Bakыnыn Qurtuluшu
89
Azərbaycan Cumhuriyyət Hökumətinin bu meşru (qanuni) haqqını
şiddətlə müdafiə edən mərhum Tələt Paşa, 23 Sentyabr 1918-ci ildə
Almaniya ilə bir protokol imzalamışdı. Bu protokola görə, hər iki tərəf
Azərbaycanın istiqlalını tanıyır və Osmanlı qüvvələrinin çəkilməsi
şərti ilə bu istiqlalın Rusiyada da tanınması işini Almaniya öz üzərinə
götürürdü. Mondros sülh müqaviləsindən daha əvvəl Qafqaz İslam
Ordusunun aqibəti bəlli idi. Fəqət bu ordu Azərbaycanda milli bir
qüvvə yetişdirmək vəzifəsi ilə də məşğul idi. Sonralar Qafqaz İslam
komandanlığına təyin olunan mərhum Nuru Paşa muallim-zabit heyəti
başında 4 iyun 1918-ci il anlaşmasından çox əvvəl may ayının
ortalarında bu məqsədlə Azərbaycana gəlmişdi. Maiyetini
(ətrafındakıları) Mosulda buraxan Nuru Paşa Azərbaycandan Üçüncü
Ordu Komandanı Vehip Paşaya yolladığı bir raportunda burada milli
bir ordu təşkil etmək üçün hər cür imkanın və vəsaitin mövcud
olduğunu, yalnız muallim-zabit kadrına ehtiyac hiss edildiyini yazır və
Mosulda qalan müəllim-zabit heyətinin bir an əvvəl göndərilməsini
rica edirdi. Bilindiyi kimi, bu heyət bir türlü gəlib çıxmadı. Gəncədə
kiçik zabit məktəbi açılmışsa da, İstiqlal savaşı bu sahədə əsaslı bir
gəlişməyə mane olmuşdu. Əsl fəaliyyət istiqlal zəfərindən sonra
başlayacaqdı. Və Qafqaz İslam Ordusu yerini işğal edəcək bir
Azərbaycan ordusu yaratmadan çəkilərsə, siyasi və əsgəri müvazinətin
alt-üst olacağı Qafqazda hər şey məhv edilmiş sayılacaq və
Azərbaycanın müqəddəratı təhlükəyə düşəcəkdi. Bu durumun
nəzakətini təqdir etmiş olacaq ki, yeni Osmanlı kabinəsi, Qafqaz İslam
Ordusunun Qafqazı tahliye etməsi (boşaltması) üçün verdiyi əmrdən
iki gün sonra, 26. 10. 1918-ci il tarix və 5276 saylı bir əmrnamədə
eyni ilə deyilirdi: “Şimali Qafqazla Azərbaycanda hizmət etmək
istəyənlər qalacaqdır”.
Bu müsaidəyə uyan Nuru Paşa Qafqaz İslam Ordusu komandanlı-
ğından istefa verərək, yerini “Azərbaycanda Osmanlı kıtaatı (ordu his-
sələri) komandanı” ünvanını alan Mirliva Mürsəl Bəyə (sonralar gene-
ral Mürsəl Bakıya) vermiş və özü də Azərbaycan ordusu komandanı
ünvanını almışdır. Bu şəkildə Nuru Paşa 4 noyabr 1918-ci ildə “Azər-
baycan hökuməti ilə burada qalacaq zabitlər üçün əqd edilən müqavilə
şəraiti” başlığı altında, orduya bir təbliğ yayınlatmışdır. 15 maddədən
ibarət bu müqaviləyə görə: “Azərbaycan hizmətinə girəcək zabitlər və
məmurlar mezkur (haqqında danışılan) hökumət təbəəsi olacaq. Cəza
Nяsiman Yaqublu
90
və mükafat xüsuslarında da Azərbaycan qanunlarına tabe olacaqlar”
(maddə 1). “Zabitlər rütbə səviyyələri ilə qalacaqlar. (Fəxri təbiri (rüt-
bələri) qalacaqdır). Türkiyədə kıdemen terfi edənlər (növbəti rütbəni
alanlar) burada bir dərəcə yüksək rütbəsi ilə qazanacaqlar” (maddə 2).
“Hər zabitə ildə, azimet və avdet dail (gedişi-dönüşü), 2 ay məzuniy-
yət verəcəkdir. Bu iki ay maaşı hərəkətindən əvvəl peşinen (arxasınca)
və kamilən alacaqdır” (maddə 3).
“Azərbaycandakı xidmət müddətində xidməti əsgərliyə qabiliyyə-
tini zəyi edəcəklərə, üç ildən beş ilə qədər olmaq şərti ilə maaş nisbə-
tində təzminat verəcəkdir” (maddə 10). “Üç il bütünlüklə Azərbaycan-
da keçirilənlərə xitam müddətində altı aylıq mükafat veriləcəkdir. Üç
ilin xitamında konturatı (müqaviləni), üç ildən aşağı olmamaq şərti ilə
tecdit (yeniləmək) edəcəklərə, bir dəfəyə məxsus olmaq şərti ilə, bir
illik maaş nisbətində mükafat verilir” (maddə 11).
“Zabitlərin Türkiyədəki ailələrinə verilməkdə olan siparişat (yar-
dım) və ərzağın bundan sonra yenə verilməsi üçün Azərbaycan höku-
mətinə görə lazımlı tədbir sayılacaqdır. Bunun üçün sərf olunacaq
məbləğ Azərbaycan hökumətinin borcu olacaq və iki hökumət arasın-
da mahsubu (məxsusi) yerinə yetiriləcəkdir” (maddə 12).
Fəqət, Mondros müqaviləsi bu kontratoyu (müqaviləni) kağız üzə-
rində buraxdı. Müqavilənin 11 maddəsinə görə, Osmanlı hökuməti
Cənubi Qafqazla şimal-batı İranı tahliye (boşaltmağı) edir. 15-ci mad-
dəyə görə də Batumla Bakının ingilislər tərəfindən işğalına razılıq
göstərirdi. Osmanlı hökuməti Hərbiyə naziri 24 noyabr 1918-ci ildə 9-
cu Orduya bu əmri yollamışdır:
“1. – 28. 10. 1918 və 11. Ş. 5887 saylı əmr, vaziyeti ahire muci-
bince mefsühtur (son vəziyyətə görə ləğv edilmişdir). Şimali və cənu-
bi Qafqazda olan bölümün zabit və efrad (fərdilər), iki ayı keçməmək
şərti ilə, 9-cu ordu komandanlığına təyin ediləcək zaman ərzində 9-cu
ordu ilə ittifaq edəcəkdir.
2 – Esliha və cebhane (silah və sursat) daha 9-cu orduya təslim
ediləcəkdir.
3 – Bu əmrə itaət etməyənlər haqqında təqib kampaniyası qurula-
caq və 9-cu ordu komandanlığı bu əmri Nuru Paşaya, Mürsəl Bəyə və
Yusif İzzət Paşaya məsul edəcək və nəticəsini bildirəcəkdir”.
Buna görə 9-cu ordu komandanı mirliva (albay) Z. Şövqi bəy “30
dekabr 1938-ci il tarixinə qədər Azərbaycanda və Şimali Qafqazda
Bakыnыn Qurtuluшu
91
heç bir Osmanlı zabit və nəfəri, silah və cəbbəxanası qalmayacaq” və
“qalanlar haqqında təqib icra ediləcəyi” xüsusunda bir əmr göndərdi.
Əmrdə: “Şimendifer (Dəmiryolu) nəqliyyat hərəkətindəki ademi-
kifaye (kifayət olmayan) və sairə heç bir vəchlə esbabi-taahhür ad və
qəbul edilməyəcəyi də tasrih (izah etmək) edilməkdə idi.
Bu qatı əmrə rəğmən, Azərbaycan hökuməti, Osmanlı müəllim-
zabit kadrının kontrato (müqavilə) gərəyincə qalmasını saxlamaq üçün
Bakının işğalına hazırlanan İrandakı ingilis qüvvələri komandanı
general Tomson nəzdində təşəbbüs etmişsə də, “Azərbaycan namında
bir hökumət tanımadıqları” cavabını almışdı. Əslində Mondros
müqaviləsində də Azərbaycanın adı qeyd olunmuş və Osmanlı dövləti
ilə Azərbaycan Cumhuriyyəti arasındakı muahede (müqavilə) və
anlaşçalar heç sayılmışdı.
Noyabr 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını ingilislərə
təslim edərək çəkildi. Onlarla bərabər məhdud Azərbaycan qüv-
vələri də Bakıdan Gəncəyə çəkildilər. Hər şeyi yenidən qurmaq la-
zım idi. Və hər şeydən əvvəl milli bir ordu qurmaq lazımdı. Azərbay-
canda yalnız Bakıya daxil olan ingilis işğalından 4-5 ay sonra, aprel
1919-cu ildə xalqın coşqun alqışları altında Bakıya girən süvari qüv-
vələri bu milli orduya mənsubdu. Başında general Səməd Mehman-
darlı kimi Azəri subayları (zabitləri) duran bu milli ordunun kiçik za-
bitlərini, Qafqaz İslam Ordusunun yardımı ilə Gəncədə təsis olunmuş
kiçik zabitlərə məxsus hərbi məktəbdə yetişənlər təşkil edirdilər.
Tarixi vəzifəsini şərəflə yerinə yetirib gedən Qafqaz İslam Or-
dusu özündən sonra gənc milli bir ordunun nüvəsini yaratmışdı.
Bu ordunun təmin etdiyi nizam və intizam sayəsində ingilis işğal
ordusu komandanlığı Azərbaycan istiqlalını tanımaqla ilk addım
olaraq Azərbaycan hökumətini yeganə meşru (qanuni) məqam
olaraq elan etmişdir (49, s. 3-11).
“Azərbaycan” aylıq Kültür Dərnəyi.
İyul-avqust 1954, yıl 3, sayı: 4-5(28-29)
Dostları ilə paylaş: |