdi. – Heç 

inanmazdım ki, sizi görəcəyəm”.

  Leodan  eşitdiyi  ayaqüstü  hekayət  Frida  Köpkeyə  bərk 

təsir  elədi.  Dərhal  oğlanın  qolundan  tutub  polis  idarəsinə 

apardı, vəziyyəti izah elədi, hətta, keçmiş əsirlərdən kimisə 

telefonla tapıb şahid göstərdi. 

 Bir neçə gündən sonra nussimbaumlar Nansen pasportu 

adlanan  –  mühacirlərə  müvəqqəti  yaşamaq  icazəsi  verən 

sənəd  aldılar.  İldə  bir  dəfə  Millətlər  Liqasının  Almaniya 

nümayəndəliyinə gedib qeydiyyatdan keçmək, müxtəlif yar-

dımlar almaq lazım gəlirdi, artıq Leonun universitetdə oxu-

maq  hüququ  da  vardı.  Üstəlik,  xeyirxahları  onlara  maddi 

kömək eləməyə də söz vermişdilər.

 “Görürsənmi, oğlum, yaxşılıq heç vaxt əvəzsiz qalmır, – 

Abram Nussimbaum sənədi alanda məmnun görkəmlə Leo-

ya deyirdi. – İndi təhsilinlə bağlı narahatlığım bir qədər azal-

dı. Ümidvaram ki, gələcəkdə hər şey yaxşı olacaq”.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə