150
“Ümidvaram ki...”
“Ən qısa müddətdə, Avropaya yola düşənəcən bu
məsələnin həllinə çalışacağam, – Behbud bəy etiraz qəbul
eləməyən ədayla əlini qaldırdı. – Əmin ola bilərsiniz. Ünvanı-
nızı qoyun, başım açılan kimi axtaracağam, ətraflı söhbət
eləyərik”.
Yusif Vəzir vizit kartını uzadıb nəzakətlə vidalaşdı.
İki gündən sonra Behbud bəyin adamlarından biri onun
yaşadığı ünvanı tapıb içində pul olan zərfi Xeyriyyə xanıma
vermişdi. Zərfdə min frank vardı. Əlbəttə, bu vəziyyətində az
məbləğ deyildi: ev sahibəsinin xəcalətindən çıxa, bir qədər
Mir Abdullaya göndərə, gündəlik ehtiyaclarını ödəyə, arada-
bir Qamət Əfəndinin qəhvəxanasında oturub içindəki sıxıntı-
nı dağıda bilərdi. Hər halda, düşdüyü çıxılmazlıqdan qurtul-
maq üçün ümid işığı görünmüşdü, yəqin əzablarının sonu
yetişəcəkdi.
İki həftədən sonra da Behbud bəy Cavanşir əməkdaşı
vasitəsilə sevindirici xəbər göndərdi: Yusif Vəzirin xahişi Ba-
kıya çatdırılıb, yoldaş Kirov onun münasib işlə təmin olun-
ması barədə göstəriş verib, imkanlar götür-qoy edilir.
Qəlbində ümid qığılcımları yandı: axır ki, əzablarına son
qoyulacaqdı...
Amma sevinmək qismətində yoxmuş...
***
...O günlərdə qocaman imperiya ilmə-ilmə sökülür, başlıca
hadisələr paytaxtda yox, ölkənin yeni mərkəzində – Ankara-
da baş verirdi. İsmət Paşa İnönüdə yunanların dərsini vermiş,
böyük Millət Məclisi yeni anayasa qəbul eləmiş, Antepdə
şiddətli döyüşlər olmuşdu.
Ankara Sovet Rusiyasıyla münasibətlərini qaydaya salma-
ğa, şimaldan gözlənən təhlükənin qarşısını almağa çalışırdı,
martda Moskvada, sonra Gümrüdə, ruslarla sazişlər bağlan-
mış, artıq yunanların məğlubiyyəti qaçılmaz olmuşdu; yeni
151
hakimiyyətin nümayəndələri də Parisdə ölkənin bütövlüyü
uğrunda çırpışırdılar.
Elə o vaxt da Əli bəy Hüseynzadənin maddi köməyilə
“Azərbaycan ədəbiyyatına bir nəzər” əsəri işıq üzü gördü.
Sıxıntılı günlərində qələmə aldığı, üzərində “Yusif bəy Vəzirоv.
Azərbaycan Cümhuriyyətinin sabiq İstanbul еlçisi” yazılmış, hələ
mətbəə qoxusunu saxlayan kitabı təskinlik kimi qəbul elədi.
Həmin günlərdə Azərbaycan istiqlalının üç yaşı tamam olur-
du, amma o istiqlalın ömrü cəmi iyirmi üç ay çəkmişdi.
Nüsxələrdən birini “İstiqlaliyyətimiz uğrunda çalışan əziz yolda-
şım Ceyhun Hacıbəyova. Yusif Vəzirov. 28 may 1921-ci il” avtoq-
rafiyla zərfə qoyub Parisə, bir nüsxəsini də vəd elədiyi kimi,
türk ədəbiyyatına göstərdiyi diqqətə görə təşəkkür sözlərilə
Vyanaya, professor Fridrix fon Kraelitzə göndərdi...
Kitabı dükanlarda əlli piyastra satılırdı. Hər halda, bu da
kömək idi, ehtiyaclarının bir hissəsini ödəməyə kömək
eləyirdi...
İyulun axırında Bakıdan gözlənilməz qonalarıı gəldi.
Mirzə Cəfər bəyin оğlu, atasının dostu Bəhram bəy Axundo-
vu axırıncı dəfə Bakıda, parlamentin iclasında görmüşdü.
Hələ Yusif Vəzir balaca olanda o şəhər rеаl məкtəbini, sоnrа
gimnаziyаnı bitirmiş, Frаnsаnın Lill Aкаdеmiyаsının qаrışıq
еlmlər fакültəsinin аspirаnturаsınа qəbul оlunmuş, sonra
təhsilini tibb fаkültəsində dаvаm еtdirmişdi. Sonra Хаrkоv
univеrsitеtinin tibb fаkültəsində imtahan verib bir müddət
“Səadət” məktəbində həкim işləmiş, Milli hökumət vaxtı par-
lamentin üzvü olmuşdu, indisə rеspubliка Dövlət Sığоrtа
İdаrəsinin həkimiydi. Almaniyada təhsil alan tələbələr may
ayında Səməndər Axundzadə və İsgəndər xan Rzazadəni i
başqa Bakıya nümayəndə göndərmişdilər ki, düşdükləri
vəziyyəti hökumətə çatdırsınnlar. Onlar çətinliklə Bakıya ça-
tıb hökumət başçısına hər şeyi izah eləmişdilər. Hökumət
Bəhram bəy Axundovu xaricdə oxuyan bütün tələbələrin
vəziyyətilə tanış olmaq üçün müvəkkil təyin eləmiş, ona
152
müəyyən miqdarda valyuta malları (xalça, kürü və s.) ayır-
mışdı ki, satıb pullarını tələbələrə versin. Bəhram bəy Axun-
dov nümayəndələrlə birgə Avropaya yola düşmüş, Batuma,
ordan İstanbula gəlmiş, özü “Pera Palas”, nümayəndələrsə
Sirkəçidəki “Rəşidiyyə” otelində yerləşmişdilər.
Bəhram bəy Yusif Vəzirlə dostunun oğlu, həm də köhnə
tanış kimi görüşdü, Ünvanını əlaqələri sayəsində Maarif Ko-
missarlığında işə düzələn Mirzə Qədirdən alıbmış. Bəhram
bəyin dediyinə görə, Nərimanov hökumət başçısı olandan
sonra Rusiyaya, Osmanlıya və Avropa ölkələrinə göndərilən
tələbələrin vəziyyətilə maraqlanıb, uzun yazışmalardan, razı-
laşdırmalardan sonra onu vəziyyətə aydınlıq gətirmək üçün
onu Avropaya göndərmək qərarına gəlib. Bir müddət İstan-
bul darülfünunda oxuyan tələbələrlə məşğul olacaq, sonra
Romaya, Parisə, Berlinə gedəcəkdi. Amma məsələnin çətinliyi
Avropaya gedib çıxmaqla bağlıdı. Yəqin ki, müttəfiq qoşunlar
komandanlığı Bakıdakı yeni hökumətin nümayəndəsinə
asanlıqla icazə verməyəcək.
Yeni hakimiyyətin gəlişindən bir ildən artıq keçmişdi, həbs
olunanlar, güllənənlər, qətlə yetirilənlər barədə xəbərlər gəlib
İstanbula da çatırdı. Təbii ki, hakimiyyət insanları öldürmək
üçün yox, əmin-amanlığını təmin eləmək üçün idi. Bəhram
bəy bütün bunları yaxşı bilir, Bakıda baş verənlərin üstündən
sükutla keçməyə çalışırdı.
“Heç bir dəyişiklik qurbansız ötüşmür, – o kənara baxa-
baxa deyirdi, – ümidvaram ki, çox keçməyəcək, hər şey öz
axarına düşəcək. Yoldaş Nərimanov bundan ötrü var
qüvvəsilə çalışır”.
“Amma elə şeylər var ki, Nərimanovun qüvvəsi daxilində
deyil, – Yusif Vəzir ona qarşı mümkün qədər nəzakətli olma-
ğa çalışırdı, – hətta, o istəməsə belə, zərurətə çevrilir”.
“Mirzə Qədir mənə hər şeyi danışıb, burda nə qədər
çətinlik çəkdiyinizdən xəbərim var”, – Bəhram bəy söhbətin
yönünü dəyişməyə can atırdı.
Dostları ilə paylaş: |